Tərtərdə Milli qəhrəmanlara aid dəyirmi masa keçirilib

 

TərtərdəMilli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi: mövcud durum perspektiv vəzifələr» mövzusunda «dəyirmi masa» keçirilib. Tədbir «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsi çərçivəsində baş tutub. «Dəyirmi masa» giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov açaraq bildirib ki, Tərtər həmişə özünün qəhrəmanlıq salnaməsi ilə örnək olan diyarlarımızdandır. Tərtər əhalisi Qarabağ uğrunda gedən döyüşlərdə mətinlik göstərib. Cəbhəyə yaxın yerləşməsi bölgənin daim diqqət mərkəzində olmasını şərtləndirən amillərdəndir. Buna görə rayonda milli vətənpərvərlik təbliğatının aparılması davamlı vəzifələrdəndir. Tərtər rayon rəhbərliyi fəaliyyətində bunu rəhbər tutur. O, «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsi çərçivəsində baş tutan tədbirin bu baxımdan əhəmiyyətli olduğuna diqqət çəkib.

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsinin rəhbəri Əvəz Rüstəmov çıxışında sözügedən layihə barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilməkdə olan layihə 2014-cü ilin iyul-dekabr aylarını əhatə edir. «Layihə çərçivəsində indiyədək bu mövzudadəyirmi masa”lar keçirilib. Eyni zamanda hər ay Milli qəhrəmanlardan birinin həyat fəaliyyətinə, keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş geniş məqalələr hazırlanıb. Milli qəhrəmanlarŞirin Mirzəyev, Əliyar Əliyev Məzahir Rüstəmov haqqında belə materialların dərci həyata keçirilib. Ümumən Azərbaycan dövlətinin mövzunun daim diqqətdə saxlanılmasına yönələn fəaliyyətinə öz töhfəmizi verməyə çalışırıq. Düşünürəm ki, bu gün cəbhəyanı bölgə olan Tərtərdə baş tutan toplantımız da Sizlərinmüharibə iştirakçılarının dolğun döyüş xatirələrinin səslənməsi, maraqlı fikir təkliflərinin irəli sürülməsi baxımdan yadda qalan olacaq.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu qeyd edərək bildirib ki, mövcud prosesdə medianın üzərinə böyük missiya düşür. O bu baxımdan media peşəkarlığının müxtəlif aspektlərinə nəzər salıb, konkret situasiyaların təhlilini aparıb.

Tərtərdə fəaliyyət göstərənYeni Tərtərqəzetinin baş redaktoru Tofiq Yusif Milli qəhrəmanların örnək kimi gənc nəslə daha yaxından tanıdılmasının zəruriliyini vurğulayıb. O, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəhrəman övladlarımızın təbliğinə yönələn layihəyə dəstək verməsini yüksək qiymətləndirib. Tərtərin Azərbaycana 2 Milli QəhrəmanıVəzir Orucovu Elman Hüseynovu bəxş etdiyini deyən T.Yusif həmçinin rayonda 276 Qarabağ əlilinin olduğunu vurğulayıb. Çıxışında Milli Qəhrəman V.Orucovun döyüş yolundan bəhs edən baş redaktor onu fenomenal sərkərdəlik xüsusiyyətlərinə malik şəxs kimi dəyərləndirib. V.Orucov, E.Hüseynov, eləcə Tərtərin digər qəhrəman övladları barədə özününÖlümlə üz-üzəkitabında geniş bəhs etdiyini diqqətə çatdırıb.

Qarabağ müharibəsinin iştirakçısı, Respublika Qarabağ Müharibəsi Veteranları, Əlilləri Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş oğullarımızın xatirəsinin əbədiləşdirilməsi işinə həssas yanaşılmasının zəruriliyini önə çəkib. O, həmçinin çiyin-çiyinə vuruşduğu Tərtərin Milli qəhrəmanlarının keçdikləri döyüş yolundan maraqlı epizodlara diqqət çəkib.

I Qrup Qarabağ Müharibəsi əlili, Qarabağ Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri, “Azərbaycan bayrağıordenli Nizami Heydərov da çıxışında döyüş xatirələrindən ətraflı söz açıb. Milli Qəhrəmanların, eləcə müharibədə şücaət göstərmiş digər şəxslərin cəmiyyətə daha yaxından tanıdılmasının zəruriliyindən danışıb. Bu prosesdə telekanalların daha fəal rol oynamasının vacibliyini önə çəkib. O, rəhbərlik etdiyi qurumun xəttilə Tərtərdə Milli qəhrəmanlarla bağlı müxtəlif anım tədbirlərinin təşkil edildiyini bildirib.

 

Qorqud

 

Palitra. - 2014.-  2 oktyabr.- S. 4.