“Məktəblərdə psixoloqların sayı artırılmalı və psixoloji xidmətin keyfiyyəti yüksəldilməlidir”

 

Psixoloq Tünzalə Verdiyeva: “Psixoloq uşağın məktəbə psixoloji hazırlığını, onunla gələcəkdə hansı işlərin görülməli olduğunu müəyyənləşdirməli, bu istiqamətdə valideyn və müəllimlə birgə

çalışmalıdır”

 

Gələcək nəslin sağlam formalaşması istiqamətində hərtərəfli addımların atılması vacibdir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm amillərdən biri məhz onların həyata psixoloji cəhətdən sağlam, hazırlıqlı olmasıdır. Psixologiya elmi fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənən elm olub, termin Azərbaycanda XIX əsrin sonu - XX əsrin əvvəllərində işlənməyə başlanıb. Psixoloq insanın davranış mexanizmini düzgün istiqamətə yönəldir. İnkişaf edən dövlətlərdə nəinki ailələrin, müəssisələrin, tədris ocaqlarının psixoloqları var. Son illər ölkəmizdə bu sahənin daha da inkişafı istiqamətində addımlar atılmağa başlanılıb. Psixoloqlara olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi bu gün ali tədris ocaqlarında psixologiya fakültələri fəaliyyət göstərir. Eləcə də psixologiya mərkəzlərinin sayı getdikcə artır. Həmin mərkəzlərə, psixoloqlara müraciət edənlərin sırasında gənclərimiz də var. Bu gün orta məktəblərdə xüsusi psixoloqlar fəaliyyət göstərir ki, bu da təhsil alan uşaq və gənclərin mənəvi inkişafında mühüm əhəmiyyət kəsb edir. Müsahibimiz psixoloq Tünzalə Verdiyeva da uşaq və gənclərin mənəvi inkişafında psixologiyanın rolunu bu cür dəyərləndirdi:

 

-Təhsildə psixoloji xidmət uşaq və gənclərin mənəvi inkişafında mühüm rol oynayır. Psixoloq uşağın məktəbə psixoloji hazırlığını, onunla gələcəkdə hansı işlərin görülməli olduğunu müəyyənləşdirməli, bu istiqamətdə valideyn və müəllimlə birgə çalışmalıdır. Məktəblərdə psixoloqların sayının artırılması və psixoloji xidmətin keyfiyyətinin yüksəldilməsi vacibdir. Belə ki, hər bir ümumtəhsil məktəbində şagird sayından asılı olmayaraq yalnız bir psixoloq ştatı var. Bu da şagird sayına nisbətdə balansın pozulması deməkdir. 300 şagirdi olan məktəbin də cəmi bir psixoloqu var, 2500-3000 şagirdi olan bir məktəbində cəmi bir psixoloqu var. Məsələ burasındadır ki, hər iki məktəbdə işləyən psixoloqlar eyni əməkhaqqı alırlar.

 

Psixoloq, müəllim və valideynlərlə mütəmadi psixoloji aparmalıdır ki, bizim gələcəyimiz olan uşaqların sağlam mühitdə inkişafına nail olmaq mümkün olsun. Çünki çox vaxt problem uşaqdan deyil, onu əhatə edən mühitdən qaynaqlanır. Öz problemləri ilə sinif otağına daxil olan müəllim keyfiyyətli təhsil və tərbiyə verə bilmir

 

Əlbəttə bu vəziyyətdə psixoloji xidmətin yüksək keyfiyyətindən söhbət gedə bilməz! Məktəbdə hər 100 şagird sayına bir psixoloq ştatı verilsə, əlbəttə şagirdlərin, onların valideynlərinin, müəllimlərin və məktəb rəhbərlərinin (direktordirektor müavinlərinin) psixoloji xidmətə olan tələbatı ödənilə bilər. Psixoloq müəllim və valideynlərlə mütəmadi psixoloji aparmalıdır ki, bizim gələcəyimiz olan uşaqların sağlam mühitdə inkişafına nail olmaq mümkün olsun. Çünki çox vaxt problem uşaqdan deyil, onu əhatə edən mühitdən qaynaqlanır. Öz problemləri ilə sinif otağına daxil olan müəllim keyfiyyətli təhsil və tərbiyə verə bilmir. Ciddi psixoloji problemlərlə yaşayan valideyn övladının tərbiyəsinə müsbət təsir göstərə bilmir. Bu halda psixoloqun müəllim və valideynlərlə apardığı məqsədyönlu uşaqların inkişafına müsbət təsir göstərir. Bunun üçün psixoloq daim öz üzərində işləməli və özünü inkişaf etdirməlidir.

- Məktəblərdə fəaliyyət göstərən psixoloqlar yetərincə işlərinin öhdəsindən gələ bilirlərmi?

- Hazırda məktəblərdə fəaliyyət göstərən praktik psixoloqları təhsillərinə görə üç qrupa ayırmaq olar: Psixologiya fakültəsini bitirənlər, ali pedaqoji təhsili olan və yenidənhazırlanma yolu ilə ixtisas qazananlar, yenidənhazırlanma yolu ilə hazırlanan başqa peşə sahibləri. Təhsildə psixoloji xidmət sahəsində işə qəbul olunmaq istəyən, eləcə də hazırda fəaliyyət göstərən psixoloqların peşəyə uyğunluğunun, peşə səriştəliliyinin artırılması və qiymətləndirilməsi məqsədilə onların fəaliyyətinin lisenziyalaşdırılmasının hesab edirəm ki, vaxtı çatıb. Təhsilin səviyyəsindən asılı olmayaraq bütün praktik psixoloqlar peşə fəaliyyətinə başlayarkən “Praktik psixoloqun andı”nı içirlər və peşə fəaliyyəti boyunca içdikləri anda sadiq qalmalıdırlar. “Praktik psixoloqun andı”nda deyilir ki, “Mən - bu gün peşə yolu seçdiyim praktik psixologiya sahəsində ilk dəfə fəaliyyətə başlayır və A N D İ Ç İ R Ə M”:

& And içirəm ki, Azərbaycan psixoloqunun adını və şərəfini daim uca tutacaq, bu ada xələl gətirəcək heç bir səhvə yol verməyəcəyəm!

& Davranış və fəaliyyətimi, bilik və bacarığımı bu sahəyə yönəldəcək, psixoloji sağlamlığını, eləcə də ümidlərini mənə etibar etmiş insanlar qarşısında məsuliyyətimi unutmayacağam!

& Təbiətin və insanların mənə bəxş etdiyi şəxsi qabiliyyətlərimi, elmipraktik potensialımı məndən kömək gözləyənlərin psixoloji sağlamlığının bərpasına və qorunmasına sərf edəcəyəm!

& İnsanlara fərdiyyətinin sirrlərinə bələd olmaqda, istedad və qabiliyyətlərini inkişaf etdirməkdə, şəxsiyyətinin bütövlüyünü qoruyub saxlamaqda, psixoloji müdafiəsini təmin etməkdə etibarlı dost və yardımçı olacağam!

& Mənə müraciət edənlər haqqında bildiklərimi peşə sirri kimi qoruyacağam!

& İnsanlara gərəkli olduğumu dərk edərək daim ixtisasımı, praktik hazırlığımı artıracaq, peşə fəaliyyətimi genişləndirəcək, psixoloqun şərəfli adına xələl gətirəcək heç bir hərəkətə yol verməyəcəyəm!

 Andıma daim sadiq qalacağıma, heç vaxt, heç bir şəraitdə onu pozmayacağıma söz verirəm!

- Bu gün psixoloq olmaq istəyən, yoxsa psixoloqa müraciət edən gənclərin sayı çoxdur?

- Qeyd edim ki, hazırda psixoloqa müraciət edən gənclərin sayı, psixoloq olmaq istəyən gənclərin sayından müqayisə edilməyəcək qədər çoxdur. Hətta ikinci ixtisas kimi psixoloq peşəsini seçənlərin də məqsədi birmənalı deyil. Bu peşədən pul qazanmaq, kariyerada yüksəlmək, peşəkar psixoloq kimi formalaşmaq əsas hədəf deyil. Onlar özlərini tanımaq, öz problemlərini həll etmək üçün bu sahəyə gəlirlər.

- Gənclər əsasən hansı problemlərlə bağlı psixoloqlara müraciət edirlər və ölkəmizdə artıq psixoloqa inam formalaşıbmı?

- İlk gənclik dövrünü yaşayanlar, müstəqil olmaqbu yolda qarşılaşdıqları problemlərlə mütəxəssisə müraciət edirlər. Sevgidə, təhsildə və həyatında uğursuzluq əsas səbəblərdəndir. Stress, depressiya, komplekslər, inamsızlıq və ünsiyyət problemləri gəncləri narahat edirprofessional psixoloji xidmətə ehtiyac yaradır. Ölkəmizdə psixoloqa müraciət etmək dəb halını alıb. Hətta ehtiyacı olmayanlar belə, maraq üçün psixoloqa müraciət edirlər. Bəzi qeyri-peşəkarların “xidmət”indən zərər görənlərin əlbəttə ki, inamı azalır. Amma bütövlükdə götürdükdə psixoloji xidmətə olan maraqpsixoloqa olan inam getdikcə artır.

Bu sahədə mövcud problemlərdən biri kimi onu qeyd etmək istəyirəm ki, bu gün efirlərdən Azərbaycan ictimaiyyətinə psixoloq kimi təqdim edilən şəxslərin heç də hamısı ixtisaslı psixoloq deyil. Milli TeleviziyaRadio Şurasından xahiş edirik ki, efirlərdən “ekspertkimi təqdim edilən şəxslərin təhsil haqqında sənədlərini tələb etsinlər. Qeyri-peşəkarların bu sahəni nüfuzdan salmasına yol vermək olmaz. Unutmayın, populyar olmaq heç də peşəkar olmaq demək deyil.

 

Nigar Abdullayeva

Palitra.-2014.-16 oktyabr.-S.11.