“Gənclər arasında erkən nikahların sosial-iqtisadi səbəbləri əsas rol oynayır”

 

Ötən saylarımızda da qeyd etdiyimiz kimi, gənclərin və yeniyetmələrin fiziki və mənəvi inkişafında onların ailə ilə bağlı bilgilərinin artırılması və maarifləndirilməsi də ən önəmli yerlərdən birini tutur. Bu barədə orta məktəb dərsliklərindən və tədrisindən müəyyən məlumatlar əldə edilsə də, görünən budur ki, bəzi regionlarda bu barədə müəyyən problemlər qalmaqdadır. Bu baxımdan, erkən nikahlarla bağlı maarifləndirmə xeyli dərəcədə aktualdır. Məhz bunu nəzərə alaraq gənclərin, yeniyetmələrin və onların valideynlərinin erkən nikahlarla bağlı məlumatlandırılması və maarifləndirilməsi məqsədilə son vaxtlar ardıcıl layihələr, aksiyalar həyata keçirilməyə başlanılıb.

Bu layihələrdə erkən nikahların gənclər, yeniyetmələr, həddi-buluğa çatmayanlar üçün hansı fiziki və mənəvi problemlərə gətirib çıxardığı barədə məlumatlar verilir, onların zərərləri açılıb göstərilir. Bu məsələ ilə bağlı Gənclər Fondunun dəstəyi ilə layihə həyata keçirən aktiv gənclərdən biri də Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin magistri Seyran Quliyevdir. Yeniyetmə və gənclərin fiziki-mənəvi inkişafı baxımından bu layihənin çox önəmli olduğunu qeyd edən S.Quliyevə görə, dini qaydada nikahların “rəsmiləşdirilməsi” nəticəsində, hətta, elə ailələr var ki, dini kəbindən sonra rəsmi kəbinə belə getmirlər: “Bəzi vətəndaşlarımız dinə dayanaraq çox yersiz bir analogiya aparırlar. Mənim fikrimcə, bu çox yersiz bir arqumentdir. Əvvəla ona görə ki, bu hadisənin üstündən yüz illərlə vaxt keçib. O dövrün fiziologiyası, psixologiyası, sosial mühititarixi şəraitini indiki dövrlə heç cürə müqayisə etmək olmaz. İslam dininə görə, kəbin Allah dərgahında baş tutan bir hüquqi müqavilədir. Burada hər iki tərəfin iştirakı nəzərdə tutulur. Ailə quranlardan biri ( oğlanya qız ) bu işdən narazıdırsa, kəbin Allah dərgahında baş tutmamış hesab olunur. İslamda heç bir şeydə məcburiyyət olmadığı kimi, bu məsələdə də yoxdur.Tərəflərdən heç birini bu məsələdə məcbur etmək olmaz. Hər tərəfin nikahda könlü, öz iradəsi olmalıdır. İndi isə sizə bir statistika açıqlayım : Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Sosial Tədqiqatlar Mərkəzi və BMT-nin Uşaq Fondunun ölkənin dörd regionundan 488 respondenti əhatə edən tədqiqatı həyata keçirdiyi zaman əldə olunan nəticələrdən məlum olmuşdu ki, aşkarlanmış erkən nikahların təxminən 58%-i qızların tam razılığı olmadan baş verir. Bu nə deməkdir görəsən? Nikah məsələsində toplumun hazırkı baxışının dəyişməsindən tutmuş, sosialmaddi problemlərin həllini tapmasına qədər, bütün sahələr düzəlməlidir. Sosial-maddi problemlərin üzərində xüsusilə dayanmaq lazımdır. Layihə çərçivəsində xaricdə tibb təhsili (Berlin şəhəri, Charite Universitet Klinikasının həkim - rezidenti ) alan Ümud Səlimzadənin də fikirlərini almışıq. Onun fikrincə, erkən nikahlara səbəb olan amillər içərisində ən başlıca mövqeni sosial - ekonomik səbəblər tutur. Bu zaman o maraqlı bir statistikadan çıxış edir: 2010-cu ildə BMT-nin apardığı "Evlilik modelləşdirmələri" araşdırmasına görə, müəyyən olunub ki, ölkələrin inkişaf dərəcələri ilə erkən nikahların rastgəlmə tezliyi arasında bir tərs mütənasiblik mövcuddur. Belə ki, inkişaf etmişinkişaf etməkdə olan ölkələrdəki erkən nikah sayı daha az olduğu halda, inkişaf etməmiş ölkələrdə bu say daha yüksəkdir. Misal üçün 15-19 yaş aralığındakı qızlarda erkən evlənmə: Kanadada 0.6 %, Almaniyada 1.2%, İngiltərədə 1.7 %, ABŞ-da 3.9 % müşahidə edilərkən, erkən nikahlara Qərbi, Şərqi və Mərkəzi Afrika ölkələrində ve Şimali Asiya ölkələrində faiz göstəriciləri çox yüksək rəqəmlərlə ifadə edilməkdədir. Məsələn, Nigeriyada 61.9 %, Demokratik Kongo Cumhuriyyətində 74.2% , ?fqanıstanda 53.7 %, Bangladeşdə 51.3 %-dir”.

S.Quliyev qeyd edir ki, erkən nikahlar haqqında tədbirlərin, seminarların və təlimlərin mahiyyəti bir şeyə yönəlib :Ona qarşı çıxmaq. Bu zaman bir neçə sual gündəmə gəlir : Erkən nikahlar bu qədər geniş yayılmışkən ona qarşı çıxmaq həqiqətənmi lazımdır? Az sonra aşağıdakı açıqlayacağımız səbəblər üzündən məsələnin ciddiliyi əyani görsənək və bu suala özünüz cavab tapmış olacaqsınız.

Erkən nikahlara aid müzakirələr zamanı bu məsələ ilə bağlı mütəxəssis fikirlərini də almağa çalışdıq. Bizə açıqlamasında Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının magistrantı Elgül Eyvazoya bildirdi ki, “Uşaq” ikən ailə qurma həm fizioloji, həm də psixoloji mənfi təsirlərsiz təbii ki, ötüşmür. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, erkən nikahlardan doğulan uşaqların xəstə doğulma ehtimalı daha yüksəkdir. Ailə cəmiyyətdə mövcud olan mühüm institutlardandır. Onu qurmaq, qoruyub saxlamaq, yaşpsixi baxımından inkişaf tələb edir. Bu isə yeniyetmə yaşlarında formalaşan bir proses deyil. Hər bir yaş dövrünün özünəməxsus fəaliyyət növü var. Ümumi şəkildə ifadə etsək, uşaqlıq yaş dövrü üçün oyun, yeniyetməlik yaş dövrü üçün təlim peşə seçimi, gənclik yaşı üçün karyera planlama, yetkinlik yaşı üçün peşə fəaliyyəti və ailə qurmaq xarakterikdir. Müasir dövrümüzdə xanımların bu mərhələləri keçərək cəmiyyətdə inkişaf edib öz mövqelərini tutması mühüm bir məsələdir. Digər tərəfdən təhsil və maarifləndirilmə baxımından gənc xanımların erkən nikaha daxil olması onların bütün gələcək, təhsil və s. planlarına son qoy bilir. Təhsil alma yaşında olan bir qız ailə qurmaga məcbur edilirsə, bu, onun psixoloji travma almasına və gələcəkdə zəif və mövqesiz insana çevrilməsinə səbəb olur.”

Bəli, istisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu dönə-dönə vurğulayırlar: “Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır. Bioloji, psixi, fizioloji inkişaflarını tamamlamayan qızların yeniyetməlik çağında ailə qurması onları yeni qurduğu həyatda da bir sıra problemlərlə üz-üzə qoya bilər. Ailənin yükü onu sıxa bilər, özü hələ yeniyetmə olduğundan tərbiyələndirilməyə, istiqamətləndirilməyə ehtiyac duyan birinin körpəsinə lazimi şəkildə qulluğ edə bilməz və s.”.

Erkən nikahların tibbi fəsadları. Təəssüfedici haldır ki, son bir neçə ildə 15-19 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb. Gənc tədqiqatçı S.Quliyev bildirir: “Milli Məclis Ailə Məcəlləsinə dəyişiklik edərək qızların nikah yaşını 17-dən 18-ə qaldırmağa dair qərar verdi. Qızların 14-16 yaş hədlərində ərə verilməsi tibbi baxımdan da düzgün deyil. Bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi təhlükəlidir. Qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Həmin yaş həddində orqanizm törətmək potensialında olsa da, hələ formalaşma tam başa çatmayıb. Buna görə hormonal sistem pozğunluğu baş verir, nəticədə gənc ana bir sıra daxili problemlərlə, eləcə də vaxtsız qocalma ilə baş-başa qalır. Müsahibəsində bu haqda da öz fikirlərini bizimlə bölüşən Ümid Səlimzadə maraqlı məqamları vurğuladı. Onları da sizə təqdim edim:“Erkən nikahların uşaq, ailə və cəmiyyət üzərində olan tibbi təsirlərini iki qrupda birləşdirmək olar :Uşaqlara olan təsirlərinə misal olaraq, bədən sağlamlığına olan birbaşa mənfi təsirlər (qızlarda vaxtından qabaq böyümək); fiziki olaraq evliliyə və uşaq dünyaya gətirməyə hazır olmaması (uşaq çanağının ölçülərinin kiçik olması); uşaq dünyaya gətirərkən ölməsə belə, sidik kanalının zədələnməsi və sidik-cinsiyyət sistemləri arasında fistulların (əlavə patoloji kanalların) əmələ gəlməsi, sidik saxlamama kimi problemlərin meydana çıxması; cinsi yolla keçən xəstəliklərə tutulma riskinin artması; erkən və tez-tez baş verən hamiləliklər (vaxtından qabaq doğuş), natamam diri doğulmalar (hər hansı bir organın olmaması), ana ölümünün intensivliyi artması; körpə ölümünün intensivliyinin artması; psixi olaraq evliliyə və doğuma hazır olmamaq; özgüvəni olmayan bir "ana"nın, psixi travmalı insanın dünyaya gətirəcəyi insana olan əks təsirləri, ailə və cəmiyyətə olan təsirlərinə misal olaraq isə savadsız "ana"ların dünyaya gətirəcəyi savadsız övladlar; cəmiyyətə sadəcə fərd yetişdirib də şəxsiyyət yetişdirə bilməməsi; qadınların sosial ədalətsizliyin pozularaq evuşaq faktorundan başqa maraqlarının olmaması, daha dəqiq desək, maraqlarının olmasına izin verilməməsi; ailədə maddi yükün daha çox "ata"nın üzərinə düşməsi, sosial bərabərsizliyin pozulmasının bu dəfə ataya tərəf yönəlməsi, stressin dərinləşməsi; cinsiölümcül xəstəliklərin intensivliyində "yüksələn xəttin" müşahidə olunması və s.”.

Bütün bunlar deməyə əsas verir ki, "hər , vaxtında doğrudur". Hərçənd ki günü-gündən inkişaf edən tibb, gün gələcək, bütün xəstəliklərə qalib gələcək, amma bizgöz görə-görə uşaqlarımızı "oda atıb yandırıb, sonra sağaltmayaq . "Necə deyərlər, olanda yaşadaq, öləndə yox".

Həkim deyir ki, konfransların birində bir akademik belə bir cümlə işlətdi: "Biz qaraciyər hüceyrəsini öyrənib, qaraciyəri unutduq. Qaraciyəri öyrənib, insanı unutduq, insanı öyrənib, insanlığı unutduq".

Beləliklə, erkən nikahlara "hə" deməklə insanlığımızı unuduruq. Bunu etməyək! Sağlam ailə və vaxtında nikah lazımdır”.

 

İlkin AĞAYEV

Palitra.-2014.-22 may.-S.11.