“Dövlət uşaq televiziya kanalı açılmalıdır”

 

“ElS” uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasını təklif edir

 

Uşaq və gənclərin mənəvi inkişafında mədəniyyət və incəsənətin, bədii ədəbiyyatın, televiziyanın böyük rolu var. Televiziyada nümayiş olunan mahnılar, cizgi filmləri, vətənpərvərliklə bağlı proqramlar uşaqların yaddaşında əbədi həkk olunur. Məhz buna görə də televiziyalarda uşaqların mənəvi inkişafına xidmət edəcək verilişlərin təşkili vacibdir. Dünən “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunanUşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda tədbirdə də həmin amillər ictimai müzakirəyə təqdim olundu.

 

Nümayiş olunan animasiyacizgi filmləri arasında milli filmlər demək olar ki, yoxdur

 

Tədbirdə çıxış edən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova çıxışında bildirdi ki, hər bir ailəyə maneəsiz daxil olan televiziya bu gün uşaq və yeniyetmələrin dünyagörüşünə, müəyyən maddi və mənəvi dəyərlərin formalaşmasına, cəmiyyətdə ünsiyyət qurma və davranış qaydalarının bir sistem kimi yaranmasına bəlkə də ailə və məktəbdən daha güclü təsir göstərir. Qeyd edildi ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü ilin 1 oktyabr tarixindən başlayaraq bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqini aparıb. Monitorinqin keçirilməsində məqsəd onun nəticələrini 2011-ci ildən etibarən aparılan araşdırmaların nəticələri ilə müqayisə edərək ötən müddət ərzində teleməkanda baş verən dəyişiklikləri təhlil etmək olub.

Beləliklə, 4 həftə ərzində hazırda ölkə ərazisində yayımlanan 9 ümumölkə və 9 regional televiziya kanalının proqramlarının monitorinqi aparılıb və müəyyən edilib ki, 2011-ci ildən bu günədək uşaq verilişləri üçün ayrılan efir vaxtında önəmli dəyişiklik yoxdur. Belə ki, ayrı-ayrı ümumölkə televiziya kanallarında bu sahədə ya cüzi artım və ya azalma aşkarlanıb ki, ümumilikdə orta hesabla verilişlərin vaxtı 2011-ci ildəki 7,9%-dən 2014-cü ildə 7,31%-ə qədər azalıb: “Müsbət dəyişiklik regional telekanallarda müşahidə olunub. Belə ki, “Region TV” televiziya kanalı Kəpəz TV (Gəncə), RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) müstəqil regional telekanalları ilə birgə Azərbaycanda ilk televiziya şəbəkəsini yaradıb. Şəbəkənin ümumi proqram cədvəli tərtib edilir və müəyyən verilişlər regional telekanallar tərəfindən hazırlanaraq öz regionları üçün translyasiya olunur. Uşaq verilişləri üçün müəyyən vaxt ayrılıb (ümumi efir vaxtından 3,27%) və hər regional telekanalın öz verilişi bu vaxtda göstərilir”.

Bildirildi ki, monitorinq zamanı telekanallarda uşaq və gənclər üçün verilişlərin növləri də təhlil olunub. Təhlil zamanı göstərilən verilişlər maarifləndirici-əyləncəli proqramlar və filmlər (bədii, animasiyacizgi) bloklarına ayrılaraq qiymətləndirilib: “Göründüyü kimi telekanallar bir qayda olaraq maarifləndirici verilişlərə önəm vermir, yalnız İTV-də bu rəqəm 50%-dən çoxdur. Nümayiş olunan animasiyacizgi filmləri arasında isə milli filmlər demək olar ki, yoxdur. Milli uşaq seriallarının istehsalı məsələsi hələ də həll olunmayıb. Uşaq və gənclərə ünvanlanan bədii filmlərin milli bazası yenilənmir. Nəticədə uşaqlarımız yalnız xarici filmlərə baxmaq məcburiyyətindədirlər. Prezidentin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.6 bölməsində animasiya filmləri vasitəsi ilə yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinə mənəvi və psixoloji təsirin göstərilməsi məqsədi ilə vətənpərvərlik mövzusunda animasiyacizgi filmlərinin istehsal olunması nəzərdə tutulsa da, bu gün bu sahədə irəliləyiş müşahidə olunmur”. Monitorinq zamanı o da müəyyən olunub ki, artıq dörd il ərzində fəaliyyət göstərməsinə baxmayaraq İdman TV-nin “Bakı-2015” İlk Avropa Oyunlarının Vətənimizdə keçiriləcəyini nəzərə alsaq gənc nəslin bu böyük idman bayramına məlumatlı idman azarkeşi və gələcəyin potensial idmançısı qismində qatılmasında ölkənin yeganə idman telekanalının əhəmiyyətli rol oynaya biləcəyi şübhə doğurmur.

Uşaqlar üçün gündəlik axşam verilişlərinin translyasiya olunması ənənəsini 2011-ci ildən bugünədək yalnız İTV həyata keçirir (“Biri var imiş, biri yox imiş”). Bu ildən isə “Space” telekanalında “Yuxunuz şirin olsunaxşam verilişi hər axşam uşaqlarımıza qonaq gəlir. Ümumiyyətlə, bir çox telekanallarda uşaq verilişləri əsasən günlərində nümayiş olunur və həftə ərzində efirdə qeyri-bərabər paylanılır.

Gün ərzində də uşaq verilişləri əsasən səhər və gündüz saat 15:00-dək göstərilir, praym-taymda (18:00-21:00) isə çox az verilişlər uşaqlara ünvanlanır.

“ELS” sədri onu da qeyd etdi ki, yetişən nəslə dair zəngin normativ-hüquqi baza yaradılıb, sosial-iqtisadi, uşaq hüquqları və digər sahələrdə uşaqların həyatını, cəmiyyətdə yerini və münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Qanunları qəbul edilib, mövcud Beynəlxalq Konvensiyalara qoşulmaqla beynəlxalq qanunvericiliyə uyğun hüquqi zəmin yaradılıb: “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu bu siyasətin həyata keçirilməsinin hüquqi, iqtisadi, siyasi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir. Lakin bu Qanunun əhatə dairəsinə 14-30 yaş aralığında olan gənclər aiddir, halbuki hər kəsin bir şəxs kimi mənəvi, mədəni, əxlaqi cəhətdən formalaşması demək olar ki, 14 yaşa çatarkən bitir. Beləliklə, hər bir cəmiyyətin gələcək vətəndaşlarının kamil üzv kimi formalaşmasında strateji rol oynayan yetişən nəslin mədəni-mənəvi tərbiyələndirilməsi məsələsi müxtəlif qanunlar və sərəncamlarda təsbit edilsə də mükəmməl, tam və hərtərəfli bir qanununya milli strategiyanın işlənilməsinə zərurət var”.

 

Uşaq siyasətinə dair Milli Strategiya qəbul edilməlidir

 

Aparılan araşdırmaların nəticəsinə uyğun olaraq mövcud problemlərə gəldikdə isə İ.Yaqubova bildirdi ki, bunlar əsasən milli bədii, animasiya cizgi filmləri, teleserialların çəkilməməsi, uşaq verilişlərinə dair normativ-hüquqi bazada boşluqların olması, teleefirdə hələ uşaq mahnılarının təbliğinin zəif olması, uşaq verilişlərinin tərtibi məzmununa lazımi nəzarətin olmaması, uşaqlar üçün ayrılan teleefir vaxtının həm kəmiyyət, həm keyfiyyət cəhətdən qənaətbəxş olmaması, uşaq gənclərin müxtəlif yaş qruplarının maraqları xüsusiyyətlərini nəzərə almaqla yüksək səviyyəli, milli-mənəvi dəyərlərə uyğun, peşəkarların iştirakı ilə mükəmməl verilişlərin hazırlanması yayımlanmasını təmin edən ixtisaslaşmış milli uşaq telekanalının olmaması səbəbindən yetişən nəslin mədəni-mənəvi xüsusiyyətlərinin xarici uşaq telekanallarının yayımladığı verilişlərin təsiri altında formalaşmasıdır.

Beləliklə, yetişən nəslin cəmiyyətimizin hərtərəfli inkişaf etmiş üzvü kimi formalaşmasında televiziyanın effektivliyinin artırılması məqsədi ilə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi təkliflər hazırlayıb. Burada göstərilir ki, gənc nəslin milli ruhda, mədəni, əxlaqlı mənəvi dəyərlərə malik şəxsiyyət kimi formalaşmasında vacib rol oynayan milli uşaq verilişlərinin (əyləncəli maarifləndirici verilişlər, bədii, animasiya, cizgi elmi-kütləvi filmlər) sayının azlığını, uşaq musiqisi ədəbiyyatında mövcud durğunluğu, uşaq mədəniyyəti sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün maliyyə dəstəyinin tələb olunmasını nəzərə alaraq bu sahədə ciddi dönüşün yaradılmasında dövlət dəstəyini zəruri hesab edərək ölkə Prezidenti yanında Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması zəruridir. Eləcə müvafiq qanunvericilikdə uşaq yeniyetmələrə dair mövcud boşluğu nəzərə alaraq uşaq yeniyetmələrin mədəni mənəvi tərbiyələndirilməsinə yönəlmiş bu sahədə dövlət strategiyasını əks etdirən Uşaq siyasətinə dair Milli Strategiya qəbul edilməlidir. Sənədin hazırlanmasına müvafiq dövlət qurumları ilə bərabər vətəndaş cəmiyyətinin təmsilçiləri cəlb olunmalıdır. Həmçinin bütün ölkə ərazisində yayımlanacaq dövlət uşaq televiziya kanalı açılmalıdır. Uşaqlara ünvanlanan verilişlərin milli bazasının bugünkü vəziyyətini nəzərə almaqla ilk vaxtlarda telekanalın fəaliyyəti gün ərzində qısa müddətli translyasiya ilə mümkündür.

Tədbirdə çıxış edən millət vəkili Kamilə Əliyeva isə bildirdi ki, ölkə başçısı tərəfindən uşaqların hüquqları ilə bağlı kifayət qədər fərman və sərəncamlar imzalanıb. Ölkədə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Heydər Əliyev Fondu, o cümlədən Leyla Əliyevanın rəhbərliyi ilə uşaqlarla bağlı çoxlu sayda tədbirlər təşkil olunur. Dövlət səviyyəsində uşaqlar üçün müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən bağçalar tikilir, internat evləri açılır. Lakin bütün bunlara baxmayaraq bir sıra problemlərin də olduğunu qeyd edən millət vəkili bildirdi ki, bunlardan biri odur ki, məhz televiziyalarda uşaqlarla bağlı verilişlər bizi qane etmir: “Buna görə də uşaqlar məcbur olub xarici ölkələrin telekanallarındakı uşaq verilişlərinə baxmalı olurlar. Bu verilişlər isə uşaqlarımızı aqressiv böyüdür. Bizim telekanallarda isə uşaq verilişlərində ailədə olan vəziyyət müzakirə olunur. Televiziya çağırılmamış qonaqdır və oradanümayiş olunursa, uşaqlar ona baxır. Məsələn, elə verilişlər hazırlamaq lazımdır ki, uşaqlarda idmana maraq yaransın. Eləcə də milli cizgi filmləri, uşaq musiqiləri, vətənpərvərlik mövzusunda verilişlər təqdim olunsun. Hər işi dövlətin üzərinə atmaq olmaz. Telekanalların rəhbərləri də bu sahədə işlər görməlidirlər”.

 

Nigar Abdullayeva

Palitra.-2014.-26 noyabr.-S.11.