“Bu gün
həyatımızı enerjisiz təsəvvür
etmək mümkün deyil”
Nicat Müslümov:
“Gələcək möhtəşəm planların həyata
keçirilməsi üçün
qüvvələr indidən səfərbərdir”
20 oktyabr Azərbaycanda energetika
sahəsində çalışanların peşə
bayramı günü kimi
qeyd olunur. Artıq bu sahədə çalışan gənclər
ordusu da
formalaşıb. Bayram günündə
“Bakıelektrikşəbəkə” ASC-nin
YAP Gənclər təşkilatının sədri Nicat Müslümovla
müsahibəni təqdim edirik.
-Azərbaycanda energetika sahəsinin inkişaf tarixi nə vaxtdan
başlayır?
- Bütün sahələrdə
olduğu kimi, elektroenergetika sahəsində
də ulu öndərin müəyyən
etdiyi siyasət bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Dövlət
başçısının təşəbbüsü, rəhbərliyi,
diqqət və qayğısı ilə iqtisadiyyatın bütün
sahələri, o cümlədən
elektrik energetikası üzrə mükəmməl
proqramların işlənib
hazırlanması və
müvəffəqiyyətlə icra edilməsi nəticəsində ölkəmiz
iqtisadi inkişaf tempinə görə dünyada ön sıralara yüksəlib.
Dövlət başçısının bu mühüm sahənin insanlarının
əməyini yüksək
dövlət mükafatları,
fəxri adlarla dəyərləndirməsi də
diqqət və qayğının daha bir parlaq nümunəsidir.
10 il əvvəl, 2004-cü ilin 13 oktyabrında Prezidentin verdiyi xüsusi sərəncamla
20 oktyabr ölkəmizdə
Energetiklərin Peşə
Bayramı Günü
kimi təsis edildi.
- Niyə məhz oktyabrın 20-si?
- Çünki ”Azərbaycan” İES-nin birinci enerji
bloku 1981-ci il oktyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib. Bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında
yeni bir mərhələnin əsasını
qoyub. İndi hər ilin
20 oktyabrını ölkənin
bütün energetikləri
öz peşə bayramları günü kimi qeyd edirlər.
Bakı şəhərinin və onun qəsəbə və kəndlərinin elektrik enerjisi ilə keyfiyyətlə və fasiləsiz təminatı işini uğurla həyata keçirən «Bakıelektrikşəbəkə»
ASC-nin uğurlarını
saymaqla bitirmək mümkün deyil. Gələcək möhtəşəm planlar
da kifayət qədər çoxdur və onların həyata keçirilməsi
üçün qüvvələr
indidən səfərbərdir.
Cəmiyyətin rəhbərliyi ürəkaçan
nailiyyətlərin qazanılmasında
əməyi olan energetikləri hər zaman fərqləndirir, onları fəxri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırır.
Energetiklər evlərimizə, ocaqlarımıza,
yaşadığımız şəhərin, kənd
və qəsəbələrin
küçə və
meydanlarına, park və
xiyabanlarına işıq,
nur, hərarət bəxş edən müqəddəs peşə
sahibləridir. Bu gün
həyatımızı enerjisiz
təsəvvür etmək
mümkün deyil.
Su, çörək qədər vacibdir, gərəklidir enerji.
- Energetika
Gününün keçirilməsi
bu sahədə çalışanlarda nə
dərəcədə ruh
yüksəkliyi yaradıb?
- Hər il
20 oktyabr Energetika Gününü «Bakıelektrikşəbəkə»
ASC-nin əməkdaşları
əldə etdikləri
nailiyyətlərlə qarşılayırlar.
Azərbaycanın bir qrup energetikinə “Əməkdar
mühəndis” fəxri
adlarının verilməsi
və “Tərəqqi”
medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti
sərəncam imzalayıb.
- Şəhərimizin
işıqlandırılmasında -“Bakıelektrikşəbəkə”nin
nə kimi payı var?
- Prezident İlham Əliyevin sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında yanacaq-enerji
kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə
Dövlət Proqramı”nın həyata keçirilməsi ölkəmizdə
elektroenergetikanın inkişafında
yeni bir mərhələ olub. Proqrama əsasən, yeni generasiya güclərinin işə salınması,
bir sıra istilik və su elektrik stansiyalarının
tikilməsi, iqtisadiyyatın
enerji təchizatının
möhkəmləndirilməsi, Azərbaycanın regionda elektrik enerjisinin tranziti, sonra isə ixracatı üzrə mühüm ölkəyə çevrilməsini
nəzərdə tutan
layihələr həyata
keçirilməkdədir. 2003-2013-cü illərdə Azərbaycanda 2100 MVt-dan artıq əlavə generasiya gücünün
işə salınması
nəticəsində ölkənin
bütün elektrik stansiyalarının qoyuluş
gücü 6450 MVt-a çatdırılıb. Yeni güc mərkəzlərinin
inşası ilə yanaşı, bu gün elektrik şəbəkələri də
ardıcıl olaraq inkişaf etdirilir və bu sahədə
“Bakıelektrikşəbəkə” ASC-nin xüsusi payı vardır. Belə ki, ölkə üzrə istehlak olunan elektrik enerjisinin 51-52 faizi məhz Bakı şəhərinin payına
düşür.
- Gənclərin
bu sahədə önə çəkilməsinə
yer verilirmi?
- Azərbaycan Dövlət Neft Akademiyasının
(ADNA) tələbə və
məzunlarına hər
il “Bakıelektrikşəbəkə”
ASC-nin Tədris mərkəzində kurslar
keçirilir. Yeni-yeni ixtisaslı
gənclər işə
qəbul olunur. İdarədaxili ictimai işlərlə
əsasən gənclər
məşğul olurlar.
- “Bakıelektrikşəbəkə”
ASC-nin YAP Gənclər
təşkilatının gənclərin
potensiallarının üzə
çıxması və
inkişafında hansı
rolu var?
-2008-ci ildən idarəmizin
YAP Gənclər təşkilatında
müavin kimi fəaliyyətə başlamışam. 11 yanvar 2012-ci ildən başlayaraq “Bakıelektrikşəbəkə”
ASC-nin YAP -Gənclər
təşkilatının sədri
olaraq fəaliyyət göstərirəm. Qeyd
etmək istərdim ki, “Bakıelektrikşəbəkə”
ASC-nin YAP Gənclər
təşkilatı respublika
əhəmiyyətli mədəni-kütləvi
tədbirlərdə yaxından
iştirak etməklə
yanaşı, idarədaxili
idman və vətənpərvərlik yarışları,
gəncləri maraqlandıran
müxtəlif mövzularda
seminarlar və təlimlər, xarici dil biliklərinin artırılması məqsədi
ilə danışıq
klubları, bayram konsertləri, dövlət
əhəmiyyətli və
tarixi günlərdə
dəyirmi masa və konfranslar və s. tədbirlər, layihələr həyata keçirir ki, bu da gənclərə,
öz bilik və bacarıqlarını,
potensiallarını artırmasına
və ölkənin ictimai-siyasi həyatında
fəal iştirak etməsinə şərait
yaradır.
Fuad Hüseynzadə
Palitra.-2014.-21 oktyabr.-S.12.