Əfsanəvi azərbaycanlı kəşfiyyatçı
Sloveniyada anıldı
Azərbaycanın
Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi İkinci
Dünya müharibəsi zamanı keçmiş Yuqoslaviya
torpaqlarının azadlığı uğrunda alman
faşizminə qarşı döyüşən azərbaycanlı
zabit və əsgərlərin əziz xatirələrinin, həmçinin
Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı
Mehdi Hüseynzadənin (Mixaylo) ölümünün 70-ci
ildönümü ilə bağlı Sloveniyanın Novo Qoritsa
şəhərində tədbir keçirib.
Səfirlikdən verilən məlumata görə, anım mərasimi zamanı Sloveniya Müdafiə Nazirliyinin fəxri qarovulu və hərbi orkestri iştirak edib. Azərbaycan döyüşçülərinin dəfn olunduğu memorial abidə kompleksinin qarşısına Azərbaycan hökuməti, ARDNŞ-nin Vyanadakı nümayəndəliyi və Sloveniya hökuməti adından əklillər qoyulub.Tədbirdə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilovun başçılığı ilə nümayəndə heyəti, ARDNŞ-nin Vyanadakı nümayəndəliyinin rəhbərliyi, Sloveniya Müdafiə Nazirliyinin nümayəndələri, Novo Qoritsa şəhər meriyasının rəhbərliyi, Sloveniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və hərbi attaşeləri, Sloveniya parlamentinin üzvləri, siyasi-ictimai xadimlər, eləcə də yerli sakinlər iştirak ediblər.
Tədbirin birinci hissəsində keçmiş Yuqoslaviya torpaqlarının azadlığı uğrunda Sloveniyada qəhrəmancasına vuruşub həlak olan azərbaycanlı zabit və əsgərlərin əziz xatirələrini anma mərasimi keçirilib. Mərasim zamanı çıxış edənlər Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaət qarşısında baş əyərək bu Sloveniya xalqının qəhrəmanlığı heç bir zaman unutmayacağını bildiriblər.
Daha sonra Q.İsrafilov öz çıxışında Azərbaycan döyüşçülərinin əziz xatirələrinə yüksək dəyər verdikləri üçün Sloveniya xalqına Azərbaycan hökuməti və xalqı adından dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün bütün səylər görülür, lakin bu əlaqələrin əsas zəminini Azərbaycan döyüşçülərinin qəhrəmanlıq tarixçəsi təşkil edir.
Daha sonra tədbir Trnovo Mədəniyyət Evində davam etdirilib. Tədbirdə Trnovo şəhərin meri xanım Kersin Podqornik, Sloveniya parlamentinin Novo Qoritsadan olan üzvü xanım Miriam Bonklanşçek, Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev və Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin sədri İvan Başin çıxış ediblər. A.Xudiyev qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi öz-özlüyündə Sloveniyada ictimai-siyasi bir hadisədir və iki ölkə arasında humanitar əlaqələrin, eləcə də xalqlarımız arasında dostluq bağlarının daha da güclənməsinə xidmət edir. O, Sloveniya xalqına Azərbaycan qəhrəmanlarına bu cür hörmət bəslədiyi və uca xatirələrini əziz tutduğu üçün minnətdarlığını bildirib.
Daha sonra ali
qonaqların şərəfinə ziyafət verilib
və məşhur Azərbaycan bəstəkarları
M.İsrafilzadə, H.Nemətov, E.Cavid və
M.İsmayılovun əsərləri, həmçinin və Q.Qarayevin “Yeddi gözəl”
və “İldırımlı yollarla” əsərlərindən
parçalar Sloveniya
Filarmoniyasının nümayəndələri tərəfindən
ifa edilib.
Tural
Palitra.-2014.-5 noyabr.-S.7.