Ali məktəblərə qəbul planı artıb

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirdi. TQDK sədri bildirdi ki, ali məktəblərə qəbul planı artıb. 2013-cü ildə ali məktəblərə ayrılan qəbul planı 36537 olub. Ötən il I qrup üzrə 11596, II qrup üzrə 10094, III qrup üzrə 10397, IV qrup üzrə isə 4450 yer ayrılıb.

Bu il isə ali məktəblərə ayrılan qəbul planı 37956 yer təşkil edir. Bu il I qrupa 12052, II qrupa 10969, II qrupa 10453, IV qrupa isə 4482 yer ayrılıb. Bu, ötən illə müqayisədə 1419 yerya 3,88 faiz çoxdur. Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq.

 

Ötən illərin məzunları üçün I və IV ixtisas

qrupları üzrə qəbul imtahanı mayın

18-də keçiriləcək

 

TQDK may ayının 18-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. M. Abbaszadə bildirdi ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 34 binada olacaq. İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda 18773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13856 abituriyent I qrup üzrə, 4917 abituriyent IV qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 17551 nəfəri Azərbaycan bölməsinin, 1222 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 11923 nəfəri oğlanlar, 6850 nəfəri isə qızlardır. 57 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1972-ci il, ən gənc isə 1996-cı il təvəllüdlüdür.

 

II qrupda 2 nəfər, III qrupda isə 3 nəfər 600-dan yuxarı

bal toplayıb

 

TQDK sədri qeyd etdi ki, əvvəlki illərin məzunları üçün mayın 11-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin 30%-i 2013-cü ilin məzunudur. Onun sözlərinə görə, 2010-2013-cü il məzunları imtahanda iştirak edən abituriyentlərin 50%-ni təşkil edib: “Qalan 30% ondan əvvəl məktəbi qurtaranlardır. Bu nəticələr bizim ürəyimizi açmır. Bu ilin məzunlarının imtahanlarının nəticələri iyulda bəlli olacaq. Amma bir neçə nəticə var ki, II qrupda 2 nəfər 600 baldan yuxarı nəticə göstərib. III qrupda isə 3 nəfər 600-dan yuxarı bal toplayıb”. M.Abbaszadə təəssüflə qeyd etdi ki, ötən imtahanda qayda pozmağa cəhd edənlər olub. Onun sözlərinə görə, imtahanda neçə nəfərdə telefon aşkar olunub: “Nəsə keçirməyə cəhd edənlər cəzalandırılıb. Uşaq bilikli olmayanda valideyn çalışır ki, övladına qeyri-qanuni yollarla gün ağlasın. Bu məsələ həmin uşağın taleyinə də təsir göstərir. Növbəti imtahan I və IV qrupun əvvəlki illərin abituriyentləri üçün keçiriləcək. Burada kifayət qədər qızlar var. Qızlar hesab edir ki, qız olduqlarına görə onları yoxlamayacaqlar. İndidən xəbərdarlıq edirəm ki, heç kim heç bir vəsaiti imtahanda içəri keçirə bilməyəcək. Heç kəs əyri yollara əl atmasın. Bizim üçün ən çətin kontingent həmişə əvvəlki illərin məzunları olur. Əvvəlki illərin məzunları düşünür ki, onların imtahanı vermə təcrübəsi var. Hər bir abituriyent haqqında onun tarixçəsi var biz onları bilirik. Normal nəticə göstərən uşaq normal yer tuta biləcək. Qızlar xüsusilə imtahan giriş zamanı saat yarım əvvəl gəlib qaydalara riayət etsə, problem olmaz. Heç kim kiminsə əvəzinə imtahana daxil olmasın”.

 

Qəbul imtahanlarında şəffaflığın

təhlükəsizliyin təmin olunması məqsədilə yeni sistem tətbiq edilir

 

Bu ildən TQDK qəbul imtahanlarında şəffaflığın təhlükəsizliyin təmin olunması istiqamətində daha bir yenilik tətbiq edir. M. Abbaszadə bildirdi ki, qəbul imtahanları keçirilən imtahan binalarında mobil telefon digər rabitə qurğularını avtomatik aşkar edən sistemin köməkliyi ilə həmin vasitələrdən istifadənin qarşısı alınacaq. TQDK sədrinin sözlərinə görə, əgər imtahan iştirakçılarından kimsə qeyd olunan qurğulardan hər hansı birini aktiv edərsə, sistemin köməkliyi ilə onun yerləşdiyi otaq müəyyənləşdiriləcək: “Onsuz da imtahan binalarına buraxılış rejimində abituriyentlər ciddi yoxlamadan keçirlər. Buna görə köməkçi vasitəni imtahan binasına keçirmək demək olar ki, mümkün deyil. Ancaq hər hansı belə bir hal baş versə belə, həmin imtahan iştirakçısı müəyyən olunacaq onun barəsində müvafiq tədbirlər görüləcək”.

 

Buraxılış imtahanı

verməli olan 3151 nəfər şagirdin sənədi yoxdur

 

Hazırda Azərbaycanda iyun ayında keçiriləcək buraxılış imtahanlarına hazırlıq işləri aparılır. TQDK sədri bildirdi ki, ölkə üzrə hazırlanan siyahıya əsasən, IX XI sinif üzrə buraxılış siniflərində 200 576 nəfər təhsil alır. Onun sözlərinə görə, indiyədək TQDK-nınŞagird-MəzunElektron Məlumat Bazasında həmin şagirdlərdənŞəxsiyyəti vəsiqəsiolan 197 165 nəfəri barədə məlumatlar təsdiqlənib. Şagirdlərin 1,57%-nin, yəni 3151 nəfərinin isə sənədlərinin olmadığını deyən TQDK sədri qeyd edib ki, XI sinif şagirdlərindən 650 nəfərin sənəd yoxdur bu da XI sinif üzrə buraxılış imtahanında iştirak edəcəyi gözlənilən bütün şagirdlərin 1%-dən azını təşkil edir: “İmtahanda 85 358 XI sinif şagird iştirak etməlidir. Onlardan 84 608-nin sənədləri artıq bazada təsdiqlənib. Amma təəssüflər olsun ki, IX siniflər üzrə sənədi olmayan şagirdlərlə bağlı rəqəm kifayət qədər yüksəkdir. Azərbaycanda keçiriləcək buraxılış imtahanında IX siniflər üzrə 115 255 nəfər iştirak etməli idisə, onlardan yalnız 112 561 nəfərin sənədləri təsdiq edilib. Bu, bütün IX sinif şagirdlərinin 97%-ni təşkil edir. İndiyədək təxminən 2500 nəfərin aqibəti məlum deyil onların sənədləri yoxdur”.

M.Abbaszadə qeyd edib ki, sənədləri olmayan şəxslər buraxılış imtahanına buraxılmayacaq. Sənədləri almaq üçün yerli orqanların bütün valideynlərə, uşaqlara kömək göstərdiyini deyən komissiya sədri vurğulayıb ki, məktəb direktorları da bu prosesdə iştirak edirlər: “Mən valideynlərə müraciət edirəm. Şəxsiyyət vəsiqələri dövlət tərəfindən verilən sənədlərdir həmin sənədləri vaxtında əldə etmək lazımdır ki, uşaqlar imtahanda iştirak etsin. Şagirdlər sənədlərini miqrasiya orqanları ya şəxsiyyət vəsiqəsi almaq üçün polis orqanlarına təqdim ediblərsə onlarda sənədlərin təhvil verilməsi haqqında sənəd varsa, onda biz onu qeydiyyata götürəcəyik. Amma sənədlərini toplayıb həmin qurumlara müraciət etməyənləri imtahana buraxmayacağıq. TQDK hansısa üzrlü səbəblərlə əlaqədar sənəd ala bilməyənlərə kömək etmək üçün yerlərə müraciət edib. Amma həmin şagirdlərin valideynləri ya himayəçiləri sənəd almaq üçün müraciət etməlidirlər”.

 

Gələn il Azərbaycanda keçiriləcək buraxılış

imtahanlarında fənlərin sayı artırılacaq

 

Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. M. Abbaszadə bildirdi ki, bu barədə 2 il öncə elan verilib. Onun sözlərinə görə, 2015-ci ildə həm IX, həm XI siniflər üzrə buraxılış imtahanlarında 1 fənn artırılacaq: “Gələn il buraxılış imtahanında IX sinifdə oxuyan məzunlar üçün əlavə olaraqAzərbaycan tarixi”, XI sinif məzunları üçünsə 2 fənn - “KimyaAzərbaycan tarixiəlavə edilib. Amma XI sinif məzunları üçün fənlər seçim əsasında olacaq. Belə ki, kimsəKimya”, kimsəAzərbaycan tarixi”ni seçə biləcək. Bu layihə üzrə ekspertlər arasında Təhsil Nazirliyi ilə razılaşma aparılıb. Amma hüquqi qaydalarla hələ dəyişməyib. Burada hüquqi prosedurlar var biz Ədliyyə Nazirliyi digər müvafiq qurumlara məlumat verəcəyik. Amma artıq ekspertlər Təhsil Nazirliyi ilə razılaşma olub”. M. Abbaszadə qeyd etdi ki, digər yeniliyə əsasən gələn ildən Azərbaycanda 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq yeni mexanizm 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı tətbiq edilir: “İmtahanlardan sonra mexanizmin nəticələrinə baxılacaq bu il tətbiq edilən mexanizm təkmilləşdiriləcək. Bundan sonra gələn ildən XI sinifdən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun bu mexanizmə əsasən həyata keçirilməsi nəzərdə tutulur.

 

Orta ixtisas müəssisələrinə sənəd

verən 2778 abituriyent ərizəsini təsdiq edib

 

İndiyədək ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas müəssisələrinə sənəd verən 2778 abituriyent ərizəsini təsdiq edib. TQDK sədri bildirdi ki, ərizə qəbulu mayın 12-dən başlayıb. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri digər məlumatlarAbituriyentjurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər göstərilən müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, nömrəsi şifr əldə edirlər. Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycan ümumi təhsil müəssisələrində 2013-cü 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər. Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl ya ölkə hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq SQK-larda təsdiq etdirirlər.

 

Magistratura pilləsi üzrə ən çox ən az sənəd

verilən ixtisasların siyahısı açıqlandı

 

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün 10 156 bakalavr proqram seçimi edib.

TQDK sədrinin sözlərinə görə, onlardan 8899 nəfəri Azərbaycan bölməsi üzrə, 1257 nəfər isə rus bölməsi üzrə qeydiyyatdan keçib: “Həmin bakalavrlar mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq, magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər”. Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

Bu il Azərbaycanda magistratura pilləsi üzrə ən çox və ən az sənəd verilən ixtisasların siyahısı da açıqlandı. TQDK sədri qeyd etdi ki, bu il magistratura pilləsində ən yüksək müsabiqə vəziyyəti 18-ci proqramda yaranıb. O bildirdi ki, “Kimya mühəndisliyi” ixtisası üzrə bir yerə təxminən 4 nəfər sənəd verib: “Bu, çox yaxşı faktdır. Yüksək müsabiqə vəziyyəti yaranıb. İkinci yerdə “Neft-qaz qurğuları” ixtisasıdır, burada bir yerə 2,87 nəfərdir. “Coğrafiya” ixtisası üzrə bir yerə 2,58 nəfər sənəd verib. Bu da kifayət qədər yüksək nəticədir. Yüksək müsabiqə “Hüquqşünaslıq” (1 yerə 2,32 nəfər), “Farmokologiya” ixtisasları üzrə (1 yerə 2,29 nəfər) də yaranıb”. M. Abbaszadə magistratura pilləsi üzrə ən aşağı müsabiqə vəziyyəti yaranan ixtisasları da açıqladı. Onun sözlərinə görə, ən aşağı müsabiqə vəziyyəti “Dinşünaslıq” ixtisasındadır. Burada 1 yerə 0,33 nəfər sənəd verib. Bu ixtisasda yerlərin sayı sənəd verənlərin sayından daha çoxdur. Bu ixtisas üzrə 6 yerə 2 nəfər sənəd verib. Mayın 25-də magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək. İmtahanlara bir neçə gün qalmış - mayın 22-dən 25-dək “Buraxılış vərəqəsi”nin verilməsinə başlanacaqbakalavrlar özləri onları çap edib götürəcəklər.

Nigar Abdullayeva

Palitra.-2014.-16 may.-S.7.