Lobbiçiliyin inkişafında səfirliklərimiz diaspora dəstək olmalıdır”

 

Paşa İlisuyskiy: “Bizim birinci məqsədimiz erməni lobbisini zəiflətmək olmalıdır”

 

Artıq bir neçə aydır ki, Ukrayna Xarici İşlər Nazirliyinin Radasında həmyerlimiz Paşa İlisuyskiy (Məmmədov)də çalışır. Qeyd edək ki, o, XİN-in Radasında yer alan yeganə azərbaycanlıdır. Paşa Məmmədovun qəzetimizə müsahibəsini təqdim edirik.

- Ukrayna XİN-in Radasında Azərbaycan diplomatiyasını təmsil etmək çətin deyil ki?

- Son zamanlar bir neçə azərbaycanlı Ukraynada rəsmi vəzifələrə təyin olunub. Bu, azərbaycanlıların Ukraynada ictimai işlərdə aktivliyinin bir nəticəsidir. Bu nailiyyətləri daha da inkişaf etdirməliyik.

Mənim Ukrayna XİN-in Radasında vəzifəyə təyin olunmağım Ukrayna dövlətinin Azərbaycan diplomatiyasına verdiyi qiymətdir. Çünki mən Ukraynada Azərbaycan diplomatiyasını təmsil edirəm. Bu məsuliyyəti hiss edərək hər bir hərəkətimdə, addımımda istəyirəm ki, Azərbaycanın adını daha da yüksək səviyyəyə ucaldım.

- Ukrayna rəsmi orqanlarında kifayət qədər azərbaycanlı var. Onların Azərbaycan lobbiçiliyinin inkişafında dərəcədə rolu var?

- Təbii ki, bu gün həmin vəzifədə olan azərbaycanlıların hər birinin öz ətrafı var. Bu insanlar istər-istəməz onların təsiri altında azərbaycanpərəst olurlar. Bu böyük bir nailiyyətdir. Amma bunun nəticələrinin daha da yaxşı olması üçün soydaşlarımızın qarşısına məqsəd qoymaq lazımdır. Onda biz bundan daha çox bəhrələnərik.

- Diaspordan lobbiçiliyə keçmək üçün edilməlidir?

- Bu gün yəhudi ermənilərin lobbizmi çox güclüdür. Artıq diaspor işindən lobbizmə keçmək lazımdır. Bizim birinci məqsədimiz erməni lobbisini zəiflətmək olmalıdır.

- Bunu necə etmək olar?

- Təbii ki, biz erməni lobbisinə qarşı qanun çərçivəsində mübarizə aparmalıyıq. Əvvəla, erməni terror təşkilatları ifşa olunmalıdır. Bundan başqa ermənilər qeyri-qanuni olaraq Azərbaycanın regionları adına təşkilatlar yaradırlar. Məsələn, Kanadada Naxçıvan-Kanada erməni cəmiyyəti (Nakhijevan Armenian Compatriotic Union Of Canada) fəaliyyət göstərir. Bunların hamısını araşdırıb tapmalı ermənilər məsuliyyətə cəlb edilməlidir. Bu təşkilatların qeyri-qanuni olduğunu səfirliklərimiz, diplomatlarımız, eləcə diasporumuz araşdırıb üzə çıxarmalıdır.

Ermənilər Ağrıdağa Ararat deyirlər, bunu hər yerdə reklam edirlər bir çox dövlətlərin cəmiyyətində Ağrıdağ Ermənistan ərazisi kimi qəbul olunur. Lakin Ağrıdağ Türkiyə ərazisidir, Ermənistan ərazisi deyil. Yəni bunun çox asan sübut etmək olar.

Azərbaycanı sevən siyasətçilər, elm adamları, deputatlar, biznesmenlər s. sahələrdə olan əcnəbiləri diasporumuz öz ətrafında cəmləşdirməlidir. Bunu səfirliklərimiz yönəltməlidir. Yəni hər bir dövlətdə bizim siyahımız olmalıdır. Bir-azərbaycanpərəst, iki-neytral, üç-ermənipərəst. Bu istiqamətdə yəhudilər çox güclü işləyirlər. Biz azərbaycanpərəst siyasətçiləri dəstəkləməliyik. Azərbaycanpərəst biznesmenlərə şərait yaratmalıyıq. Neytral ermənipərəst siyasətçiləri ələ almağa çalışmalıyıq. Təbii ki, paralel olaraq erməni lobbisinə qarşı da qanuni şəkildə aparmalıyıq. Əlbəttə ki, bu işin başında maliyyə dayanır. Ölkəmizin iqtisadi inkişafı, bu gün bu sahədə aparmağa labüd şərait yaradır, lakin bu resurslardan səmərəli istifadə olunmalıdır.

Artıq, bu gün diasporumuz formalaşıb. İndi biz bu diasporu lobbiçiliyə yönləndirməliyik. Təşkilati olaraq da diaspora səfirliklər dəstək olmalıdır. Diasporumuz birləşib səfirliklərlə birgə fəaliyyət göstərməlidir. Yəhudi, erməni gürcülərin diplomatik orqanları xaricdəki vətəndaşlarına köməklik göstərməkdən əlavə onları lazımi istiqamətdə yönəldirlər.

- Bunu Ukraynada etmək mümkündürmü?

- Ukraynada etmək mümkündür. Bunun üçün Ukraynada böyük imkan da var. Dediyim kimi bu işin təşkilati resursu səfirliyin əlindədir. Ona görə də səfirliyimiz bu istiqamətdə aparmalıdır. Diaspor təşkilatlarına ayrı-ayrılıqda dəstək olmaqla bitmir. Bunları cəm şəkildə toplayıb qarşılarına məqsəd qoyulmalıdır. Təbii ki, səfirliyin diasporun işinə qarışmağa ixtiyarı yoxdur. Bu məqsədə nail olmaq üçün diasporun strateji planı olmalıdır. Bunu yerinə yetirməkdə səfirlik dəstək olmalıdır. Yəni diaspordan lobbiçiliyə keçməyin formulu budur. Bu formul əsasında da görülməlidir.

- Ümumiyyətlə, Ukraynada səfirlik-diaspor münasibətləri necə inkişaf edir?

- İnkişaf üçün məqsəd olmalıdır. Bu gün mənim xəbərim yoxdur ki, bizim qarşımızda nə məqsəd var. Bu gün 3-5 nəfər yığışıb hərəsi bildiyi kimi hərəkət edir. Bunu mərkəzləşdirmək lazımdır. Prezident İlham Əliyev tapşırığını verir, Diasporla İş üzrə Dövlət Komitəsi də lazımından da artığını edir. Sadəcə olaraq yerlərdə bunu mərkəzləşdirmək lazımdır. Bunu bir yerə toplamaq lazımdır. Bu işi diaspor özü etməyəcək. Bunu da səfirlik etməlidir. Dediyim kimi, özümüz öz aramızda birləşməyimiz alınmayacaq, çox təəssüf ki, bu həqiqətdir. Birgə hərəkət etmək üçün ümumi və uzunmüddətli strateji plan olmalıdır.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-15 noyabr.-S.6.