“Tələbələrimiz universitetin verdiyi təhsillə kifayətlənməməlidir”

 

Kənan Bəşirov: “Məqsədimiz gəncliyi təqaüdlər, təcrübə proqramları, seminarlar, simpoziumlarla məlumatlandırmaq, onların aktivləşməsinə təkan verməkdir”

 

Tələbələr, abituriyentlər və təhsilini xaricdə davam etdirənlər üçün vacib olan məlumatlandırıcı saytların qıtlığından çox vaxt əziyyət çəkirik. Belə saytlardan biri də “academic-future.com” saytıdır. Müsahibimiz “academic-future.com” saytının yaradıcılarından olan Kənan Bəşirovdur.

 

- Özünüz, fəaliyyətiniz və saytınız haqqında məlumat verin.

- Biz “academic-future.com” veb-saytı olaraq iki nəfərlə işə başlamışıq. Vüsal Rüstəmov ( bu ildən İstanbul Texniki Universitetində Coğrafi Bilgi Teknolojileri ixtisasında doktorantura təhsilini davam etdirəcək)və mən Kənan Bəşirov ( China University of Petroleum-də “Oil Gas Well Engineering” ixtisasında magistratura təhsilimi davam etdirirəm). Bu gün Azərbaycanda bir neçə sayt fəaliyyət göstərir ki, bunlara diqqət etsək heç də hamısı paylaşdıqları elanlar elmyönümlü elanlar deyil. Biz saytı açmağa qərar verdiyimiz gündən hədəfimiz elmi yöndə fəaliyyət göstərmək olub, amma bundan sonra necə olacaq, onu deyə bilmərik.

- Sizin saytınızın yaranma məqsədi nədir?

- Saytımızın “Haqqımızda” bölməsində qeyd etdiyimiz kimi, məqsədimiz Azərbaycan gəncliyini bacardığımız qədər ölkə daxilində və xaricində təqaüdlər, təcrübə proqramları, seminarlar, simpoziumlar, xaricdə təhsil proqramları, konfranslar, forumlar, könüllülük proqramları və digər tədbir və xəbərlərlə məlumatlandırmaq, onların dünyaya açılmasına, aktivləşməsinə təkan verməkdir. Bunu nə qədər bacara bilirik bunu zaman göstərəcək. Çünki saytın istifadəyə verildiyi cəmi 6 aydır ki, bugünküGoogle” nəticələrinə görə kifayət qədər dünyada müəyyən reytinq qazanmışıq. Bundan əlavə saytımızın “Vision Tərcümə mərkəzi” ilə bağladığı müqavilə əsasında müxtəlif dillərdə tərcümələr olunur. Müxtəlif xarici ölkələrdə təhsil almaq istəyən tələbələrimizə təqaüdlər təklif edirik.

- Azərbaycanda bu cür saytların qıtlığı açıq duyulur. Saytınızın bu barədə funksionallığı və özəllikləri barədə bildirərdiniz.

- Əslində bu cür saytların və elanların qıtlığı o qədər də hiss ediləcək şəkildə deyil. Sadəcə onların prinsiplərinin və faydalılıq əmsallarının necə olduğunu dəyərləndirməyin daha məqsədə uyğun olacağını düşünürəm. Biz bunu gerçəkləşdirmək yolunda əlimizdən gəldiyi qədər çalışırıq. Həmçinin saytımız bu tip saytların sistemini öyrənir, bizdən əvvəlkilərin də təcrübələrindən faydalanaraq daha da təkmilləşdirməyə doğru addımlayırıq. Yeniliklərə açıqlıq da prinsiplərimiz arasındadır. Çünki dünyada hər şey durmadan dəyişir və bizim kimi saytların da bundan kənarda qalması qeyri-mümkünə yaxın bir şeydir

- Gənclərin intellektual və təhsil baxımından yönləndirilməsi, onların təhsil və elmlə bağlı motivasiyalarının artırılması, baxımından bu saytın önəmini necə qeyd etmək olar?

- Apardığımız aktiv paylaşım siyasəti nəticəsində, xüsusilə də sosial səhifələrdə, tədbirlərin daha çox ictimailəşməsi yönümdə siyasət, bir növ bu tədbirlərin varlığını tələbə və gənclərin göz önündə qoyub. Nəzərə alsaq ki, hər gün minlərlə gəncin aktiv olduğuFacebooksosial şəbəkəsində, tərəfimizdən paylaşılan tədbirlərə hansısa bir azərbaycanlımızın qəbul edilməsi və onun bu sevincini digərləri ilə bölüşməsi başqaları üçün necə də gözəl bir motivasiyadır. Nəzərinizə çatdırıb onu da qeyd etmək istəyirəm ki, bizim prinsiplərimiz motivasiya və faydalılığın artırmasını zəncirvari sxemdə qoyub. Yəni, öncə də qeyd elədiyim kimi birinin seçilməsi digərlərinin motivasiyası və digərlərinin seçilməsi hansısa bir digərlər qrupun motivasiyasıdır.

- Gənclərin elm və təhsillə bağlı maarifləndirilməsi baxımından nə deyə bilərsiniz?

- Bugünkü təhsilimiz göz qabağındadır ki, son yayılan dünya top universitetlərin siyahısından da göründüyü kimi bizim heç bir universitetimiz bu siyahıya düşə bilmədi. (İnşallah ümid edək bir gün Qafqaz Universiteti, ADA, Bakı Ali Neft məktəbi, Xəzər Universiteti kimi ali təhsil ocaqlarımızı da bu siyahıda görəcəyik). Bu səbəbdən özünü gələcək də daha irəli görmək istəyən tələbələrimiz bu cür saytlardan istifadə edib xaricdə keçirilən “Yay məktəbi”, “Qış məktəbi”, “Elmi konfranslar”, “Praktika”-larda (siyahını uzatmaq olar) iştirak edərək özlərini inkişaf etdirməli universitetin verdiyi təhsil ilə kifayətlənməməlidirlər.

- Saytınızdakı məlumatlardan istifadə edən və bəhrələnən gənclər əsasən hansı kateqoriyaya aiddir?

- Əvvəla qeyd edim ki, saytımızdan istifadə edən istifadəçilər sıralama ilə baxsaq Azərbaycan, Amerika, Türkiyə. Pakistan, İngiltərə kimi ölkələrdən (bu son 3 günün nəticəsidir ) istifadə olunur. Biz sayt açmağa qərar verdikdə əsasən xarici ölkələrdə təqaüd verən universitetlərə daha çox üstünlük verməyi planlamışdıq. Yanılmadıq, demək olar ki, sualların çox hissəsi xaricdə təqaüdlə oxumaq istəyən tələbələrlə bağlıdır. Bəzilərinin xarici konfranslarda iştirak etməsinə “biznes tripkimi baxanları kənara qoysaq, tələbələrimiz konfranslarda da iştirak etməyə cəhd göstərirlər və ixtisaslarına uyğun konfranslar axtarırlar

- Gələcəkdə saytın fəaliyyəti ilə bağlı hansı planlarınız var?

- Açığı deyim ki, planlarımız çoxdur saytın genişləndirilməsi daha ətraflı məlumatların çatdırılması, video çarxlarla müəyyən ixtisaslarda dərslər və s. kimi bir neçə planlarımız var. Ancaq hazırda bunu başlamaq üçün təəssüf ki, bizim kifayət qədər vaxtımız yoxdur. Bu da birimizin qeyd etdiyim kimi birimizin doktorantura, digərimizin isə magistratura təhsili aldığımızdan qaynaqlanır. Bu gün sertifikat, referansyaxud da aylıq məvacib verilməyən yerlərdə demək olar ki, heç kim könüllü şəkildə də işləmək istəmir. Ancaq bütün bunlara baxmayaraq, inşallah biz yolumuza davam edəcəyik və bütün planlarımızı vaxtında yerinə yetirəcəyik.

 

İlkin Ağayev

Palitra.-2014.-9 oktyabr.-S.7.