“Fiziki baxımdan gənclərimiz
sağlam həyat tərzi
yaşayırlar”
Kamal Qurbanov: “Ukraynadakı gənclərimiz
bütün universitetlərdə idman sahəsində öz fəallıqlarını
nümayiş etdirirlər”
Gənclərimizin
xaricdə təhsil almaları ilə yanaşı Azərbaycanın
milli dəyərlərini təbliğ etmələri
onların mənəvi inkişaf göstəricisidir.
Bu gün
Ukraynadakı azərbaycanlı gənclər də bu baxımdan fəaldırlar. Ümumukrayna
Azərbaycanlı Gənclər Təşkilatının
(ÜAGT) icraçı direktoru Kamal Qurbanov belə gənclərimizdəndir.
Qeyd edək ki, Kamal Qurbanov 20 aprel 1994-cü ildə Bakı şəhərində
anadan olub.2000-ci ildə Bakı şəhəri
Nəsimi rayonunda yerləşən 14
nömrəli məktəbə daxil
olub,9-11-ci sinifləri isə Şirvan
şəhərində davam etdirib. Daha sonra
Ukraynanın Kiyev şəhərində
yerləşən Beynəlxalq İdarəçilik
Akademiyasına qəbul olub. Hal-hazırda bu akademiyanın Xarici
iqtisadiyyatı idarəetmə fakültəsinin 4-cü kurs tələbəsidir.
- ÜAGT nə vaxt yaradılıb?
- ÜAGT 2012-ci ilin 2 fevralında yaradılıb. Təşkilatın rəhbəri Elsevər Paşayevdir. Mən də xaricdə yaşadığım üçün öz Vətənimi layiqincə təmsil etməyə borclu olduğumu bilirəm və bunun üçün ÜAGT-a qoşulmuşm. Biz gənclərimizə qürbətdə ölkəmizi və yüksək mədəniyyətimizi yaxşı yöndən təbliğ etməyi aşılayırıq.
Daha çox paytaxt Kiyevdə fəalıq. Burada təhsil alan azərbaycanlı tələbələrlə sıx təmas halındayıq. Onların aktiv olduğu təhsil ocaqlarında tez-tez Vətənimizlə bağlı tədbirlərimiz olur. Yerli nümayəndələrimiz sayəsində gələcəkdə regionlarda da effektli iş aparmaq niyyətindəyik. Qeyd edim ki, ÜAGT ümumukrayna statusu ilə fəaliyyət göstərən azərbaycanlıların yeganə gənclər təşkilatıdır.
-Ukraynadakı azərbaycanlı
gənclər diaspor sahəsində
aktivdirlərmi?
-Əvvəla, onu deyim ki, Ukrayna azərbaycanlı tələbələrin çoxluq yaratdığı bir ölkədir.Bizim gənclər Azərbaycanı layiqincə təmsil etmək üçün öz fəallıqlarını göstərirlər, bu da Vətənə qarşı olan sevgidən irəli gəlir.Gənclər diaspor sahəsində çox aktivdirlər və bu aktivlik sayəsində bir çox uğura imza atırlar.Bildiyiniz kimi hal-hazırda xaricdə yaşayan soydaşlarımızın təbliğatı mühüm rol oynayır.Dünyaya Azərbaycanı düzgün tanıtmaq üçün gənclərimiz çox aktivlik göstərirlər.
-Ukraynadakı azərbaycanlı
gənclərin həmrəyliyi necədir?
- Düşünürəm ki, biz Azərbaycanı, təmsil ediriksə, biz diasporuqsa gərək, bir olaq. Bildiyiniz kimi Ukraynada bir çox gənclər təşkilatı var və bir çox təşkilatlarla sıx əlaqədəyik.Bizim üçün mühüm olan bir olmaqdır və bu birlikdən yaranan gücü düzgün şəkildə istifadə etməkdir.
-Ukraynadakı gənclərin
fiziki və mənəvi inkişaf
səviyyəsi necədir?
-Fiziki baxımından gənclərimiz sağlam həyat tərzi yaşayırlar. Bütün universitetlərdə idman sahəsində öz fəallıqlarını nümayiş etdirirlər. Mənəvi cəhətdən isə gənclərin hələ məktəb dövrlərində aldıqları yüksək mənəviyyatı hiss etmək olur.Gənclərimiz hər bir layihələrində öz intellektlərini nümayiş etdirirlər. Ən əsası odur ki, bölüşməyi bacarırlar, bu da onların dünyagörüşlərinin yüksək səviyyədə olmasının nəticəsidir.
-Ukraynada
idman sahəsində uğur
əldə edən gənclərimiz varmı?
-Ukraynanın bir çox bölgələrində yaşayan və təhsil alan gənclər ilə təşkilat olaraq əlaqələrimizi möhkəmləndiririk.Uğur qazanmış idmançılarımızdan: klassik güləş üzrə Nəsibov Pərviz, Nurəliyev Elmar, Hüseynov Samirin, kikboksçularımızdan Maqsudov Toğrul, Əliyev Elçin, Ağali Alışovun və ən gənc cüdoçumuz Əliyev Rüstəm Rövşən oğlunun adını çəkə bilərəm. Qeyd edim ki, 13 yaşlı cüdoçumuz 47 qələbə ilə Avropa çempionu,7 qat Ukrayna çempionudur. Ukraynada bizim professional məşqçilərimiz də var. Onlar həm azərbaycanlı, həm ukraynalı, həm də digər millətlərdən olan gənclərə öz sahələrində məşqlər keçirlər. Bunun özü də bir təbliğatdır və buna görə də biz bu gənclərə dəstək oluruq.
-Hansı idman yarışları keçirirsiz?
- Əsasən futbol, voleybol, boks və güləş yarışları keçiririk. Eyni zamanda öz Vətənimizdən gələn idmançılarımıza dəstək oluruq.
- Ümumiyyətlə,
Ukraynadakı gənclərimizin idmana
marağı necədir?
-Daha öncə dediyim ki, maraq gənclərimizdə yüksək səviyyədədir. Mən özüm də baxmayaraq ki, həm təhsil alıram, həm təşkilatda işləyirəm, həmçinin öz sağlamlığımın qayğısına qalıram. Gənclərimiz təhsil almağa gəlsələr də unutmurlar ki, sağlam həyat tərzi sürmək vacibdir.Bu sahədə də gənclərimiz öz həmvətənlərimizlə həmrəy olurlar.
-Gənclərimiz lazımi qədər mənəvi dəyərlərimizi tanıda bilirlərmi?
- ÜAGT-ın gəncləri bir çox sahələrdə uğurlu atdımlar atmağa davam edirlər. Mənəvi dəyərlər ən vacib bildiyimiz dəyərlərdəndir. Öz mənəvi dəyərlərimizi tanıtmamışdan öncə biz yaşadığımız ölkənin mənəvi dəyərləri ilə tanış olub, bu ölkənin dəyərlərinə hörmətlə yanaşmalıyıq.Bu cür mövzularda biz gənclərlə treninqlər keçiririk, gəncləri maarifləndiririk. Əlbəttə ki, gənclərimizi mənəvi dəyərləmizin düzgün şəkildə təbliğatı ilə də tanış edirik. Düşünürəm ki, gənclər Azərbaycanın mənəvi dəyərlərini lazımı qədər Ukrayna xalqına tanıda bilirlər.
-Digər gənclər
təşkilatları ilə nə kimi əməkdaşlığınız
var?
-Təşkilatlarla birgə layihələri həyata keçiririk. Bu yaxınlarda üç təşkilat birləşərək aksiya keçirdik. Bundan başqa ÜAGT, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatı ilə birgə, Ukraynanın İqtisadiyyat və Hüquq Universitetində, Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılışı mərasimini həyata keçirdi.
Layihənin koordinatoru ÜAGT-ın sədr müavini İsgəndər Zamanovdur.
Açılışdan sonra tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, yurdumuzun qədim tarixi və zəngin mədəniyyətindən bəhs edən, Heydər Əliyev Fondunun təqdim etdiyi çap və rəqəmsal məhsullar ilə tanış oldular. Sonda universitetin akt zalında səfir Eynulla Mədətli 35 nəfər azərbaycanlı tələbəyə iqtisadiyyat üzrə bakalavr diplomlarını təqdim etdi. Onu da deyim ki, bu, Ukrayna ali təhsil ocaqlarında açılmış sayca 2-ci Azərbaycan mədəniyyət mərkəzidir. Bu ənənənin davamı olaraq növbəti aylarda bu cür mədəniyyət mərkəzlərinin Ukraynanın “Texnologiya və Dizayn Universiteti” və “Maliyyə və Beynəlxalq Ticarət İnstitutu”nda da açılması planlaşdırılır.
-Xaricdə təhsilin
gənclər üçün nə kimi özəlliyi var?
-Xaricdə təhsil gənclərimizi ilk öncə başqa bir ölkənin qanunları ilə tanış edir. Həmçinin o ölkənin mədəniyyətini, tarixini yaxından tanımaq şansı verir, tələbələrin dünyagörüşü genişlənir. Xaricdə təhsilin özəlliklərindən biri də sərbəstlikdir. Hər bir tələbə adətən başqa ölkəyə tək gedir, ailəsindən uzaq olur və artıq öz qərarlarını almağa başlayır.
-Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclər nə dərəcə Vətənə bağlıdırlar?
- Düşünmədən deyə bilərəm ki, soydaşlarımız Vətənə həddindən artıq bağlıdırlar. Vətənə bağlılıq insanda uşaqlıq vaxtlarından yaranır. Məktəb dövrlərində şagirdlərə Vətənə qarşı sədaqətli, layiqli olmağı öyrədirlər. Vətən hər bir kəsin namusudur. Düşünürəm ki, Vətənə qulluq etmək kimi şərəfli bir iş yoxdur.
Biz də ÜAGT olaraq öz Vətənimiz üçün daima yeni uğurlara imza atırıq.Hər birimiz Ali Baş Komandan, ölkəmizin Prezidenti İlham Əliyevin torpağlarımızı azad etmək üçün əmrini gözləyirik. Torpaq uğrunda ölən varsa Vətəndir...
-Siz ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
-İlk öncə demək istərdim ki, mən fəxr edirəm ki, azərbaycanlıyam.Bizim tariximiz və mədəniyyətimiz çox zəngindir.Bu istiqamətdə biz ÜAGT olaraq Azərbaycan Respublikasının tarixinin və mədəniyyətinin təbliğatı istiqamətində bir çox adtdımlar atmışıq və bu sahədə daha da yeni layihələri həyata keçirtməyi planlaşdırırıq. Kiyev şəhərində yerləşən səfirliyimizin önündə Heydər Əliyev adına park açılıb. Biz də ukraynalı gəncləri Heydər Əliyev adına olan parka ekskursiyaya aparıb onları bizim tarixi qalalarımızla, xalçalarımızla yaxından tanış edirik.
- Gələcək
üçün hansı
planlarınız var?
-Gələcək üçün
təşkilatın bir çox
planı var.Bizim ən çox
düşündüyümüz məsələ
Azərbaycanı daha da
fərqli təbliğ etməkdir.Burada yaşayan
və təhsil alan gənclərimiz üçün ukrayna və inglis dili
kursları açmaq fikrindəyik.Biz istəyirik
ki, gənclərimizin perspektivli
gələcəkləri olsun.Onlar üçün əlimizdən gələni edirik.Bir sıra forumlar
keçirməyi düşünürük.Eyni
zamanda Azərbaycanın bayramları və
yaddaş günlərini də qeyd edirik və etdirməyə
davam edirik.
Fuad Hüseynzadə
Palitra.-2014.-7 noyabr.-S.11.