“Hər bir gənc asudə vaxtını düşüncə tərzinə uyğun dəyərləndirir”

 

Raqif Hüseynov: “Gənclərin daha çox səy göstərməsinə və inkişafa doğru addım atmalarına ehtiyac var

Uşaq və gənclərin fiziki, mənəvi inkişafı regionlarda da diqqət mərkəzindədir. Gəncədə fəaliyyət Xəzər Təhsil Mərkəzi də məhz bu amala xidmət edir. Qeyd edək ki, təşkilatın nəzdində Xəzər Uşaqların İntellektual İnkişaf Mərkəzi də yaradılıb. Hər iki Mərkəzə Raqif Hüseynov rəhbərlik edir. R. Hüseynov qəzetimizə müsahibəsində uşaqların mənəvi inkişafı istiqamətində görülən işlərdən danışdı.

 

- Öncə özünüzü oxuculara təqdim etmənizi istərdik...

- 1984-cü ildə Gəncə şəhərində anadan olmuşam. 1991-2001-ci illərdə Gəncə şəhəri M.Ş.Vazeh adına 16 saylı orta məktəbində oxumuşam. 2002-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrar iqtisadiyyat fakültəsinin İnzibati idarəetmə və gömrük ekspertizası ixtisasına qəbul olmuşam və 2006-cı ildə həmin fakültəni bitirmişəm. 2003-cü ilin dekabr ayının 25-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri seçilmiş və 2006-cı ilin iyul ayının 10-dək bu vəzifədə çalışmışam. Bu illər ərzində YAP-ın 3-cü Qurultayının, YAP Gənclər Birliyinin 2-ci Konfransının, Gənclərin 4-cü Forumunun iştirakçısı olmuşam. YAP Gənclər Birliyinin İkinci Konfransında şura üzvü seçilmişdim. 2006-2007-ci illərdə hərbi xidmətdə olmuşam. 2007-2008-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının nəzdində fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyiMenecment” ixtisasartırma kursunda təhsil almışam. 2008-2010-cu illərdə Gəncə Şəhər Statistika İdarəsində aparıcı-iqtisadçı vəzifəsində çalışmışam. 2010-cu il iyul ayının 21-dən Gəncə şəhər Xəzər Təhsil Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edilmişəm. Hal-hazırda həmin vəzifədə çalışır və Azərbaycan Dövlət Aqrar Universitetinin magistratura pilləsinin İnzibati idarəetmə və gömrük ekspertizası ixtisasının magistrantıyam. 3 elmi məqalə və 1 dərsliyin müəllifiyəm.

- “Xəzər”in məqsəd və amalı nədən ibarətdir?

- Xəzər Təhsil Mərkəzi 21 iyul 2010-cu ildə yaradılıb. Təhsil Mərkəzinin yaranmasında səbəb ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaqdır. Hədəfimiz Azərbaycan vətəndaşlarına bu sistemlə xarici dilləri mükəmməl öyrətmək, kompüter biliklərini genişləndirməsində, beynəlxalq arenaya inteqrasiya etməsində istiqamət vermək, abituriyentlərimizi ali məktəblərə hazırlamaqdan ibarətdir. Təhsil sistemindəki nailiyyətlər fərqliliyimizin göstəricisidir. Buna misal olaraq, bu günə qədər mərkəzdə çox sayda tələbənin qeydiyyatdan keçməsini göstərmək olar. Bu da mərkəzdə çalışan müəllim heyətinin peşəkarlığından, dərs şəraitinin mükəmməl olmasından xəbər verir. Mərkəzdə mütəmadi olaraq müəllimlər üçün təşkil olunmuş treninqlər daim dinamik və günbəgün yenilənən metodlarla işləməyə təkan verir. İşin keyfiyyəti tələbələrin hər ay keçirilən səviyyə və sınaq imtahanlarındakı nəticələrdə, xarici universitetlərə qəbulunda özünü göstərir. Laboratoriyalar və zəngin kitabxana saatı ərzində onların himayəsindədir. Kitabxanamızda hazırda minlərlə kitab, saysız DVD və CD-lər tələbələrin xidmətindədir.

- Gənclərə əsasən hansı sahələrdə təhsil verirsiz?

- Xəzər Təhsil Mərkəzində xarici dillər, kompüter kursları, 7-12 yaş arası uşaqlar üçün xüsusi ingilis dili proqramı, TOEFL, IELTS, DAAD proqramları, magistraturaya hazırlıq fəaliyyət göstərir. Xaricdə təhsil proqramını 2011-ci ilin mart ayında fəaliyyətə başlayan “Xaricdə Təhsil” şöbəsi həyata keçirir. Şöbə Amerika və Avropanın əksər universitetlərində təhsil almaq şansı yaradır.

2010-cu ilin sentyabr ayının 1-də Xəzər Təhsil Mərkəzinin nəzdində Xəzər Abituriyent Hazırlığı Mərkəzinin fəaliyyətinə start verildi. Fəaliyyətə başladığı ilk gündən etibarən mərkəzimiz öz maddi texniki bazası, peşəkar və yüksək təcrübəyə malik müəllim heyəti və ciddi nəzarət sistemi ilə fərqlənib. Mərkəzimizdə münbit dərs şəraiti təşkil edilib, dərslərin keyfiyyətinin artırılması məqsədilə xüsusi laboratoriyalar və dərs kabinetləri abituriyentlərin istifadəsinə verilib. Bundan əlavə mərkəzdə zəngin kitabxanaoxu zalı da mövcuddur.

Bildiyiniz kimi abituriyentlərin ali məktəbə daxil olması üçün onlara peşəkar müəllim heyəti, münbit dərs şəraiti və rəqabətli mühit lazımdır. Xəzər Təhsil Mərkəzi bütün bunları öz abituriyentləri üçün çox yüksək səviyyədə təşkil edir və onların qəbul imtahanlarında uğur qazanmaları üçün səylə çalışır. Mərkəzdə mütəmadi olaraq mövzu, aylıq və ümumi qiymətləndirmə testləri keçirilir. İmtahanların cavabları “xtm-az.com” saytında yerləşdirilir. Hər ay valideynlərə abituriyentlər haqqında ətraflı məlumat verilir.

2010-cu ildən isə Xəzər Təhsil Mərkəzinin Magistraturaya hazırlıq şöbəsi fəaliyyət göstərir. Bu şöbə fəaliyyətə başladığı müddətdən magistraturaya hazırlaşan tələbələrə yüksək xidmət göstərir. Bunun nəticəsidir ki, bu şöbənin yarandığı ilk ildən bəri təhsil alan tələbələrin 100%-i magistraturaya qəbul olurlar.

2010-11-ci tədris ili üçün isə Xəzər Təhsil Mərkəzi Gəncə şəhərində ilk dəfə olaraq Abituriyent Təqaüdləri təsis edib. Bu layihənin məqsədi istedadlı tələbələrin üzə çıxarılması və onların təhsilə olan marağının artırılmasıdır. “Xəzər” təqaüdçüləri mərkəzin qəbul imtahanın və Xəzər Sınaq imtahanlarının nəticələrinə əsasən təyin olunur.

- Bu gün gənclərimiz öz fikirlərini söyləməkdə nə dərəcədə azaddırlar?

- Gənclərin öz fikirlərini söyləmələrində ciddi bir maneə görmürəm. Əsas odur ki, gənclərimiz normalgeniş düşüncəli olsunlar, daim öz intellektual səviyyələrini yüksəltməyə səy göstərsinlər.

- Gənclər mənəvi inkişaf baxımdan öz məsuliyyətlərini anlayırlarmı?

- Daim inkişaf üçün yorulmadan çalışan gənclərimiz var. Amma təəssüf ki, bunu bütün gənclərə aid etmək olmaz. Bəzi gənclərimiz vaxtını səmərəli dəyərləndirmir. Gənclərlə bağlı ən ciddi problemlərdən biri də, bir çox gəncin mütaliə etməməsidir.

- Gənclərin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiz?

- Ölkəmizdə aparılan uğurlu siyasət bir çox sahələrdə olduğu kimi, gənclər sahəsində də özünü göstərir. Vətənimizin bütün bölgələrində Gənclər evi tikilib istifadəyə verilir. Heydər Əliyev Mərkəzlərində gənclərimizin inkişafı üçün müxtəlif proqramlar həyata keçirilir.

- Asudə vaxtın səmərəli keçirilməsi gənclərin mənəvi aləminə nə dərəcədə təsir edir?

- Asudə vaxtın səmərəli keçirilməsi üçün müxtəlif vasitələr və yerlər var. Hər bir gənc öz xarakterinə və düşüncə tərzinə uyğun asudə vaxtını dəyərləndirir.

- Gənclərin təhsil şüurunu inkişaf etdirmək üçün hansı işlər görürsüz?

- Bizim mərkəzimizdə yuxarıda qeyd etdiyim kimi müxtəlif kurslar fəaliyyət göstərir. Bundan başqa aztəminatlı ailələrin və valideyn qayğısından məhrum olan uşaqların təhsilə cəlb olunması üçün müxtəlif tədbirlər görürük. Mərkəzimizdə təhsil alan gənclərin intellektual inkişafına və milli-mənəvi dəyərləri mənimsəməsinə çalışırıq.

- Siz intellektual oyunlar keçirirsizmi?

- Bəli, ötən il Xəmsə Milli İntellektual oyunu Xəzər Təhsil Mərkəzində təşkil etdi. Yarışda 4 komanda - “Xəzər”, “Şəms”, “Hədəf” və “Oğuziştirak edirdi. Gərgin və maraqlı keçən yarışmada komandalar yüksək bilik nümayiş etdirdilər. İlkin mərhələni “Xəzər” və “Şəms” komandaları bütün sualları düzgün cavablandıraraq növbəti final mərhələsinə keçdilər. Finalda isə “Xəzər” komandası yüksək nəticə göstərərək Xəmsə Milli İntellektual oyununun qalibi oldu. Qalib komandanın üzvləri Xəzər Təhsil Mərkəzi tərəfindən diplomla təltif olundular.

Bununla yanaşı mərkəzdə uşaqlararası İngilis dili fənni üzrə Olimpiada təşkil edilib. Olimpiada 2 turdan ibarət idi; 1-ci tur test imtahanı, 2-ci tur isə müsahibə. Hər iki turda yüksək bal toplayan iştirakçılar üçün I, II III yer ayrıldı. Bu yarışmada da qaliblərə mərkəz tərəfindən Fəxri fərman hədiyyələr təqdim olundu.

- Gənclərin intellektual səviyyələrinin artırılması üçün hansı addımların atılmasına ehtiyac var?

- Gənclərin intellektual səviyyələrinin artırılması üçün dövlət tərəfindən müxtəlif tədbirlər görülür. Daha çox gənclərin səy göstərməsinə inkişafa doğru addım atmalarına ehtiyac var.

- Perspektivdə hansı planlarınız var?

- Mərkəzimiz yarandığı gündən daim inkişafa can atır, fəaliyyətini genişləndirir maddi texniki bazasını möhkəmləndirir. Gələcəkdə mərkəzimiz dövrün tələblərinə uyğun yeni peşələrin dillərin tədrisini planlaşdırır.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-17 oktyabr.-S.11.