“Əsas fəaliyyətimiz Sankt-Peterburqda
yaşayan azərbaycanlıları bir araya gətirməkdir”
Kamilə
Bayramova:“Xaricdə yaşayan Azərbaycan
gəncləri kifayət qədər həmrəydirlər”
Rusiya Federasiyasındakı azərbaycanlı gənclərin fəaliyyəti özünü daha qabarıq göstərir. Buradakı gənclərimiz fərdi, eləcə də diaspor təşkilatları daxilində müxtəlif layihələr həyata keçirirlər. Müsahibimiz Kamilə Bayramova da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində diaspor fəaliyyəti ilə seçilir. Kamilə xanım Sankt-Peterburqda Azərbaycanlı Gənclər Birliyinin İvanov əyaləti üzrə rəhbəridir.
- Mən 2 ildir Peterburqda yaşayıram. Vətənimi çox sevirəm və bütün istirahət vaxtımı Azərbaycan Gənclər Birliyinə həsr edirəm. İlk olaraq müxtəlif fəaliyyətlərdə iştirak etmişdim. Bir az sonra təşkilatın Beynəlxalq Əlaqələr Departamentinin rəisi oldum. Ondan sonra təşkilatın İvanov əyaləti üzrə rəhbəri təyin olundum.
- Sankt-Peterburq
Azərbaycanlı Gənclər Birliyi
hansı işlər görür?
- Bizim təşkilatın əsas fəaliyyəti Sankt-Peterburqda yaşayan azərbaycanlıları bir araya gətirməkdir. Məqsədimiz soydaşlarımızın dəstəyi ilə, milli ənənələrimiz və mədəniyyətimizi qoruyub saxlamaq, həmrəyliyi möhkəmləndirmək, eyni zamanda Rusiya və Azərbaycan dövlətləri arasında əməkdaşlığı inkişaf etdirməkdir.
- Xaricdəki azərbaycanlı
gənclərin birliyi və həmrəyliyini
necə dəyərləndirirsiniz?
- Xaricdə yaşayan Azərbaycan gəncləri kifayət qədər həmrəydirlər. Məsələn, Respublika Günü münasibəti ilə Sankt-Peterburqda konsert təşkil edildi. “Biz bir olaq” adlı video layihə təqdim edildi. Bu videonun məqsədi “fərqli ölkələrdə yaşayan Azərbaycan gənclərinin gücü birlikdədir” ideyasını nümayişə etmək və bunu heç vaxt unutmamaqdır. Bizim video haqqındakı müraciətimizə bir çox ölkələrdə, eləcə də Rusiyanın bir çox şəhərlərində yaşayan gənclərimiz dəstək verdi. Demək olar ki, dünyanın hər yerində yaşayan və təhsil alan azərbaycanlı tələbələrin təbriki bu video-çarxda cəmlənib. Bu video-çarx sosial şəbəkələrdə, “YouTube”da yayılıb və 10 mindən artıq insan tərəfindən izlənilib.
- Rusiyadakı azərbaycanlı
gənclərin aktivliyi hansı səviyyədədir?
- Rusiyada demək olar ki, hər bir şəhərdə azərbaycanlı gənclər təşkilatları var. Biz onların çoxu ilə əməkdaşlıq edir, təcrübələrimizi bölüşür və tədbirlər keçiririk.
- Sankt-Peterburqda
Azərbaycanın təbliği istiqamətində hansı
işlər görürsüz?
- Biz Sankt-Peterburqda və onun hüdudları xaricində Azərbaycanın kifayət qədər geniş tanınmasına çalışırıq. Mədəniyyətimizlə insanları tanış edirik, bizim tariximizdən, ənənələrdən və adətlərdən danışırıq. Burada “Çinar” rəqs ansamblı var. 15 ildən artıqdır ki, Mirzəyeva Xeyrənisə bu rəqs ansamblına müvəffəqiyyətlə rəhbərlik edir. “Çinar” bütün şəhər tədbirlərində çıxış edir. Bizim milli rəqslərimiz və musiqimizlə insanları tanış edir. Həmçinin bizim öz futbol komandamız var, biz imkan daxilində bütün şəhər idman tədbirlərində iştirak edirik. Hər il biz xeyriyyə konsertini keçiririk, hansı ki, biletlər pulsuzdur. Konsertdə “Çinar” və bizim istedadlı uşaqlarımız, Azərbaycanın ulduzları, həmçinin Sankt-Peterburq şəhərinin yaradıcılıq kollektivləri çıxış edir. Bundan başqa bizdə “Həftəsonu” məktəbləri fəaliyyət göstərir. Məktəbdə bütün dərslər pulsuz keçirilir.
Bu il biz şəhər velosiped
yarışında iştirak etdik. 9 mindən çox insan iştirak edirdi. İnsanlar Azərbaycanın bayrağını
görüb bizə yaxınlaşıb tanış
olur və Azərbaycandan danışmağımız
istəyirdilər. Biz də sevə-sevə onlara Azərbaycan haqqında məlumat verirdik. May ayında
Xalqların Dostluğu
Konfransa keçirildi.
Orada biz Azərbaycanı təqdim
etdik. Bizim Vətənimizə həsr edilmiş sərgi böyük maraqla qarşılandı.
Bütün bunlarla yanaşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı
ilə bağlı dəyirmi masalar, konfranslar keçiririk.
- Sizin Azərbaycanın və eləcə də digər xalqların milli geyimlərinə marağınız necədir?
- Mən həmişə müxtəlif ölkələrin
milli geyimləri ilə maraqlanıram. Məncə,
milli geyimlər vasitəsilə çox-çox
ölkə haqqında
anlamaq olar. Həmişə qadınlar özünü
bəzəməyi sevirlər
və bunu bütün mümkün üsullarla edirlər.
Əlbəttə, geyim istənilən
cəmiyyətdə böyük
rol oynayır. Nə vaxt ki, mənim
əllərimdə hər
hansı ölkənin
milli geyimi məlum olur, məndə dərhal onu ölçmək arzusu yaranır. Azərbaycan
milli geyimləri mənim kolleksiyamın əsasını
təşkil edir.
Fuad Hüseynzadə
Palitra.-2014.-1 noyabr.-S.7.