Bakı Humanitar Forumu mühüm beynəlxalq hadisəyə çevrilib
Prezident İlham Əliyev dünən Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli qəbul edib. Dövlət başçısı Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun yaxşı ənənə halı aldığını və tədbirə marağın ildən-ilə artdığını qeyd edib. Prezident bu il Forumda dünyanın 60 ölkəsindən dövlət xadimlərindən və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı Humanitar Forumunun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini deyib.
Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə
görə minnətdarlığını bildirən
Estoniyanın keçmiş Prezidenti Arnold Rüütel tədbirin dünyanın müxtəlif
ölkələrinin və xalqlarının geniş
dairəsini əhatə etməsinin önəmini
vurğulayıb. Prezident İlham
Əliyevin rəhbərliyi ilə Forumun hər
il yüksək səviyyədə təşkil
olunmasından məmnunluğunu ifadə edən qonaq tədbirin mühüm
əhəmiyyət daşıdığını deyib. Qeyd edək ki, Prezident dünən
İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və
Qanunvericilik Agentliyinin
baş katibi Enriko Lettanı da qəbul
edib. Azərbaycan Prezidentinin
İtaliyaya uğurlu
səfərini maraqla izlədiyini deyən
Enriko Letta ölkəmizin
İtaliyada həyata keçirdiyi
humanitar layihələrin əhəmiyyətini
vurğulayıb. Dövlət başçısı İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla
xatırlayıb. Prezident İlham
Əliyev səfər zamanı ölkələrimiz
arasında qəbul olunan strateji
tərəfdaşlıq haqqında birgə Bəyannamənin
önəmini vurğulayıb. Görüşdə
Bakıda keçiriləcək Beynəlxalq Humanitar
Forumun əhəmiyyətindən
danışılıb, ölkələrarası əməkdaşlıq
əlaqələrinin möhkəmləndirilməsində Forumun önəmi qeyd olunub, qarşılıqlı maraq
doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Palitra. -
2014.- 2 oktyabr.- S.3.