“Baku Steel Company”yəİlin Metallurgiya şirkətimükafatı təqdim edilib

 

Gürcüstanın Tbilisi şəhərində keçirilən II Beynəlxalq Caspian Energy Forumu “Baku Steel Company” MMC–nin 2014-cü ildə Qafqaz regionunda metallurgiya sahəsində flaqman şirkət olduğunu bir daha təsdiq edib. Forumda Gürcüstan prezidenti Giorgi Marqvelaşviliİlin Metallurgiya şirkətinominasiyasında “Caspian Energy Award” mükafatını şirkətin satış marketinq departamentinin rəhbəri Rüstəm Kərimova təqdim edib. Tbilisidə keçirilən çoxsaylı iştirakçı nümayəndələrin, o cümlədən xarici diplomat qonaqların qatıldığı II Beynəlxalq Caspian Energy Forumu həmişə olduğu kimi bu dəfə investorların böyük marağına səbəb olub. Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin iştirak etdiyi forum zəngin proqramı ilə seçilib. Forumun birinci hissəsi Gürcüstanın Xəzər-Qara dəniz-Aralıq dənizi regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasına, Gürcüstanın əsas rol oynadığı enerji, nəqliyyat infrastruktur layihələrinə həsr olunub. İkinci hissədə isə qeyri-neft sektorunun-maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, inşaat digər sahələrə sərmayələrin inkişafından, eləcə biznesin aparılması, biznes-hakimiyyət dialoqunun yaradılması məsələləri Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərin perspektivlərindən bəhs edilib. Tbilisi forumunda “Baku Steel Company” MMC-ninİlin Metallurgiya şirkətielan edilməsi gözlənilən idi. Nəinki ölkəmizdə, eləcə ağır sənaye sahəsində Qafqaz regiînunda yaradılmış ilk özəl müasir pîladəritmə müəssisəsi îlan “Baku Steel Cîmpany” son 13 ildə böyük bir inkişaf yolu keçərək ölkə iqtisadiyyatında mühüm yer tutub, yeni yerlərinin açılmasında, ekoloji tarazlığın yaranmasında yaxından iştirak edib, qeyri-neft sektorunda böyük vergi ödəyicilərindən biri olub. Məhsulların qiymət keyfiyyətinin optimallaşdırılması təkcə daxili bazara deyil, həm Azərbaycana qonşu olan ölkələrə (Rusiya, Gürcüstan, Türkmənistan) məhsullarının ixrac olunmasında rəqabətyönlü qiymətlərin təklif edilməsinə şərait yaradıb. İllik istehsal gücünü 1 milyon tona çatdıran şirkət bu il noyabr ayının əvvəllərində hazırladığı çoxçeşidli tikinti məhsullarının qiymətini 720 manatdan 590 manata endirib. Şirkətdə uğurla həyata keçirilən texnoloji proseslərin optimallaşdırılması, investisiya siyasətinin gücləndirilməsi, sosial infrastrukturun yenidən qurulması digər kompleks islahatlar bu gün uğurla davam etdirilir.

 

Nigar

Palitra.-2014.-18 noyabr.-S.5.