Tarzən Ədalət Behbudov:
“Hər bir tarzənin birgə
çalışdığı kamança
ifaçısı olmalıdır”
Müsahibimiz
2011-ci ildə II Respublika Muğam Müsabiqəsinin, 2012-ci ildə
VII Beynəlxalq Avrasiya səsləri Festivalının və
2014-cü il “Budaşqım” Beynəlxalq Müsabiqəsinin
qalibləri olan Şuşa Musiqi Kollecinin və Füzuli Rayon
Musiqi Məktəbinin müəllimi Ədalət Behbudov və
Şuşa Musiqi Kollecinin və Azərbaycan Milli
Konservatoriyasının müəllimi Pərviz Fərhadovdur:
- Tədris etdiyiniz tar sənətində
hansı pedaqoji yeniliklər var?
- Əvvəlcə onu qeyd edim ki, mən bu sənətə sahib olduğuma görə ustadım Əməkdar artist, tarzən Elçin Həşimova borcluyam. Çünki o məni rayonumuzdan Bakı şəhərinə gətirib, bildiyi tar sənətinin sirlərindən agah etdi. Bu gün də hər addımımda müəllimimlə məsləhətləşirəm. Bu sənətdə olduğuma görə də fəxr edirəm. Əldə etdiyim hər bir uğur, mənim yox Azərbaycan xalqının uğurudur. Sualınıza gəlincə isə, bu gün gənclər arasında tar ifaçıları çoxluq təşkil edir. Ümumiyyətlə, tara, kamançaya və xanəndəlik sənətinə həvəs daha böyükdür. Əlbəttə ki, istedadlı gənclərimiz də çoxdur. Tar sənətimizdən söhbət açsaq, bu gün ustad tarzənlərimiz olan Möhlət Müslümov, Firuz Əliyev, Ağasəlim Abdullayev, Elçin Həşimov sənəti gənc nəsillərin həyat cığırları oldu. Bu ustadlarımızın sayəsində gənclərimiz milli ruha, milli dəyərlərə yiyələndilər. İncəsənətimizin qiymətli incilərindən olan muğama dəyəri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2005-ci ildən Televiziya Muğam Müsabiqəsinə dəstək olduqdan sonra gənclər arasında muğama həvəs daha da artdı. Bunun nəticəsi olaraq, qastrol səfərlərimizdə muğamımızın böyük alqışlarla qarşılanmasının şahidi oluruq.
- Xarici
ölkələrdə tarı solo, yoxsa kamança ilə
birgə ifa etmək daha
çox marağa səbəb
olur?
- Mən düşünürəm ki, hər bir tarzənin birgə çalışdığı kamança ifaçısı olmalıdır. Lakin çox təəssüf olsun ki, çox zaman biz bunun şahidi olmuruq. Bir çox tarzənlər hər tədbirdə müxtəlif kamança ifaçısı ilə çıxış edir. Mən tar və kamançanın birgə ifa olunmasını belə tərənnüm edərdim ki, onlar iki aşiqdirlər. Tarla kamança birgə ifa olduqda, sanki sən tarla kamanın məhəbbətlərinin səsini eşidirsən. Mən bu hissi duyuram. Məsələn, biz heç vaxt Pərvizlə bir yerə ayrı-ayrılıqda getmirik. Çünki tarla kamança birgə ifa olunduqda daha gözəl səslənir. Xarici ölkələrdə belə musiqimizin və xüsusilə muğamımızın səslənməsində tarla kamançanın birgə ifaları daha çox maraq dairəsinə çevrilir.
-Gənclər tar alətində hansı musiqi
janrlarında ifa etməyi daha
üstün tutur?
- Biz tarda milli musiqimizlə yanaşı klassik əsərləri, xarici estrada və pop janrlarına da müraciət edib ifa etmişik. Məsələn, Araşın “Bora-bora” mahnısını milli alətlərimizdə ifa etmişik. Təəssüf ki, gənclərimiz belə musiqiləri milli alətlərdə ifa etməyə üstünlük vermir. Ancaq bu çox lazımdır. O zaman insanın bütün daxili aləmi üzə çıxır və sən, sənətində daha da inkişaf edirsən. İnkişaf da hər bir sahədə çox lazımdır. Gənc olmağıma baxmayaraq, bütün gənclərə məsləhətim budur ki, klassik musiqilərə də üstünlük versinlər. Çünki bütün dünya musiqiləri Azərbaycan muğamı üzərində qurulub.
-Hansı muğam ruhunuza daha çox
yaxındır?
- Mən bütüm muğamlarımıza xüsusi sevgi bəsləyirəm. Ancaq repertuarımda və mənim daxili aləmimdə Segah muğamının yeri tam başqadır. Mən tarda Segah muğamını ifa etdiyim zaman hansı aləmdə olduğumu hiss etmirəm.
Ümumiyyətlə, bizim hər günümüz yeni bir günün başlanğıcıdır. Yəni ki, biz hər gün bir gün, iki gün əvvəli düşünürük.
Kamança ifaçısı Pərviz Fərhadov:
“Kamança mənim həyatımı ifadə edir”
- Pərviz müəllim, sizin bu sənət yolunda ilk addımlarınız
necə başladı?
- Mənim də bu sənətə gəlməyimdə ustadım, Əməkdar artist Elnur Əhmədovun rolu əvəzsizdir. Məndə musiqiyə və kamançaya həvəs və sevgini yaranmasında Elnur müəllimin sənəti səbəb oldu. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub, 2011-ci ildə ustadımın sinfini bitirdim. Bir pedaqoq olaraq mənim də çox istedadlı tələbələrim var. Hər bir tələbənin öz xüsusi bacarığı var. Tələbələri də gərək fərqləndirmək olmaz. Çünki hər bir tələbə öz üzərində çalışır və onlara dəyər vermək lazımdır.
- Ədalət Behbudovla dünyanın bir çox ölkələrində səfərdə olmusunz. Uğurlarınızdan söhbət açmağınızı istərdik.
- Bizim Ədalətlə xarici ölkələrdə
uğurlarımız çox olub. 2007-ci ildə Ədalət Behbudovla birgə fəaliyyətə
başladıq. 2009-cu ildən dövlət tədbirlərində
iştirak edirik. “Gəncləşən muğam”
layihələrində iştirak etdik. 2010-cu ildə də “Avrasiya
səsləri” V Beynəlxalq Festivalının
iştirakçısı da olduq. 2011-ci ildə Füzuli
Rayon İcra Hakimiyyətinin
başçısı Alı Alıyevin təşəbbüsü
ilə ilk solo konsertimizi keçirdik.
2011-ci ildə II Respublika Muğam
Müsabiqəsinin qalibi olduq. Daha sonra
2011-ci ildə Füzuli rayonunda
solo konsertimiz xanəndə
Aytən Məhərrəmova ilə olub.
2012-ci ildə Sibirdə Buryatiya
Respublikasında “Avrasiya səsləri” VII
Beynəlxalq Festivalında iştirak etdik. Bu bizim
muğamımızın yüksəkliyi idi
ki, tar, kamança və nağara
ilə 21 ölkə arasında bizim
ölkə I yerə layiq görüldü.
Festivalın açılış proqramında biz Şüştər rəngi ifa etdik. Bu
ifadan sonra rus xalq mahnısı olan “Kalinka”
mahnısını ifa etdiyimiz
zaman bütün rus dinləyiciləri ayağa
qalxıb bizi alqışladılar. Bu festival 3 turdan ibarət idi. Ancaq biz I turdan I yerə
layiq görüldük.
Qalan II, III yerlər üzərində festival davam
etdi. Bu bizim
üçün böyük
qələbə idi.
Həmin
festivalda UNESCO-nun Dünya
Xalq Təşkilatının
prezidenti Kamerla Padirsonda iştirak edirdi. Buryatiya Respublikanın mədəniyyət
naziri Timur Çibikov şəxsən
diplomları bizə təqdim etdi. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Yusif Cəfərov da festivaldan sonra bütün azərbaycanlılar üçün
ziyafət verdi.
Orada Yusif müəllim bizim üçün xoş sözlər söylədi. Eləcə də,
2012-ci ildə Türkiyədə
Ankara İzmir şəhərlərində
Dünya Azərbaycanlıların
Həmrəylik Günü
münasibətilə konsertlərimiz
olub.
2013-cü ildə Azərbaycan
Respublikasının Tacikistandakı
səfiri cənab Abbasəli Həsənovun
dəstəyi ilə bizim Tacikistanda Respublika günü ilə əlaqədar 4
solo konsertimiz oldu. 2013-cü ildə Çelyabinskidə
ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı konsertlərimiz
olub.
Həmçinin, 2013-cü ildə “Buta Palace” da keçirilən
“Eurovision” mahnı müsabiqəsinin
seçim turunun final mərhələsində çıxış
etdik. Həmin ərəfədə “İnstrumental Kompozisiya” adlı klip və musiqi albomumuz işıq üzü gördü.
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi “Gəncliyin səsi” festivalında iştirak etmişik.
2014-cü
ildə Füzuli rayonunda Xanəndə Vüsal Zamanovla solo konsertimiz və Özbəkistandakı səfirimiz
Hüseyn Quliyevin təşəbbüsü ilə
Vüsal Zamanov və Aytən Məhərrəmova ilə
birgə konsertlər verdik. Bu ilin
mart ayında Azərbaycan
Respublikasının Özbəkistandakı
səfiri Hüseyn Quliyevin dəstəyi ilə Səmərqənd
və Daşkənd şəhərində 2 solo konsertimiz
oldu.
- Kamança sizin üçün nəyi ifadə edir?
- Kamança mənim həyatımı ifadə
edir. Hər bir duyğularımı
onunla bölüşürəm.
Arzularım onda əks olunub.
Xəyalə
GÜNƏŞ
Palitra.-2104.-15 may.-S.12.