“Əhalinin artan gəlirləri
inflyasiyanı 3,6 dəfə üstələyir”
Vüqar Bayramov: Valyuta ehtiya tlarının
xarici borcu 8 dəfə
üstələməsi iqtisadiyyat üçün “sığorta
yastığı” formalaşdırır”
Bugünlərdə ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. İclasda çıxışı zamanı bir sıra məsələlərə toxunan ölkə başçısı bu ilin də tarixdə uğurlu il kimi qalacağını və son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslərin ölkəmizin dinamik inkişafını təmin etdiyini bildirdi. Mütəxəssislər də mövcud vəziyyətin reallıq olduğunu bildirirlər. Müsahibimiz Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramovdur:
- 2014-cü ilin ilk 9 ayı Azərbaycanda makro-iqtisadi stabilliyin davam etdirilməsi, Azərbaycanın regionda mövqelərinin möhkəmləndirilməsi və o cümlədən sosial-iqtisadi islahatların davam etdirilməsi baxımdan yadda qaldı. Makro-iqtisadi stabillik həm ümumi daxili məhsulda (ÜDM), həm də qeyri-neft ÜDM-da artım tempinin qorunub saxlanmasında özünü göstərdi. İqtisadi nəticələr sadəcə makroiqtisadi göstəricilərlə müşahidə edilən artım deyil. Bu, həm də ölkə iqtisadiyyatında dayanıqlı inkişafın qorunub saxlanılması və ümumi daxili məhsuldakı (ÜDM) artımın qeyri-neft sektorundakı inkişaf hesabına formalaşmasıdır. Belə vəziyyət ölkə iqtisadiyyatının neft sektorundan asılılığının aradan qaldırılmasından və dayanıqlı iqtisadi artım tempinin formalaşmasından xəbər verir.
“Şahdəniz”
qazının 2018-ci ildən Avropa
bazarına daxil olması, Azərbaycanın
enerji resurslarının
satışından əldə etdiyi gəlirlərinin
də stabil olaraq
artmasına imkan verəcək”
Doqquz ayın yekunları göstərir ki, hökümətin 2014-cü ildə iqtisadiyyatın difersifikasiyası ilə bağlı hədəflərinə çatmaq mümkün olacaq. Doqquz ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 6 faiz artıb. Düzdür, neftin bazar qiyməti düşüb, eyni zamanda Azərbaycanın neft hasilatında azalmalar baş verib, bu da ölkənin neft satışından əldə etdiyi gəlirlərə təsir edir. Lakin buna baxmayaraq, qeyri-neft sektorundakı artım tempi birmənalı şəkildə ümumi daxili məhsuldakı artım tempini qoruyub saxlamağa imkan verir. Yəni 2013-cü ildə 2010-cu illə müqayisədə neft sektorunda 8 milyon ton az neft hasil edilsə də, qeyri-neft sektorundakı 10 faizlik artım tempi ümumi daxili məhsuldakı artımın qorunub saxlanmasına şərait yaradıb.
- İclasda
o da vurğulandı ki, qeyri-neft sektoru 6 faiz artıb və
bizim əsas məqsədimiz neft amilindən
asılılığımızı maksimum
dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına
gələcəkdə Azərbaycanı inkişaf
etdirməkdir. Bu sahədə sizin proqnozlarınız necədir?
- Ümumi daxili məhsuldakı artımın ən pozitiv tərəfi isə odur ki, bu artım qeyri-neft sektorunun hesabına formalaşıb. 2014-cü ildə büdcə gəlirlərində qeyri-neft sektorunun payının 25 faizdən 35 faizə qaldırılması, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 56 faizdən 62 faizə yüksəldilməsi nəzərdə tutulub. Əslində, qeyri-neft sektorunda müşahidə edilən müsbət tendensiyalar ilin sonuna qədər bu sektorda proqnozlaşdırılan 9 faizlik artıma imkan verəcək. Eyni zamanda iqtisadiyyatın difersifikasiyası üçün ciddi baza formalaşdıracaq.
Əhalinin artan gəlirləri inflyasiya səviyyəsini 3,6 dəfə üstələyir. Bu, əslində, əhalinin gəlirlərinin inflyasiya tərəfindən “yeyilməməsi” deməkdir. Ən qorxulu hal gəlirlərin artımı ilə paralel inflyasiyanın artımıdır. Sevindiricidir ki, Azərbaycanda belə tendensiya yoxdur. Gəlirlərin inflyasiyanı üstələməsi əhalinin gəlirlərini real xərcləməsinə imkan verir. Pul gəlirlərinin inflyasiyanı üstələməsi sosial vəziyyətin yaxşılaşması baxımından da əhəmiyyətlidir. Hərçənd, avqust ayında kənd təsərrüfatı məhsullarının cüzi bahalaşması baş verib. Amma iyul ayında əvvəlki aylara nisbətən qiymətlərin düşməsi 9 ayda inflyasiyanın aşağı səviyyədə qalmasına təsir edib.
Ötən müddətdə dövlət rezervlərinin də artımı pozitiv məqamlardan biridir. Buna uyğun olaraq valyuta ehtiyatlarının xarici dövlət borcunu 8 dəfə üstələyir. Dünyanın az sayda ölkəsində belə rəqəmə rast gəlmək mümkündür. Bu ölkə iqtisadiyyatı üçün “sığorta yastığı”nın formalaşdırılması deməkdir. Nəzərə alsaq ki, xarici dövlət borcu 4,987.9 milyon manatdır, bu da ümumi daxili məhsulun 8.5 faizinə bərabərdir. Dövlət rezervləri isə ÜDM-in 70 faizinə çatır. Azərbaycan xarici borcların və dövlət rezervlərinin ÜDM-dəki payına görə MDB-də ən yaxşı göstəriciyə malikdir. Xarici borcun ÜDM-dəki payına görə Azərbaycana ən yaxın ölkə Özbəkistandır -14 faiz. Rusiyada göstərici 30, Gürcüstan, Ukraynada , Belarusda 50 faiz, Ermənistanda isə 63 faizdən artıqdır. Dövlət ehtiyatlarının payına görə, Azərbaycan yenə də MDB ölkələri arasında birincidir. Azərbaycana ən yaxın ölkə Rusiyadır. Digər dövlətlər dövlət ehtiyatlarının ÜDM-dəki payına görə xeyli geri qalırlar. Bütün bunlar imkan verir ki, Azərbaycan qlobal, regional iqtisadi böhranlardan özünü sığortalaya bilsin.
- Neft-qaz
sektorunda işlərin uğurla
getdiyi bildirilir. Bu istiqamətdə yeni
layihələr nə vəd edir?
- Ümumiyyətlə, ötən dövr enerji sektorunda sadəcə qlobal deyil, eyni zamanda dünya əhəmiyyətli layihələrin imzalanması ilə yadda qaldı. Belə ki, ötən il dekabrın 17-də Azərbaycan enerji sahəsində daha bir strateji layihəyə imza atdı. Dünya tarixində ən böyük sərmayə qoyuluşu olacaq bu anlaşma Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 45 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. Uzunluğu 870 kilometr olacaq Trans Adriatik Qaz Kəməri (TAP) Şahdəniz yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dollarına bərabərdir. TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2018-ci ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq.
“Ümumi
daxili məhsuldakı artımın ən
pozitiv tərəfi odur
ki, bu artım qeyri-neft sektorunun
hesabına formalaşıb”
Bu anlaşma Azərbaycan üçün sadəcə iqtisadi mənfəət baxımdan deyil, eyni zamanda strateji aspektdən də kifayət qədər əhəmiyyətlidir. Çünki bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin uzun müddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımdan əhəmiyyətlidir. Belə ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın “Şahdəniz” yatağının birinci və ikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaq. Bu isə dövlətin və eləcə də ölkə əhalisinin iqtisadi gəlirlərinin kəskin artırılması baxımdan ciddi maliyyə mənbəsinin yaranması deməkdir.
Eyni zamanda, “Şahdəniz” yatağının ikinci fazasının mavi qazının Türkiyə və Avropa bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə aldıqda bu eyni zamanda Azərbaycan enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin də stabil olaraq artmasına imkan verəcək. Mavi qaz satışından əldə edilən gəlirlərin stabil olaraq artması eyni zamanda Hasilatın Pay Bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirlərinin qarşısını almış olacaq. Bu isə o deməkdir ki, bu anlaşma mərhələli olaraq Azərbaycan nefti dövrünün uzunmüddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir.
Azərbaycan bu anlaşma ilə eyni zamanda müstəqilliyinin daimi təmin edilməsi üçün bir daha yeni zəmin formalaşdırdı. Bu addımla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə vermiş oldu. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan, 98 faiz asılı olan Macarıstan da TAP-dan yararlanan ölkələr olacaqlar. Ümumilikdə TAP Avropanın enerji təhlükəsizliyinin formalaşmasına müsbət təsir göstərəcək.
-Dövlət
büdcəsi iqtisadiyyatın inkişafı üçün
hansı imkanlar yaradır?
- Bu ilin
9 ayının yekunları eyni zamanda pozitiv proqnozlar verməyə imkan
verir. Belə ki, 2014-cü ilin dövlət
büdcəsi iqtisadiyyatın şaxələndirilməsi
baxımından atılan ən ciddi
addımlardandır. 2010-cu ildən götürülən
siyasət, yəni, qeyri-neft sektorunun artımı siyasəti həm
büdcədə, həm də makroiqtisadi
göstəricilərdə özünü
bariz şəkildə ifadə edəcək.
Dövlət büdcəsinin gəlirlər hissəsinin strukturunda diqqət çəkən başqa bir məqam ondan ibarətdir ki,
artıq vergidən gələn gəlirlərdə artım var. 6 faiz bənd vergi gəlirlərinin payına düşür. Bir tərəfdən,
Dövlət Neft Fondu
tərəfindən köçürmələrdə azalma var, təbii ki, yerli ekspertlər də
bu azalmaların tərəfdarıdır.
Digər məqam odur ki,
vergili daxilolmalar
artır. Bu daxilolmaların 11 faiz artması dövlət büdcəsi strukturunda kifayət qədər müsbət
dəyişikliklər baş verməsi
anlamına gəlir. Dövlət büdcəsinin gəlir hissəsi
vergili gəlir hesabına
formalaşır. Bunun ümumilikdə
payı dövlət büdcəsinin strukturunda
40 faizədək yüksələcək. Bu,
o deməkdir ki,
artıq hər 100 manatdan 40 manatı birbaşa vergilərin payına düşür. Bu da büdcə gəlirlərinin
dayanıqlığı baxımından olduqca
vacibdir.
Nigar Abdullayeva
Palitra.-2014.-11 oktyabr.-S.5.