“Gələn il qeyri-neft sektorunun ÜDM-də payı 65,1 faizə yüksələcək”

 

Vüqar Bayramov: “ÜDM daxil olmaqla, bütün makroiqtisadi göstəricilərdə inkişaf tempi qorunub saxlanacaq, iqtisadi diversifikasiya sürətlənəcək”

 

Gələn dövlət büdcəsi layihəsi artıq Milli Məclisə təqdim edilib. 2015-ci il dövlət büdcəsi layihəsinin təhlili göstərir ki, gələn ilin büdcəsində də gəlir və xərclərdə artım tempini qoruyub saxlamaq mümkün olacaq. 2014-cü illə müqayisədə hər iki maddə üzrə artım nəzərdə tutulub.

Bu barədə bizə fikirlərini bildirən iqtisadçı ekspert Vüqar Bayramov qeyd edir ki, dövlət başçısının müəyyənləşdirdiyi prioritet istiqamətlərə uyğun olaraq iqtisadi diversifikasiyabu aspektdən qeyri-neft sektorunun dövlət büdcəsindəki payının artırılması vacibdir: “Gələn ilin büdcə layihəsinin təhlili göstərir ki, qeyri-neft sektorunun büdcədəki payında əvvəlki ilə nisbətən artım müşahidə ediləcək. Əgər, 2013-cü ildə qeyri neft sektorunun payı 26 faiz olubsa, 2014-cü ildə bunun 34, gələn il isə 35 faizə çatdırılması proqnozlaşdırılır. Bu o deməkdir ki, son 2 ildə dövlət büdcəsində qeyri-neft sektorunun payı təxminən 10 faiz bənd artıb. İqtisadiyyatda və eləcə də büdcə gəlirlərinin formalaşmasında enerji sektordan asıllılığın aradan qaldırılması baxımdan bu, kifayət qədər əhəmiyyətli faktdır. 2015-ci ilin gəlirlərinin strukturunda vergidaxilolmaların həcmi də artacaq. Vergili daxilomaların 68 faizə yaxını qeyri-neft sektorunun payına düşəcək. Bu da gəlirlərin strukturunun şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, 2015-ci ildə qeyri-neft daxiolmaların həcmi 512 milyon manatya bu ilin proqnoz göstəriciləri ilə müqayisədə 11.9 faiz artacaq. Bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyard 48 milyon manatya 27.8 faiz çoxdur”.

Büdcə gəlirlərinin diversifikasiyası eyni zamanda özünü Ümumi Daxili Məhsulda (ÜDM) qeyri-neft sektorunun payının artmasında göstərəcək: “Belə ki, gələn il qeyri-neft sektorunun ÜDM-də payı 65,1 faizədək yüksələcək ki, bu da 2014-cü ilin proqnoz göstəriciləri ilə müqayisədə 5.5 faiz-bənd, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə 8.5 faiz- bənd çoxdur. Buna paralel olaraq, özəl sektorunun ÜDM-də payı 83 faizədək yüksələcək. ÜDM-nin strukturunda həm sənaye, həm də qeyri-neft sənayesinin payında artımlar proqnozlaşdırılır.

2015-ci ilin dövlət büdcəsinin Dövlət Neft Fondundan daxilolmaları 10,3 milyard manat həcmində proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, dövlət büdcəsinin 53,4 %-i, təxminən yarısı Dövlət Neft Fondu hesabına formalaşacaq. Digər yarısı isə, qeyri-neft sektoru daxil olmaqla, iqtisadiyyatın digər sahələrinin hesabına formalaşdırılacaq.Gəlirlərin strukturuna diqqət yetirsək, demək olar ki, bütün istiqamətlərdə, vergidaxil olmaqla, artımlar var. Vergi daxilolmaları üzrə artımların proqnozlaşdırılması müsbət haldır. Nəzərə alsaq ki, əlavə dəyər vergisi, hüquqi şəxslərin mənfəət vergisi, Dövlət Neft Fondunun transfertlərindən sonra daha yüksək paya malikdir. Əlavə dəyər vergisi büdcə gəlirlərinin 18 %-ni, hüquqi şəxslərin mənfəət vergisi isə 12 %-ni təşkil edir. Bu da vergi daxilolmalarının həcmi baxımından əhəmiyyətlidir.

2015-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 1,662 milyard manat vəsait nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 17 milyon manatya 1% azdır. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək. 2015-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,8% təşkil edəcək”.

Büdcə ilə bağlı ən çox müzakirə olunan məsələ neftin bir barrelinin hansı qiymətə götrülməsidir. Ekspert qeyd edir: “Son müşavirədə Prezident İlham Əliyev də büdcədə neftin qiymətinin dünya bazarına uyğun müəyyənləşdirilməsini əhəmiyyətli olduğunu bildirdi. Gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti bu ilki qiymətlə müqayisədə 10 faiz az, yəni 90 dollar nəzərdə tutulub. Qeyd etdiyimiz kimi, gələn ilin dövlət büdcəsinin 53.4 faizi dövlət neft fondu hesabına formalaşır. Bu o deməkdir ki, dövlət büdcəsinin gəlirlərinin çoxu məhz biribaşa sığorta olunmuş gəlirlərdir. Neftin dünya bazarında qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq 53.4 faiz neft fondu hesabına formalaşacaq. Gəlirlərin 35 faizə yaxını qeyri neft sektorunun payına düşür. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiyməti büdcənin 11 faizinin formalaşmasına təsir göstərə bilər. 2015-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutularsadünya bazarında gələn ildə də azalmalar davam edəcəksə dövlət büdcəsinin gəlir hissəsinin yalnız sözügedən 11 faizinin formalaşması ilə bağlı müəyyən çətinliklər yarada bilər. 2015-ci ildə dünya bazarında neftin qiymətinin azalması davam edərsə, büdcənin müdafiə olunmayan xərcləri azaldıla bilər. “Büdcə Sistemi” haqqında Qanuna əsasən, büdcə gəlirlərinin formalaşmasında çətinlik olarsa, müdafiə olunan (əmək haqqı, pensiya xərcləri, sosial müavinətlər və s.) xərclər istisna olmaqla, digər xərclər azaldıla bilər. Neftin dünya bazarında qiyməti proqnozlaşdırılandan az olarsa, büdcə xərclərinə sekvestr tətbiq edilə bilər. Tarazlığı bu şəkildə qorumaq daha məqsədəuyğundur. Bu baxımdan, gələn ilin dövlət büdcəsinin formalaşmasında hər hansı ciddi problemin olacağı gözlənilmir”.

 

Yeri gəlmişkən, 2014-cü ilin 9 ayında dünya bazarında “Azəri Laytxam neftinin 1 barelinin orta satış qiyməti 108,2 ABŞ dolları olub. Bu isə o deməkdir ki, Azərbaycan neftinin dünya bazarında qiyməti büdcədə nəzərdə tutulandan 8 faizdən çox artıq olub. Ekspert qeyd edir: Bu imkan verir ki, növbəti aylarda neftin dünya bazarında qiyməti 80 dollardan aşağı düşməyəcəksə, 2014 ilin dövlət büdcəsinə baxılmasın. Əvvəlki dövrdə olan 8 faizlik artım növbəti aylarda olan azalmanı kompensasiya edəcək.

Gəlirlərdə olduğu kimi, xərclər strukturunda da artım tempi qorunub saxlanılacaq. Əksər xərc istiqamətləri üzrə artım nəzərdə tutulub ki, bu da büdcə ayırmalarının iqtisadiyyatda payının gələn ildə də qorunub saxlanacağından xəbər verir. Gələn ilin dövlət büdcəsini birmənalı şəkildə sosia yönümlü xərclərin xüsusi diqqətdə saxlanıldığı büdcə kimi qiymətləndirmək lazımdır. Belə ki, 2015-ci ilin dövlət büdcəsi layihəsində mütləq ifadədə sosial istiqamətə 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2014-cü ilə nisbətən 489,2 milyon manatya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 920 milyon manatya 18,8 faiz çoxdur. Sosialyönlü xərclərə ayrılan 5 milyard 826,4 milyon manatın 3 milyard 452,4 milyon manatının əmək haqlarına, 1 milyard 845 milyon manatının təqaüdlər və sosial müavinətlərə, 319,7 milyon manatının ərzaq məhsullarının alınmasına, 209,3 milyon manatının dərman və sarğı ləvazimatlarının alınması yönəldilməsi nəzərdə tutulur. Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə cəmi 24,7 milyon manat çoxdur. Əməkhaqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat çoxdur.

Ümumilikdə, ölkədə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, o cümlədən pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2 milyard 40,5 milyon manat vəsait proqnozlaşdırılıb. 2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 milyard 100 milyon manatı Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən əmək pensiyalarının maliyyələşdirilməsinə, 548,4 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyionun müvafiq orqanları vasitəsilə həyata keçirilən sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 224,5 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Göründüyü kimi gələn il əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması əsas prioritet olaraq qalmaqdadır. Artım vəsaitlərin böyük hissəsi əməyin ödənilməsi, pensiyanın verilməsinə sərf olunacaq. Bu deməyə əsas verir ki.gələn il əmək haqları və pensiyalarda artım olacaq. Praktik olaraq bu ölkə vətəndaşların dövlət büdcəsindən birbaşa faydalanması anlamına gəlməlidir”.

Digər tərəfdən, sosial ipoteka kreditinin məbləği gələn 25 faiz artırlaraq 50 milyon manata çatacaq. Bu isə imkan verəcək ki, gənc ailələri ipotek sistemindən daha çox faydalana bilsinlər: Sosial proqram olaraq soial ipotek kreditlərinin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin həcmində kifayət qədər ciddi artım müşahidə olunur. 2014-cü ildə bu sahəyə 40 milyon manat ayrılmışdısa, artıq 2015-ci ilin büdcə layihəsində bu rəqəm 25% artırılaraq 50 milyon manat təşkil edəcək. Faktiki olaraq, vətəndaşlar 2015-ci ilin dövlət büdcəsi hesabına 50 milyon manatlıq sosial ipoteka kreditlərindən, ipoteka fondunun iqtisadi istiqrazlarının yerləşdirilməsi hesabına təxminən 80 milyon manatdan artıq kreditlərdən, respublika banklarının 90 milyon manata yaxın kommersiya ipotekalarından faydalanma imkanlarına malik olacaq. Bu da yenidən maliyyələşdirməni nəzərə alaraq 2015-ci ildə ipoteka proqramı çərçivəsində dövlət büdcəsi və digər mənbələrlə birlikdə 250 milyon manata yaxın vəsaitin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılacağından xəbər verir”.

Təhsil xərclərində də artım proqnozlaşdırılır. Belə ki, 2014-cü ildə 1,6 milyard manat idisə, 2015- ci ildə 1,7 milyard nəzərdə tutulub. Yəni 3,5 faiz artım olacaq. Səhiyyə xərclərinə 777,7 milyon manat sərf olunacaq, keçən il 725,6 milyon ayrılmışdı. Gələn il artım 7,2 faiz proqnozlaşdırılır. Ekspertə görə, gələn ilin büdcəsində əksər xərclər üzrə artımlar var. İqtisadi diversifikasiya iqtisadiyyatda innovasiyanın tətbiqini vacib edir, ona görə təhsil xərclərinin artırılması, qara kapitalın insan kapitalına çevrilməsi baxımından əhəmiyyətlidir.

Gələn il ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi əsas prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. Belə ki, dövlət büdcəsindən 1.8 milyard manat müdafiə xərclərinə yönəldiləcək ki, da 2014-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 8.6 faiz artım deməkdir.

Bütövlükdə büdcənin gəlir və xərclərinin tədqiqi göstərir ki, 2015-ci ilin dövlət büdcəsi praktiki olaraq Azərbaycan iqtisadiyyatındakı artımın tempinə uyğunlaşdırılıb, həm də nəzərə alsaq ki, büdcə iqtisadiyyatın bir güzgüsüdür. Gələn ilin dövlət büdcəsinin təhlili bütövlükdə ÜDM daxil olmaqla bütün makroiqtisadi göstəricilərdə inkişaf tempinin qorunub saxlanılacağı, davam etdiriləcəyindən və eləcə də iqtisadi diversifikasiyanın sürətləndiriləcəyindən xəbər verir.

 

İlkin AĞAYEV

Palitra.-2014.-21 oktyabr.-S.7.