Uşaq və gənclər maarifləndirilir

 

Yaradıcılıq mərkəzləri arasında başlayan yarışmanın məqsədi gəncləri dünya xalqlarının mədəniyyəti, adət və ənənəsi ilə tanış etmək, sağlam gələcəyimiz naminə ekologiyamızı qorumaq üçün məlumatlandırmaqdır

 

Uşaq və gənclərin mənəvi inkişafında kitabxanalarımızın da mühüm rolu var ki, burada müxtəlif mövzularda, o cümlədən tariximiz, ana dilimiz, ədəbiyyatımız, folklorumuz, incəsənətimizlə bağlı elmi əsərlərlə yanaşı, bir çox tanınmış yazıçı və şairlərimizin əsərləri qorunuz saxlanılır. Uşaq və gənclərimiz kitabxanalara müraciət etməklə onlarla tanış olmaq imkanı əldə edirlər. Bu əsərləri oxumaqla onlar mənəvi cəhətdən daha da zənginləşir, tariximizi, dilimizi, ədiblərimizi daha yaxından tanıyır.

Ölkə başçısı İlham Əliyev kitabxanalarımızın Azərbaycan xalqının milli sərvəti olduğunu, xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynadığını bildirib. Bu gün ölkəmizdə uşaqlara bu imkanı yaradan kitabxanalarımızdan biri də F.Köçərli adına Respublika Uşaq Kitabxanasıdır. Kitabxana 1965-ci ildə Mədəniyyət Nazirliyinin qərarı ilə M.Qorki adına kitabxananın fondu əsasında yaradılıb. Kitabxananın kitab fondu 249834, 17028 oxucusu olmaqla yanaşı, 8 şöbəsi, 4 bölmə, 2 oxu zalı və 3 filialı var.

Qeyd edək ki, uşaqlar bu kitabxanaya yalnız oxucu kimi müraciət etmir. Burada həmçinin davamlı olaraq müxtəlif tədbirlər təşkil olunur. Hər il olduğu kimi cari ildə də kitabxanada bir sıra tədbirlər keçirilib ki, bu tədbirlərdə uşaqlar fəal iştirak ediblər. Belə tədbirlərdən biri kimi 10 fevral tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında gənc oxucu-rəssam Ayan Abbasovanın “Qoy həmişə günəş olsun” adlı ilk fərdi sərgisinin açılış mərasimi olub. Sərgidə Ayanın 45-ə yaxın rəsm işi nümayiş etdirilib. Kitabxananın fəal oxucusu olan Ayan bir çox tədbirlərdə fəal iştirak edir, dərs əlaçısıdır, Bakının Binəqədi rayonu Namiq Babayev adına 144 saylı tam orta məktəbin yeddinci sinfində təhsil alır.

Artıq 5 ildir ki, Fikrət Əmirov adına 6 nömrəli incəsənət məktəbində Aydan Niftiyevanın rəhbərlik etdiyi rəsm dərnəyində məşğul olur. Dərnək rəhbəri balaca rəssam haqqında yüksək fikirdədir. Ayan çox bacarıqlıdır. Güclü rəng duyumu var. Rəngləri seçməyi bacarır. Yaşının az olmasına baxmayaraq o, müxtəlif janrlardatexnikada sərbəst işləyir. Çəkdiyi rəsmlərin əksəriyyəti sulu boya, quaş, karandaşla çəkilib, muncuqqaşlarla bəzədilib. Onun əl işləri məzmun etibarı ilə tamaşaçıları düşünməyə vadar edir. Sərgidə nümayiş etdirilən "Gözümüzün nuru", "Biz sülh istəyirik", "28 may", "Bir bayraq altında birləşək", 20 Yanvar və Xocalı faciəsinə həsr olunmuş rəsmləri böyük maraq doğurur. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq tədbir iştirakçılarını Ayanın əl işləri, yaradıcı təxəyyülü və xüsusi istedadı ilə bağlı öz fikirlərini söyləyib. Həmçinin öz çıxışında qeyd edib ki, balaca rəssam heç bir çətinlik çəkmədən öz yaradıcı təxəyyülünü realizə etməklə bir-birindən maraqlı kompozisiyalar yaradıb.

Tədbirə toplaşan qonaqlar - Azərbaycan Rəssamlar İttifaqının üzvü, Xalq rəssamı Arif Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları Qənirə Sultanova, Xədicə Quliyeva, Binəqədi Rayonu İcra Hakimiyyətinin İdman və Gənclər şöbəsinin müdiri Qüdsi Bayramov, Ayanın sinif yoldaşları, valideynlər və başqaları balaca rəssam Ayan Abbasovanı təbrik edib, bu yolda ona uğurlar arzulayıblar. Gənc oxucu- rəssam Ayan Abbasova milli musiq alətimiz olan sazda gözəl musiqilər ifa etməklə tədbir iştirakçılarının zövqünü oxşayıb.

Fevralın 14-də isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Litvanın dövlət müstəqilliyi gününə həsr olunanKitabxana: nağıl qəhrəmanlarının görüş yerimövzusunda tədbir keçirilib. Tədbiri açan kitabxananın direktoru Şəhla Qəmbərova F.Köçərli adına Respublika Uşaq Kitabxanasının digər dövlətlərin uşaq yaradıcılıq mərkəzləri ilə əməkdaşlıq etdiyini bildirib. Diqqətə çatdırıb ki, ötən ilin noyabrında kitabxananın nümayəndə heyəti Litvada olarkən əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən, bu ildən başlayaraq hər iki ölkənin müvafiq qurumlarında uşaq ədəbiyyatı, milli adət-ənənələr, bayramlarla bağlı tədbirlər keçiriləcək. Sonra söz Bakıdakı 7 nömrəli məktəbin V və VII sinif şagirdlərinə verilib. Onların təqdimatında nağıl qəhrəmanlarımızdan olan Cırtdan, Göyçək Fatma, Tıq-tıq xanım, Məlikməmməd, Siçan bəy, Təpəgöz Litva xalqının nağıl qəhrəmanları - Kastitis, Yurate, Eqle ilə görüşüblər. İştirakçılar slaydlara baxıb, milli geyimdə olan uşaqlar Litva folklorundan tapmacalar söyləyib, nağıllardan səhnəciklər göstəriblər. Kitabxanada, həmçinin Litvanın adət-ənənələrindən, mədəniyyətindən bəhs edən uşaq kitablarının sərgisi də nümayiş olunub.

Uşaq ədəbiyyatının tədqiqatçısı Füzuli Əsgərli, uşaq yazıçılarından Gülzar İbrahimova, Reyhan Yusifqızı belə tədbirlərin böyük əhəmiyyət daşıdığını, hər iki xalq arasında əlaqələrin inkişafına dəyərli töhfə verəcəyini qeyd ediblər.

Sonda Litvanın Azərbaycandakı müvəqqəti işlər vəkili Şarune Kubelyute tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyibbu işdə əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan və Litva xalqları arasında tarixən mövcud olmuş əlaqələr bu günuğurla davam etməkdədir. Gələcəyimiz olan uşaqların tədbirdə fəal iştirakı çox sevindirici haldır. Onlar çox gözəl hazırlaşıblar. Uşaqların çıxışına valeh oldum. Şəhla Qəmbərova Litvanın ölkəmizdəki səfirliyi əməkdaşlarının F.Köçərli adına Respublika Uşaq Kitabxanasının tədbirində ilk dəfə iştirak etdiklərini diqqətə çatdıraraq, rəhbərlik etdiyi kollektivin adından Xalq rəssamı Arif Hüseynovun “Ağıllı qız” əsərini qarşı tərəfə hədiyyə edib.

Fevralın 21-də kitabxananın oxu zalında 21 Fevral Beynəlxalq Ana Dili gününə həsr olunmuşAna dili milli varlığımızın aynasıdır” adlı tədbir keçirildi. Tədbirdə yazıçı, publisist, şair Teyyub Qurban, Səbail rayonu 8 saylı məktəbin şagirdləri, müəllim və valideynlər, kitabxana əməkdaşları iştirak edirdilər. Tədbirdə, həmçinin Ana dili ilə bağlı kitab sərgisi təşkil edilib. Tədbirdə Ana Dilimizə həsr olunmuş çarxlı slayd nümayiş olunub. Uşaqlar Ana dili ilə bağlı şeirlər söyləyiblər, mahnı ifa ediblər, səhnəcik göztəriblər. Sonda tədbir iştirakçılarına “Göy qurşağı” jurnalı, boya kitabları, müxtəlif hədiyyələr verilib.

Martın 17-də kitabxanadaYaz bayramı. Saz bayramı. Söz bayramıadlı bayram tədbiri keçirilib. Novruz şənliyində Binəqədi rayonu 144 saylı Dünya məktəbinin şagirdləri, müəllimlər, kitabxananın əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq qeyd edib ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib. Tədbirdə 144 saylı məktəbin VII sinif şagirdləri novruz adət ənənələrinə aid olan papaq atdı, üzük falı, ənzəli oyunları, yumurta döyüşü, xoruz döyüşü s. kimi rəmzləri özündə birləşdirən səhnəciklərlə çıxış ediblər. Uzundərə”, “Mirzəyi”, “PapaqYallıkimi milli rəqslər ifa olunub.

Son tədbirlərdən biri kimi mayın 22-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Bakı şəhər uşaq gənclər yaradıcılıq mərkəzləri arasındaDünyanın mədəniyyət rəngləriadlı yarışmaya başlayıb. Kitabxanadan bildiriblər ki, Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə təşkil olunan yarışmada paytaxtın 12 rayonunun uşaq gənclər yaradıcılıq mərkəzləri iştirak edirlər. Yaradıcılıq mərkəzinin iştirakçıları müvafiq olaraq Türkiyə, Böyük Britaniya, Hindistan, Gürcüstan, Özbəkistan, İran, İspaniya, Rusiya, İtaliya, Tatarıstan (Rusiya Federasiyası), Yunanıstan Hollandiyanı təmsil edirlər.

Yarışma təmsil olunan dövlət haqqında təqdimat-slaydların hazırlanması, milli rəqs, milli geyim, milli kuklanın hazırlanması şirma nağıl olmaqla 5 nominasiya üzrə nəzərdə tutulub. Layihənin məqsədi uşaqları dünya xalqlarının mədəniyyəti, adət ənənəsi ilə tanış etmək, sağlam gələcəyimiz naminə ekologiyamızı qorumaq üçün maarifləndirməkdir. Tədbirə mayın 26-da Beynəlxalq Muğam Mərkəzində yekun vurulacaq.

 

Nigar Abdullayeva

Palitra.-2014.-23 may.-S.11.