Faiq Ələkbərov: “Gənclər ailə dəyərləri barəsində ətraflı maarifləndirilməlidir”

Azərbaycanda gənclərin və yeniyetmələrin mənəvi inkişafı üçün onların milli ailə dəyərləri barəsində maarifləndirilməsi və bilgiləndirilməsi də olduqca aktuallıq kəsb edir. Bu yöndə gənclərin bilgiləndirilməsinin və onlara milli dəyərlərimizin əhatəli aşılanmasının vacibliyini bildirən AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərov layihə çərçivəsində bizə bildirdi ki, milli-mənəvi dəyərlər hər hansı millətin özünəməxus dəyərləridir.

Dini dəyərlər bir neçə millətin ortaq dəyərləridir. Beynəlmiləl dəyərlər bütün millətlərin ortaq dəyərləridir: “Milli-mənəvi dəyərlər hər hansı millətin özünəməxsus dəyərlərdirsə, bu dəyərləri aradan qaldırmaq üçün ən güclü silah dinyaxud da ideologi fəlsəfi cərəyanlardır. Məsələ, ingilis-amerikan praqmatizmi bir çox millətlərin həyatına daxil olaraq onların özlərinəməxsus dəyərlərini aradan qaldırır. Belə hallarda əsas hədəf gənclər olur. Bunu da fərdin azadlığı, demokratiya, insan haqları və s. anlamlar altında həyata keçirir. Yaxud da vaxtilə elmi kommunizm adı altında sovet imperiyası bunu həyata keçiribindi də müxtəlif yollar sınayaraq bunu davam etdirmək istəyir. Çin hələ də, komunizmi bu anlamda istifadə etməkdədir. Buna masonçuluğu da aid etmək olar. Milli-mənəvi dəyərlər elə bir sistemdir, quruluşdur ki, onu tasadüfən aradan qaldırmaq mümkün deyil. Milli-mənəvi dəyərləri aradan qaldırmaq üçün önəmli vasitələrdən biri, bəlkə də birincisi “ailə fəlsəfəsi”nin pozulmasıdır. Bu istiqamətdə gənclərimiz olduqca diqqətli olmalıdırlar. Əslində hər bir millətin ruhunun təməlində ailə və ailələr dayanır. Ailə fəlsəfəsi yoxdursa, millət, milli ruh dünəndən yoxdur. Ola bilər ki, burada “ailə fəlsəfəsi” kəlməsi qəribə görünsün. Əslində “ailə fəlsəfəsi” yoxdursa, cəmiyyətə qazanılacaq fərd də yoxdur. Fərd isə ailədə dünyaya gəlir. Ailə də millətin sütunudur. Ataana isə ailənin təməlidir. Nənələr və babalar da ailənin örnəkləridir.

Deməli, ailə ata, ana, körpə, nənə və babadan ibarət güclü, amma kiçik bir milli birlikdir. Bu milli birliyi bir arada tutan ailə törəsidir. Yəni bütün ailə üzvlərinin icbari olaraq əməl etməli olduqları yazılmamış qayda-qanunlardır. Bu törələrə görə, hər bir ailə üzvü, o cümlədən ailədəki gənc nəsil öz funksiyasını bilməli və ona əməl etməlidir. Ailə daim və əbədi olaraq bir sistemin içində olmalıdır. Zaman-zaman ailə daxilində müəyyən dəyişikliklər baş verə bilər. Amma istənilən dəyişiklik, islahat ailənin ümumi mahiyyətinə, təməl prinsiplərinə zərər gətirməməlidir. Ailə həmişə əsas prinsiplərinə sadiq qalmalı, nə olursa-olsun onlardan imtina etməməlidir.

Məncə, ailənin əsas prinsipləri bütövlük, yekdillik, şərəflilik, inamlılıq, inanclılıqdır. Bu anlayışlar və onların mənaları barəsində də gənclər ətraflı bilgiləndirilməlidir. Bütövlük ailənin başlıca sütunudur. Nəyin bahasına olursa-olsun, ailə dağılmamalıdır. Ailənin şərəfini tapdalayan istənilən üzvün bəraəti yoxdur, o, layiq olduğu cəzanı sözsüz-sorğusuz çəkməlidir. Yekdillik ailə üzvlərinin önəmli məsələlərdə ortaq nöqtədən çıxış etməsidir. Hər bir ailə üzvü çıxarılan qərara uymalıdır. Şərəflilik ailənin üzüdür. Bu üzü dəyişdirmək, ona başqa bir rəng qatmaq qəti qadağandır. İnamlılıq ailədə qarşılıqı etibardır. Ailə üzvləri bir-birlərinə münasibətdə inamsızlığa yol verməməli, əgər hər hansı şübhə toxumları varsa onu cücərməyə qoymamalıdır. İnanclılıq tapındıqları dəyərləri mənimsəmək və dərk etməklə olmalıdır. Kor-koranə inancın əvvəli olmadığı kimi, sonu da yoxdur. İnanc ilk növbədə, Tanrıya tapınmaqdır. Tanrısını dərk edən, yaxud da, anlamağa çalışan millətini və Vətənini də sevmək iqtidarında olacaq.

Bütün bunlar ailə sisteminin təməlləridir. Gənclər bilməlidir ki, bunlar olmadan ailə sistemindən bəhs etmək mənasızdır”.

Alimin fikrincə, bu anlamda millətin etnik kimliyi, dini kimliyi, ədəbiyyatı, tarixi, mədəniyyəti, əxlaqı, adət-ənənələri ilk növbədə ailədən başlayır: “Ailə məktəbi uşaqlar üçün kimlik, tarix mədəniyyət məktəbidir. Ailə məktəbi bir növ millətin şah damarıdır. Ailə məktəbini önəmsəməyib uşaqlarını yalnız dövlət məktəblərinin, yaxud da cəmiyyətməktəbləri”nin ixtiyarına buraxanlar ehtiyatlı olmalıdırlar. Xüsusilə, cəmiyyətməktəbləri”nə daha çox həssas yanaşılmalıdır.

Məncə, arzu olunan hal ailə məktəbi ilə dövlət məktəblərinin prinisiplərinin üst-üstə düşməsidir. Yəni ailə dövlət gələcək vətəndaşın hansı şəkildə formalaşması məsələsində ortaq nöqtədən çıxış edərsə nəticə yaxşı olacaqdır. Ancaq ailə bir, dövlət başqa şey istəyirsə bu zaman əsas zərbə millətə dəyəcəkdir. Amma burada ən təhlükəlisi odur ki, ailə dövlət gələcək vətəndaşın milli dəyərlərdən uzaq, yalnız maddiyyatı düşünəcək şəkildə formalaşmasına razı olmasıdır. Deməli, 1-ci hal arzuolunan, 2-ci hal arzuolunmayan, ancaq ümidlərin bitmədiyi durum; 3-cü hal isə arzuolunmazdır. Çünki 3-cü halda millət, din, Vətən, əxlaq, şərəf arxa plana keçir, öndə isə fərdinazadlığı”, “xoşbəxtliyikaryera”sı dayanır.

Bu “azadlıq”, “xoşbəxtlik”, “karyeramilli dəyərlərin üstündən praqmatistcəsinə xətt çəkir. Artıq fərdin düşüncəsində millət, din, Vətən kimi anlayışlar ya yoxdur, ya daazadlıq”, “xoşbəxtlik”, “karyera”ya çatmaq üçün yalnız vasitədir. Bu zaman fərdin dərindən düşünməsinə heç ehtiyac da qalmır. Çünki onun yerinə düşünənlər var. Fərd düşünmədikcə, düşünməyə ehtiyacın olmadığı qənaətinə gəldikcə, daha daazadolur. Bu “azadlığınonun köləliyi olduğunun ya fərqinə varmır, ya da fərqinə vardığı halda belə, onunla razılaşır. Bununla da, həyatın dadını çıxarmağa, ömür boyu adını belə duymadıqları Qərbə məxsus freydizm, həyat məktəbi, praqmatizm kimifəlsəfi təlimlər”in mahiyyətinə uyğun yaşamağa davam edirlər. Çünki özdən uzaqlaşanlar sürətlə özgələşirlər. Bir cəmiyyətdə bu cür özgələşənlər zahirən dilcə bizlərə yaxın olsalar da, ruhca mahiyyətcə bizdən deyillər.

XIX XX əsrlərdə Rusiya işğal etdiyi türk ellərində bu ideologiyanı türksoylu toplumlara uyğuladı. Rusiya bunu etmək üçün Qərbdən çox böyük dəstək gördü. Çünki türk toplumlarında mövcud olan törəni pozmaq məsələsində o vaxt Rusiya Qərb həmrəy idilər. Əslində Rusiyada kommunizmin reallaşması bir Qərb layihəsi idi. Bunun Qərbdə gerçələşməyəcəyini yaxşı anlayan Avropa ideoloqları Rusiyaya əngəl olmadılar. Məqsəd kommunizm adı altında Rusiyadakı türk-müsəlmanların özgələşdirilməsi idi. SSRİ dövründə kommunizm adı altında türk törələri alt-üst edildi. Halbuki çar Rusiyası dönəmində durum bu qədər acınacaqlı deyildi. Komminizmi əldə bayraq edərək türk-müsəlmanlarin milli dini kimlik inancları qəsb edildi, əxlaqi dəyərlərə yeni don geyindirildi.

Ailə milli kimliyi - millətin varlığını sürdürməsi baxımından çox önəmli faktordur. Hər bir ailə, ailə üzvü milli kimliyini bilməlidir. Bu hər bir fərdin təbii haqqıdır. Fərd milli kimliyini bilməli onun bir hissəsi olmalıdır. Ancaq buradakı milli kimlik tanımlanması yalnız soy dil ilə bağlı deyildir. Burada soy dil ilə yanaşı şüur, mədəniyyət Vətən anlayışları da önəmli yerə malikdir. Bu anlamda fərqli soy dilin təmsilçiləri ortak milli kimlikdən çıxış edə bilərələr. Yəni mənim soyumdan olmayanlar, mənim dilimdə danışmayanlar bizdən deyildir-demək yanlış olardı. Çünki eyni soyu dili paylaşdığınız halda elələri tapılar ki, bizdən olmasınlar, ancaq fərqli soyda dildə olanlar isə bizdən olsunlar. Bu milli ruhla bağlıdır. Bəzi hallarda insanın kimliyini onun dili soyu deyil, içindəki ruhu müəyyən edə bilər.

Ailə dini kimliyi - ailə inancının təməlidir. Ailə üzvləri, özəlliklə ataana inanc məsələsində diqqətli olmalı, Allah sevgisini, peyğəmbər sevgisini bütpərəstlik səviyyəsinə endirməmlidirlər. Tanrının böyüklüyünü həddən artıq nə mürəkkəbləşdirmək, nə də sadələşdirmək doğru deyil. Ailədə elə bir dini kimlik formalaşmalıdır, onu hər yoldan ötənə qapdırmaq mümkün olmasın. Bunun təməlində paklıq, ülviliksevgi dayanmalıdır. Bu baxımdan ənənəvi dini kimliyimizin qorunmasına və gənclərin bu baxımdan maarifləndirilməsinə çalışmalıyıq. Allahdan qorxmaq şərdən, haramdan, yalandan uzaq durmaq anlamında dərk edilməlidir. Bu anlamda düşüncələrimizin fərqliliyindən hər bir kəsin özünəməxsus qəbul etdiyi inanclar deyil, ortaq inanclar önə çəkilməlidir.

Ailə beynəlmiləlçiliyi - insanlığın bir parçasıdır. Hər birimiz təmsil olunduğumuz milli kimlikdini inancımızdan asılı olmayaraq, Yer kürəsində təkbaşına yaşamadığımızı da yaxşı dərk edirik. Bu anlamda fərqli millidini kimlikləri görməzdən gələ bilmərik. Sadəcə, hər bir ailə bunları dəyərləndirmək və doğru nəticə çıxarmaq səviyyəsində olmalıdır. Ailədaxili tolerantlıq onun kənar təsirlər qarşısında əriməsi səviyyəsində olmamalıdır”.

İlkin AĞAYEV

Palitra.-2014.-18 noyabr.-s.11.