Regiondakı Olimpiya
komplekslərinin gənc nəslin fiziki-mənəvi
inkişafında rolu
Qax Olimpiya Kompleksində futbol, üzgüçülük, taekvondo, sərbəst güləş üzrə yaradılmış qruplarda 150 nəfərədək yeniyetmə və gənc idmanla müntəzəm məşğul olur
Bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtla yanaşı, regionlarda da inşa olunan nəhəng idman kompleksləri Azərbayacanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnib. Bütün bunlar isə, ilk növbədə, dövlət başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin böyük nailiyyətlər qazanması ilə müşayiət olunur. İdman hərəkatının geniş vüsət aldığı Azərbaycanda Olimpiya İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin inşası davamlı xarakter alıb. Bu baxımdan regionlarda inşa edilən komplekslərin böyük önəmi var. Belə ki, idman kompleksləri regionda yaşayan uşaq və yeniyetmələrin fiziki-mənəvi inkişafı, sağlam böyüməsi, mənfi vərdişlərdən uzaqlaşması üçün mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsindəki yazımız Qax Olimpiya İdman Kompleksinin uşaq və yeniyetmələrin fiziki-mənəvi inkişafında oynadığı rola həsr olunub. Qeyd edək ki, regionun ən böyük Olimpiya İdman komplekslərindən olan bu idman mərkəzində bir çox yarışların, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırıb. İnzibati binanın birinci mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi, 40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü tennis otağı yaradılıb. Universal idman zalında Danimarkanın “Junkers” firmasının istehsalı olan xüsusi döşəmə salınıb. Kompleksdə müasir standartlara uyğun 410 yerlik üzgüçülük hovuzu da yaradılıb. İkinci mərtəbədə, həmçinin idmançılar üçün istirahət otaqları var. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Müasir mebel və avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdir.
“İdman, əlbəttə ki, sağlamlıqdır. Eyni zamanda, idman vətənpərvərlik hisslərini də gücləndirir, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar və almalıdırlar”
Kompleksdə süni ot ürtüklü futbol stadionu da tikilib. Eyni
zamanda, stadionda üstüörtülü min
tamaşaçı yerlik tribuna
inşa edilib, məşqçi
və hakim otaqları yaradılıb, müasir işıqlandırma sistemi
quraşdırılıb. Bundan əlavə,
kompleksin ərazisində basketbol,
voleybol və tennis
meydançaları var. Prezident
kompleksin açılışında bildirmişdi ki, burada məşğul olacaq
idmançılar Azərbaycanın idman
şöhrətini yüksəklərə qaldıracaqlar: “İdman, əlbəttə ki,
sağlamlıqdır. Eyni zamanda,
idman vətənpərvərlik hisslərini
də gücləndirir, gənclərimiz vətənpərvərlik
ruhunda tərbiyə alırlar və
almalıdırlar. Müstəqillik dövründə gənclərimiz
yetişir. Bizim idman uğurlarımızı təmin edən
idmançıların böyük əksəriyyəti
müstəqillik dövründə doğulmuşlar.
Ancaq hamısı müstəqillik
dövründə formalaşmışlar. Müstəqilliyin
üstünlüklərini hər bir Azərbaycan
vətəndaşı görür. Bu, reallıqdır. Mən
keçən dəfə qeyd etmişəm,
dəfələrlə demişəm və bir
daha deyirəm ki, Azərbaycan
tarixdə heç vaxt,
heç bir tarixi mərhələdə bu
qədər güclü, bu
qədər azad, bu qədər
müstəqil olmamışdır. Müxtəlif tarixi dövrlərdə bizim
dövlətçiliyimiz də olub, digər
rəmzlərimiz, dövlət atributları olub.
Ancaq bugünkü
müstəqillik mütləq müstəqillikdir. Bu müstəqillik ən böyük
sərvətimizdir, ən böyük nemətimizdir.
Gənclər də məhz bu ruhda tərbiyə almalıdır. Çünki gələcəkdə ölkəmizin
taleyi onlardan
asılı olacaqdır. Onların biliyindən, vətənpərvərliyindən,
Vətənə sədaqətindən asılı
olacaqdır. Bizim nəsil, yaşlı nəsil, orta
nəsil elə nümunə göstərməlidir ki, gənclər bu
nümunəni götürüb gələcəkdə,
bax, bu yolla
getsinlər - müstəqillik yolu ilə.
Bir də ki, müstəqillik
dövründə istər beynəlxalq aləmdə, istər
iqtisadi sahədə o
qədər böyük uğurlar
əldə edilib ki, hər
bir vətəndaş haqlı olaraq qürur hissi keçirir”. Azərbaycan
dövləti idmanı inkişaf etdirməklə
ölkədə sağlam nəsil
yetişdirmək, gənc nəsli pis vərdişlərdən
uzaqlaşdırmaq məqsədini də həfələyib. Bu məqsədə çatmaq
üçün görülən işlər
bəhrəsinin verməkdədir. Belə ki,
dövlət başçısının həyata keçirdiyi siyasətin nəticəsi olaraq bu gün
demək olar ki, əksər
bölgələrmizdə müasir tipli Olimpiya İdman Komleksləri fəaliyyət göstərir.
Dövlət başçısının idman
sahəsini daim diqqətdə saxlaması,
idmançıların qayğı ilə əhatə
olunması Azərbaycan idmanının möhkəm və sağlam təməllər üzərində
inkişafını təmin edib. Son dövrlərdə
ölkədə tikilib istifadəyə
verilən və geniş bir
şəbəkəni əhatə edən bu
idman qurğuları idman
sahəsində nəticələrimizin ildən-ilə
artmasına, bədən tərbiyəsinin kütləvi
inkişafına, Olimpiadaya hazırlıq işinin sürətləndirilməsinə
şərait yaradıb. İdmanda olan nailiyyətlər göz
qabağındadır. Bunları danmaq mümkün deyil. Bu həm rəsmi statistikada
öz əksini tapır, həm də bizim idmançıların
yarışları mətbuatda, televiziyada
çox geniş yer alır. Azərbaycanda idmanla məşğul olmaq
böyük bir amilə
çevrilib. İdman
bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq
istəyirlər. İlk növbədə
ona görə ki,
idmançı olmaq çox
şərəfli bir peşəyə çevrilib. Ölkəmizdə həyata
keçirilən idman siyasəti yeniyetmələr
və gənc nəslin idmana olan marağını artırıb.
Respublikamızın demək olar ki, bütün bölgələrində
istifadə verilən Olimpiya İdman Kompleksləri yeniyetmə və gənclərin
sevimli yerinə çevrilib.
Bu
komplekslərin inşa edilməsinin əsas
məqsədlərindən biri də elə
yeniyetmə və gəncləri buraya cəlb
etmək, onları mənəvi və pis
vərdişlərdən uzaqlaşdırmaq və gələcək
üçün sağlam
nəsil yetişdirməkdir. Bu məsəldə
təbliğatın böyük rol oynadığı hamıya məlumdur. Bu baxımdan Qax Olimpiya İdman Kompleksi rayonda idmanın
inkişafına və kütləviliyinin təmin
olunmasına öz töhfəsini verməkdədir.
Universal idman zalı, müasir standartlara uyğun üzgüçülük hovuzu,
süni ot örtüklü futbol stadionu, basketbol, voleybol, tennis
meydançaları və digər idman
qurğularının fəaliyyət göstərdiyi bu idman mərkəzində
müxtəlif yarışların, təlim-məşq
toplantılarının, tədbirlərin keçirilməsi
üçün hər cür
şərait yaradılıb. “Qax
Olimpiya İdman Kompleksi” MMC-nin direktoru Rasim Məmmədov
bildirib ki, hazırda
kompleksdə idmanın olimpiya növlərindən
olan futbol, üzgüçülük, taekvando,
sərbəst güləş üzrə yaradılmış
qruplarda 150 nəfərədək yeniyetmə
və gənc idmanla müntəzəm məşğul
olur. Bundan əlavə,
əhalinin müxtəlif yaş
qrupları da öz
sağlamlıqlarının qeydinə qalaraq
vaxtaşırı kompleksin xidmətlərindən
istifadə edir. Yay aylarında idman kompleksinin xidmətlərindən
abunəçi qismində 400, birdəfəlik
buraxılışlarla isə 2 min nəfərdən
artıq əhali yararlanıb. İdman qurğusunun rəhbərliyi əhalini,
xüsusilə yeniyetmə və gəncləri kompleksin xidmətlərindən daha çox yararlanmağa dəvət edir.
Anar Miriyev
Palitra.-2014.-9 oktyabr.-S.11.