Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerirolu

 

Müasir dövrdə dünyada geosiyasi oyunların çox sürətlə cərəyan etməsi və hadisələrin hər gün yeni bir istiqamətə düşməsi dünya düzənini tamamilə mürəkkəbləşdirir. Dünyanın müasir siyasi mənzərəsi və beynəlxalq münasibətlər sistemi geosiyasət anlayışının əhatə dairəsini daha da genişləndirmişdir.

XX əsrin sonlarından etibarən beynəlxalq arenada yeni güc mərkəzlərinin formalaşması, dövlətlərarası əlaqələrin fərqli aspektdə inkişafı yeni dünya nizamının yaranmasına, dünyəvi əhəmiyyətli problemlərin meydana çıxmasına səbəb oldu. Qloballaşan dünyanın ən mühüm, həssas nöqtələrindən birində yerləşən Azərbaycan da istər-istəməz bu reallığa qoşuldu.

Azərbaycan Respublikasının geosiyasi mövqeyimövcud beynəlxalq vəziyyəti regional layihələrin reallaşmasında ölkəmizin açar rolunu oynaması zərurətini yaradır.Bu baxımdan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolunu aktuallaşdıran tezisləri aşağıdakı şəkildə sadalamaq olar:

- Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsi ilə beynəlxalq münasibətlər sisteminin müstəqil üzvünə çevrilməsi;

- XXI əsrin əvvəllərindən etibarən Azərbaycanın yeni dünya siyasətində novator (yenilikçi) bir ölkə qismində təmsil olunması, dünya birliyinə sürətli inteqrasiya, regionun aparıcı aktoruna çevrilməsi;

- Azərbaycanın Qərbə inteqrasiya siyasəti, beynəlxalq münasibətlərin aparıcı aktoruna çevrilməsi, regionda reallaşdırılan layihə və yeniliklərin müəllifi rolunda çıxış etməsi, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığının səciyyələndirilməsi;

- BMT TŞ-nın qeyri-daimi üzvü kimi Azərbaycanın 2 illik səmərəli fəaliyyətinin perspektivləri, üzvlüyün respublikamızın dünyəvi imicinə müsbət təsirlərinin qiymətləndirilməsi;

- Uğurlupraqmatik enerji strategiyası, Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın aparıcı dövlətə çevrilməsi, zəruri əməkdaş imicinin qəbul olunması.

Dünya siyasəti əsasən Avrasiyada müəyyənləşdirildiyindən bu bölgə geosiyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Dünyanın siyasiiqtisadi gücünün əhəmiyyətli hissəsi toplanmış Avropa yeni dünya düzənində nə qədər əhəmiyyətə malikdirsə, Asiya hissəsi bundan az olmayan əhəmiyyət kəsb edir. Şərqlə Qərb arasında keçid rolunu oynayan Azərbaycan istəsə də, istəməsə də yeni dünya düzəninə qarışır. Çünki Avrasiya dünya siyasətinin mərkəzi arenası olduğundan bu bölgədə yerləşib bitərəf qalmaq mümkün deyil. Həmçinin Azərbaycan coğrafi cəhətdən nə tam Avropa, nə də tam Asiya dövləti deyildir. Avropa ilə Asiyanın qızıl körpüsü hesab olunan Azərbaycan dünya siyasətini müəyyənləşdirən dövlətlər üçün həyati əhəmiyyətli geosiyasi məkandır.

Müstəqil Azərbaycan üçün artıq yeni dünya düzəni siyasətində kompleks, əhatəli, uzunmüddətli geostrategiyanın hazırlanması və ortaya qoymasının vaxtıdır. Bu qlobal siyasətdə fəallıq ölkənin inkişafını və təhlükəsizliyini təmin edir. Azərbaycanın coğrafi mövqeyi onun dünya düzənində aparıcı idarəedənlərdən olmasına imkan yaradır. Ölkəmiz Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu məkanda yerləşir. Ona görə də dinlərarası dialoqda iştirak imkanına, vahid dünya mədəniyyətinin formalaşdırılmasındakı fəaliyyətinə və s. görə müstəsna rolu ola bilər. Bu mövqe Azərbaycanın yeni dünya düzəni siyasətinin həyata keçirilməsində əhəmiyyətini daha da artırır. Azərbaycan qabaqcıl dünya dövlətləri ilə müqayisədə nisbətən aşağı dərəcəli sayılsa da potensialına görə orta dərəcəli dövlətdir.

Azərbaycan Respublikasının geosiyasi əhəmiyyətini artıran, milli maraqlarının təminatında əsas vasitələrdən biri də beynəlxalq aləmdə neft amili ilə bağlıdır. Amerika politoloqlarından Konatın fikrinə görə, geosiyasətdə neft amili mühüm rol oynayır. Xəzərin 200-dən artıq neft strukturunun 145-i Azərbaycan sektorunda yerləşir. Azərbaycanın zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən düzgün qiymətləndirildi. Dövlətin neft strategiyası zamanın nəbzinə uyğun olaraq vaxtında milli mənafeyə yönəldildi.

Azərbaycan bu gün Avropa, bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırmışdır.Göründüyü kimi enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş qaydada atılır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyir, fəaliyyət göstərir.

Respublikamızın milli maraqlarının geosiyasi aspektdə reallaşmasının təzahürlərini aşağıdakı tezislərlə ümumiləşdirmək olar:

- Dövlət müstəqilliyinin, ərazi bütövlüyümüzün qorunması geosiyasi aspektdə Azərbaycanın milli maraqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynamaqla, bir çox maraq və mənafelərin toqquşduğu mürəkkəb bir geosiyasi məkanda yerləşir. Bu baxımdan milli maraqların geostrateji dəyişikliklər fonunda reallaşması problemi xüsusi aktuallıq kəsb edir;

- Müasir dövrün reallıqları isbat edir ki, enerji dövlətin həyati tələbatıdır. Neftlə zəngin olan ölkələrdə geosiyasi neft məkanı yaranır. Uğurlu neft strategiyası nəticəsində Azərbaycan da bu məkana daxil olmuşdur. Belə olan halda isə Azərbaycanın neft sərvətinin səmərəli və məqsədyönlü şəkildə istifadəsi, xalqın gələcək inkişafına yönləndirilməsi daim diqqət mərkəzindədir;

- Azərbaycan özünün bütün imkanlarından istifadə etməklə müasir beynəlxalq təhlükəsizlik sistemindəaktiv şəkildə təmsil olunur. Bu isə yeni təhdidlərin nəzarətdə saxlanılması, aradan qaldırılması, həmçinin dövlətin milli maraqlarının qorunması istiqamətində ciddi fəaliyyətin həyata keçirilməsinə imkan yaradır.

Cənubi Qafqaz regionuonun ən perspektivli ölkəsi olan Azərbaycan qlobal, regionalregiondan kənar qüvvələrin böyük diqqət mərkəzində saxladığı ərazidir. Burada ikitərəfli və çoxtərəfli müstəvidə maraqlar cəmləşmişdir. Bu baxımdan Azərbaycan Respublikasının yeni dünya düzənində rolu əhəmiyyətli dərəcədə artmaqdadır. Bu gün qlobalregional səviyyədə geosiyasi gücə çevrilməyə çalışan hər hansı bir dövlət Xəzər regionunda, regionun qabaqcıl ölkəsi olan Azərbaycanda öz təsirini artırmağı prioritet məsələ hesab edir.

Azərbaycan Qərbə özünün Avrasiya məkanındakı əhəmiyyətli geosiyasi vəziyyətini və zəngin enerji resurslarını lazımi səviyyədə təqdim etməklə, Cənubi Qafqazın lider dövləti statusunu qoruyub saxlayır.Hazırda regiondadünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızda həyata keçirilən demokratik islahatlariqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığının qurulmasına və inkişafına əlverişli zəmin yaradır. Azərbaycan Respublikasının geosiyasi maraqları onun bütün sahələrdə öz milli dövlətinin qurulması və bu istiqamətdə məqsədlərə nail olmaq kimi iqtisadi-siyasi, mədəni yüksəlişinin əsas amilidir.

Yeni geosiyasi gözləntilər fonunda respublikamızın müasir inkişaf strategiyasının həyata keçirilməsi çoxşaxəli və mürəkkəb bir prosesdir. Bu prosesi mürəkkəbləşdirən amilləri və milli inkişaf strategiyası ilə bağlı gözləntiləri aşağıdakı tezislər şəklində ifadə etmək mümkündür:

- Azərbaycanın yerləşdiyi Qafqaz regionu geostrateji mövqe baxımından yeni dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Bu hal yeni nizam içərisində böyük güclər arasında tarazlığı formalaşdırmaq baxımından, həm də neft ehtiyatlarına sahib olması səbəbiylə iqtisadi baxımdan yanaşdıqda açıqca görülür. Bu şərtlər daxilində düzgün bir xarici siyasətin həyata keçirilməsi Azərbaycanın nüfuzu baxımından çox önəmlidir;

- Regionda mövcud münaqişələr-xüsusilə Azərbaycanın ədalətsiz şəkildə cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi respublikamızın təhlükəsizliyinin təmin olunmasını daim aktuallaşdırır.ATƏT-in Minsk qrupu üzvlərinin münaqişənin həlli prosesinə qeyri-səmimi yanaşması, öz geosiyasi maraqlarını təmin etməyə çalışmaları hərbi-strateji ehtiyatların ordu quruculuğuna səfərbər edilməsi,güclü müdafiə qüdrətinin yaradılmasını zəruri edir. Eyni zamanda silahlı qüvvələrin hərbi-texniki və kadr potensialının gücləndirilməsi də vacibdir. Bu isə deməyə imkan verir ki, Azərbaycan öz hərbi-geostrateji və təhlükəsizlik siyasətinin prioritetlərini NATO ilə əməkdaşlıq fonunda daha da genişləndirərək, öz ərazi bütövlüyünün təmin olunmasına, regionda toqquşan maraqlar arasında balans yaradılmasına çalışacaq;

- Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirakı ölkəmizin Avropanın enerji təhlükəsizliyində mövqeyini gücləndirir. Ümumiyyətlə, Avropanın enerji təhlükəsizliyi istiqamətində Azərbaycanla bağlı gözləntiləri də çoxdur. Yaxın illərdə "Şahdəniz"də qaz ixracı maksimum həddə çatacaq. Təbii ki, bu zaman enerji təhlükəsizliyi Avropanı indikindən daha da çox düşündürən aktual məsələ kimi gündəmdə olacaq. "Ümid" və "Abşeron"dan hasilatın başlaması isə Azərbaycanı gələcəkdə faktiki olaraq dünyada iri qaz ixracatçısı olan ölkə kimi tanıdacaq. Bu da öz növbəsində Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi mövqelərini daha da gücləndirəcək;

- Azərbaycanın əlverişli geostrateji mövqeyi imkan verir ki, Orta Asiya ilə Avropa arasındakı enerji, nəqliyyat-kommunikasiya və s. transmilli layihələrin mərkəzində dayansın. Yəni Azərbaycan gələcəkdə də Orta Asiya ölkələrinin geoiqtisadigeosiyasi maraqlarının, regional təhlükəsizliyinin təmin olunmasında birbaşa iştirak edəcəkdir. ÇünkiAzərbaycan Respublikası Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynamaq üçün lazımi imkanlara (əlverişli geosiyasi mövqeyə, təbii ehtiyatlara, yüksək insan potensialına və s.) malikdir. Bunu məşhur norveç tədqiqatçısı Byörn Veqqe belə bir cümlə ilə təsdiqləyir: “Azərbaycan dünyada ən böyük yol ayrıcıdır”.

Təhlillər göstərir ki, Azərbaycan regionun geosrateji rolunda aparıcı ölkədir, regional layihələrin əsas təşəbbüskarı və iştirakçısıdır. Bu isə nəticə olaraq yeni geosiyasi dəyişikliklər astanasında Azərbaycanın regionda liderliyinin qorunub saxlanılmasına imkan yaradan strateji addımların atılmasını vacib edir. Azərbaycan hərərəfli şəkildə digər dövlətlərlə əməkdaşlıq etməyə hazır olan ölkə kimi öz loyallığını qoruyub-saxlayır. Bu istər regional, istərsə də qlobal miqyasda cərəyan edən hadisə və proseslərə ölkəmizin aktiv şəkildə cəlb olunması imkanını yaradır.Azərbaycan özünün geoiqtisadi, hərbi-geostrateji və təhlükəsizlik maraqlarını, milli maraq və mənafenin qorunmasına xidmət edən strateji konsepsiyasını dövrün reallıqları və gələcək gözləntilərlə uzlaşmış şəkildə hazırlamalıdır.

Gələcək dünyanın siyasi cografiyasını proqnozlaşdırmaq fövqəladə çətin məsələdir. Lakin qlobal sistemdə baş verən tektonik toqquşmalar, mini- lokal müharibələr və s. çoxsaylı amillər XXI əsrin geostrateji sxemini qismən izah edir. Dövlətin və cəmiyyətin, onun vətəndaşlarının mənafelərinin qorunub saxlanılması üçün vahid xarici siyasət, diplomatik çeviklik həyata keçirilməlidir. İstər Azərbaycan, istərsə də digər ölkələr xarici siyasətdə dünyada baş verən siyasi reallıqların məntiqinə riayət etməli və öz siyasətini həm də yeni dünya nizamına uyğun qurmalı, düzgün uzlaşdırmalıdır. Əgər Azərbaycanın dövlət mənafelərinin,onun milli maraqlarının beynəlxalq aləm tərəfindən dəstəklənməsi Azərbaycanın həyatında əhəmiyyətlidirsə, digər tərəfdən Azərbaycanla əməkdaşlıq edən Qərb ölkələrinin və enerji daşıyıcılarının təhlükəsizliyi üçünvacibdir.

Beləliklə, qloballaşmanın dərinləşdiyi bir vaxtda dünya düzənində baş verən proseslərin hansı məcraya aparacağını gözləmək riskli yanaşmadır. Bu səbəbdən, gələcəkdə də respublikamızın gücütaleyi ,milli birliyi, ideoloji təhlükəsizliyi, həmçinin, iqtisadi müstəqilliyi, siyasi suverenliyi qoruyub saxlamaq, bütün bunlara paralel olaraq dünyaya inteqrasiyanı davam etdirmək bacarığından asılı olacaq. Respublikamız isə Qərblə Şərq arasında həm enerji, həm nəqliyyat, həm də informasiya texnologiyaları dəhlizlərinin mərkəzi olma mövqeyini qoruyub saxlamaqla, regional təhlükəsizliyin təminatçısı mövqeyini davam etdirəcək.

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik

təhlil qrupunun üzvü

 palitra.-2014.-18 oktyabr.-S.15.