Televiziyalarda aparıcıların səviyyəsini necə qaldırmaq olar?

 

“Təəssüf ki, Azərbaycan tamaşaçılarında yerli

telekanallarda baxmağa heç nə olmadığı

təəssüratı yaranıb”

Bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqinin nəticələrinə dair konfrans keçirilib. MonitorinqElektron Mediaya Yardım Fondunun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli TeleviziyaRadio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına necə riayət etməsi ilə bağlı aparılıb. Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirak ediblər. MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, monitorinq zamanı ədəbi dil normaları ilə bağlı nöqsanların sayının azalması müşahidə edilibbu, yaxşı haldır.

 

O bildirib ki, telekanallarda yaradılan bədii şuraların fəaliyyətinə nəzarət mexanizmi yoxdur, MTRŞ də bu nəzarəti apara bilməz: “Bu gün nöqsanların sayının azalması bədii şuraların fəaliyyətinin müsbət nəticələri olduğunu göstərir. Ancaq problemlərdən biri odur ki, bu gün də fikirlərini Azərbaycan dilində ifadə edə bilməyən ziyalılar var. Bəzən efirə dəvət olunan ziyalılar, sənətkarlar fikirlərini Azərbaycan dilində deyə bilmirlər, bu, təəssüf doğurur”. N. Məhərrəmli xatırladıb ki, Azərbaycan dili ərəb, farsAvropa dillərindən keçmə sözlərlə zəngindir: “Bu, problem deyil. Sadəcə, Azərbaycan dilində qarşılığı varsa, o sözlər işlədilməlidir”.

MTRŞ sədri qeyd edib ki, Azərbaycan teleməkanında narahatlıq doğuran hallar qalsa da, əvvəlki dövrlərlə müqayisədə belə hallar azalıb: “Narahatlıq doğuran şouların sayı da azalıb. Televiziya kanallarının sahibləri bildirirlər ki, milli-mənəvi dəyərlərimizə uyğun verilişlər efirə verilməlidir. Ancaq hazırkı dövrdə bu, elə də asan deyil. Həm reklam, həm kadr çatışmazlığı bu problemi birdən-birə həll etməyə imkan vermir. Hazırda Azərbaycanda 10 telekanal var və təbii ki, müəyyən nöqsanlar tapmaq mümkündür. Təəssüf ki, Azərbaycan tamaşaçılarında yerli telekanallarda heç nə olmadığı, xarici telekanallara baxmağın daha yaxşı olduğu təəssüratı yaranıb. Ancaq telekanallarımızda müsbət tendensiyalar da müşahidə olunur. Aparıcılar Azərbaycan ədəbi dilini səlis bilməli, ləhcə ilə danışmamalıdır. Monitorinqin nəticələri göstərir ki, telekanallar belə hallara diqqət yetirirlər”.

 

MTRŞ sədri: “Cəmiyyət telekanallardan yüksək səviyyəli verilişlər tələb edir

 

N.Məhərrəmli bildirib ki, bir zaman telekanallarla bağlı həyəcan təbili çalırdıq, biz onun qarşısını ala bildik: “ Bundan sonrakı mərhələdə keyfiyyətli verilişlərin sayını artırmaq lazımdır”. XariciRusiya telekanallarında reklamların qiymətinin Azərbaycan telekanalları ilə müqayisədə dəfələrlə çox olmasına diqqət çəkən MTRŞ sədri deyib ki, cəmiyyət telekanallardan yüksək səviyyəli verilişlər tələb edir, ancaq telekanallar reklamlarla dolanır, verilişləri hazırlayanlar reklamlardan gələn gəlirlərdən əməkhaqqı alırlar: “Biz bu məqamı nəzərə almalıyıq. Yeri gəlmişkən, kimi danışdırırsan, deyir ki, xarici telekanala baxırıq. Amma biz öz telekanallarımıza da baxmalıyıq. Məsələn, Azərbaycanda italyan mağazaları da var, ancaq biz təkcə o mağazaya yox, yerli mağazaya da daxil oluruq. Telekanallara da münasibətimiz belə olmalıdır. Çalışacağıq ki, MTRŞ olaraq telekanallarda müəyyən nöqsanları səlahiyyətlərimiz səviyyəsində aradan qaldıraq”.

 

Telekanallarda müşahidə edilən

əsas nöqsanlar hansılardır?

 

Aparıcıların lüğət tərkibinə baxanda görürük ki, daha çox məişət üslubunda danışırlar. Əyləncəli verilişlərin aparıcıları çox sərbəst nitqə malikdirlər, nitqlərində məişət üslubu üstünlük təşkil edir. Bədii cümlələrə heç vaxt rast gəlinmir. Aparıcıoptavoy salam göndərirəmifadəsi belə işlədir”- deyən AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü bildirib ki, ümumilikdə 6 telekanalda ((İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV Lider TV) monitorinq aparılıb ki, bəzi aparıcıların dilində müəyyən dialekt, şivələr özünü qabarıq göstərir: “Əyləncəli verilişlərlə yanaşı, elmi əhəmiyyət daşıyan verilişlərə diqqət yetirilməsi zəruridir. Telekanalların həftədə beş günün birini heç olmasa elmi verilişə həsr etməsi yaxşı olardı. Elmi əhəmiyyət daşıyan verilişlərin kütləviləşməsi vacibdir”. O qeyd edib ki, verilişlərin bəzi adları düzgün yazılmır: “Məsələn, “tetatetsözü tire ilə yazılır ki, bu da düzgün deyil. “Obama”yaAbamadeyilir, “oktyabr” “aktyabrkimi ifadə olunur. Vurğunun dəqiq düzgün müəyyən ifadə olunması da vacibdir. Fotosözündə vurğu ikinci hecada olsa da, vurğu birinci hecaya salınır”. N.Məhərrəmli qeyd edib ki, aparıcılar ortabab olmamalıdır: “Cəmiyyətin telekanallardan gözləntisi daha böyükdür, onların üzərində məsuliyyət böyükdür. Əvvəlki illərə nisbətən nöqsanların azalması yaxşı haldır”.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Nəzakət Qazıyeva deyib ki, ümumilikdə ədəbi dil normasından sapmanı əks etdirən 509 nümunə tədqiqata cəlb olunub. Bunlardan 91-i (17%) Xəzər TV-, 56-sı (11%) İctimai TV-, 89-u (17%) Space TV-, 97-si (19%) ANS TV-, 90-ı (17%) Lider TV-, 85-i (16%) isə ATV- müşahidə olunub.

Monitorinqin nəticəsi olaraq nöqsanların aradan qaldırılması üçün təkliflər irəli sürülüb. İlkin olaraq teleaparıcılara dil normalarına həssas yanaşmaq, bəzi hallarda xüsusi məşq etmək tövsiyə edilir. İkincisi, qeyd edilir ki, aparıcıların nitqində diqqəti cəlb edən məsələlərdən biri nitqin sürətidir. Normadan artıq sürətli nitq xüsusilə xəbərlərin təqdimatında anlaşılmazlıqlara gətirib çıxarır. Üçüncüsü, şou verilişlərin aparıcılarına (Xəzər TV-Hər şey daxil”, ATV-Gün üzü s.), dialektdə deyil, ədəbi dildə danışmağa üstünlük vermək tövsiyə edilir. Dördüncüsü, xəbərlər proqramında balansın gözlənilmədiyi, bəzi xəbərlərdə çox vaxt iki nəfərin dalaşması, kiminsə bıçaqlanması kimi süjetlər təqdim edildiyi qeyd olunur, telekanallara daha zəruri mövzuların tamaşaçılara çatdırılması tövsiyə edilir. Beşincisi, əksər aparıcıların efirdə birinci şəxsin təkində danışmasına diqqət çəkilir tövsiyə edilir ki, aparıcılar fikirlərini birinci şəxsin cəmində ifadə etsinlər. Altıncısı, televiziyalarda Azərbaycan dili haqqında, dilin gözəlliklərindən bəhs edən verilişlərin açılması, dilə aid mövzuların müzakirəyə çıxarılması məsləhət görülür, bunun yaxşı nəticə verə biləcəyi qeyd olunur. Yeddincisi, bəzi xəbər aparıcılarının sanki xəbər deyil, hökm oxuduqlarına diqqət çəkilir. Nəzərə çatdırılır ki, dilçilikdə hökm cümlənin fərqi belədir ki, “bütün hökmlər cümlə olduğu halda, bütün cümlələr hökm deyil”.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, Rusiya, Türkiyə telekanallarındakı verilişlərin Azərbaycana gətirilməsi əvəzinə, o verilişlərdə aparıcıların öz dillərində necə səlis danışması nümunə kimi götürülməlidir.

 

Vüqar Səfərli: “Bu gün televiziya radio

sahəsində işləyənlərin çoxu qeyri-peşəkarlardır

 

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Azərbaycan ədəbi dilinin qorunmasında televiziya radio kanalları daha böyük məsuliyyət daşıyır, çünki qəzetlərə digər mətbuat orqanlarına nisbətən televiziya radio kanalları daha böyük auditoriyanı əhatə edir. V.Səfərli bildirib ki, bu gün Azərbaycan televiziya radio kanallarında xarici sözlərdən tez-tez istifadə olunur insanlar da belə ifadələri eşitmək məcburiyyətində qalırlar. KİVDF rəhbəri televiziya radio kanallarında işləyən insanların peşəkarlığının aşağı səviyyədə olduğunu qeyd edib: "Bu gün televiziya radio sahəsində işləyən insanların çoxu peşəkar olmayan, öz işini bilməyənlərdir". Fondun icraçı direktoru problemin həlli üçün təkliflə çıxış edib: "Mən təklif edirəm ki, müəyyən təlimlər təşkil edilsin, televiziya radio əməkdaşları təlimlərə getsin, öz peşəkarlıqlarını artırsın. Biz Fond olaraq həmin təlimləri dəstəkləməyə hazırıq. Necə ki, neçə ildir monitorinqlərin aparılmasına dəstək veririk. Ədəbi dilin qorunması hamımızın borcudur hesab edirəm ki, hər birimiz bu istiqamətdə aparsaq, müsbət nəticələrə nail ola bilərik".

 

Nigar Abdullayeva

Palitra.-2014.-26 noyabr.-S.6.