“Dünya
standartlarını gətirmək üçün
ən qısa yol xaricdə təhsildən
keçir”
Fərid Xasıyev: “Səhiyyədə
sığorta sisteminin tətbiqi bu sahədə dəyişiklik
üçün çox böyük addım olacaq”
Savadlı, bacarıqlı və istedadlı gənclərimizin bir qismi Azərbaycanın ali təhsil ocaqlarında uğurla təhsillərini davam etdirsələr də, onların arasında elələri var ki, təhsillərini ölkəmizdən kənarda davam etdirməyi düşünür. Buna nail olanların üzərinə isə böyük məsuliyyət və yük düşür. Belə gənc tələbə artıq həm öz maraqları naminə təhsilini davam etdirmir, həm də ölkəsinin, Vətəninin təmsilçisinə çevrilərək azərbaycanlı kimi xarici ölkələrdə fəxrimiz sayılır. Belə gənclərdən biri isə Fərid Xasıyevdir. Fəridlə olan müsahibəni oxuculara təqdim edirik.
-Fərid, ilk olaraq özünüz barədə oxucularımıza məlumat verərdiniz.
-Mən - Xasıyev Fərid Arif oğlu 3 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. 1994-cü ildə Bakı şəhər Yasamal rayonu 167 saylı orta məktəbə daxil olub, 1998-ci ildə orada 4-cü sinfi bitirmişəm. Eyni ildə testlə olan müsabiqə yolu ilə Türkiyə Diyanet Veqfi Bakı Türk Liseyinə qəbul oldum. Oranı 2005-ci ildə fərqlənmə ilə bitirdim. Eyni ildə 4-cü qrup üzrə TQDK imtahanlarında indiki adı Tibb fakültəsi olan, Müalicə-profilaktika fakültəsinə qəbul oldum. 2011-ci ildə ali məktəbi 4.9 qiymət ortalaması ilə bitirdim. 2011-ci ilin sentyabr ayında Azərbaycanda ilk dəfə keçirilən rezidentura imtahanının iştirakçısı oldum. Milli Onkoloji Mərkəzdə onkologiya ixtisası üzrə rezidenturaya qəbul olmuşam. 1 il orada çalışdığım müddətdə, tələbəlik dönəmimdən etibarən ən böyük arzum olan, Türkiyədə uzmanlıq təhsili üçün öncə ingilis dili, ardından diplom təsdiqi və ən axırda “Tıpta Uzmanlıq Sınavı”nı(TUS) verərək Hacettepe Universiteti Xəstəxanasında nevrologiya ixtisasını qazandım və hazırda təhsilimi burada davam etdirirəm.
-Yəqin xaricdə
təhsil almaq seçimində sənə
dəstək verənlər də oldu.
Ümumiyyətlə, necə oldu ki, belə bir işə həvəslə
girişdiniz?
-Yanlış xatırlamıramsa, universitetdə 3-cü kursda oxuyarkən Türkiyədə TUS imtahanını qazanan 2 həmyerlimizin bu imtahanda birinci olduğunu eşitmişdim. Bu, bütün universitetdə ciddi rezonans doğurmuşdu və hər kəs bu imtahan haqqında maraqlanmağa, araşdırmağa və danışmağa başlamışdı. Universitetdə 3-cü kurs daxil olmaqla imtahanlarda rus ədəbiyyatında olan materiallardan istifadə edərək təhsilimi davam etdirirdim. O, vaxt, tələbəlik dönəmindən tanıdığım və hazırda da ünsiyyətimi davam etdirdiyim, yuxarı kurslarda olan yoldaşlar bizlərə Türkiyədə olan uzmanlıq təhsilinə dair müxtəlif məlumatlar verməyə başladılar. Bundan başqa, Azərbaycana Türkiyədən uzmanlığını alaraq gələn həkimlərin xəstəyə yanaşma tərzindən tutmuş, geniş bilgi sahibi olmaqla digərlərindən fərqləndiyi göz önündəydi. Bütün bu amillər məni Türkiyəyə 4-cü kursdan etibarən hazırlaşmağa sövq etdi. Türkiyədə uzmanlıq təhsilinin 2 çox mühüm üstünlüyü var. Birincisi, sənin təhsilində yüksək səviyyədə faydalı ola biləcək həkimlərin, müəllimlərinin olması və onların bu işdəki fədakarlığı, ikincisi, çox xəstə görərək, hər birindən nələrisə öyrənməkdir.
Uzmanlıq təhsilini düşündüyüm, qərara gəldiyim zaman ilk olaraq ailəmlə bu qərarımı paylaşdım. İlk gündən imtahan günü də daxil olmaqla onlardan hər zaman dəstək gördüm. Onlar sadəcə ruhlandırıcı sözlər deməklə deyil, həmçinin bu uzun yolda hər zaman anlayışla və səbirlə qarşılayaraq müsbət münasibətlərini göstəriblər. Bundan daha böyük stimul verən amil ola bilməz. O ki, qaldı dostlarıma, bu yolda ən mühüm yol göstərən bir neçə məndən daha öncə məzun olmuş əziz və dəyərli insanlar var. Onlar həm öz çalışma şəkilləri, çalışmada diqqət edilməsi gərək olan məqamlar, imtahan texnikası daxil olmaqla, çox şey haqqında mənə dəyərli məsləhətlər veriblər. Əlbəttə ki, bu işdə bərabər, çiyin-çiyinə verib bu yolları keçdiyim dostlarımı unutmamaq lazımdır. Bərabər oxuyaraq, bərabər çalışaraq, sadəcə bildiklərimizi paylaşmaqla qalmırdıq. Eyni zamanda bir-birimizə böyük stimul verib dəstək olurduq. Allaha çox şükür ki, həm mənə dəstək olan ailəm, həm bu yolda yol göstərən böyüklərim və bu yolu bərabər sonuna qədər birgə gedəcək dostlarım olub. Gedəcəyim universitetə gəlincə isə bunu yalnız imtahanı verdikdən sonra açılan yerlərə görə qərar vermək mümkün olur. İmtahan öncəsi yerlər açıldıqda və imtahan sonrası yerləri yazdığım zaman, ən böyük məsələ, universitet klinikasını seçməyim idi.
-Bəs oxuduğunuz universitet necə, sizi qane edirmi?
Universitetiniz və buradakı tədris haqda da məlumat
verərdiniz...
-Hacettepe Universiteti
Tibb fakültəsinin
əsası 1954-cü ildə
prof.dr. İhsan Doğramacı tərəfindən
qoyulub. Bu Tibb fakültəsinin Türkiyənin səhiyyəsinin
inkişafında əməyi
çox böyükdür.
Türkiyənin dörd bir yanında tibbin hər ixtisas sahəsində çox önəmli simalar məhz Hacettepe Universitetində tibbi təhsillərini, ya da uzmanlıqlarını alıblar. Türklərdə bir ifadə
var –“ekol”. Bəli, “Hacettepe Tibb” sözün həqiqi mənasında “ekol”dur.
“Hacettepe Tibb”
Türkiyədə brenddir.
Bu ölkədə tibbin rezidentura sahəsilə birbaşa əlaqəli olduğum üçün, qeyd edim ki, bu
mərhələdə təhsil
almaq üçün
xarici vətəndaş
olaraq, öncə xarici dil, ardınca
diplom təsdiqi imtahanını verdikdən
sonra, TUS dediyimiz imtahana girməyə haqq qazanırsan. Bu, çətin olsa
da, əmək sərf etdikdən sonra, Allahın izni ilə qazanılması
mümkün olan yoldur. Hazırda təhsil aldığım
yerdə, ən önəmli 2 üstünlüyü
- həm nəzəri
olaraq bizə dərs saatlarında danışan həkimlərin
öz sahəsi üzrə Türkiyədə
sayılıb-seçilən olmaları, həm də yetərli sayda xəstə görərək praktiki qabiliyyətlərin artırılma
imkanlarını qeyd edə bilərəm. Bu hər iki
durumun olması məni birmənalı olaraq qane edir.
Bizim ölkədə tibb təhsilinin daha üstün olması sovet dönəmindən qalan zehniyyətin yerini müasir tibbi təhsilin imkanlarından yararlanmış
sistemə öz yerini verməsi ilə mümkündür.
Bunun üçün isə zaman, fədakarlıqlar və böyük əmək tələb olunur.
Burada təhsilimə başladıqdan
bu yana,
ilk mərhələdə bütün
işlərin intensivliyinin
fonunda, kiçik miqyaslı da olsa, elmi işlərə
başlaya bilməyim ən böyük nailiyyətimdir. Bizə bir neçə
Türkiyədə keçirilən
konqresdə apardığımız
bəzi çalışmalar
və gördüyümüz
bəzi maraqlı xəstələri tədqiq
etmək nəsib olub. Daha yolun başındayam.
Ümidim, inancım və
çalışmalarımın hamısı tamamilə bu yöndədir. Hər şey irəlidədir.
İctimai – diaspor işlərində isə o qədər də fəal deyiləm. Açığı, işlərin çoxluğu
səbəbi ilə heç cür imkan edə bilmirəm.
-Gələcəyin
peşəkar həkimi
kimi Azərbaycanın
tibb, səhiyyə sisteminin hazırkı durumunu necə dəyərləndirərdiniz?
-Azərbaycandan 1 ildən çox uzaqda olduğum üçün
hazırkı durumu dəyərləndirməyim çətin
olar. Amma diqqətlə baxıb,
analiz etdikdə görünən budur ki, səhiyyə sisteminin dövlət səviyyəsində sığorta
sisteminə keçəcəyi
zaman çox böyük addım atmış olacağıq.
Bunun nəticəsində ölkədə
olan hər bir vətəndaş, sosial durumundan asılı olmayaraq əsas tibbi xidmətlərdən asanlıqla
istifadə edə biləcək. Belə olan
təqdirdə, ölkədə
həkimlərə olan
münasibət də
çox fərqli olacaq.
-Gələcəklə
bağlı hansı planlarınız var?
-Bilirsiniz, buraya yeni gələndə, gələcək haqqında
çox tez-tez düşünürdüm. Bu bir
mənada insanı
stress altına salır.
Çünki mənim buradakı
təhsil müddətim
toplam olaraq 4 ildir. Bu səbəbdən,
hər günümü
ayrı yaşayıb,
hər gün ixtisasıma dair nələrisə öyrənməyə,
özümü təkmilləşdirməyə
imkan daxilində zaman ayırıram. İstənilən halda, burada olduğumuz müddətdə,
Azərbaycanı təmsil
edirik. Bizim burada güclü
olmağımız, burada
yaşayanların da insanlarımız haqqında
olan düşüncələrini
formalaşdırır. İstənilən halda, Azərbaycan
mənim Vətənimdir.
Hər zaman, hər addımımızda, hər
çalışmamızda bunu ağlımda tutaraq davranıram.
-Sonda Türkiyəyə üz tutub, burada təhsil
almaq istəyən gənclərimizə hansı
məsləhət və
tövsiyələriniz var?
-Xaricdə təhsilin həm oğlan, həm qızlarımız
üçün gərəkli
olduğunu düşünürəm.
Hər şeydən əvvəl,
xaricdə həyatın
sizə, həyatınıza
dair baxışlarınıza
etdiyi təsir qaçılmazdır. Bu təsir hər zaman müsbət olmaya da bilər.
Amma məncə, bunların hamısı istisna hallardır. Bunun xaricində
müasir Azərbaycanda
hər sahədə daha da irəlidə,
dünya standartlarına
yaxın olmaq üçün dünya standartlarını Azərbaycana
gətirmək gərəklidir.
Bununsa ən qısa yolu məhz xaricdə təhsildən keçir. Ölkənin savadlı kadrlarla
inkişafı üçün
ən qısa yol xaricdə təhsildən keçir.
Məsləhətim budur ki, bu
yolda cəsarətli, iradəli olub, maksimum həvəslə və məqsədyönlü
çalışıb inansınlar
ki, bu onlarda
alınacaq. Allah hər
birinə yardımçı
olsun. Maraqlı suallar və
müsahibə imkanı
üçün isə
sizə təşəkkür
edirəm.
Tural Tağıyev
Palitra.-2014.-31 may.-S.6.