Uşaqlara fərdi yanaşma olduqca vacibdir

 

Ruhəngiz Mehmanqızı: “Uşaqda olan istənilən problemin formalaşmasında və onun aradan qaldırılmasında valideynin bilavasitə, yaxud dolayı rolu var

Uşaqların mənəvi və fiziki inkişafı, düzgün tərbiyə edilməsi, şəxsiyyət kimi yetişdirilməsi bütün hallarda valideynlərdən asılıdır. Xüsusən gənc valideynlər bu kimi məsələlərə diqqət etməlidirlər. Valideynlər, gələcəkdə əzab çəkməmələri üçün lazım gəldikdə psixoloqa da müraciət etməlidirlər. Hər halda KİV-də də bu istiqamətdə maarifləndirmə aparılmalıdır. “Palitraolaraq bu mövzuda Narınc Uşaq Psixologiya Mərkəzinin Nizami filialının direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı ilə müsahibəni təqdim edirik.

 

-Bu gün dünyada uşaqları tərbiyə etməyin hansısa psixolojireseptivar, yoxsa bu tərbiyə hər ailə və uşaqda fərdi olaraq tətbiq

edilməlidir?

- Tərbiyə sənətdir, tərbiyə elmdirbu işi düzgün yerinə yetirmək üçün ilk növbədə insandan səbir tələb olunur. Dünyada məşhur olan tərbiyə metodları var, tərbiyə haqqında ən məşhur alimlərin müəllifi olduğu minlərlə kitablar yazılır. Ayrıca yapon tərbiyə üsulu, Sparta tərbiyəsi və s. kimi qəbul olunmuş tərbiyə metodları var. Tərbiyə işi təkcə ailənin ayrı-ayrı fərdin üzərinə düşən deyil, bu dövlətin marağında olduğundan dövlət bu işlə bilavasitə məşğul olur. Çünki yaxşı cəmiyyət qurmaq ilk növbədə yaxşı insan yetişdirməkdən başlayır. Alimlərin fikrincə, insan şəxsiyyətinin memarlıq abidəsi 6 yaşına qədər qurulur. Ömrünün geridə qalan bütün hissəsini insan bu binanın arxitekturası üzərində işləyir. Bizdə isə tərbiyə adət-ənənələrlə, sterotiplərlə və etnik xüsusiyyətlərlə tənzimlənir. Valideynlər daha çox emrik təcrübə, yəni “ata-anam məni belə tərbiyə etmişdiprinsipi ilə yanaşır. Məsələn, məni döyə-döyə oxudublar, indi həkim, yaxud aliməm, nəyi pisdir?

-Uşaqlara ailədə sərbəstlik verməyin hansı müsbət və mənfi fəsadları ola bilər?

- Sərbəstlik və müstəqillik fərqli şeylərdir. Uşağa fikrini demək, seçim etmək, öz hüququnu qorumaq, qərar vermək kimi müstəqil düşünmək imkanı verilməlidir. Əlbəttə ki, uşağın hüquqları ilə yanaşı öz vəzifələri də varuşaq öz vəzifəsini icra etməlidir. Bu, uşaqda insan üçün ən vacib xüsusiyyət olan məsuliyyət hissini formalaşdırır.

-Adətən valideynlər uşağın aktiv, başqa sözlə nadinc olmasından gileylənirlər. Bu baxımdan valideynlər nə dərəcədə haqlıdırlar?

- Fəal uşaq yaxşıdır. Yəni bu o deməkdir ki, uşaq ilk növbədə sağlamdır. O qaçır, tullanır, yıxıb-dağıdır, dalaşır, dişləyir, rəqs edir, mahnı oxuyurs. Belə uşağın anası ancaq uşaq yatanda sevinir. Hər bir valideyn dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır. Təəssüf ki, bir sıra uşaqlar buya digər fiziki, psixi travmalarla, problemlərlə doğulur. Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində əmələ gətirdiyi fəsadlarla əlaqələndirir. Bəziləri isə bunu hətta müasir uşaqların spesifik problemləri kimi qəbul edir. Reallıq budur ki, hazırda hiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır. Simptomlarına və əlamətlərinə görə bu uşaqlar nə psixikası pozulmuş, nə də sağlam kateqoriyaya aid edilir. Sanki aralıq mövqedə dayanaraq həm valideynlər, həm də müəllimlər üçün problemlər yaradırlar. Uşaqların belə davranışlarına adətən məktəbəqədər və kiçik məktəbli dövründə rast gəlinir. Bu uşaqlar müəllim və tərbiyəçi üçün çətin, rahat olmayan uşaq kimi, oxumaq, yazmaq nitqin inkişafı, qavrama qabiliyyəti və s. kimi işlərdə problemlər yaradır. Ancaq bunları nevrolojipsixi xəstəliklərin əmələ gəlməsi hesab etmək olmaz. Son dövrə qədər psixoloqlarnevropatoloqlar bu qeyri-adi hərəkətlərin hansı səbəbdən yaranmasını öyrənə bilmirdilər. Ancaq, son illər məlum oldu ki, hiperaktiv uşaqların və bütün bu tip çətin uşaqların beyinləri prinsipcə normaldır. Amma hərəkətləri diqqətini tənzimləməkdə bir qədər gecikir.

- Bəs, hiperaktiv uşaqları necə müəyyən etmək olar?

- Belə uşaqlar həmişə hərəkətlidir, ancaq özünü idarə edə bilmir, yorulsa da yenə hərəkət edir. Bütün gücünü itirənə kimi ağlayır, qışqırır. Tez-tezçox danışır, danışarkən sözləri yeyir, başqalarının sözünü kəsir, tapşırığa axıra qədər qulaq asmır. Milyon dənə sual verir ancaq çox az hallarda cavaba qulaq asır. Onu yatmağa məcbur etmək olmur. Yatanda isə çox narahat yatır, tez-tez ürəkbulanması olur. Hiperaktiv uşaqlar hər şeydən allergiya ola bilərlər.

Bu uşağı idarə etmək çətindir, çünki onlar heç vaxt qadağalara sərhədlərə əhəmiyyət vermir. Tez-tez konflikt yaradır, öz aqressiyalarına nəzarət etmir, başqa uşaqları dişləyir, itələyirlər hətta daşdan çubuqdan da istifadə edirlər.

-Valideynlər belə uşaqlarla necə davranmalıdır?

- Elə uşaqlar var ki, onların hərəkət aktivliyi çox büruzə verir. Məsələn, uşaq dayanmadan hərəkətdə olur, başı üstə fırlanır dayana bilmir. O, aqressivdir, əsəbi yuxusuzluq problemi var. Bu halda uşağa dərman vermək məsləhət deyil. Məsləhətdir ki, evdə uşaq üçün bir idman küncü ayırasınız. Uşaq, idman hərəkətləri edir nəticədə 2 həftədən sonra normal uşağa oxşamağa başlayır. Əgər uşağın diqqəti zəifdirsə onu idarə etmək üçün bir çox ölkələrdə maraqlı bir üsuldan istifadə edilir. Diqqəti olmayan uşağın başına elektrodlardan papaq geyindirir cizgi filmi göstərilir. Uşaq diqqətini yayındıranda cizgi filmi təsvirini itirir nəticədə uşaq öz diqqətinin idarə edə bilir.

Əgər hər hansı uşaqda hiperaktiv diaqnozunu təsdiqlədənərsə, onda ilk öncə səbirli olmaq lazımdır. Onlar uşaqla münasibətdə pozitiv modelə üstünlük verməlidirlər. Onu layiq olduğu hər hərəkətinə görə tərifləmək, uğurlarını vurğulamaq lazımdır. Bu uşaqda öz gücünə inam yaradacaq. Yox”, “olmazsözlərini təkrar etməkdən qaçın. Onlarla sakit, yumşaq, təmkinlə danışın. Ayrılmış müəyyən vaxtda uşağa elə tapşırın ki, o həmin işin öhdəsindən gələ bilsin. Uşağı diqqətin mərkəzləşməsini tələb edən yaradıcılıq işlərinə yönəldin. Evdə günün planını tutun. Qida qəbulu, ev işlərini görmək, yatmaq hamısı bu cədvələ uyğun olsun. Oyun zamanı çalışın ki, uşağın bir partnyoru olsun. Narahat səs-küylü uşaqlardan qaçsın. Uşağa imkan verin ki, öz enerjisini sərf edə bilsin. Ən faydalısı fiziki aktivlikdir. Bu təmiz havada uzunmüddətli gəzinti, qaçmaq, idman hərəkətləri s. ola bilər.

Belə uşaqlar öz müəllimlərinə məsuliyyətli rol verirlər. Məktəblərdə diqqətsiz uşaqlara mənimsətmənin çətinliklərini nəzərə alaraq bu sahədə onların müəllimlərinə bəzi məsləhətləri vermə istərdim. Bu uşaqlarla individual qurulmalıdır. Bu vaxt əsas güc uşaqların diqqətinin mərkəzləşdirilməsinə zəif yaradıcılıq sahəsinə yönəldilməlidir.

Dərs vaxtı çalışmaq lazımdır ki, uşağın diqqətini yayındıran faktorlar minimuma endirilsin. Məsələn, hiperaktiv uşağı orta cərgədə lövhənin önündə oturtmaq lazımdır. Uşağı müəllim özünə köməkçi kimi çətinlik yaranan kimi istifadə etməlidir. Dərs məşğələlərini planla qurmaq lazımdır. Onlarla xüsusi gündəlik təqvimdən istifadə etməyi öyrətmək lazımdır. Çox tapşırıq vermək olmaz. Məktəbdə verilən tapşırığı bu uşağa lövhədə yazmaq tapşırılır. Ümumiyyətlə, uşaqlara fərdi yanaşma olduqca vacibdir.

-Uşağın istedadlı olmasında valideynlərin kimi rolu var?

- Təcrübəyə görə, İQ-nü (intellektin ölçü vahidi-H.F) yoxlamadan, valideynlərin peşələrinə görə uşağın intellektini müəyyən etmək olar. Əlbəttə ki, mütəxəssislər “intellektual uşaqlar hansı ailədə, hansı şərtlərlə böyüyür” sualına cavab tapmaq üçün müxtəlif təcrübələr keçiriblər. Burada ata və ananın evlilik yaşı, uşağın qidalanması, hətta valideynin çəkisi belə böyük əhəmiyyət daşıyır. Dünyada intellektual uşaq dünyaya gətirməyin hesabına arıqlayan analar da var. Statistikaya görə, valideynlərin 30 - 42 yaş arasında dünyaya gətirdikləri uşaqlar daha intellektual olurlar. İntellektin formalaşmasında təhsilin, məktəbin rolu var. Çünki bu kiçik yaşlarından, xüsusən məktəbəqədər yaşda formalaşır. Araşdırmalara görə ata-ana yanında böyüyən uşaqlar, nənə-baba yanında böyüyən uşaqlara nisbətən daha intellektual olur. Həmçinin intellekti yüksək olan insanların 90%-i 1 yaşdan artıq ana südü ilə qidalananlardır. Keysəriyyə əməliyyatı zamanı dünyaya gələn uşaqların intellektinin aşağı olması da mütəxəssislərin gəldiyi nəticədir. Psixoloq Zaytsın fikrincə, böyüklərlə daha çox ünsiyyətə girdiyinə görə evin böyük uşağı daha intellektual olur. Bizim nağıllardan belə qəhrəman hesab etdiyimiz sonbeşiklər isə özündən böyük bacı qardaşı ilə oynamaq, ünsiyyətə girmək imkanının geniş olduğundan qəhrəman olur.

- Valideynlər övladlarına necə nümunə olmalıdır?

- Tərbiyə uşağa danışılan monoloq deyil, tərbiyə nümunədir. Uşaq eşitdiyinə deyil, gördüyünə inanır. Valideyn uşağında hansısa xüsusiyyəti formalaşdırmaq istəyirsə ilk növbədə özündə o xüsusiyyət olmalıdır. Məsələn, son zamanlar əksər valideynlər övladının dərs oxumaq istəməməsindən daha çox kompyuter televizora həvəs göstərməsindən şikayətlənir. Fikir versək, belə ailələrin əksəriyyətində valideynlər əlinə kitab almır, həmçinin televizor kompyuter evdə xüsusi əhəmiyyət daşıyır.

- Sizə əsasən uşaqların hansı psixoloji problemləri ilə bağlı müraciət olunur?

- Valideynlərin böyük əksəriyyəti övladında diqqət dağınıqlığı, yadda saxlama çətinliyi, oxuma həvəsinin olmaması, aqressiya, səbəbsiz ağlamalar, yaşıdları ilə münasibət qurmağı bacarmamaq, bacı-qardaş qısqanclığı s. kimi problemlərlə müraciət edirlər. Uşaqda olan istənilən problemin formalaşmasında onun aradan qaldırılmasında valideynin bilavasitə, yaxud dolayısı ilə rolu var. Uşaqla korreksiya işi ilə yanaşı valideynlə birlikdə tərbiyə işindəki nöqsanlar araşdırılır həlli üçün alternativ variantlar təklif olunur.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-21 may.-S.11.