Kann festivalında Azərbaycan pavilyonu
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 67-ci Kann Beynəlxalq Kinofestivalı keçirilir. Dünyanın ən mötəbər kino tədbirində artıq dördüncü ildir ki, Azərbaycan pavilyonu fəaliyyət göstərir. Milli filmlərimizin nümayiş olunduğu pavilyonda xarici kino adamları - prodüserlər, rejissorlar, aktyorlar və şairlərlə görüşlər keçirilir, birgə layihələr müzakirə olunur.
Ölkəmizin turizm
imkanlarını təbliğ edən çap
və video materiallar
ziyarətçilərə nümayiş
etdirilir. Azərbaycan kinosu
tarixində ilk dəfə olaraq
Kann festivalının əsas müsabiqələrindən
olan "Qısa metr"
proqramında "Azərbaycanfilm" kinostudiyası ilə
"Buta films"
şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filmi nümayiş etdiriləcək. Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey
Pikalov və Aleksandr Krasavin, baş rolun ifaçısı isə İdris
Rüstəmovdur. Festivalın "Rejissor
ikihəftəliyi" proqramına "Torn"
qisametrajlı filmimiz daxil
edilib. Filmin
rejissorları Elmar İmanov
və Engin Kundağ, baş rolun
ifaçıları Rasim Cəfər və
Zülfiyyə Qurbanovadır. Bundan əlavə,
"Qısa filmlər guşəsi" adlı sərbəst
proqramda da Azərbaycan
bir neçə qısametrajlı filmlə
təmsil olunur. Builki festivalda ölkəmizdən dövlət və
bir sıra müstəqil kino
şirkətlərini təmsil edən 20-dən artıq
kinematoqrafçı iştirak edir.
Palitra.-2014.-21
may.-S.16.