“Gəncə Avropa Gənclər
Paytaxtı 2016” çərçivəsində yeni layihə
“Gələcəyə
Körpü” Gənclər İctimai Birliyi Azərbaycanda fəal
gənclərin iştirakını təmin etməklə,
sağlam vətəndaş cəmiyyətini təsis etmək
və gənclərin beynəlxalq səviyyədə ölkəmizi
təmsil etməsinə yardım və gənclərin məşğulluqu
sahəsində bir sıra layihə və proqramlar həyata
keçirib. Prezidentin Sərəncamı ilə “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” dövlət proqramında da qeyd edildiyi
kimi bu dövlət
proqramının Azərbaycanda gənclər siyasəti gənclərin
vətənpərvərlik, azərbaycançılıq,
dövlətçilik prinsiplərinin aşılanmasına
yönəldilib. Bu festivalın Azərbaycan xalqının tarixi-mədəni
irsinin, milli-mənəvi və ümumbəşəri
dəyərlərinin hörmət, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və
mədəni həyatında gənclərin fəal
iştirakının təmin edilməsində əvəzsiz rolu olacaq. “Gələcəyə Körpü”
Gənclər İctimai Birliyi
12-20 May 2014 cü il tarixlərində Gəncə şəhərində
Gəncə Şəhər İcra
Hakmiyyətinin, Gənclər və İdman
Nazirliyinin, Avropa
Komissiyasının “Gənclər Fəaliyyətdə
programının və Gəncə şəhər Gənclər
və İdman Baş
İdarəsinin dəstəyilə “İctimai
işlərdə aktivlik – Vətəndaşlıq
təhsili” adı altında təlim kursu keçirir. Təlimi Avropa
Birliyi ölkələri, Şərqi Avropa və Qafqazın 34 gənc işçiləri
üçün təşkil olunacaq. Bu görüş
Azərbaycanın yerli gənclər sektorunda tərəfdaşlıq və təşəbbüslər
yaratmaq, beynəlxalq əməkdaşlığı
gücləndirmək və gələcək təşəbbüsləri
artırmaqdır. Beynəlxalq təlim kursunda qeyri-formal öyrənmə
üsulundan istifadə olunaraq,
tapşırıqlar, qrup işləri nəticəsində
iştirakçılar vətəndaşlıq və
iştirakçılıq, demokratik cəmiyyətlərin
mexanizmi və Avropa vətəndaşlığı
konsepti anlayışlarını öyrənəcəklər.
Təlimlə yanaşı,
iştirakçılar təlim müddətində Avropa və Asiyanın kəsişməsində
yerləşən Azərbaycan dövlətinin mədəniyyəti,
adət və ənənəsi və qədim Gəncə
şəhəri haqqında məlumatlandırılacaq və
ölkəmiz ilə daha yaxından
tanış olacaqlar. Dünyanın
hər bir yanından gəlmiş gənclər
Gəncənin qədim tarixi və mədəniyyəti
barəsində öyrənəcəklər. Təlim kursu “Gəncə Avropa Gənclər
Paytaxtı 2016” çərçivəsində Azərbaycan, Xorvatiya, Gürcüstan, Ukraniya, Latviya, Polşa, Çex
Respublikası, Almaniya, İtaliya,
Rumuniya və Türkiyə olmaqla ümumilikdə 34 nəfər gəncin
iştirakı ilə keçirilir. Belə
ki, 17 May 2014- cü il tarixində yerli və Avropa gənclərinin
iştirakı ilə “Gəncə Avropa Gənclər
Paytaxtı 2016” İctimai Birliyinin
təqdimatının keçirilməsi də nəzərdə
tutulub.
Nigar
Palitra.-2014.-17 may.-S.7.