Xəzər İqtisadi Birliyinin yaradılması təklif edilir

 

Bakıda MDB üzvləri olan dövlətlərin VII Beynəlxalq Bank Konfransı keçirilir

Dünən Bakıda MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı işinə başlayıb. Konfransın ilk günündə MDB ölkələri arasında strateji maliyyə-investisiya əməkdaşlığının inkişafı mövzusu müzakirələr olub.

Bundan başqa, dünyada baş verən siyasiiqtisadi burulğanlıq şəraitində MDB ölkələrinin maliyyə bazarları arasında qarşılıqlı fəaliyyətin xüsusiyyətləri, MDB ölkələrində uzunmüddətli kredit resurslarının mənbələri, dünyamilli ödəniş sistemlərinin tətbiqi zamanı risklər və imkanlar arasında balans, MDB ölkələrinin maliyyə bazarlarının inteqrasiyasında üzv ölkələrin mərkəzi banklarının rolu, dünya ödəniş infrastrukturunun inkişafına təsir edən hərəkətverici faktorlar, bazarda mövcud olan pul köçürmələri və ödəniş sistemində əsas problemlər, pul köçürmələri və ödəniş bazarlarının gələcəyi-yeni oyunçutexnologiyalar, eləcə də inkişaf yolları və s. mövzular da əsas müzakirə obyekti olacaq.

Konfransda çıxış edən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedyev bildirib ki, artıq Bakı bu tədbirə 7-ci dəfədir ki, ev sahibliyi edir. Onun sözlərinə görə, bu konfrans MDB ölkələri arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. O, əlavə edib ki, Azərbaycan MDB ölkələri arasında əməkdaşlıqda aktiv iştirak edirbu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. S.Lebedyev qeyd edib ki, MDB məkanında iqtisadi əməkdaşlıq üçün potensial böyükdürbu tədbir onun reallaşmasına dəstək olacaq. MDB Maliyyə-bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev isə çıxışında bildirib ki, bu konfransa maraq ildən-ilə artır. Onun sözlərinə görə, budəfəki konfransda 200-dən artıq nümayəndə iştirak etməsi də bunu bir daha sübut edir. C. Hacıyev deyib ki, konfransda MDB ölkələrinin maliyyə-bank sisteminin vəziyyəti, problemlər və perspektivlər, quruma üzv ölkələrdə islam bankçılığının inkişafı, birja strukturulizinq məsələləri müzakirə olunacaq. C. Hacıyev həmçinin Azərbaycanın bank sektorunun inkişafı məsələsinə də toxunub. O bildirib ki, Mərkəzi Bank tərəfindən 2015-ci ilin yanvarın 1-dən ölkədəki bankların məcmu kapitalı 50 mln. manat olmalıdır. Onun fikrincə, kapital tələbinin 5 dəfəyədək artırılması bank sisteminin effektivliyinə müsbət təsir edəcək. MDB ölkələrinin Maliyyə-bank Şurasının koordinasiya şurasının sədri Anatoli Kazakov bildirib ki, dünyada siyasiiqtisadi gərginlik şəraiti hökm sürür, böyük dəyişikliklər baş verir. Onun fikrincə, belə bir şəraitdə MDB ölkələri arasında əməkdaşlıq dərinləşdirilməlidir: ”Əməkdaşlığın genişləndirilməsi üçün yeni yollarkonsepsiya tapılmalıdır. Düzdür, 2020-ci ilə qədər konsepsiya hazırlanıb. Bununla belə, bizim iqtisadiyyat üçün uzunmüddətli pul lazımdır. Neftin qiymətinin azalması fonunda bu mühüm əhəmiyyət kəsb edir”. Anatoli Kazakov deyib ki, 2013-cü ildə Rusiya Federasiyasının Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 33 mlrd. dollar təşkil edib. O bildirib ki, bu ticarət dövriyyəsi mövcud potensialdan aşağıdır. Bunu əsas gətirən A. Kazakov əlavə edib ki, Xəzər İqtisadi Birliyinin yaradılmasının vaxtı çatıb.

 

Azərbaycanın bank sektorunun kredit-investisiya potensialı ikiqat artıb

 

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov çıxışında deyib ki, son iki il yarımda Azərbaycanın bank sektorunun kredit-investisiya potensialı ikiqat artıb. R. Orucovun sözlərinə görə, 2012-ci ilin iyul ayında ölkədəki bankların minimum kapitalına tələbin artırılması qərarından sonra bank sektorunun kredit-investisiya potensialı 2 dəfədən çox artıb: “Bankların minimum kapitalının 5 dəfəyədək - 10 milyon manatdan 50 milyon manatadək artırılması tələbi təkcə kapitalın miqdar baxımından artması ilə yanaşı, sektorun keyfiyyətcə yeni səviyyəyə çıxmasını təmin etdi. Kapitalın artırılması isə banklara təqdim olunan xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və bazarda rəqabətin artmasına gətirib çıxartdı. Kapitalın artırılması ilə yanaşı, Mərkəzi Bank banklarda korporativ idarəetmə və risk-menecmentlə bağlı da tələbini sərtləşdirdi”. Baş direktor əlavə edib ki, hazırda bank sektorunda aktivlərin 99%-ni formalaşdıran banklar AMB-nin məcmu kapitala olan tələbinə cavab verir.

 

Beynəlxalq Bank “Roseksimbank”la saziş imzalayıb

Tədbir çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə RusiyanınRoseksimbankarasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Rusiya tərəfdənRoseksimbank”ın İdarə Heyətinin sədri Dmitri Qolovanov Azərbaycan tərəfdən isə ABB-nin İdarə Heyətinin sədri Cahangir Haciyev imzalayıb. Müqavilə iki bank arasında xarici iqtisadi sahədə əməkdaşlığı nəzərdə tutur. Bizim imzaladığımız müqavilədə əsas məqamlardan biri birgə işlərimizdə milli valyutaların istifadə olunmasının mümkünlüyüdür. Mövcud şəraitdə xarici ticarətdə hesablaşmaların manat rubla keçməsi Rusiya Azərbaycan arasında ticari-iqtisadi siyasi münasibətlərin daha da inkişafına müsbət təsir edəcək. Şübhəsiz, bu Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya ixrac əməliyyatları zamanı banklar ixracatçılar üçün valyuta siyasi riskləri azaldacaq. Bu müqavilə Rusiya Azərbaycan ixracatçıları üçün yeni imkanlar açır. İndi onlar üçün bazarlara çıxmaq daha asan olacaq” - deyə D. Qolovanov bildirib.

 

Palitra.-2014.-15 noyabr.-s.5.