“Sosial
media dünyada istifadə
olunan ortaq bir dil olub”
Zeliha Doğan Yeşil:
“Sosial media ictimai-
siyasi hadisələrə çox
yönləndirici təsir
edir”
Bu yaxınlarda
Bakıda keçirilən
IV Beynəlxalq Humanitar
Forumda sosial mediada gənclərin ictimai-siyasi rolundan da danışıldı. Bu mövzu ilə
bağlı forumda iştirak edən Türkiyə Baş Nazirliyində Mətbuat-Yayım
və İnformasiya Baş Katibliyində şöbə müdiri,
Ankara İctimaiyyətlə Əlaqələr Dərnəyinin
sədri Zeliha Doğan Yeşilin eksklüziv müsahibəni
təqdim edirik. O, ilk olaraq forum haqda öz fikirlərini bölüşdü:
- Forum çox uğurlu oldu. Müxtəlif ölkələrdən çeşidli fikirləri
olan insanlar iştirak edirdi. Onların fikirləri çox önəmli idi. Hər kəs çox fərqli fikirlərini ortaya qoydu. Amma burada ortaya çıxan
ən önəmli bir məsələ sosial medianın dünya ədəbiyyatına
daxil olmasının gündəmə gəlməsi
idi. Bunun üzərində bir az dayanmaq
olar. Sosial media gəncləri dünyəvi olaraq birləşdirdi. Sosial media dünyanın
hər tərəfində
gənclərin eyni dildə danışmasıdır.
Dolayısı ilə bundan
sonra bağlı qapılar arxasında heç bir qərar verilə bilinməyəcək. Çünki dünya gəncləri təşkilatlanacaqlar. Müsbət şeylərə “hə” deyəcəklər və
alqışlayacaqlar. Mənfi şeylərə
isə birlikdə “yox” deyəcəklər.
Əgər gənclər, fəaliyyətlərini
bu şəkildə davam etdirsələr öz ölkələrinə
və dünyaya sahib çıxa biləcəklər.
- Sosial medianın dünyanın ictimai-siyasi hadisələrinin
inkişafında nə
kimi rolu var?
- Sosial media ictimai-siyasi hadisələrə çox
yönləndirici təsir
edir, ən azı insanları düşünməyə dəvət
edir. İnsanlar, xüsusən gənclər
söyləyəcəklərini söyləyir və öz aralarında müzakirələr aparırlar.
Hər hansı fikirlərin yanlış və ya düzgün olduğu haqqında birlikdə danışaraq
nəticə çıxarırlar.
- Sosial media Türkiyədə gənclərin
düşüncəsinə necə təsir edir?
- Türkiyədəki gənclər
çox yaxşı təşkilatlanıblar. Türkiyədə gənclər sosial mediadan çox gözəl istifadə etdilər və söyləmək istədiklərini
də çox gözəl söylədilər.
Amma sonda cəzalarını da çəkdilər...
- Sosial medianın jurnalistikaya təsiri necədir?
- Sosial media KİV-ə də
bir az
nizam verdi. Yəni gedib kimsələrin sözçüsü
olanların lazımi dərsini verdi.
Kimsənin gördüyü işləri alqışlamağın
doğru və ya yanlışlığına
baxmadan doğru olanı yayımlamağın
lazım olduğunu jurnalistika öyrətdi.
- Jurnalistlərin sosial mediadan mənbə kimi istifadə etməsi nə dərəcədə doğrudur?
- Məncə, jurnalistlər
informasiya almaq baxımından sosial mediadan istifadə edirlər. Yəni sosial media dünyada
istifadə olunan ortaq bir dil
olub. Buradan bütün sosial
təbəqələr istifadə
edirlər. Hətta uşaqlar
ata-anlarını da bu işin içinə
qatıblar. Artıq, sosial
media dünyanı əhatə
edən qlobal bir fəaliyyətdir.
Bundan sonra da kütlənin
buna doğru gedəcəyini düşünürəm.
- Gəncliyin sosial mediadan belə sıx istifadə etməsi onların gələcəkdə
idarə olunmasında
hansı çətinlik
yarada bilər?
- Xeyr. Onların söylədiklərinin problem yaratmasını
heç kim
təsdiqləyə bilməz.
Gənclərin sosial mediadakı
fəaliyyəti qırmaq,
dağıtmaq kimi
terrorist bir hərəkət
deyil. Onların dünyasında terrorizm
yoxdur. Çünki onlar söyləyəcəklərini
yazı ilə söyləyirlər. Mənfiliklərin ortaya çıxmasını
heç kimsə istəmir. Onsuz da bunların
məqsədi dünyanı
barışdırmaqdır. Gəncliyin məqsədinin belə olduğunu düşünürəm.
Ümumiyyətlə, düşünürəm ki, sosial mediadan
bu məqsədlə istifadə olunmalıdır.
Fuad Hüseynzadə
Palitra.-2014.-15 oktyabr.-S.6.