“Vətənimizin
hər bir uğuru bizi sevindirir”
Camal Səfərov: “Sənayenin
inkişafı abituriyentlərin
texniki fənlərə
yönəlməsinə səbəb
olub”
“Ölkəmizdə özəl
sektorun inkişafı
ilə əlaqədar
nəzərdə tutulan
qədər mənfəət
əldə etmək üçün, şirkətlərin
fəaliyyətini bazarın
tələb və təklifini, həmçinin
konkret istehlakçının
tələbatını ödəyə
biləcək malların
istehsalına və xidmətlərin göstərilməsinə
yönəltmək üçün
professional idarəetməyə ehtiyac yaranıb. Ona görə
də ölkəmizdə
professional menecmentin bütün
sahələrə tətbiqini
müşahidə edirik.
Xaricdə təhsil alan azərbaycanlı
gənclərlə bağlı
layihənin növbəti
müsahibi Mehmet Akif Ersoy Universitetinin
İşlətmə fakültəsinin
tələbəsi Camal
Səfərovdur:
- Mən 30 yanvar 1996-cı ildə Bakı şəhərində anadan
olmuşam. 2002- ci ildə Nəsimi rayonu 211 saylı məktəbə
daxil olmuşam.
2006-cı ildən H.Mahmudbəyov
adına texniki humanitar liseydə təhsilimi davam etdirmişəm,
2013-cü ildə liseyi
bitirmişəm. Daha sonra Türkiyənin Mehmet Akif Ersoy
adına Universitetin işlətmə
fakültəsinə daxil
olmuşam. Bu ixtisası seçməyimə
gəldikdə isə
adıçəkilən sahədə
tələb olunan keyfiyyətləri özümdə
görürəm. Belə
ki, insanlarla effektli dolanmaq üçün tələb
olunan şəxslərarası
münasibət qurmaq,
yaxşı təşkilatçılıq
bacarığı, səbirli
olmaq və qəfil problemləri həll etmək qabiliyyəti, əla ünsiyyət bacarığı,
zəruri olduqda uzun müddət işləmək üçün
tələb olunan dözümlülük qabiliyyətinə
malik olmağım məndə bu peşənin dərindən
öyrənmək məcburiyyəti
yaratdı. Təhsil prosesində büdcə tərtibatı, mühasibat
və maliyyə hesabatının aparılması,
işlətmənin özünəməxsus
imic və interyer planının yaradılması, bütöv
işçi heyətinə
bələdçilik və
rəhbərlik etmək,
xammalların keyfiyyətinin
təyini, marketinq və həvəsləndirmə
planlarını yerinə
yetirmək, xidmət fəaliyyətlərinin keyfiyyətinin
yoxlanması kimi tələb olunan bilik və bacarıqlara
yiyələnmək üzrəyəm.
Bizim universitetimiz Türkiyədə
özünəməxsus yeri
olan təhsil ocağıdır. Burada yüksək
ixtisaslı mütəxəssislərin
hazırlanması yolunda
çox sayda professor
- müəllim heyəti
çalışır.
- Azərbaycanlı
tələbələrlə birgə fəaliyyətiniz
necə qurulub?
- Universitetimizdə çox
sayda azərbaycanlı
tələbələr təhsil
alır. Biz təşkilatlanaraq
xalqımızın milli
bayramlarını bir yerdə keçirir, matəm günlərini birgə qeyd edirik. Bir azərbaycanlı tələbə olaraq Vətənimizin tanıdılması
bizim üçün
o qədərdə çətin
deyil. Belə ki, qardaş
türk xalqı ilə adət-ənənələrimiz
olduqca oxşardır.
Dərdlərimiz də eynidir.
Əsasən Afrikadan, Avropadan
gələn tələbələrə
Vətənimiz haqqında,
işğal altında
olan torpaqlarımız,
Xocalı soyqırımı
haqqında geniş məlumat veririk. M.A.Ersoy Universitetinin nəzdində
Türk Dünyası
Araşdırmalar topluluğunun
üzvüyəm. Sonuncu tədbirlərdən
biri kimi topluluğun keçirdiyi Xocalı faciəsinə həsr olunmuş konfransda, erməni soyqırımına həsr
olunmuş tədbirdə
fəal iştirak etmişəm. Bundan sonra
da bu istiqamətdə
əlimizdən gələni
edəcəyik.
-Menecment, ölkəmiz üçün yeni bir ixtisasdır. Bunun tətbiqi ölkəmiz üçün nə verə bilər?
- Menecment - idarəetmənin
iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə,
material, əmək və
maliyyə ehtiyatlarından
səmərəli istifadə
etmək, bazar şəraitində istənilən
fəaliyyət növü
ilə məşğul
olan firmanın qarşısına qoyduğu
məqsədə nail olması
üçün həyata
keçirilən peşəkar
fəaliyyət növüdür.
Deməli, menecment - bazar
iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir.
Hazırda ölkəmizdə özəl sektorun inkişafı ilə əlaqədar nəzərdə
tutulan qədər mənfəət əldə
etmək üçün,
şirkətlərin fəaliyyətini
bazarın tələb
və təklifini, həmçinin konkret istehlakçının tələbatını
ödəyə biləcək
malların istehsalına
və xidmətlərin
göstərilməsinə yönəltmək üçün
professional idarəetməyə ehtiyac yaranıb. Ona görə də ölkəmizdə professional menecmentin
bütün sahələrə
tətbiqini müşahidə
edirik.
- Son vaxtlar ali məktəblərə
qəbul prosesində gənclərimiz artıq texniki fənlərə daha çox üstünlük verirlər.
Bunun səbəbləri ilə
bağlı nə deyərdin?
- Son illər Azərbaycanda aparılan uğurlu islahatlar, quruculuq işləri, iqtisadiyyatda baş verən irəliləyişlər, sənayenin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi elm, təhsil və iqtisadi sahəyə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, abituriyentlərin qəbul prosesində texniki fənlərə yönəlməsinə səbəb olub.
- Sizcə, xaricdə
təhsil gənclərimizə nə verir?
- Azərbaycanda xarici şirkətlər, təşkilatlar çoxalır. Çalışırlar ki, onların mədəniyyətini, təhsilini görmüş adamlarla işləsinlər. Bu baxımdan xaricdə təhsil alanlar daha asan iş tapırlar. Xaricə gedib-gələn tələbələrlə burda oxuyanlar arasında çox fərq var. Tələbələr birinci kursdan müxtəlif təlimlərə, proqramlara qatılır, dilini inkişaf etdirir. Bu, gələcəkdə daha normal işdə çalışmaqdan ötrü çox vacibdir.
- Boş
vaxtlarında nə ilə məşğul olursan?
- Boş vaxtlarımda idmanla məşğul oluram. Yunan-Roma güləş növünü çox sevirəm. Arzum yarışlarda iştirak edib Azərbaycanın bayrağını daha da yüksəltməkdir. Ümumiyyətlə, uşaqlıqdan idmanı çox sevirəm. Hələ kiçik yaşlarımdan taekvondo növü, daha sonra sərbəst güləş, son dönəmdə yunan-Roma güləş növü ilə məşğul olmuşam. Bir necə turnirdə iştirak edib fəxri fərmanlar qazanmışam. Bildiyiniz kimi ölkəmizdə idmanın və olimpiya hərəkatının inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində atılan addımlar, görülən işlər bir-birini əvəz edir. İdmançılara göstərilən dövlət səviyyəsində diqqət və qayğı günbəgün artır. Bu da idmanla məşğul olan hər bir kəs kimi məni də ruhlandırır. Təhsillə əlaqədar boş vaxtlarımda idmanla məşğul oluram. Hazırda Türkiyədə universitetlərarası turnirdə iştirak etməyə hazırlaşıram.
-Təhsilini başa vurduqdan sonra iş fəaliyyətini
necə qurmaq istəyərdin?
- Gələcəkdə təhsilimi magistratura pilləsinə qədər davam etdirmək istəyərdim. Azərbaycan
hökuməti xaricdə oxuyan tələbələrə
diqqət və qayğı göstərir. Biz
bu qayğını hər zaman hiss edirik.
Çalışmaq üçün
professional restoran meneceri
olmaq və brend restoran şəbəkəsini idarə
etmək istəyərdim.
Belə ki, hazırda Bakıda bu sahədə rəqabətin az
olduğunu, şadlıq
evləri səviyyəsində
idarəetməni görmək
mümkündür. Ümumiyyətlə, idarəedici vəzifələrə
yüksəlmək təcrübə
və müsbət mövqe ilə mümkündür. İşlətmə geniş profilli olduğu üçün
həmçinin otel meneceri, istirahət mərkəzinin meneceri, qida xidməti meneceri kimidə fəaliyyət göstərmək
istəyərəm. Azərbaycan iqtisadiyyatı
inkişaf edir. Ölkədən uzaqda olsaq da Vətənimizin hər bir uğuru
bizi də sevindirir. Bu iqtisadi
yüksəlişdə biz gənclərində iştirak
etməsi üçün
yüksək ixtisaslı
mütəxəssis olmamız
vacib şərtdir.
Düzgün idarə olunan
iqtisadiyyat daha dayanıqlı və mənfəətli olar.
Biz xaricdə təhsil
alan tələbələr
bu sahədə Vətənə xidmət
etməyə hazırıq.
Nigar Abdullayeva
Palitra.-2014.-20 may.-S.7.