“Mən hər zaman atamın və babamın şəxsiyyəti ilə qürur duymuşam

 

Müsahibimiz Abdulla Şaiqin ev muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət xadimi Ülkər

Talıbzadədir:

 

-Ülkər xanım, Abdulla Şaiqin ev muzeyinin bugünkü fəaliyyəti, eksponatların vəziyyəti və yeni eksponatların araşdırılması hansı mərhələdədir?

- Bizim muzeyimiz 1990-cı ilin dekabr ayında Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub. 1991-ci ilin yanvar ayında isə yaranıb. Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadənin səyləri nəticəsində bu muzey yaradıldı. Ancaq on il ərzində burada ekspozisiya olmayıb. Müəyyən səbəblərə görə ekspozisiya açıla bilmirdi. Ancaq 2001-ci ildə Heydər Əliyevin qərarı ilə Abdulla Şaiqin 120 illik yubileyi təntənəli surətdə keçirildi. Qərardan sonra yubiley ərəfəsində Mədəniyyət Nazirliyinin göstərişi ilə xüsusi qrup yaradıldı və bizim ekspozisiyamız açıldı.

Hal-hazırda səkkiz minə yaxın eksponatımız var. Muzey yarananda Kamal müəllim Abdulla Şaiqin evdə olan xatirə əşyalarını, əlyazmalarını, kitablarını, bundan başqa müəyyən əşyalarını Nizami adına Ədəbiyyat Muzeyinə verdi. Oradan bəzi əşyaları, kitabları, əlyazmaları muzeyə geri verdilər. Əlyazmalar İnstitutundan da bəzi sənədlər və əlyazmalar bizə verildi. Bunlar muzeyə daxil olan ilk eksponatlardır. Daha sonra isə tədricən muzeyin fondu genişləndi. Kamal müəllim daima axtarışda idi. O, Abdulla Şaiqə aid yeni eksponatları tapıb, fonda daxil edirdi. Hazırda bu proses davam edir. Kamal müəllim ömrünün son günlərinədək bu muzeyə rəhbərlik edib.

2006-cı ilin yanvar ayında Kamal müəllim dünyasını dəyişdi. Bildiyiniz kimi, bizim muzeydə Elmi Şura fəaliyyət göstərir. Elmi Şuranın növbəti iclasında Kamal müəllimin Azərbaycanda gördüyü işləri, onun elmi fəaliyyətini, yaradıcı fəaliyyətini, muzey sahəsində gördüyü işləri, onun zəngin irsini nəzərə alaraq, biz muzeydə Kamal müəllimin ayrıca guşəsini yaratmağa qərar verdik. Ona aid olan bütün şəxsi eksponatları Abdulla Şaiqin mənzil muzeyində topladıq. Elmi Şuranın bu qərarını məktubla birlikdə Mədəniyyət və Turizm Nazirliyinə bildirdik. Onların razılığı ilə burada rəsmi şəkildə Kamal Talıbzadənin guşəsi açıldı. Kamal müəllimin arxivində Abdulla Şaiqə aid bir çox materiallar var idi. O, hamısını muzeyə verməyib. Biz tədricən Kamal müəllimin şəxsi əşyalarını, kitablarını muzeyə gətirib fonda daxil etdik. Həmçinin, əlyazmalarını, çap olunmuş əsərlərini, qəzet jurnalları tədricən muzeyimizin fonduna daxil edirik bu eksponatlarla da ekspozisiyanı zənginləşdiririk.

- Abdulla Şaiqin üzə çıxmayan ya da çap olunmayan əsərləri

varmı?

- Kamal müəllim Abdulla Şaiq irsinin ən gözəl tədqiqatçılarından davamçılarından idi. Abdulla Şaiqin çap olunan əsərlərinin tərtibatçısı Kamal müəllim olub. Bildiyiniz kimi, Sovet dövründə müəyyən qadağalar, şərtlər var idi. Ona görə Abdulla Şaiqin bir çox əsərlərini nəşrə hazırlayanda Kamal müəllim onları ixtisar edib. Hətta, özü deyib ki, mən atamın əsərlərini şikəst etdim. O, bu mövzuda dəfələrlə mətbuatda çıxış edib. Abdulla Şaiq Novruz bayramı ilə bağlı xatirələrində bir hissə var. Bu hissədə Kamal müəllim müəyyən ixtisarlar apardı. Çünki Kamal müəllim həmin xatirələri nəşrə təqdim edəndə nəşriyyatda Bədii Şurada ona dedilər ki, siz bu hissələri düzəltməlisiniz. Yoxsa, nəşr olunmayacaq.

Hazırda Abdulla Şaiqin mənzil muzeyinin fondunda xatirələrinin ixtisar olunmayan variantı var. Bu xatirələrXatirələrimadı ilə iki dəfə kitab şəklində, ancaq ixtisarla nəşr olunub. Hal-hazırda ədəbiyyatşünas alim, ədəbiyyat üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Arzu Hacıyeva Abdulla Şaiqin bədii yaradıcılığı ilə bağlı doktorluq mövzusu üzərində çalışır. Abdulla Şaiqin əlyazmaları əsasındaXatirələriməsərini onların nəşr olunmayan hissələrini işləyir. Mən ümidvaram ki, gələcəkdəXatirələriməsəri ixtisar olmadan, olduğu kimi nəşr olunsun. Bu Kamal müəllimin arzusu olub.

Abdulla Şaiq təkcə yazıçı dramaturq olmayıb. O, həm alim olub. Onun Azərbaycan dilinin tədqiqinə həsr edilən əsərləri var. Bu əsərlərin əlyazmaları bizim fonddadır. Bunlar tədqiq edilməyib. Arzu xanım onları araşdıracaq. Əlbəttə, onların əhəmiyyəti olub. Niyə? Çünki Abdulla Şaiqin dərs dediyi dövrdə dərsliklər yox idi. O, bir pedaqoq kimi həm ədəbiyyat tarixindən dərsliklər, Hüseyn Cavidlə birlikdə yazdığıƏdəbiyyat dərsləri”, “Gülzar”, “Uşaq gözlüyü”, “Ədəbiyyat müntəxəbatıkimi bir neçə dərsliklər tərtib edirdi. Eyni zamanda Azərbaycan dilini tədqiq edirdi. Uşaqlara Azərbaycan dilini öyrətmək məqsədilə belə tədqiqatlar aparırdı bu tədqiqatlar əsasında da uşaqlara dərs keçirdi. Azərbaycan dilinə həsr edilən üç tədqiqat əsəri hal-hazırda bizim muzeydə qorunur. Arzu xanım onları da tədqiq edir. İmkan olsa, biz çalışacağıq ki, həmin dərslikləri izahatlarla nəşr etdirək.

Bizim fondumuzda Abdulla Şaiqin ailə üzvlərinə yazdığı şeirləri bəzi kiçik əsərləri var. Bir onun yazdığıQara Altunadlı irihəcmli povesti var. Onu AMEA-nın Əlyazmaları İnstitutunun elmi işçisi Arif Ramazanov ərəb əlifbasından latın qrafikasına tərcümə edib. Bu əsəri yaxın zamanlarda nəşr etdirməyə çalışacağıq. Bu Abdulla Şaiqin nəşr edilməyən əsəridir.

Abdulla Şaiqin seçilmiş əsərləri latın qrafikası ilə üç cilddə nəşr olunub. Demək olar ki, onun ən gözəl uşaq ədəbiyyatına aid olan tərbiyəvi əhəmiyyət daşıyan hekayələri, şeirləri, təmsilləri bu kitabda toplanıb.

Bundan başqa, Abdulla Şaiqin özünün yazdığı dərsliklər nəşr olunmalıdır. Bəlkə Abdulla Şaiqin yazdığı dərsliklər bədii əsər kimi nəşr olunsa, müəllimlər dərsliklərə müraciət edə bilərlər. Əlbəttə ki, biz bu əsərləri dərslik kimi deyil, Abdulla Şaiqin orijinal əsəri kimi nəşr edəcəyik.

- Gənc ədəbiyyatçılar, universitet tələbələri Abdulla Şaiqin mənzil muzeyini ziyarət edib hansısa tədqiqat işləri aparmaq fikrində olublarmı?

- Bəli. Bu hallarla çox qarşılaşıram. Bura tez-tez gəlirlər. Bu yaxınlarda buraya filoloqlar da gəliblər. Kamal müəllimin dövründə buraya Abdulla Şaiqin yaradıcılığı ilə bağlı magistr işi üçün, diplom işi üçün gəlirdilər. Bizim fondda olan kitablardan, yazılardan istifadə edirdilər. Mədəniyyət İncəsənət Universitetinin, Turizm İnstitutunun tələbələri gəlib, burada iki-üç ay təcrübə keçirlər. Fondun materiallarından istifadə edərək, Abdulla Şaiqin mənzil muzeyi ilə bağlı, ekspozisiyası ilə bağlı diplom işi yazırlar. Biz onlar üçün çox geniş imkanlar yaradırıq. Çünki bu da Abdulla Şaiqin yaradıcılığının, şəxsiyyətinin təbliğatı ilə bağlıdır. qədər çox gənc gəlib, burada olan geniş materialdan istifadə etsə, bir o qədər yaxşıdır.

- Muzey bələdçisi olaraq təhsil alan gənclər burada təcrübə keçmək üçün müraciət edirlərmi?

- Bəli. Neçə ildir ki, biz onlarla müqavilə bağlayırıq. Müqavilə əsasında İncəsənət Universitetinin Turizm İnstitutunun tələbələri gəlirlər, muzeyimizin baş mühafizi Səidə xanım onlara xüsusi dərslər keçir, onlara mühazirələr oxuyur. Bu mühazirələrə onlar hazırlaşırlar, sonra kurs işləri istehsalat təcrübəsi dəftərləri təsdiqləyirik onlara xasiyyətnamə veririk.

- Abdulla Şaiq nəslinin nümayəndəsi olaraq, bu şəcərənin Azərbaycan incəsənətində olan rolu haqqında nələr düşünürsünüz?

- Mən bu suala necə cavab verəcəyimə görə çətinlik çəkirəm. Çünki bu suala ancaq Azərbaycanın görkəmli ədibləri cavab verə bilər. Onu deyə bilərəm ki, Abdulla Şaiq Azərbaycan uşaq dramaturgiyasının banisi, Azərbaycan uşaq ədəbiyyatının klassiki, ədəbiyyatşünas alimdir. Kamal müəllim hər zaman təsirlənib deyərdi ki, Abdulla Şaiqi niyə uşaq yazıçısı kimi təqdim edirlər? Axı Abdulla Şaiq böyük türkçü idi. Hazırda ədəbiyyatşünaslar türkçü ədib kimi türkçülüyün carçısı kimi tədqiq edirlər. O, vətənpərvər ruhlu ədib olsa da, romantizm ruhunu da əsərlərində əks etdirirdi. Abdulla Şaiq özü böyük bir nəslin nümayəndəsidir. O, Axundzadələr nəslindən olub. O vaxtı ziyalı nəsillər Axundzadələr adlandırılardı. Şaiqin atası həm Tiflisdə müəllim vəzifəsində çalışıb, həm Zaqafqaziya Şeyxülislamının müavini olub. Abdulla Şaiq nəslinin nümayəndəsi oğlu Kamal Talıbzadə Azərbaycanda görkəmli akademik, alim, mədəniyyət xadimi kimi tanınıb. Kamal müəllim Abdulla Şaiqin ev muzeyini yaratmaqla Azərbaycan incəsənətinə elə bir töhfə bəxş edib ki, bu gələcək nəsillər üçün dəyəri ölçülməyən bir töhfədir. Kamal müəllim hər zaman deyərdi ki, Abdulla Şaiqin şəxsi əşyaları az olsa da, mən istəmişəm ki, onun ev muzeyində şəxsiyyətini layiqincə təqdim edə bilim.

Bizim muzeyin xüsusiyyəti ondan ibarətdir ki, yarandığı gündən elmi fəaliyyətə böyük əhəmiyyət verir. Bu muzeydə fondun materialları əsasında bir-neçə kitab tərtib olunub. Biz Kamal müəllimin qoyduğu ənənələri davam etdiririk.

Abdulla Şaiqin Kamal Talıbzadənin nəinki, Azərbaycan incəsənətində, ələlxüsus, Azərbaycan xalqının böyük tarixində əvəzsiz izləri var. Mən hər zaman atamın babamın şəxsiyyəti ilə qürur duymuşam.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-27 may.-S.13.