“Qarabağ həqiqətlərini
Qlazqoda tələbələrə
çatdırmaq üçün fəaliyyət
planı hazırlamışıq”
Toğrul Məmmədli: “Dünyada
Azərbaycanı təmsil etmək qısamüddətli forum və toplantılarla bitməməlidir”
Xaricdə təhsil alan gənclərlə
bağlı rubrikamızın budəfəki qonağı
Toğrul Məmmədlidir. Toğrul
Böyük Britaniyada
uğurla ali təhsilini
davam etdirməklə yanaşı ictimai işlərdə də aktivlik
göstərərək ölkəmizi bu
ölkədə uğurla təmsil edir. Bu aktiv
gənclə olan müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
-Məmmədli Toğrul - 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Təhsilə ilk dəfə 1999-cu ildə Osman Mirzəyev adına 190-saylı orta məktəbdə başlamışam. 2010-cu ildə həmin məktəbi bitirdim. Elə həmin il Xəzər Universitetinin Mühasibat uçotu və audit fakültəsinə daxil oldum və 2014-cü ildə universiteti müvəffəqiyyətlə bitirdim. 2010-cu ildə Xəzər Universiteti Tələbə Gənclər Təşkilatında sədr müavini vəzifəsinə seçildim. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ ) təşkilati dəstəyi ilə 2011-ci ildə reallaşdırılan Quba Qış Liderlik Məktəbində iştirak edib sertifikata layiq görüldüm. Liderlik Məktəbindən sonra ATGTİ-nin Beynəlxalq Əlaqələr Departamentinə dəvət olundum və təhsil almaqla yanaşı fəaliyyətimi bu departamentdə davam etdirdim. 2012-ci ildə ATGTİ daxilində yaradılmış “Avroviziya könüllüləri” işçi qrupuna rəhbərlik etdim, Gənclər və İdman Nazirliyinin xətti ilə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində ilk olaraq könüllü, sonradan isə Avroviziya Mahnı Müsabiqəsi rəhbərliyi tərəfindən işçi kimi, işçi qrupunun
(İdarə Heyəti) fəaliyyətinə cəlb olundum. 2012-ci ilin oktyabr ayından Azərbaycan Tələbə Gənclər Təşkilatının Beynəlxalq əlaqələr departamentinə direktor vəzifəsinə təyin edilmişəm. Beynəlxalq əlaqələr departamentinin direktoru qismində İttifaqın beynəlxalq əlaqələrinin inkişafı yolunda Avropa Tələbələr Birliyi (ATB) ilə əlaqələri inkişaf etdirmişəm, Beynəlxalq Əlaqələr departamenti olaraq ilk dəfə regionda keçiriləcək Avropa Tələbələr Birliyinin 67-ci İdarə Heyətinin iclasının Bakıda keçirilməsində təşkilatın səylərini əlaqələndirmişəm. Direktor olduğum dövrdə 17 ölkənin tələbə birlikləri ilə ATGTİ-nin niyyət memorandumu imzalamışam. Təşkilat adından və onu təmsil etməklə ATB-nin “Şərq Tərəfdaşlığı” ölkələrini özündə birləşdirmiş 9 ölkənin iştirakı olan V4 plus lobbi qrupunun 2014-cü il üçün Azərbaycanın quruma koordinatorluğuna nail olmuşam.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində hazırda Böyük Britaniyanın Qlazqo Universitetinin İqtisadiyyat, maliyyə və bank işi ixtisası üzrə təhsilimi davam etdirirəm.
-Kifayət qədər
aktiv ictimai fəaliyyətiniz
olub. Bəs necə oldu,
başqa bir ölkəyə
üz tutmaq, Böyük Britaniyada təhsil
almaq qərarı verdiniz?
-Ali təhsilin bakalavr pilləsini Xəzər Universitetində almışam.
Öncə onu deyim ki, ölkədə son illərdə təhsilin inkişafında ciddi irəliləyişlər var. Avropanın
Vahid Ali Təhsil Məkanına inteqrasiya prosesləri getməkdədir.
Ümid edirəm ki, gələcəkdə
yerli ali
təhsil ocaqları da mənim hazırda
təhsilimi davam etdirdiyim Böyük Britaniya və digər ölkələrin
aparıcı universitetlərinin
səviyyəsinə yaxınlaşacaq.
Lakin hazırda daha yüksək ixtisaslı kadrların hazırlanması
üçün dövlət
tərəfindən əlavə
tədbirlər həyata
keçirilir. Ölkə Prezidenti
İlham Əliyevin ölkədə gənc ixtisaslı kadrların yetişdirilməsi istiqamətində
ciddi səyləri və qayğısı göz önündədir.
İndiyə qədər
xaricdə təhsillə
bağlı dövlət
proqramı çərçivəsində
minlərlə tələbə
xarici ölkələrin
aparıcı ali məktəblərində
təhsil alıb və ya almaqdadır.
Mən də dövlətimizin gənc nəslə yaratdığı
bu imkandan bəhrələndim və
magistr pilləsi üzrə təhsilimi davam etdirmək üçün bu proqramda iştirak etdim. Məqsədim də yüksək
təhsil alaraq vətənə qayıtmaq,
inkişaf edən iqtisadiyyatımızın güclənməsinə
vətəndaş olaraq
töhfə verməkdir.
Bundan əlavə xaricdə təhsil alan
hər bir azərbaycanlı öz ölkəsinin bir növ səfiri rolunu oynayır, Azərbaycan mədəniyyətini,
mətbəxini, həqiqətlərini
təbliğ edir. Düşünürəm ki, bu, belə imkan əldə etmiş hər bir şəxs
üçün qürur
hissidir. Qeyd etdiyim
kimi, xaricdə təhsilə gəlməmişdən
əvvəl ATGTİ-də
fəaliyyət göstərirdim.
Fəaliyyətim boyunca
Avropa Tələbələr
Birliyi ilə görüşlərdə ali təhsil məkanında baş verən proseslərlə tanış olurdum. Təbii ki bu, məndə
böyük maraq doğururdu. Fikirləşirəm ki, xaricdə təhsil barədə düşüncələrim iştirak
etdiyim beynəlxalq tədbirlər sayəsində
yarandı. Dəstəyə gəlincə, təbii, hər bir fərdin
uğurunda onun valideynləri daha çox rol oynayır. Öncə valideynlərimə minnətdaram. Çünki onlar mənim təhsilimi hər zaman diqqət mərkəzində saxlayıblar.
Digər
tərəfdən, bildiyiniz
kimi, dövlətimiz hər zaman təhsilə önəm verib, ulu öndərin
təhsilə olan hörmət və sadiqliyini Prezident İlham Əliyev hər zaman öz qərarları ilə təsdiq edib. 2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı təhsilimi
xaricdə təhsilimi
davam etdirməyimə
kömək oldu.
Buna görə cənab Prezidentə, Təhsil Nazirliyinə, mənə müsbət xarakteristika verən Gənclər və İdman Nazirliyinə öz təşəkkürümü
bildirirəm.
- Qlazqo Universiteti
barədə də söz açardınız. Təhsil, tədrisin
səviyyəsi sizi qane edirdimi?
-Qlazqo Universiteti
Böyük Britaniyanın
4-cü ən qədim
universitetidir və Şotlandiyanın Qlazqo şəhərində yerləşir. Universitetin əsası
1451-ci ildə qoyulub.
"Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının apardığı
dünya reytinqinin nəticələrinə əsasən,
2014-cü il üçün Qlazqo Universiteti 100 ən yaxşı universitet arasında 55-ci yerdə qərar tutub. Təbii ki, belə bir
reytinqli universitetdə
təhsilin səviyyəsi
yüksək səviyyədədir.
Regionda digər universitetlərdən
fərqi Qlazqo Universitetinin tələbə
məmnuniyyətinin yüksək
olmasıdır. Bu amil hər bir
tələbə üçün
prioritet istiqamətdir.
- Diaspor işlərində necə,
aktivsinizmi? Hansı tədbirlərə qatılırsınız?
-Bir Azərbaycan
vətəndaşı kimi
diaspor fəaliyyəti
hər zaman diqqətimdə olan fəaliyyət olub. Artıq Şotlandiya
Tələbələr Birliyi
və BMT-nin Qlazqo Universiteti modelinin rəhbərlikləri
ilə görüşlər
keçirmişəm. Növbəti fəaliyyət
kimi qeyd etmək istəyirəm ki, bu il
1-5 dekabr tarixlərində
Avropa Tələbələr
Birliyinin 67-ci iclası
Bakıda baş tutacaq və Şotlandiya Tələbələr
Birliyinin bu tədbirdə iştirakı
artıq nəzərdə
tutulub. Qarabağ həqiqətlərinin Qlazqo tələbələrinə
çatdırılması üçün azərbaycanlı
tələbələrlə birlikdə fəaliyyət
planı hazırlamışıq
və növbəti fəaliyyət kimi bu kimi tədbirləri
keçirib diaspor fəaliyyətini yerinə
yetirəcəyik. Tam əminliklə deyə bilərəm ki, azərbaycanlı tələbələrlə
hazırladığımız fəaliyyət planı öz effektiv nəticəsini verəcək.
Tələbələrimiz hər zaman
bu işlərdə aktiv olub və
fəaliyyətləri boyunca
azərbaycançılığı təbliğ ediblər.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Prezident cənab İlham Əliyevin rəhbərliyi altında
ölkəmizdə həyata
keçirilən gənclər
siyasəti öz uğurlu nəticələrini
verməkdədir. Gənclər
siyasətinin uğur göstəriciləri hesab
ediləcək üç
istiqamət- Tələbə
gənclərin xarici ölkələrdə dövlət
vəsaiti hesabına təhsil almaları, Azərbaycan gənclərinin
idman sahəsindəki
artan nailiyyətləri
və gənclərin
vətəndaş cəmiyyəti
quruculuğunda fəal
mövqe tutmaları ölkə Prezidentinin gənclərə yönələn
davamlı və hərtərəfli dəstəyinin
nəticəsi hesab edilməlidir. Bu üç
istiqamətdə baş
verən ciddi nailiyyətlər ölkənin
davamlı inkişafına
xidmət edir və onun uğurları
artıq öz bəhrəsini verməkdədir.
-Son illərdə
ali təhsil
ocaqlarında oxuyan tələbələrimizin xarici
ölkələrdə təhsillərini
davam etdirməsi çoxalıb. Bununla bağlı dövlət
proqramları da həyata keçirilir.
Bunu necə dəyərləndirərdiniz?
-Heç şübhəsiz,
dövlət proqramlarının
imzalanması ölkə
cəmiyyətinin inkişafını
müsbət yöndə
aparır. Xarici ölkələrin qabaqcıl
ali məktəblərində
təhsil alaraq ölkəyə qayıtmış
gənclər içərisində
bacarıqlı dövlət
qulluqçuları, ölkənin
bank, maliyyə sektorunda,
sənaye sahələrində
öz sözünü
deyən bacarıqlı
menecerlərin sayı
artmaqdadır. Əminliklə demək olar ki, yaxın onillik ərzində həm idarəetmədə,
həm biznes sferasında məhz dövlət dəstəyi
ilə təhsil alaraq ölkəyə qayıdan bugünkü gənclər ordusu aparıcı qüvvəyə
çevriləcək.
-Bəs
ümumiyyətlə, ölkədə gənclər, tələbələr
üçün yaradılan şərait
sizi qane edirmi?
-Ölkədə fəal vətəndaş cəmiyyəti formalaşıb. Vətəndaş cəmiyyətinin mühüm bir hissəsini tələbə gənclər təşkil edir. Prezidentin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək nəticəsində ölkədə qeyri-hökumət təşkilatlarının potensialı artmaqdadır. Gənclər təşkilatları bu sferada da xüsusi fəallığı ilə seçilir. Bu gün nəinki ölkə hüdüdlarında, həmçinin dünyanın bir çox ölkələrində Azərbaycanın gənclər təşkilatlarının təşkil etdikləri tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan mədəniyyətinin təbliğı, beynəlxalq tələbə hərəkatında layiqli təmsilçilik gənclər təşkilatlarının böyük potensiala malik olmasının göstəricisidir. Son illərdə gənclərimizin səsi beynəlxalq forumlardan, toplantılardan daha çox eşidilməkdədir. Avropada, ABŞ-da, Asiyada təhsil alan gənclərimizin Azərbaycanın təbliği, ərazilərimizin işğalına dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətindəki səyləri müsbət nəticələr verir. Bununla belə, biz hələ proseslərin başlanğıcındayıq. Fikrimcə, əldə etdiyimiz hər bir nəticəni daha yaxşılaşdıra bilərik. Mən ölkə gəncliyinin buna qadir olduğuna inanıram. Dünya ölkələrində Azərbaycanı təmsil etməmiz yalnız qısamüddətli forum və toplantılarda iştirakla bitməməlidir. İnanıram ki, istedadlı gənclərimiz yaxın gələcəkdə BMT, Avropa Şurası, ATƏT və başqa beynəlxalq qurumlarda ölkəmizi təmsil etmə hüququ qazanacaq, beynəlxalq layihələrə koordinatorluq edəcəklər.
-Gələcək planlarınız barədə də söz açardınız.
-Xaricdə təhsilimi başa vurub qayıtdıqdan sonra ixtisasım üzrə dövlət qulluğunda işləmək planlarım var. Ölkə rəhbərliyi tərəfindən xaricdə təhsil almış gənclər üçün geniş imkanlar yaradılıb. Eyni zamanda fəaliyyətimi gənclər sektorunda davam etdirmək fikrim var. Hazırda təhsil almaqla yanaşı ictimai fəaliyyətimi də imkan daxilində davam etdirirəm. Ölkəyə döndükdən sonra hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq ictimai fəaliyyətimi də davam etdirmək niyyətindəyəm.
Tural Tağıyev
Palitra.-2014.-5 noyabr.-S.6.