“Belçikadakı siyasətçilərlə çox yaxın əlaqələrimiz var

 

Abbas Uçar: “Bu ölkədə bir futbol komandası alıb, adını “AzerQarabağ” qoymağa çalışacağıq”

Müsahibimiz Abbas Uçar təxminən 15 ildir Belçikada yaşayır. Türkiyədə İqtisad fakültəsində təhsil alıb. Belçika iqtisadiyyatına və məşğulluğuna verdiyi töhfəyə görə, 2007-ci ildə Belçika Kral ailəsi tərəfindən mükafata layiq görülüb. O, eyni zamanda "Belkad" Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri olaraq diaspor fəaliyyəti də göstərir.

-"Belkad" nə vaxtdan fəaliyyət göstərir?

- “Belkad” dərnəyini 15 iyun 2012-ci il tarixində alim dostlarımızla bir araya gələrək qurduq. Dərnəyin ilk sədri Ethem Kışlalı olub. Mərkəz ofisimiz Brüsseldə idi. Bizim Fransa sərhədindəki Hensies şəhərində Xocalı soyqırımı abidəsini ucaltmaq fikrimiz var. Bura daha yaxın olaq deyə, mərkəzi ofisimizi Hensies şəhərinə köçürmüşük.

Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının bütün Avropadadünya ictimaiyyətində tanıdılması üçün dəyərli dostum, qardaşım Ethem Kışlalı ilə birlikdə qürur, şərəf və namus məsələsi bilərək mübarizə aparırıq. Bu işin əslində hər birimizin ən əhəmiyyətli vicdanı, məsuliyyəti, baş iddiası olması lazımdır.

- Belçikanın dövlət orqanları ilə əlaqələriniz necədir?

- Belçikadakı siyasətçilər və partiya rəhbərləri ilə çox yaxın əlaqələrimiz var. Xüsusilə, Ethem Kışlalı bəzi partiyaların millət vəkillərinə və millət vəkili namizədlərinə məsləhətçilik işlərini icra edir. Fransız bölgəsi partiyaları - MR (Liberal partiyası), Ps (Sosialist partiyası), CDH (Humanist partiyası) Ecolo (Yaşıllar partiyası), Flaman bölgəsi partiyaları - Spa (Sosialist partiya) CDNV, VLD, AGALEV partiyaları ilə də çox yaxın əlaqələrimiz var.

-Azərbaycan diasporu ilə hansı formada əməkdaşlıq edirsiniz?

- Düzü, Azərbaycan diasporu ilə çox yaxın əlaqələrimiz yoxdur. Xocalı soyqırımı abidəsinin tikilməsi və bunun maliyyə məsələlərini tamamilə özüm və dərnəyimizin keçmiş rəhbəri Ethem Kışlalı öhdəmizə götürərək icra etməkdəyik.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri ilə 2 iyunda bir görüşmə və yığıncağımız oldu. Özləri bizlərə hər mövzuda dəstək və köməklik verə biləcəklərini bəyan etdilər. O mövzuda onlara təşəkkür edirik.

-Azərbaycan həqiqətlərinin Belçikada təbliği istiqamətində hansı işlər görürsüz?

- Dərnəyimiz qurulduğu gündən bəri Belçikadakı bütün siyasətçilərlə, partiya başçıları ilə Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını və Qarabağın işğalını, ermənilərin, ermənipərəst siyasətçilərin tamamilə yalan, səhv və böhtanlarla dolu bəyanatlarını sənəd və dəlillərimizlə birə-bir lobbi meydanına gətirərək izah etməyə çalışırıq. Layihə və fikirlərimizi bəyan edib mənəvi dəstəklərini istəmişik. Xüsusilə də Belçikadakı siyasətçilərə ümummilli lider Heydər Əliyevin adını bir küçəyə, meydanaya bir parka verə bilmələri üçün kömək etmələrini istədik. İnşallah, çox yaxın zamanda bunu da reallaşdıracağıq.

-Belçikanın Fransa ilə sərhədində yerləşən Hensies şəhərində Xocalı soyqırımı abidəsinin ucaldılması ilə bağlı işlər hansı mərhələdədir?

- Hensies şəhərinin bələdiyyə başçısı Eric Thiebaut özü bizi çox dəstəkləyir, əlindən gələn köməyi etməyə çalışır. Azərbaycan həqiqətlərini və Xocalı soyqırımını özü də bizlərin vasitəsi ilə yaxşıca öyrənib və bizə bu mövzularda əlindən gələn dəstəyi verməyə söz verib. Bu gün ən böyük mübarizəmiz, məşğuliyyətimiz bələdiyyənin 17 nəfər məclis üzvü ilə tək-tək görüşərək Azərbaycan həqiqətlərini və Xocalı soyqırımını izah edib, soyqırımı abidəsinin bizlər üçün, bütün Azərbaycan və türk cəmiyyəti üçün nə qədər mühüm bir mövzu, məsələ olduğunu izah etməkdir.

Xocalı soyqırımının ildönümündə, 31 Martda, 20 Yanvarda azərbaycanlı və türk qardaşlarımızın gəlib abidənin önünə hörmət duruşunda dayanması və bir çiçək qoyub yad etməsi, o ağrıları unutmaması, o torpaqlarda şəhid olmuş, həyatlarını itirmiş analar, uşaqlar, beşikdəki balalar, yaşlılar və gənclərimizə qarşı boynumuzdakı ən əhəmiyyətli vicdani məsuliyyətimiz, vəzifəmizdir. Onlara dediyimiz tək şey haqqı, ədaləti dəstəkləmələridir.

Bir neçə nəfəri razı saldıq, söz və dəstəklərini götürdük. Ən qısa zamanda bütün Azərbaycan xalqına, soydaşlarımıza və bütün türk dünyasına bu müjdəni verəcəyik.

- Xocalı soyqırımı abidəsinin ucaldılmasına qarşı ermənilərin hər hansı etirazı olubmu?

- Bildiyiniz kimi, Belçika qanunlarında “erməni soyqırımı”nı inkar etmək cinayətdir və bunun cəriməsi var. Düzü, Belçikabütün Avropa xalqlarında ümumi fikir ermənilərin lehinədir və onlar bütün Avropa ictimaiyyətinə özlərini “soyqırıma uğramış, sürgün edilmiş yazıq ermənilər” kimi tanıdıblar.

Bu kimi səbəblərdən bizlər çox gizli bir şəkildə bu işlərimizi həyata keçirmək məcburiyyətində qaldıq. Çünki erməni lobbisidiasporu qətiliklə qarşı çıxacaq və əlindən gələn təxribatı edəcək. Digər tərəfdən də Fransa sərhədindəki Hensies şəhərində çox sayda erməni yaşayır. Bu səbəbdən hər gün yüzlərlə fransız vətəndaşı Belçika sərhəd şəhərlərini, Belçika vətəndaşları da Fransa sərhəd şəhərlərini həm ticarət, həm də gəzmək məqsədilə ziyarət edir.

İnşallah, Xocalı soyqırımı abidəsini tikdiyimiz zaman həm Fransa vətəndaşları, həm Belçika xalqı, həm də buralarda yaşayan ermənilər istəməsə də, bunu görmək və ya qarşısından keçmək məcburiyyətində qalacaqlar...

- Azəri və türk diaspor təşkilatlarının erməni məsələsinin qabardılmasında fəaliyyəti yetərincədirmi?

- Məncə, deyil! Ethemlə ikimizin ortaq düşüncəmiz budur ki, bizlər dərdimizi, Azərbaycan həqiqətlərini özümüzə, türk cəmiyyətinə deyil, Belçika xalqına, Avropa ictimaiyyətinə, siyasətçilərinə, alimlərinə izah etməmiz lazımdır. Yoxsa, elə öz-özümüzə deyib, izah edib, ağlamamızla bu işlər olmaz.

-Ümumiyyətlə, azəri və türk diasporlarının həmrəyliyi hansı səviyyədədir?

- Çox zəifdir və əlaqəsizliklər var. Bizlər baxımından bir problem yoxdur. Hamısı ilə həmrəyliyimiz var sıx görüşlərimiz olur. Amma digər dərnək diasporlarda çox böyük çətinliklər, problemlər var. Əlaqə həmrəylik problemləri var.

-Ermənilər qondarma erməni soyqırımının yüz illiyinə hazırlaşır. Buna qarşı olaraq hansı planlarınız var?

- Ümid edirik ki, biz Xocalı soyqırımı abidəsini tikdiyimiz zaman bu, həm Belçika, həm bütün Avropa ictimaiyyətində çox böyük səs salacaq əks-sədalar oyadacaq. Həm biz bu abidəni bir qəbiristanlığa deyil, sərhəd şəhərində yaşayan Belçika Fransa xalqlarının görəcəyi bir meydanda ucaltmağa çalışırıq. Bütün Avropada bir ilk olacağı üçün Belçika Avropa xalqları da bu işə daha çox həssas olacaqlar. Mətbuat televiziya kanalları istəməsə , məcbur olaraq bunu xəbər edib izah etmək məcburiyyətində qalacaqlar. Məqsədimiz, bütün Avropa xalqlarını bu işin həqiqətlərini, məsələləri öyrənməyə təşviq etməkdir. Mən , dərnəyimizin keçmiş başçısı Ethem Kışlalı da çox hörmətli tanınan adamları olduğumuz üçün Belçikadakı bir çox təşkilat qurumlardakı adamları bizləri tanıyırlar.

Buradakı küçələrdən birinə Heydər Əliyevin adı veriləndən sonra bu da, Belçika ictimaiyyətinin diqqətini mütləq çəkəcək.

Bunu da ilk dəfə sizinlə paylaşırıq. Digər bir layihəmiz odur ki, Belçikadakı bir futbol klubu ilə yaxın görüşmələrimiz var. Futbol komandasını satın alıb, adını "AzerQarabağ" qoymağa çalışacağıq. Bir problem çıxmaması üçün hələlik klubun adını açıqlamaq istəmirəm. Belçika Avropa ictimaiyyəti futbolla çox yaxından əlaqədar olduğundan, əhəmiyyətli bir futbol klubununAzerQarabağadı ilə xatırlanmasının erməni diaspor təşkilat lobbilərinə ən böyük cavab olacağını düşünürük. Ümumiyyətlə, 2015-ci il ilə əlaqədar ayrıca bir sıra tədbir layihələr həyata keçirəcəyik.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-21 noyabr.-S.7.