“Azərbaycanı xaricdə daha qürurla təmsil edəcəyimə
inanırdım”
Emil Kərimzadə: “Universitetimizdə
dünyanın 85-dən çox ölkəsindən olan 16 min
tələbə təhsil alır”
Xaricdə təhsil
alan gənclərlə bağlı
rubrikamızın budəfəki qonağı Emil
Kərimzadədir. Emil bir
çox gənclərimiz kimi
xaricdə təkcə elm öyrənmək
üçün deyil,
həm də Azərbaycanı uğurlu təmsil
etmək, ictimai işlərdə aktiv olub həyat təcrübəsi
də əldə etmək üçün
çalışır. Bu maraqlı,
istedadlı və savadlı gənclə olan
söhbəti oxuculara təqdim edirik.
-Özünüz
barədə məlumat verərdiniz.
-Mən - Kərimzadə Emil Famil oğlu 1995-ci il dekabr ayının 2-də Bakı şəhərində dünyaya göz açmışam. Ailəmizin birinci övladıyam. Orta təhsilimə 2002-ci ildə Bakı şəhərində yerləşən Abdulla Şaiq adına 54 nömrəli məktəbdə başladım. Burada oxuduğum 9 il (2002-2011) ərzində məktəbin ən fəal və ən qabaqcıl şagirdlərindən biri olmuşam. Hətta onu da xatırlayıram ki, ibtidai sinfi bitirdiyim zaman mənə və başqa bir neçə şagirdə ibtidai sinfi əla qiymətlərlə bitirdiyimiz üçün fərqlənmə diplomu təqdim olunmuşdu. Orta təhsilimin qalan iki ilini (2011-2013) isə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Elnur Bəşirov adına 3 nömrəli orta məktəbdə davam etdirmişəm. 2013-cü ildə bu məktəbin məzunu oldum. Hər iki məktəbdə oxuduğum zaman ərzində məktəb rəhbərliyinə, müəllimlərimə və sinif yoldaşlarıma nizam-intizamlı bir şagird kimi davrandığım üçün nümunəvi şagird, fəal, qabaqcıl olduğum və elmə xüsusi maraq göstərdiyim üçün müəllimlərimin sevimli şagirdi idim. Bunu da qeyd etmək istəyirəm ki, məktəbdə oxuduğum zaman bir çox fənn olimpiadalarında iştirak edirdim, bir çox məktəblərarası tədbirlərə və konfranslara qatılırdım. Məktəblərarası idman yarışlarında da bir çox nailiyyətlər qazanmışam. Yəni, mən də bir çox aktiv və qabaqcıl şagirdlər kimi orta məktəbdə oxuduğum zaman ictimai işlərdə aktivlik göstərmişəm.
- Orta məktəbdə aktivlik göstərən biri üçün universitetə qəbul da çətin olmazdı...
- Bəli. Məktəbi bitirib məzun olduqdan sonra mən də tələbə adını qazanmaq üçün dövlət imtahanını verdim və Xəzər Universitetinin Psixologiya fakültəsinə qəbul oldum. Amma mən ali təhsilimi xarici ölkədə almaq istəyirdim. Bu isə mənim uşaqlıq arzum idi, çünki məktəbdə oxuduğum zamandan xaricdə oxuyan tələbələrə qarşı xüsusi bir simpatiyam var idi və bu məqsədimi gerçəkləşdirməyi, mənimlə bərabər xaricdə təhsil almağımı ailəm də çox istəyirdi. Azərbaycanı xaricdə daha gərəkli, önəmli və qürurla təmsil edəcəyimə də inanırdım.
- Bəs niyə
məhz Şimali Kipri
seçdiniz?
- Xarici ölkə olaraq hər zaman qardaş ölkə olan Türkiyədə təhsil almaq istəyirdim. Çünki ətrafımda olan, məndən yaşca böyük dostlarımın çoxu Türkiyədə təhsil alırdı və onlar hər zaman mənə burada tələbələr üçün yaradılmış geniş imkanlardan, təhsilin yüksək dərəcədə olduğundan danışırdılar. Ona görə də, daha çox Türkiyədə təhsil almağa üstünlük verdim. Türkiyə universitetlərində təhsil alan xarici tələbələrin sayına görə isə azərbaycanlı gənclərimiz ikinci yerdədir. Bundan əlavə onu qeyd etmək istəyirəm ki, ümumilikdə götürdükdə isə xaricdə təhsil almaq mənə görə çox önəmlidir. Çünki burada insan fərqli mədəniyyət öyrənir, dünyanın bir çox ölkəsindən gələn insanlarla tanış olur, onların dilini və mədəniyyətini öyrənməyə çalışır və dünyanın hər yerindən özünə dost qazanır. Valideynlərimin mənə olan inamı və dəstəyi sayəsində uşaqlıq arzularımı və məqsədlərimi gerçəkləşdirmək üçün YÖS imtahanı verərək Şimali Kiprin Famagusta (Gazi Mağusa) şəhərində yerləşən Doğu Akdeniz Universitetinin (DAÜ) Beynəlxalq ticarət və biznesin idarə olunması fakültəsinə qəbul oldum. Qəbul olduqdan sonra bakalavr təhsilimə məhz burada başladım. Hazırda həmin universitetin 2-ci kurs tələbəsiyəm və bu universitetin tələbəsi olduğum üçün özümü çox şanslı hesab edirəm. Bunu da vurğulamaq istəyirəm ki, bizim universitetimizdə dünyanın 85-dən çox ölkəsindən olan təxminən 16 min tələbə təhsil alır.
- Yəqin
Türkiyə təhsil sistemi ilə də
yaxından maraqlanırsınız. Müqayisələr
aparmısınızmı?
- Azərbaycanın təhsil sistemi ilə Türkiyənin təhsil sistemi arasında çox fərq var və mənə görə Türkiyə tədris-təhsil sistemi daha qabaqcıldır, ön plandadır və çox inkişaf edib. Yeganə və ən önəmli fərqlərdən biri isə odur ki, bizim universiteti bitirən tələbə təhsilinin sonunda beynəlxalq diploma sahiblənir. Bu diplom isə dünyanın 85-dən çox ölkəsində keçərlidir. Burada mən öz işində, məşğul olduqları sahədə uğur qazanmış, peşəkar, böyük nailiyyətlər əldə etmiş, tanınmış dosentlərdən və professorlardan dərs alır, onların bizlərə öyrətdiklərini yaxşı və ən mükəmməl bir şəkildə mənimsəməyə çalışıram. Bununla da mən layiqli, bacarıqlı və savadlı, öz işini mükəmməl bilən biri olaraq yetişib Vətənə qayıdacağıma inanıram. Burada aldığım təlim-təhsil və yeni bacarıqlar mənə çox şeyi öyrətdi və hələ də öyrətməyə davam edir.
- Universitetinizin səviyyəsi necə, sizi qane edirmi?
- Onu da qeyd
etmək istəyirəm
ki, tələbəsi
olduğum Doğu Akdeniz Universiteti dünya üzrə olduqca məşhur, sayılıb-seçilən, prestiji
olan qabaqcıl ali təhsil
ocaqlarından biridir.
Bu ali təhsil
mərkəzində oxumaq
isə bir çox gəncin arzusudur. Buradakı tədris və
təhsil sistemi, dərslərin çox mükəmməl bir şəkildə keçirilməsi,
müəllimlərimizin dərslərə
qarşı olan ciddiliyi və bizə qarşı hörmət və sevgisi, dərslərə qarşı olan nizam-intizam məni hədsiz dərəcədə
qane edir. Çünki burada biz tələbələrin daha
savadlı və bacarıqlı bir şəkildə yetişməsi
və daha çox maariflənməsi
üçün çox
böyük kitabxana, kompüter laboratoriyaları,
araşdırma mərkəzləri,
Azərbaycan-Türkiyə-Kipr tarixi ilə bağlı bir çox tablolar və kitablar var. Müəllimlərimizin bizə
qarşı olan qayğısını və
diqqətini də xüsusi şəkildə
bildirmək lazımdır.
Bizlər onların sayəsində
bir çox yenilikləri və bacarıqları öyrənirik
və bunların bizim gələcək həyatımızda önəmli
olacağına inanırıq.
- İxtisasınız da maraq doğurur. Yəqin sizin
də ixtisasınızla
bağlı yeni bilikləriniz formalaşıb.
- Təhsil aldığım
ixtisasla bağlı hər gün yeni biliklər və bacarıqlar öyrənirəm. Bu ixtisasla bağlı hər həftə fakültəmizdə müxtəlif
seminarlar, konfranslar, tədbirlər keçirirlər.
Bu tədbirlər bizlərə
gələcək iş
həyatımızla bağlı
bir çox yenilikləri öyrədir
və bizlərin ən yaxşı kadr şəklində formalaşmamıza yardımçı
olur. Mən isə baş
tutan bütün bu tədbirlərdə iştirak etməyi özümə borc və çox önəmli bilirəm və hər birində iştirak edərək yeni məlumatlar və bilgilər öyrənirəm.
Mənə bu tədbirlərdə
iştirak etməyimin
qarşılığında sertifikatlar və müxtəlif mükafatlar
verilir və bu da məni
hədsiz dərəcədə
çox sevindirir.
Ümid edirəm ki, gələcək zamanlarda
oxuduğum ixtisasla bağlı daha yeni və maraqlı
bilgilər öyrənərək
daha savadlı və bacarıqlı olacağam və mükəmməl bir kadr kimi yetişməyim
üçün bacardığım
hər bir şeyi edəcəyəm.
Bunu da, qeyd etmək istəyirəm ki, dərslərimdə göstərdiyim
uğurlara görə,
Doğu Akdeniz Universitetinin “Yüksək
Şərəf “ mükafatına layiq
görülmüşəm. Bu isə məni
çox sevindirdi.
Dərslərimə qarşı olan
rəğbət və
daha çox oxumaq hissimi daha da artırdı.
Bu mükafatı almağımda isə müəllimlərimin rolu
çox böyükdür.
- Bəs, ümumilikdə qərib ölkədə təhsil alan
biri kimi sizə yaradılan şəraitdən razısınızmı?
-Universitetimizdə biz tələbələrin
rahat bir şəkildə təhsil
alması üçün
hər cür geniş imkanlar yaradılıb. İlk olaraq onu vurğulamaq istəyirəm
ki, bizim universitetimiz bir kampus şəklindədir.
Yəni, bir tələbənin ehtiyacı
olacaq, tələbəyə
lazım olacaq hər bir şey
kampus daxilində var. Burada biz tələbələrin
istirahəti üçün
kampus daxilində çoxlu parklar, daha çox bilik öyrənmək üçün geniş kitabxana, internetdən rahat və ödənişsiz
istifadə etməyimiz
və tapşırıq
və layihələrimizi
hazırlamaq üçün
geniş kompüter mərkəzləri və
laboratoriyaları, tələbələrin
rahat və təhlükəsiz bir şəraitdə yaşamaları
üçün hər
cür şəraiti olan geniş yataqxanalar, tələbələrin
istedadlarını nümayiş
etdirmələri üçün
müxtəlif tələbə
birliyi klubları və təşkilatları,
hovuzlar, idman salonları, idman meydançaları və bir çox fərqli, maraqlı və müxtəlif yerlər var. Bundan əlavə universitetimizin
daxilində türk dünyasının böyük
lideri olan Atatürkün şərəfinə
böyük bir abidə və meydan da var. Bu meydanda tələbələrimizin
maarifləndirilməsi və
əyləncəsi üçün
müxtəlif tədbirlər
və konsertlər həyata keçirirlər.
Bu isə tələbələr
üçün çox
sevindirici, fərəhləndirici
və sitimulverici haldır.
(ardı var)
Tural Tağıyev
Palitra.-2014.-13 noyabr.-S.7.