İƏT-in beyin mərkəzləri Bakıda
bir araya gəldilər
İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun yaranmasının
50 illiyi tamam olur. İnstitut Azərbaycanda iqtisadi
inkişafın elmi əsaslarını praktiki
olaraq işləyən
ilk tədqiqat müəssisəsidir.
1969-cu ildə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə
gəlişi ilə digər sahələrdə
olduğu kimi, iqtisadiyyatın inkişafında
da yeni dövrün
əsası qoyuldu.
Bütün bunlar isə
institutun fəaliyyətində
canlanma yaratdı, elmi-tədqiqat işlərinin
sayı artmağa, səmərəliliyi yüksəlməyə
başladı. 1977-ci ildə institutun yeni binası istifadəyə verildi, maddi-texniki baza¬sı və kadr potensialı
möhkəmləndirildi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə ölkə rəhbərliyinə yenidən
qayıdışı bütün
sahələrdə olduğu
kimi, elmi-tədqiqat işlərinin təşkili
və idarə olunmasında, o cümlədən
institutun fəaliyyətində
ciddi dəyişikliklərə
səbəb oldu.
İnstitut keçid şəraitində
ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslar üzərində qurulmasını
təmin edən elmi-tədqiqat müəssisəsi
kimi İqtisadi İslahatlar Mərkəzi
adı ilə yenidən formalaşdırıldı.
Məlum
olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən sosial-iqtisadi
inkişaf strategiyası
ölkə iqtisadiyyatının
keyfiyyətcə yeni mərhələyə- davamlı
inkişaf mərhələsinə
qədəm qoymasını
təmin edib. Təbii ki, yeni inkişaf
mərhələsi iqtisadi
siyasətin elmi əsaslarının işlənməsi
sahəsində yeni tələblər qarşıya
qoyur. Bunu nəzərə alaraq, ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığının
təmin olunması istiqamətində elmi əsasların işlənilməsinin
gücləndirilməsi məqsədi
ilə 2006-cı ildə
Azərbaycan Elmi-Tədqiqat,
Elmi-Texniki İnformasiya
və Texniki Tədqiqatlar İnstitutu və İqtisadi İslahatlar Mərkəzinin
bazasında İqtisadi
İslahatlar Elmi Tədqiqat İnstitutu yaradıldı. İnstitutda aparılan
elmi tədqiqatlar Azərbaycanda iqtisad elminə, eləcə də ölkənin sosial-iqtisadi inkişafına
mühüm töhfələr
verib, yüzlərlə
alim və dövlət xadimi müxtəlif vaxtlarda bu elmi-tədqiqat müəssisəsində çalışıb.
Bu ilin oktyabrın
2-də institutun 50 illiyi
tamam olur. Oktyabrın
1-də keçirilmiş İqtisadi
Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin
İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı
Forumu və “Enerji, Regional İnteqrasiya
və Sosial-İqtisadi
İnkişaf” mövzusunda
2-ci Beynəlxalq Konfrans
da İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun 50 illik yubileyinə həsr olunub. İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun, İqtisadi
Əməkdaşlıq Təşkilatının
(İƏT), “EcoMod Network” şirkətinin
və “EKO” Tədqiqat
Mərkəzinin təşkilatçılığı
ilə keçirilən
Forum-Konfransda İƏT-ə üzv ölkələrin
İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri,
21 ölkədən nümayəndə
tədbirə qatılıb,
26 ölkədən 200-ə yaxın məqalə təqdim edilib. Tədbirdə iştirak etmək
məqsədilə Bakıda
səfərdə olan
İƏT-ə üz ölkələrin
iqtisadi beyin mərkəzlərinin rəhbərləri
Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
etmiş, xatirəsini
ehtiramla anaraq abidəsi önünə
əklil qoyublar.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını
da ziyarət etmiş, abidəsi önünə çiçək
dəstələri düzüblər.
İƏT-ə üz ölkələrin iqtisadi
beyin mərkəzlərinin
rəhbərləri Şəhidlər
Xiyabanında Azərbaycanın
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş qəhrəmanlarımızın
xatirəsini ehtiramla yad ediblər.
Forum-konfransda çıxış edən
iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
İƏT-ə üzv ölkələrin
İqtisadi Beyin Mərkəzlərinin 2-ci Forumunun
institutun 50 illik yubileyinə həsr edildiyini vurğulayıb, bu elmi-tədqiqat müəssisəsinin Azərbaycan
iqtisadiyyatının elmi
əsaslarının işlənməsindəki
uğurlu fəaliyyətindən
bəhs edib. Qeyd olunub ki, Heydər
Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının
Prezidentinin elmin inkişafına göstərdiyi
diqqət İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun fəaliyyətinə
öz müsbət təsirini göstərib.
Bu gün də
institut Azərbaycanda həyata keçirilən
davamlı sosial-iqtisadi
siyasətə uyğun
analitik elmi-tədqiqat
işləri aparır,
gələcək iqtisadi
inkişaf istiqamətlərinin
elmi əsaslarının
hazırlanmasında fəal
iştirak edir. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu
İƏT-in İqtisadi Tədqiqatlar
üzrə Daimi İşçi Qrupunun yaranmasının, Beyin Mərkəzləri Forumunun
təsis olunmasının,
İƏT-in “İqtisadiyyat” jurnalının redaksiya heyətinin formalaşmasının
əsas təşəbbüskarlarındandır.
Şahin
Mustafayev qeyd edib ki, Azərbaycan
İƏT-lə əməkdaşlığa
önəm verir və təşkilatın
üzv ölkələrdə
uğurlu fəaliyyətində
maraqlıdır. İqtisadi əməkdaşlığın
genişləndirilməsi və
ticarət əlaqələrinin
artırılması üçün
Azərbaycan İƏT-ə üzv ölkələrlə
10-dan çox müxtəlif
sənəd imzalayıb.
Bu isə Azərbaycanın
İƏT-ə üzv olan
ölkələrdə həyata
keçirilən infrastruktur
və iqtisadi layihələrdə fəal
iştirakına şərait
yaradıb. Azərbaycan
İƏT çərçivəsində
təkcə iqtisadi sahədə deyil, həmçinin sosial, elmi, mədəni və s. sahələrdə
əməkdaşlığın genişləndirilməsinə böyük
önəm verir. Bu baxımdan iqtisadi
beyin mərkəzləri
arasında əməkdaşlığın
inkişafı, bu məqsədlə forum və
konfransların keçirilməsi
əhəmiyyətlidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının
baş katibi Şamil Ələsgərov
təşkilata üzv
ölkələr arasında
əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı
məqsədilə yeni
istiqamətlərin müəyyənləşdirilməsinin
əhəmiyyətini vurğulayıb.
Prezident Administrasiyasının
İqtisadi siyasət məsələləri şöbəsinin
müdiri Mail Rəhimov,
Aqrar siyasət məsələləri şöbəsinin
müdiri Azər Əmiraslanov, Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti
Akif Əlizadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, “EcoMod Networking” şirkətinin
prezidenti Əli Bayar, İslam Dövlətləri
üçün Statistik,
İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş
katibi Savaş Alpay çıxışlarında
İƏT-ə üzv ölkələrin
iqtisadi beyin mərkəzləri arasında
elmi əməkdaşlığın
gücləndirilməsi sahəsində
görülmüş işlərdən
və əldə edilmiş nəticələrdən,
iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı
sahəsində gələcək
fəaliyyətin iqtisadi
siyasətdə və
regional inteqrasiyada əhəmiyyətindən
bəhs etmiş, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda
aparılan tədqiqat
işlərini müsbət
qiymətləndiriblər.
Konfrans enerji və ətraf mühit, investisiya və sosial mövzularında sessiyalarla davam edib. Sessiyalarda İƏT-ə üzv ölkələrin, həmçinin
tədbirdə iştirak
edən digər ölkələrin ekspertlərinin
məruzələri dinlənilib,
müzakirələr aparılıb.
3 gün davam edəcək konfrans çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, innovasiyalar, kənd təsərrüfatı, regional inteqrasiya, enerji, ticarət, investisiya mövzularında sessiyalar, sənaye, modelləşdirmə, tədqiqatlar və inkişafa dair dəyirmi masalar keçiriləcək.
Tədbirdə iştirak etmək məqsədilə Bakıda səfərdə olan İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzüblər. İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Forum-Konfransda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Forumunun institutun 50 illik yubileyinə həsr edildiyini vurğulayıb, bu elmi-tədqiqat müəssisəsinin Azərbaycan iqtisadiyyatının elmi əsaslarının işlənməsindəki uğurlu fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezidentin elmin inkişafına göstərdiyi diqqət İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə öz müsbət təsirini göstərib. Bu gün də institut Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi siyasətə uyğun analitik elmi-tədqiqat işləri aparır, gələcək iqtisadi inkişaf istiqamətlərinin elmi əsaslarının hazırlanmasında fəal iştirak edir. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu İƏT-in İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun yaranmasının, Beyin Mərkəzləri Forumunun təsis olunmasının, İƏT-in “İqtisadiyyat” jurnalının redaksiya heyətinin formalaşmasının əsas təşəbbüskarlarındandır. Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan İƏT-lə əməkdaşlığa önəm verir və təşkilatın üzv ölkələrdə uğurlu fəaliyyətində maraqlıdır. İqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələrinin artırılması üçün Azərbaycan İƏT-ə üzv ölkələrlə 10-dan çox müxtəlif sənəd imzalayıb. Bu isə Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaradıb. Azərbaycan İƏT çərçivəsində təkcə iqtisadi sahədə deyil, həmçinin sosial, elmi, mədəni və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Bu baxımdan iqtisadi beyin mərkəzləri arasında əməkdaşlığın inkişafı, bu məqsədlə forum və konfransların keçirilməsi əhəmiyyətlidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, “EcoMod Networking” şirkətinin prezidenti Əli Bayar, İslam Dövlətləri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş katibi Savaş Alpay çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə edilmiş nəticələrdən, iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən bəhs edib, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda aparılan tədqiqat işlərini müsbət qiymətləndiriblər. Konfrans enerji və ətraf mühit, investisiya və sosial mövzularında sessiyalarla davam etmişdir. Sessiyalarda İƏT-ə üzv ölkələrin, həmçinin tədbirdə iştirak edən digər ölkələrin ekspertlərinin məruzələri dinlənilmiş, müzakirələr aparılıb.
3 gün davam edəcək konfrans çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, innovasiyalar, kənd təsərrüfatı, regional inteqrasiya, enerji, ticarət, investisiya mövzularında sessiyalar, sənaye, modelləşdirmə, tədqiqatlar və inkişafa dair dəyirmi masalar keçiriləcək.
İlkin
Palitra. -
2014.- 2 oktyabr.- S. 5.