“Gənclər təşkilatları gənclərimizin
mənəvi cəhətdən inkişafında stimul rolunu oynayır”
Gənclər hər bir ölkənin
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında
böyük rola malik olan potensial qüvvə kimi öncül
sahələrdən birini tutur. Bu gün
ölkədə yeni nəslin və
ölkənin inkişaf maraqlarını
təmin etmək məqsədilə dövlət gənclər
siyasəti formalaşdırılıb. “2013-2023-cü illərdə
Azərbaycan gənclərinin İnkişaf
Strategiyası” da gənclərimizin
potensialının dünyada mövcud olan
çağırışlara uyğun
inkişafını təmin edərək həmin
potensialın Azərbaycanın milli mənafelərinə
uyğun istifadə etməkdən ibarətdir.
Gənclərin təşkilatlanması üçün
zəruri iqtisadi, hüquqi
və təşkilati imkanlar
yaradılıb. Əhalinin üçdən bir
hissəsini təşkil edən gənclər ölkənin əsas
innovativ potensialı və əmək resursudur. Azərbaycan gəncliyi öhdəsinə
düşən vəzifələri layiqincə yerinə yetirir, ölkədə gedən proseslərin daim önündə olub.
Minlərlə gəncimiz beynəlxalq miqyaslı tədbirlərdə
ölkəmizi layiqincə təmsil edib,
idmançıların, yaradıcı gənclərin
uğurları nəticəsində Azərbaycanın
bayrağı xarici dövlətlərdə
yüksəlib. Gənclər mədəniyyətlərarsı
dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın
inkişafında fəal olublar. Son illər gənclərin
ən böyük təşkilatlanmış
kütləsi olan tələbə gənclərlə
iş yeni səviyyəyə
qaldırılıb, onların ictimai təşəbbüskarlığı
və sosial həyatda iştirakı
artıb. Ölkədə fəaliyyət göstərən gənclər,
o cümlədən tələbə
təşkilatlarının gənclərin mənəvi
inkişafında mühüm rolu var. Bu gün
öz fəaliyyəti ilə seçilən
gənclərimiz var ki,
onlardan biri də Azərbaycan
Dövlət Neft Akademiyasının tələbəsi,
ATGTİ-nin Tarix İşci Qrupunun rəhbəri,
Qarabağ Mərkəzinin sədr müavini Mahmud
Sadıqovdur:
- Çağdaş əsrimizdə tək, kitab oxumaqla inkişaf etmək və qloballaşan dünyamızda mövqe tutmaq olduqca çətin bir prosesdir. Bunun üçün əlavə biliklər və buna uyğun şəkildə qabiliyyət də lazımdır. Hər bir gəncimiz bu sahədə öz üzərində işləməli və ətrafdakı imkanlardan maksimum şəkildə yararlanmağa çalışmalıdır. Bu imkanlardan biri də gənclər təşkilatlarıdır. Qeyd etmək istərdim ki, ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 200-dən, qeyri-rəsmi şəkildə isə 400-dən çox gənclər təşkilatları fəaliyyət göstərir. Bu, çox sevindirici və qürurverici bir haldır. Bu gün Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənclər təşkilatları gənclərimizin mənəvi cəhətdən inkişafında stimul rolunu oynayır. Onlar öz bilik, bacarıqlarını ictimai sektorda tətbiq edərək təcrübə əldə edirlər, özlərinin fəaliyyətlərini təkmilləşdirirlər və ölkəmizin ictimai həyatında fəal iştirak edirlər. Hər bir gənclər təşkilatlarında güclü tələbə birlikləri formalaşıb. Həmin tələbələr bizlərin gələcək insan potensialımızı, ən əsası da insan kapitalını təşkil edirlər. Fəaliyyət göstərdiyim Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ölkəmizin və Cənubi Qafqazın ən böyük tələbə ordusuna malikdir. Bu isə tələbələr arasında əlaqələrin qurulmasına, birgə fəaliyyətə, ünsiyyətə gətirib çıxarır. Qürur hissi ilə deyə bilərəm ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış Gənclər Fondu hər bir gəncin arzusunun və ideyalarının formalaşmasının bir təkanverici amilidir. Bu kontekstdən gənclər siyasətinə geniş nəzər yetirdikdə gənclər təşkilatlarının gənclərimizin mənəvi inkişafına verdiyi töhfələrə müsbət baxıram. Yeni düşünən gənclərin mənəvi inkişafının bir məkanı da məhz bu gənclər təşkilatlarıdır. İnsanın formalaşmasında cəmiyyətin və cəmiyyətdəki müsbət ab - havanın rolu danılmazdır. İnsanların(xüsusilə də gənclərin) yüksək elmi, mənəvi-əxlaq əsasında yetişməsində ictimai mühitin də rolu mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan dövlətin həyata keçirdiyi gənclər siyasətinin prioritet istiqamətlərindən biri də gənclər arasında müsbət ab-havanı formalaşdırmaqla onları yüksək keyfiyyətli cəmiyyət üzvinə çevirməkdir. Bu cür şəraitin dövlətimiz tərəfindən formallaşdırılması gənclər arasında mənəvi keyfiyyətlərin artırılmasına kömək olur. Gənclərimizin mənəvi keyfiyyətdə və əxlaqda tərbiyə əsasında böyüdülməsi gələcəyimizin etibarlı əllərdə olacağının bariz nümunəsidir. Çünki gənclər gələcək deməkdir. Gələcəyimizin təminatı həmin gənclərdir. Gənclər yeni tükənməz enerjidir. Bu enerjini məqsədə uyğun sahələrə yönəldilməsi hər bir dövlətin, toplumun ən ali məqsədidir. Ölkəmizdə yaradılmış gənclər təşkilatları bu cür mənəvi keyfiyyətlərin yüksəldilməsində əvəzolunmaz tədbirlər həyata keçirirlər. Dövlətin gənclər sektorundakı əsas siyasətini məhz bu təşkilatlar həyata keçirməkdədirlər.
Gənclər sektorunda dövlətin fundamental əsasını gənclər təşkilatları təşkil edir. Respublikamız öz müstəqilliyini əldə etdikdən sonra, spesifik şəkildə çoxlu gənclər təşkilatları yaradıldı. Hər bir gənclər təşkilatının ətrafında formalaşan gənclərimiz gələcəyimizin təminatlarıdır. Onların ictimai iş mühitində tərbiyə olunmaqla böyüdülməsi də, olduqca təqdirəlayiq bir haldır. Belə ki, təşkilatçılıq, idarəçilik və s. kimi biliklərə praktiki cəhətdən yiyələnmələrində bu təşkilatların rolu danılmazdır. Özlərinin layihələrinin həyata keçirilməsində, geniş intellektual mühitə adaptasiya olunmasında, regionlarımıza və müxtəlif ölkələrə səfərlərdə bu təşkilatlar gənclərə dəstək olan ən yaxın qurumlardır. Bu nöqteyi-nəzərdən gənclər təşkilatlarının gənclərin mənəvi inkişafında rollarını müsbət qiymətləndirirəm.
- Hazırda
ölkədə fəaliyyət göstərən bu təşkilatlar gənclər üçün daha
hansı imkanlar yaradır?
- Çağdaş əsrimizdə təşkilatlar gənclərin həyatında əvəzolunmaz imkanlar açır. Təsəvvür edin ki, televiziyada gördüyümüz və printer məhsullarında oxuduğumuz layihələr, konfranslar, seminarlar, simpoziumlar adətən dövlət tərəfindən həyata keçirilirdi. Ancaq sevindirici haldır ki, bu gün belə təşkilatların köməyi ilə yaradıcı, düşüncəli, qabiliyyətli gənclər yüksək səviyyəli tədbirləri özləri də keçirirlər. Bu, gənclər üçün yaradılmış ən böyük imkanlardan biridir. Həmçinin bu, gənclərin ən böyük inkişaf perspektivlərindəndir. Gənclər təşkilatları, gənclərimiz üçün dünyaya açılan qapı rolunu oynayır. Xarici ölkələrdəki tədbirlərə gedən gənclərin sayı ildən- ilə yox, gündən-günə artmaqdadır. Bu isə olduqca sevindirici haldır. Artıq Azərbaycan gəncliyi dedikdə, müasir elmi biliklərə yiyələnmiş, təşkilatçı, yaradıcı, düşüncəli, perspektivli bir gənc başa düşülür.
-Üzvü olduğunuz ATGTİ-nin hazırda bir gənclər təşkilatı kimi rolunu necə dəyərləndirirsiniz?
- Azərbaycan və Qafqazın ən böyük tələbə təşkilatı
Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqıdır (ATGTİ). ATGTİ öz
ətrafında böyük bir tələbə ordusu
cəmləşdirib. Bu təşkilatın yaradılmasını gənclər
sektorunda II inqilab kimi qiymətləndirirəm. Çünki
bu təşkilat mütəmadi olaraq tədbirlər həyata keçirir
və tələbələri mütəmadi olaraq
öz ətrafında birləşdirir. Çox təəssüflər olsun ki, ATGTİ 2009-cu ildə,
müstəqilliyimizdən 19 il sonra yaradılıb. ATGTİ respublikanın ən
nəhəng təşkilatı olması ilə
yanaşı, böyük layihələrə
imza atmaqda davam edir. Qısa bir zaman kəsiyində
ATGTİ böyük bir
idarəetmə strukturu
formalaşdırmaqla özünün
“ATGTİ ailəsi”ni yaradıb. “ATGTİ ailəsi” ətrafında
cəmləşmiş yüksək biliyə, təşkilati
və idarəetmə qabiliyyətinə yiyələnmiş və
mənəvi-əxlaqi, vətənpərvər gəncləri
cəmləşdirib. Hər bir gənc üçün böyük
imkanlar formalaşdırıb. ATGTİ yarandığı
andan bu günə kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlərə
yiyələnmiş Prezident
mükafatçısı Şahin
İsmayılov rəhbərlik edir.
Dövlətimizin gənclərə qayğısı və Şahin müəllimin rəhbərliyi ilə
ATGTİ-yə yarandığı andan bu günə kimi 500-dən
çox layihə həyata keçirib. ATGTİ yerli
tədbirlərlə yanaşı, beynəlxalq tədbirlərin
keçirilməsində də öz
töhfələrini verib. Tələbələrin
xarici tədbirlərə cəlb
olunmasında ATGTİ-nin rolu
danılmaz bir faktdır. Təşkilatın
hər bir təhsil ocaqlarında Tələbə
Gənclər Təşkilatı(TGT) fəaliyyət göstərir.
Təhsil ocaqlarında TGT-lərin fəaliyyəti olduqca təqdirəlayiq bir
haldır. Belə ki, TGT-lərin ətrafında
gənclər cəmləşməklə “ATGTİ ailə”sini
yaradırlar. ATGTİ hər bir gəncin arzusunun, ideyasının reallaşması məkanıdır.
Bu təşkilatda fəaliyyət göstərdiyim
müddətdə bir sıra tədbirlər
həyata keçirmişik. Belə ki, 2013-cü ilin iyunun 8-də “OPEK
ölkələrinin dünya
iqtisadiyyatında rolu və yeri” mövzusunda konfrans, 2013-cü ilin 4 oktyabr tarixində “Menecmetnin
müasir meyilləri” mövzusunda
seminar, 13 noyabr
2013-cü ildə ADPU-nin akt
zalında “İnsan kapitalının
formalaşdırılmasının fəlsəfi-pisxoloji
mexanizmləri” mövzusunda ikinci konfransımız, 1 mart 2014-cü il tarixində
ATGTİ-nin Tarix İşci Qrupunun təşkilatçılığı
ilə tanınmış yazar Varis Yolçuyevlə ATGTİ-nin
akt zalında görüş,
11 mart 2014-cü ildə, “Üzeyir
Hacıbəyovun həyat və yaradıcılığı”
mövzusunda seminar, 18
mart 2014-cü il
tarixində, tanınmış dramaturq
Əli Əmirli və şair, publisist və iqtisadçı alim Ağasəf İmranla
görüş, 24 oktyabr
2014-cü il tarixində “Neft
strategiyasının sosial-iqtisadi nəticələri
və insan kapitalının
formalaşması” mövzusunda konfrans və s. kimi tədbirlərimiz baş
tutub. Göründüyü
kimi ATGTİ-nin fəaliyyətini
yüksək qiymətləndirirəm və fürsətdən
istifadə edərək hər bir gənci
birgə fəaliyyətə çağırıram.
Nigar Abdullayeva
Palitra.-2014.-20 noyabr.-S.11.