Uşaq və yeniyetmələrin idmana həvəsini artıran işlək
mexanizmlər yaradılacaq
Layihə çərçivəsində
təqdim etdiyimiz yazı gənc nəslin
fiziki-mənəvi inkişafında böyük
rol oynayan bədən
tərbiyəsi və idmanın inkişafı üzrə
2013-2020-ci illəri əhatə edən Milli
Strategiya ilə bağlıdır. Azərbaycan
idmançıları qazandıqları nailiyyətlərlə
ölkəmizin dünyada idman
ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir.
Dövlət idmanın inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirərək ölkədə sağlam həyat tərzinin təbliğinə çalışır. Bunun üçün bütün mümkün vasitələrdən istifadə edilir. İdmanın inkişaf etdirilməsi həm dövlətin dünyadakı təbliği, müsbət imici üçün, həm də ölkədə gənc nəslin formalaşması üçün vacibdir. Bu səviyyəyə çatmaq üçün ölkəmizdə səbirlə, planlı şəkildə genişmiqyaslı işlər həyata keçirilib. Dövlət başçısını da qeyd etdiyi kimi idmanın inkişafı dövlət siyasətidir və idmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda var: «Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli-mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir. İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər».
Qeyd edək ki, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiyanın əsas məqsəd və vəzifələrinə bir sıra amillər daxildir.
Belə ki, məqsədlər
sırasında ölkədə bədən tərbiyəsi və
idmanın uzun müddətə kütləvi
inkişafının planlaşdırılması, bədən
tərbiyəsi və idmanın hərtərəfli
inkişafına və insanların gündəlik məişətinə
daxil
edilməsinə nail olunması, bədən
tərbiyəsi və idman vasitəsilə
bütün yaş
qruplarından olan insanların, o cümlədən uşaq,
yeniyetmə və gənclərin sağlamlıqlarının
möhkəmləndirilməsi, fiziki
inkişafının təmin olunması, yeniyetmə və gənclərin
fiziki hazırlıq səviyyəsinin
yüksəldilməsi, onların orduya
xidmətə fiziki cəhətdən
hazır olmalarının təmin edilməsi, “Vətənin
Müdafiəsinə Hazıram” bədən tərbiyəsi və
idman kompleksinin ölkədə
yeniyetmə və gənclər arasında daha
geniş formada tətbiqi,
hərbi hissələrin və hüquq
mühafizə orqanlarının fiziki tərbiyə
və idman hazırlığı üzrə
maddi-texnki bazalarının möhkəmləndirilməsi,
hərbi fiziki hazırlığın təmin
olunmasına tələb olunan bütün imkan və
şəraitlərin yaradılması, hərbi hissələrdə
“Hərbi İdman Kompleksi”nin (HİK) şəxsi heyətlərin bütün üzvləri arasında bir qayda olaraq
tətbiq edilməsi və müvafiq yaş qruplarına uyğun
normativlərin ödənilməsinin təmin edilməsi daxildir. Strategiyaya əsasən, bütün yaş qruplarından olan
insanların, o cümlədən uşaq, yeniyetmə və gənclərin idman və fiziki fəaliyyətlərdə
kütləviliyin təmin edilməsi məqsədilə icmalarda, xüsusən təhsil müəssisələrində
və yaşayış yerlərində imkan
və şərait yaradılacaq. Əmək
məşğuliyyətindən asılı olaraq
əhalinin ayrı-ayrı təbəqələri və yaş qrupları arasında bədən tərbiyəsi
və idmanın inkişafının təmin edilməsi məqsədilə
xüsusi fiziki hərəkətlər
kompleksinin hazırlanması və geniş formada tövsiyə
edilməsi, uşaq və
yeniyetmələrin, xüsusən qızların idmanla məşğuliyyətə həvəs
və marağını yüksəldən işlək
mexanizmlərin hazırlanması və tədbirlərin
artırılması, bədən tərbiyəsi və
idmanın sağlamlıq imkanları məhdud olan
insanlar və əlillər arasında daha əsaslı və
geniş inkişafına nail
olunması, bədən tərbiyəsi və idmanın sistemli inkişafının elmi
əsaslarla dəyərləndirilməsi və təsdiqi, bədən
tərbiyəsi və idman üzrə
elmi-tədqiqat institutunun
yaradılması, bədən tərbiyəsi və idman sahəsi üzrə kadr
hazırlığı məsələlərinin təkmilləşdirilməsi,
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qızların qəbulu
üzrə faizin artırılması və
müəyyən edilmiş faizin təmin olunması da
nəzərdə tutulub. Müxtəlif
tipli bütün idman məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, bu
məktəblərdə ixtisaslaşdırılmış təlim-idman
bazalarının yaradılması, kadrların davamlı
peşəkar inkişafı və fiziki tərbiyə
sahəsi üzrə təkmilləşdirmə
kurslarının təşkili işinin
yaxşılaşdırılması, bədən tərbiyəsi
və idmanın təbliği işlərinin genişləndirilməsi,
bu məqsədlə idman
jurnalistikası üzrə peşəkar kadrların
hazırlanması, cinsindən, yaşından, fiziki
və ya əqli imkanlarından
asılı olmayaraq hər kəsin bütün səviyyələrdə
bədən tərbiyəsi və idmanla məşğul
ola bilməsinə və uğur
qazanmasına münbit şəraitin
yaradılması, məktəbəqədər yaşlı
uşaqların bədən tərbiyəsi ilə məşğulluğa
cəlb edilmələri üzrə əməli tədbirlərin
planlaşdırılması və həyata
keçirilməsinin təmin edilməsi, təhsil müəssisələrində,
xüsusən orta məktəblərdə
fiziki tərbiyə və idmanın
inkişafı sisteminin təkmilləşdirilməsi,
bədən tərbiyə dərslərinin metodoloji
və maddi-texniki bazasının möhkəmləndirilməsi,
təhsil müəssisələrində,
xüsusən orta məktəblərdə
idman klublarının, uşaq-idman
klublarının yaradılması və fəaliyyətlərinin
təmin edilməsi, əhalinin ayrı-ayrı təbəqələri
(istehsalat sahələri üzrə) və
yaş qrupları üçün
onların fiziki
sağlamlıqlarının möhkəmləndirilməsi və əmək qabiliyyətinin
saxlanılmasını təmin edə biləcək 6 saatdan az olmayaraq
həftəlik hərəki fəallıqla bədən tərbiyəsi
və idman vasitəsilə məşğulluqlarına
nail olmaq da strategiyada nəzərdə
tutlub. Əsas məqsədlərdən biri də əhalinin ayrı-ayrı yaş qrupları və kateqoriyaları
arasında bədən tərbiyəsi və idmanın
kütləvi inkişafına nail
olunmasıdır.
Anar Miriyev
Palitra.-2014.-24 may.-S.11.