Gənc nəslin inkişafına xidmət edən Milli Strategiya

 

Bədən tərbiyəsi idman ölkə vətəndaşlarının fiziki-mənəvi inkişafında, vətənpərvərlik ruhunda tərbiyəsində, beynəlxalq yarışlarda qələbə qazanmasında mühüm rol oynayır

Layihə çərçivəsində təqdim etdiyimiz yazı gənc nəslin fiziki-mənəvi inkişafında böyük rol oynayan bədən tərbiyəsi idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiya ilə bağlıdır. Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu həm idmançılarımızın dünya arenalarında qazandığı qələbələrdə, həm ölkəmizdə keçirilən yüksək ranqlı yarışların sayında özünü açıq şəkildə göstərir. Bu isə təbii ki, dövlətin bu sahənin inkişafında qədər maraqlı olmasının bariz nümunəsidir. Azərbaycan dövləti idmanın həm gənc nəslin sağlam böyüməsi, həm ölkəmizin beynəlxalq nüfuzu baxımından böyük əhəmiyyət daşıması amilini həmişə ön planda tutaraq siyasətini buna uyğun şəkildə qurur.

 

Dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan müasir idman infrastrukturu ilə öyünə bilər. Bu amil ölkəmizin beynəlxalq idman federasiyaları təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı beynəlxalq federasiyaların seçim edərkən ölkəmizə üstünlük verməsini təmin edib. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi siyasət ardıcıl olaraq davam etdirilir bu sahədə yaradılan müasir bazaya yeniləri əvəz olunur. Bu isə Azərbaycanın dünyada idman ölkəsi imicini möhkəmləndirir. Artıq vəziyyət elə həddə çatıb ki, ölkəmiz bir il içində, hətta eyni vaxtda bir neçə beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edir.

Bu gün bədən tərbiyəsi idman sosial inkişafın ən vacib özünəməxsus bir sahəsinə çevrilərək sosial siyasətlə bilavasitə sıx əlaqədədir. Məhz bu səbəbdəndir ki, sosioloqlar idmana cəmiyyəti vahid milli ideya ətrafında birləşdirən, insanda qələbəyə, yeni-yeni uğurlara can atmaq hissini oyadan vasitə kimi baxırlar. Son illərin idman sosiologiyası istiqamətindəki araşdırmaları da sübut edir ki, bugünkü həyatımızİdman gənclik”, “İdman tərəqqi”, ”İdman humanizm”, “İdman şəxsiyyətin hərtərəfli inkişafı”, “İdman mədəniyyət”, “İdman ekologiya”, “İdman qadınkimi sosial məsələlərin qarşılıqlı vəhdətidir. Məlum olduğu kimi bədən tərbiyəsi idmanın inkişafı ölkənin hərtərəfli inkişafına xidmət edir. İdman ümummilli dəyərdir. İnsanların fiziki cəhətdən sağlam güclü olması dövlətin müdafiəsi iqtisadiyyatının yüksəlməsində xüsusi rol oynayır. Buna görə hər bir dövlətin əsas məqsəd vəzifələrindən biri ölkədəki mövcud idman ənənələrini qoruyub inkişaf etdirməkdir. 1993-cü ildən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra bu sahəyə dövlət tərəfindən ən yüksək səviyyədə diqqət qayğı göstərilməyə başlandı. Ulu öndərin siyasət fəaliyyətinin davamçısı İlham Əliyevin 1997-ci ildən Azərbaycan Olimpiya hərəkatına rəhbərlik etməsi dövlətin idman siyasətinə yeni istiqamətlər mərhələ gətirdi. 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmiş Milli Olimpiya Komitəsinin lideri ölkədə bədən tərbiyəsi idmanın daha geniş sürətlə inkişafı, idman vasitəsilə Azərbaycanın dünya Avropaya inteqrasiyası, beynəlxalq idman aləmində Azərbaycan idmanının nüfuzunun daha da artırılması məsələlərini dövlət siyasətinin önəmli istiqamətlərindən biri kimi dəyərləndirdi. Məhz bunun nəticəsidir ki, bu gün bədən tərbiyəsi idman ölkə vətəndaşlarının fiziki, eləcədə mənəvi cəhətdən inkişafında, sosial maddi rifahlı olmalarında, Vətənin müdafiəsində yüksək səviyyədə iştirak etmələrində, vətənpərvərlik ruhunda tərbiyəsində beynəlxalq yarışlarda qələbə uğrunda əzm qətiyyətlə mübarizə aparmalarında mühüm rol oynayır. Bədən tərbiyəsi idmanın ölkənin sosial - iqtisadi inkişafındakı roluna, əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin sağlamlığı tərbiyəsində ən vacib amillərdən biri olmasına ictimai fikir dövlət münasibəti nəzərə çarpacaq dərəcədə dəyişib. Son illərdə ölkəmizdə bədən tərbiyəsi idman hərəkatı üçün yaranmış imkanlar, həyata keçirilən konkret tədbirlər bu sahədə istər ölkə daxilində, istərsədə beynəlxalq aləmdə qazanılan uğurlar əldə olunmuş nailiyyətlər bədən tərbiyəsi idmanı dövlət siyasətinin prioritetlərindən birinə çevirib.

Azərbaycanda bədən tərbiyəsi idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiya bədən tərbiyəsi idman haqqında qanunun müvafiq maddələrinə uyğun olaraq Azərbaycan 2020: Gələcəyə baxışİnkişaf konsepsiyasının təsdiq edilməsi haqqında Prezidentin fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı ölkənin bədən tərbiyəsi idman hərəkatında ilk dəfə olaraq bədən tərbiyəsi idmanın uzun müddətə inkişafını planlaşdıran həyata keçirilməsini təmin edəcək fəaliyyət istiqamətlərini müəyyən edən dövlət səviyyəli sənəddir.

İnkişaf etmiş ölkələrin uğurlu təcrübəsi göstərir ki, bədən tərbiyəsi idmanın tələb olunan səviyyədə inkişaf etdirilməsinin optimal yolu məsələyə kompleks yanaşmanı tələb edir. Yalnız belə bir yanaşmanın nəticəsində vətəndaşların ölkənin ümumi inkişafına nail olmaq mümkündür.

Bədən tərbiyəsi idmanın inkişafı üzrə Milli Strategiya ölkədə bədən tərbiyəsi-sağlamlıq idman sahəsində dövlətin uzun müddətli siyasətini, əsas məqsəd vəzifələrini əks etdirir. Bu sənəd Azərbaycanı 2020-ci ilədək dünyada fəal uğurlu idman dövlətinə çevirmək öhdəliyinin yerinə yetirilməsi üçün ölkə ərazisində fəaliyyət göstərən bütün təşkilatların idman fəaliyyətini bir tam halda birləşdirən strateji istiqamətləri siyasət prioritetlərini müəyyən edir. Milli Strategiyanın əsas məqsədi - fiziki, əqli maddi imkanlarından asılı olmayaraq ölkədə əhalinin bütün təbəqələri üçün öz bilik bacarıqlarını reallaşdıra bilmələrinə, bununla da həyatlarına müsbət təsir göstərəcək sahələrdə, o cümlədən təhsil sağlamlıqlarında, hərtərəfli uğurlu inkişafa nail olmalarına şərait imkanlar yaratmaqdan ibarətdir. Eyni zamanda Milli Strategiyanın məqsədi insan haqları, həmçinin idmana dair beynəlxalq milli qanunvericiliyi, cəmiyyətin bütün təbəqələrini, qabaqcıl dünya təcrübəsini nəzərə alaraq, cəmiyyətin hərtərəfli inkişafına, demokratik ölkə quruculuğuna, Azərbaycanın dünyaya Avropaya inteqrasiya olunmasının sürətləndirilməsinə, həmçinin onun beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət etməkdir. Milli Strategiyanın uzunmüddətli məqsədi - 2020-ci ilədək idmanı ölkədə ölkəni idmanda lider etməkdir. Azərbaycanda insanların bədən tərbiyəsi idmanla məşğulluğa istəyini, marağını, eləcədə bu istəklərin reallığa çevrilmə imkanlarını bir sıra faktlar əyani nümayiş etdirir. Belə ki, dövlət ölkədə bədən tərbiyəsi idmanı daha geniş formada kütləvi şəkildə inkişaf etdirməkdə qərarlıdır. Ölkədə bədən tərbiyəsi idmanın bütün sahələr ayrı-ayrı təbəqələr, həmçinin yaş qrupları üzrə inkişafının təmin edilməsi sistemi yaradılıb, bu sahənin idarəedilməsi üzrə müvafiq struktur müəyyən edilib. Regionların sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq bütün şəhər rayonlarda yeni idman obyektlərinin, qurğularının, Olimpiya komplekslərinin inşası gənc nəslin fiziki-mənəvi inkişafında müstəsna rol oynayır.

 

Anar Miriyev

Palitra.-2014.-16 may.-S.11.