“İctimai aktivlikdə
əsas məqsəd Qarabağ həqiqətlərini
dünyaya çatdırmaqdır”
Emil Kərimzadə: “Beynəlxalq
ticarət və biznesin idarə
olunması üzrə universitetimizdə xeyli
azərbaycanlı tələbə təhsil alır”
Xaricdə təhsil
alan gənclərlə bağlı
rubrikamızın budəfəki qonağı Emil
Kərimzadədir. Emil bir
çox gənclərimiz kimi
xaricdə təkcə elm öyrənmək
üçün deyil,
həm də Azərbaycanı uğurlu təmsil
etmək, ictimai işlərdə aktiv olub həyat təcrübəsi
də əldə etmək üçün
çalışır. Bu maraqlı,
istedadlı və savadlı gənclə olan
söhbəti oxuculara təqdim edirik.
(əvvəli
ötən sayımızda)
- Təhsildən
kənar ictimai işlərə necə,
lazımınca vaxt ayıra bilirsinizmi?
-Mən hələ uşaqlıq illərimdən aktiv olmağı, fərqli işlər görməyi və hamıdan fərqli olmağı sevmişəm. Həyatda aktiv olduğum müddətcə istəklərimə və arzularıma nail olacağıma inanmışam və belə də olub. Qeyd etdiyim kimi hələ orta məktəbdə oxuduğum illərdə bir çox fənn olimpiadalarında, məktəblərarası keçirilən yarışlarda hər zaman aktiv iştirak etmişəm. Texnologiya və idman sahələrində bir çox uğur qazanmışam. Universitetə qəbul olduqdan sonra belə bu aktivliyimi qorumağa çalışmışam və bunu bacardığıma da əminəm. Universitetimizdə tələbələr üçün dərsdən kənar və dərsə daxil olan bir çox məşğuliyyət var. Bu da gənclərin, tələbələrin təhsillə bərabər sosial və iş həyatına addımlamalarında çox böyük dəstək olur. Mənim də təhsildən başqa digər tələbələr kimi bir çox ictimai diaspor fəaliyyətlərim və müxtəlif sosial məşğuliyyətlərim var. Ümumiyyətlə isə xarici ölkələrdə təhsil alan tələbələrin hər biri xarici diaspordur. Burada bir neçə idman növü ilə məşğul oluram. Bundan əlavə kompüter proqramlarını daha dərindən öyrənmək və ən əsas ingilis dilini və başqa bir çox dilləri daha yaxşı mənimsəmək üçün kurslara gedirəm. Burada təhsil alan hər bir azərbaycanlı tələbə individual olaraq Azərbaycanı təmsil edir. Bizlərin də fərd olaraq borcumuz Vətənimizi burada layiqincə təmsil etməkdir.
-Tələbə
təşkilatları varmı, aktivdirlərmi?
-Universitetimiz daxilində bir neçə cəmiyyət fəaliyyət göstərir. Bunlardan biri də Azərbaycan Tələbə Cəmiyyətidir (ATC). Azərbaycan Tələbə Cəmiyyəti azərbaycanlı tələbələrimizin problemləri ilə maraqlanır və bizlərə hər zaman dəstək olur. Onu da qeyd etmək istəyirəm ki, burada təhsil alan bütün azərbaycanlı tələbələr 1994-cü ildə yaradılmış bu Azərbaycan Tələbə Cəmiyyətinin üzvüdür. Bundan başqa universitetimiz daxilində bir çox tələbə klubları və təşkilatları vardır ki, mən də bu tələbə klubları və təşkilatlarından bir neçəsinin üzvüyəm.( “Ekonomi ve Finans Kulübü” , “Kariyer Kulübü” , “Uluslararası İlişkiler Kulübü” və b. ) Bundan əlavə universitetimizde tez-tez Azərbaycanın tanıtımı , Qarabağ və işğal olunmuş rayonlarımız haqqında və əlamətdar günlərlə bağlı böyük həcmli tanıtımlar və tədbirlər keçirilir. Bu tədbir və tanıtımların həyata keçirilməsində əsas məqsəd isə Azərbaycanı və əsas problemimiz olan Dağlıq Qarabağ haqqında məlumatları bütün dünyaya çatdırmaq və Azərbaycanı dünyaya tanıtmaqdır. Bu isə biz tələbələrin əsas borcudur.
-Azərbaycanlı
tələbələrin aktivliyi sizi qane edirmi?
Bir-birinizə dəstək ola bilirsinizmi?
-Burada oxuyan azərbaycanlı
tələbələr hər
zaman digər tələbələrdən üstün
fəaliyyətlərinə, bacarıqlarına, savadlı
olmalarına və təşkilatçılıq qabiliyyətlərinə görə
fərqlənirlər. Universitetimizdə azərbaycanlı qabaqcıl
və fəal gənclər çoxdur.
Belə tələbələrimiz keçirdiyimiz
bütün tədbir
və konfranslarda aktiv iştirak edir və hər
zaman bizə dəstək olurlar. Ümid edirəm ki, vaxt keçdikcə fəal tələbələrimizin
sayı daha da artar və
digər tələbələr
də onları görüb ruhlanarlar.
Çünki xaricdə oxumaq
bizim üçün
çox böyük bir şans və
sitimulverici haldır.
Biz Azərbaycanı oxuduğumuz
ölkədə müsbət
yandan tanıdaraq millətimizə, dövlətimizə
olan borcumuzu az da olsa ödəməyə çalışırıq. İnanırıq ki, bütün bunların hamısı zamanı gəldiyində öz bəhrəsini verəcək.
-Aktiv gənc kimi ümumilikdə Azərbaycan
gəncliyinin hazırkı
durumunu necə xarakterizə edərdiniz?
-Aktiv gənc kimi ilk öncə olaraq onu qeyd
etmək istəyirəm
ki, Azərbaycan gəncliyinin hazırkı
durumunu incələsək,
ümumilikdə isə
analiz etsək keçmiş illərdən
fərqli olaraq xeyli inkişaf etdiyini deyə bilərəm. Cənab Prezidentimizin tələbələrə
və gənclərə
qarşı olan diqqət və qayğısı, ümumilikdə
Azərbaycan gəncliyinin
inkişafına öz
töhfəsini verir.
Bu gün statistikaya
baxdıqda xeyli sayda gəncimiz var ki, xarici
ölkələrdə təhsil
alırlar. Beynəlxalq arenalarda
gənc siyasətçi,
iqtisadçı və
digər sahənin gələcək perspektivli
kadrı kimi təcrübələr yığırlar.
Bütün bunlar isə
ümumilikdə ölkəmiz
üçün ixtisaslaşmış
kadrların hazırlanması
deməkdir. Günü-gündən dirçələn ölkəmizdə
həqiqətən də
müasir gəncliyin inkişafı üçün
digər ölkələrdən
fərqli işlər
görülür. Bu gün Azərbaycanda gənclərin inkişafı
üçün gəncliyə
aid qeyri-hökumət təşkilatları,
qurumlar və dərnəklər qurulmaqda
davam edir. Halbuki onların sayı kifayət qədərdir.
Azərbaycan Təhsil Mədəniyyət
və Yardımlaşma
Dərnəyi də gənclərimiz, xüsusən
də xaricdə oxuyan tələbələrimiz
üçün əlindən
gələn köməklikləri
göstərir. Bu qurum azərbaycanlı tələbələrin xarici
şirkətlərdə beynəlxalq
arenalarda təcrübə
keçməsinə, işlə
təmin edilməsinə
hər bir dəstəyi göstərir
və gələcəkdə
ölkəmizdə savadlı
kadrların sayının
artmasında töhfəsini
göstərir. Sadə dildə
desək, hazırkı
Azərbaycan gəncliyi
birləşir və ölkəmizə bütün
sahələrdə xidmət
üçün əllərindən
gələn hər cür yardıma hazırdır.
-Son illərdə
dövlətin gənclərlə
bağlı siyasətində
xaricdə təhsil alan gənclərə
xüsusi diqqətin ayrılması da hiss olunur. Bunu necə dəyərləndirərdiniz?
-Bəli, son illərdə Azərbaycanın ali təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici
ölkələrdə təhsillərini
davam etdirməsi halları çoxalıb.
Mənim
fikrimcə bu çox gözəl haldır. Çünki Azərbaycanda xaricdə
gənclərimizin təhsil
alması üçün
yetərincə imkanlar
və şanslar yaradılıb. Bir çox
ölkələrin, ən
əsas da postsovet ölkələrin
gənclərindən fərqli
olaraq bizim dövlətimiz bizim gənclərimizə xarici
ölkələrdə təhsil
almaq üçün
çox geniş şanslar verib. Bunlardan biri də Təhsil
Nazirliyinin qərarı
ilə “2007-2015 - ci illərdə Azərbaycan
Gənclərinin Xarici
Ölkələrdə Təhsili
üzrə Dövlət
Proqramı” çərçivəsində
bir çox gənclərimizin dünyanın
inkişaf etmiş ölkələrində bakalavr,
magistr və doktorantura proqramları üzrə təhsil almasıdır. Bundan əlavə
olaraq dövlətimiz
bəzi gənclərimizə
aylıq təqaüd
ayıraraq, bəzi tələbələri isə
təhsil haqqından azad edərək onlara bu cür
imkanlar yaradaraq gəncliyimizə, bizləri
xarici ölkələrdə
təmsil edən tələbələrimizə dəstək
olur və onların savadlı kadr kimi yetişməsinə,
faydalı gənclərimizin
sırasına qatılmasına
geniş imkanlar yaradır. Bizim universitetimizdə də belə tələbələrin
sayı heç də az
deyil. Bir çox tələbəmiz
dövlətimizin imkanlarından
yararlanaraq burada təhsil haqqından azad olunub, dövlətimiz
tərəfindən aylıq
təqaüd alan tələbələr
sırasına daxil edilib və ödənişsiz yurdlarla
təmin olunublar. Bu hal isə
biz gəncləri çox
sevindirir və bizlərin savadlı və mükəmməl mütəxəssis kimi yetişməsinə səbəb
olur. Ümumiyyətlə isə, xaricdə
oxumaq biz gənclər
üçün yaradılmış
çox böyük bir şansdır. Ölkəmizdə gənclərimiz, tələbələrimiz üçün
yaradılan şərait
məni qane edir. Artıq günü-gündən ali təhsil ocaqlarımız inkişaf
edir, yeni avadanlıqlarla və yeni dərs kitabları ilə təchiz olunur. Ümumiyyətlə, bir şeyi vurğulamaq istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyət illərindən
gənclərimizə və
tələbələrimizə olan qayğı və inam nəticəsində
Gənclər və İdman Nazirliyinin yaradılması, “Gənclər
Günü”nün təsis
edilməsi bu sahədə hər şeyin təməlini qoydu və inkişafa
doğru yeni yollar açdı. Həmçinin cənab Prezidentimiz
İlham Əliyevin dərin siyasəti və hərtərəfli
sadiqliyi bu gün gənclər sahəsində də özünü büruzə
verir. Buna Gənclər
Fondunun yaradılması
misal ola
bilər. Tələbələrimiz
üçün yaradılan
tələbə təşkilatları,
tələbə birlikləri
və dərnəkləri,
yataqxanalar, kitabxanalar və s. misal çəkmək olar.
Mən yuxarıda
qeyd etdiyim kimi beynəlxalq ticarət və biznesin idarə olunması sahəsi üzrə təhsil alıram. Bu sahə
üzrə bizim universitetimizdə xeyli azərbaycanlı tələbələr
təhsil alır.
Bu ixtisas mənim
araşdırmalarıma əsasən
Azərbaycanda xeyli inkişaf etmiş ixtisaslardan biridir və hazırkı durumu məni çox qane edir. Amma bizlər ümid
edirik ki, gələcək illər
ərzində bu ixtisas daha da
inkişaf edəcək
və daha da çox önəmi
artan bir ixtisas halına gələcək. Amma
Azərbaycanla müqayisədə
bu ixtisas Türkiyədə daha yaxşı bir şəkildə inkişaf
edib və iş imkanları daha çoxdur.
-Gələcəklə
bağlı hansı planlarınız var?
-İlk olaraq hər bir insan
bu həyatda özünə bəlli bir hədəf seçməlidir. Hədəfi olmayan insan heç bir uğura imza ata bilməz. Hədəfə çatmaq üçün
isə durmadan çalışmaq, mübarizə
aparmaq lazımdır.
Mənim
isə gələcək
planlarım və hədəflərim hədsiz
dərəcədə çoxdur.
İlk olaraq universiteti bitirdikdən sonra Avropada magistr təhsilimə davam etmək istəyirəm.
Bir neçə il xarici
ölkələrin birində
işləmək istərdim.
Sonda öz doğma Vətənimə geri qayıdaraq ölkəmə
faydalı və bacarıqlı bir mütəxəssis kimi xidmət etməyi arzulayıram. Ən əsas
da planım odur ki, universitetdə
öyrəndiklərimi Azərbaycanda
yaxşı bir şəkildə icra edim. Vətənə geri qayıtdıqdan
sonra da Azərbaycanı təmsil
etmək üçün
xarici ölkələrə
tez-tez getməyi düşünürəm. Bu arzularıma və hədəflərimə nail olacağıma inanıram.
Tural Tağıyev
Palitar.-2014.-13 noyabr.-S.7.