“Azərbaycanda uşaq
hüquqları daim diqqətdədir”
Ülviyyə
Əlizadə: “Uşaqların hüquqlarının müdafiəsi
üzrə komissiyanın məsul katibi olmaq böyük məsuliyyət
daşımaq deməkdir”
Son illərdə Azərbaycanda uşaq hüquqları ilə bağlı xeyli işlər görülüb.
Uşaq əməyinin istismarı,
uşaqların hüquqlarının tapdanması kimi hallar isə sıfra endirilib. Əlbəttə ki,
bunun reallaşmasında əməli tədbirlər,
təbliğat və konfranslar, təlimlər
və sairin böyük
rolu olub. Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in birgə
təşkilatçılığı ilə noyabrın 17-də
Bakıda Uşaqların III Ümumrespublika
Forumunun keçirilməsi də bu tip tədbirlərdən
sayıla bilər. Təsadüfi deyil ki, bu
foruma maraq həddindən
artıq çox olub
və tədbirdə 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi
istedada malik, xüsusi qayğıya ehtiyacı olan, digər millətlərdən,
qaçqın və məcburi köçkün
ailələrindən uşaqlar iştirak ediblər. Bundan
əlavə xeyli sayda
QHT nümayəndəsi və hüquq
müdafiəçiləri, ziyalılar da
sözügedən toplantıya qatılıblar. Tədbirdə iştirak edən
xaricdə təhsil almış və hazırda Nərimanov Rayon İcra Hakimiyyətində
Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyanın məsul katibi
Ülviyyə Əlizadə forumla
bağlı təəssüratlarını bizimlə bölüşdü:
-Bildiyiniz
kimi, Uşaqların III Ümumrespublika
Forumu 17 noyabr
2014-cü il tarixdə Bakıda
başladı. Təəssüratlarım boldur.
Ümumiyyətlə, öncə onu qeyd edim ki, 2009-cu ildə Azərbaycan uşaqlarının I Ümumrespublika Forumu, 2011-ci ildə isə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçirildi. Daha sonra isə uşaqların müdafiəsi və inkişafına dair qazanılan ən yaxşı təcrübələri, mövcud problemləri və onların həlli yollarını nəzərdən keçirəcək Azərbaycan Uşaqların III Ümumrespublika Forumunun keçirilməsinə qərar verildi. Forumda uşaq hüquqlarının qorunması və təbliği istiqamətində öz problemlərini, narahat məqamları müzakirə etmək və tövsiyələr vermək imkanı yaradıldı.
-Tədbirin təşkilatçılığı
və qaldırılan məsələlər sizi
qane etdimi?
- Bəli, yüksək səviyyədə təşkil olunan bir forum idi. İştirakçılar yalnız Bakıdan deyil, Azərbaycanın bütün bölgələrindən, rayonlarından dəvət olunmuşdular. Hər qrup 50 nəfərdən ibarət idi. Ümumi say isə 350 nəfər idi. Qonaqlar və dövlət nümayəndələri də iştirak edirdilər. Forum iştirakçıları 7 mövzu üzrə işçi qrupa bölünmüşdülər. Foruma qədər isə onlardan müvafiq təkliflər hazırlamaqları tələb olunmuşdu.
Maraq üçün deyə bilərəm ki, işçi qruplar bu adlarla qurulmuşdu: I qrup- Vətəni sevək və ona layiq olaq
II qrup-Uşaqlar üçün bərabər hüquq və imkanlar
III qrup-Təhsildə yeni standartların tətbiqi. Uşaqlar və internet təhlükəsizliyi
IV qrup- Ətraf mühitin mühafizəsi. Sağlam
həyat tərzi
V qrup- Asudə vaxtın səmərəli
təşkili və dəyərləndirilməsi
VI qrup- Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə
və cəmiyyətin
rolu və məsuliyyəti
VII qrup - Qarabağ
həqiqətlərini dünyaya
çatdıraq.
Mövzulardan da göründüyü kimi, forum necə geniş və vacib müzakirələri
əhatə edirdi, toxunurdu.
-Tədbirdə diqqətinizi çəkən
hansı məsələlərə
toxunuldu?
-Bir şeyi qeyd
edim ki, belə tədbirlərin nəinki uşaq hüquqları və s. ilə bağlı böyük əhəmiyyəti
olur, ümumiyyətlə,
ölkəmiz, cəmiyyətimiz
üçün önəmi
çoxdur. Forum zamanı
insan hüquqlarının
öyrədilməsi, onların
şəxsiyyət və
ləyaqətinə hörmət
edilməsi, istək və arzularına diqqət göstərilməsi,
öz qüvvələrinə,
bilik və bacarıqlarına, təbii
imkanlarına, gələcəkdə
cəmiyyət üçün
yararlı olmalarına
inam yaradılması,
müstəqillik, prinsipiallıq
və qətiyyətlilik
kimi xüsusiyyətlərin
formalaşmasına etibarlı
zəmin yaradılması,
dinləmək, əməkdaşlıq
etmək, ünsiyyət
yaratmaq, hüquqları
qorumaq bacarıqlarını
təkmilləşdirmək, münaqişələri həll
etmək, kompromis variantlar axtarıb tapmaq bacarıqlarının
aşılanması, fikirlərini
əsaslandırmaq üçün
imkan yaradılması,
bütün fikirlərə
hörmət və diqqətlə yanaşılması
iştirakçıların nəzərinə çatdırılıb.
-Siz həm də çox vacib və maraqlı bir sahədə çalışırsınız. Bu iş önəmi sizin üçün nə deməkdir?
- Doğrudan da qeyd etdiyiniz kimi, bu vəzifə,
işim çox vacib və aktual
sahədir. Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyanın
məsul katibi olmaq üzərində böyük məsuliyyət
daşımaq deməkdir.
Artıq
1 ildir ki, bu vəzifədə işləyirəm. Çalışdığım sahənin uşaqlarla
bağlı olması
bu işin önəmini mənim üçün daha da artırır. Forumda Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi
kimi iştirak etdim.
İlk dəfədir ki dövlət orqanının
nümayəndəsi(işçisi) kimi iştirak etdim. Bundan qabaq tələbə
kimi həm respublikamızda, həm də xaricdə keçirilən forumların
iştirakçısı olmuşam
və bu cür tədbirlərin şəxsiyyət kimi formalaşmağımızda böyük
rolu olur.
Onu da qeyd edim
ki, rayonumuz beş nəfər
tərəfindən layiqincə
təmsil olundu. Bildirmək istəyirəm
ki, forum BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul
edilməsinin 25 illiyinə
təsadüf edirdi, bu da Vətənimizdə
uşaq hüquqlarının
önəmini və ona olan diqqəti
bir daha sübut edir.
-Bəs ümumilikdə ölkədəki
uşaqlarla bağlı
durumu necə xarakterizə edərdiniz?
-Hazırda Azərbaycanda
uşaqlarla bağlı
durum, uşaq hüquqları
lazımınca diqqət
mərkəzində saxlanılır. Əslində ölkəmizdə uşaq
hüquqları daim diqqət mərkəzində
olub. Cənab Prezidentimiz İlham
Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı həmişə
nəinki uşaqların,
gənclərin və
məktəblilərin də
üzərindədir. Keçirilən Uşaqların III Ümumrespublika Forum bunun bir nümunəsidir.
Bundan başqa məktəblərdə təmir
işlərinin artırılması
yeni məktəblərin
tikintisi də buna misal ola bilər.
2010-cu ildən bəri hər il
uşaq hüquqları
aylığı keçirilir.
Məktəblərdə, liseylərdə uşaq hüquqlarına dair maarifləndirici treninqlər, dəyirmi masalar, debatlar keçirilir. “İnsan
hüquqları”, “İnsan
hüquqları nədir”,
“İdeologiya və insan hüquqları”, “Uşaq və insan hüquqları”, “Hüquqlarımızı necə
qoruya bilərik?” mövzularına həsr olunmuş dərs saatları keçirilir. Uşaq hüquqları aylığı
çərçivəsində keçirilmiş tədbirlər
uşaqların cəmiyyətdə
bir şəxs kimi formalaşmasına, dünyagörüşlərinin genişlənməsinə köməklik
göstərir.
Tural Tağıyev
Palitra.-2014.-20 noyabr.-S.6.