Xalq rəssamı Nadir
Qasımovun yaradıcılığında portret
janrı
Xalq rəssamı Nadir Qasımov 1953-cü ildə Leninqradda təhsilini bitirdikdən sonra Bakıya gəlir. Bu zaman müasirlərinin obrazlarının yaradılması onun əsas diqqət mərkəzində olur. Artıq 1953-54-cü illərin beynəlxalq və respublika sərgilərində onun mənzərə əsərləri ilə yanaşı portretləri də uğurla nümayiş etdirilib. Onların sırasında SSRİ Xalq artisti Bülbülün, SSRİ Xalq artisti Mərziyə Davudovanın, qocaman neft ustası Gülbala Əliyevin, Xalq şairi Süleyman Rüstəmin, professor Mirqasımovun, Adil Məmmədovun və digər görkəmli şəxslərin portretləri var.
Rəssam Nadir Qasımovun portretlərində insanın daxili psixologiyasını ustalıqla, dəqiqliklə vermək üçün çox zaman “qəhrəmanı” ilə canlı görüşlər təşkil edib, onunla münasibət yaradırdı. Məsələn, neftçi Gülbala Əliyevin portreti Abşeron neft mədənlərinin mənzərəsi fonunda təsvir edilib. Portret üzərində çalışarkən rəssam tez-tez neft mədənlərinə gedir, ustanın işi ilə tanış olur, onun maraqlı söhbətlərini dinləyirdi. O, neft daşlarında olarkən üç neftçinin obrazını yaradıb: qocaman usta Gülbala Əliyevin, orta nəslin təmsilçisi Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasovun (Neftçi Qurban) və gənc neftçi Dövlət Mükafatı laureatı İsrafil Məmmədovun.
Göründüyü kimi rəssam eyni məsləyin 3 fərqli nəslinin, yaşın nümayəndəsini təsvir etməklə onların hər birinin həm fərdi, həm də oxşar xüsusiyyətlərini yaradıb.
Portret Azərbaycan rəngkarlığında həmişə əsas yerlərdən birini tutur. Rəngkarlığın peşəkar məktəbi yarandığı vaxtdan portret Azərbaycan rəssamlarının yaradıcılığında diqqəti cəlb edir. Təbii ki, portret janrının əsas obyekti insandır, buna görə də onun mənəvi aləmi və cəmiyyətdəki mövqeyinin təsviri sənətin əsas mövzusunu təşkil edir.
Bu mənada rəssamın Xalq artisti Mərziyə Davudovaya həsr etdiyi portret xüsusi əhval-ruhiyyə yaradır. Burada Mərziyyə xanımı sadə, adi görünüşü diqqəti cəlb edir. Onun üz cizgilərinin ifadəliyi, sadə görkəmi portretə ciddi, təvazökar bir sima bəxş edib. Obrazın əllərini bir-birinin üzərində sakit formada çarpazlaması bu təəssüratı daha da artırır.
1960-cı illərdən başlayaraq Azərbaycan rəngkarlığında portret konsepsiyası dəyişir: məşhur mədəniyyət xadimlərinin obrazı ümumiləşdirilmiş formada görünür. Rəssamlar bu və ya digər şəxsiyyətin müəyyən xüsusiyyətlərini qabartmağı üstün tuturdular. Təbii ki, bu tendensiya o dövrdə sovet incəsənətində baş verən ümumi dəyişikliklərlə əlaqədar idi.
N. Qasımovun belə portretləri sırasında çox nümunələri misal gətirə bilərik. Məsələn, Xalq artisti Bülbülün portreti, professor Mirqasımovun portreti, şair Süleyman Rüstəmovun portreti, Qurban Abbasovun portreti və s.
Bülbülün portreti çox əzəmətli, vüqarlı təsvir olunub. Şux qara kostyumu, ağ köynəyi, qalstuk, yaxaya taxılmış medallar, əyləşərək ayaqlarını bir-birinin üzərinə keçirməsi bu möhtəşəmliyi artıran nüanslardır. Opera müğənnisi əlində not tutaraq sanki yeni əsər üzərində çalışır. Onu tamaşaçılara necə təqdim edəcəyini götür-qoy edir. Əsərdə möhtəşəmlik və təvazökarlıq elə bil ki, eyni anda birləşib.
Şair Süleyman Rüstəmin portretini də bu qəbil əsərlərdən hesab etmək olar. Şairin təbiətindəki romantikliyi, şairin ruhi psixoloji əhval-ruhiyyəsindən irəli gələrək arxa fonda dəniz təsviri verilib. Öndə isə sənətkarın düşüncəli, əlində siqaret tutan formada xəyala dalmış görkəmi təsvir olunub. Əsərə tamaşa edərkən sanki biz onun həyatı, dünyanı düşünən daxili dünyasını, mənəviyyatını görürük.
N. Qurbanovun bu qəbildən olan digər bir maraqlı portreti Adil Qurbanova həsr etdiyi əsəridir. Burada obraz olduqca xoş əhval-ruhiyyədə, təmiz aurada təsvir olunub. Plaşını çiyninə ataraq dənizin küləkli, xoş havasından obrazın ümumilikdə həyatdan, yaşamaqdan zövq aldığı anları ilə tanış oluruq.
1970-80-ci illərin növbəti mərhələsində bir tərəfdən obrazların ümumiləşməsində, digər tərəfdən isə modellərin seçilməsində daha demokratik yanaşma özünü göstərir. Zaman keçdikcə portretlərin personajları rəssamların yaxın adamları, dostları, qohumları, yaxud sadəcə zahiri görkəmi ilə cəlb edən tanınmayan insanlar olur. Getdikcə portret özünün «portret özünəməxsusluğunu» itirir, yəni konkret «kiçik» insanın mənəvi aləmi, onun psixi vəziyyəti, nəhayət, xarici görünüşü başqa formada görünür.
Bu baxımdan rəssam N. Qasımovun həyat yoldaşına həsr etdiyi portreti xüsusilə diqqəti cəlb edir. Rəssam əsəri xüsusilə məhəbbətlə kətana köçürüb. Biz burada təbii olaraq yaradılmış obrazın nəcib, səmimi cizgilərlə təsvir olunduğunun şahidi oluruq.
Burada rəssam obrazın zahiri görünüşünə, xarakterinə, üz cizgilərinin son dərəcə formal ifadəsinə, rəng və fakturaya daha da diqqət yönəlirdi. Azərbaycan rəngkarlığında uşaq portretləri (bir qayda olaraq rəssamların övladlarının) əsas mövzulardan biridir. Bu əsərlər reallıqdan kənara çıxaraq daha geniş təsvir olunub. Uşaq dünyası - parlaq rənglər, təmizlik, saflıq, sadəlik, təbiilik dünyasıdır. “Teymurun porterti” bu silsilədən olan maraqlı əsərlərdəndir. Uşaq maşınında oturaraq saf baxışlarla baxan obraz uzaq aləminin saflığını bizə təqdim edir. Dümağ rəngli geyim sanki, bu ləklənməmiş saf aləmə bir işarə edərək əsərin təsir qüvvəsini daha da artırır.
Professor Mirqasımovun portreti də diqqətəlayiqdir. Peşə səviyyəsini tərənnüm
etdirmək məqsədilə
rəssam onu iş başında həkim geyimində əllərinə əlcək
geyinərkən əməliyyat
otağında təsvir
edib. Əsərdə maraqlı bir
dinamika var. Arxada təsvir olunmuş obrazlar - tibb bacıları, əməliyyat
stoluna uzadılmış
xəstə - əsərdəki
ruhi vəziyyəti daha dəqiqliklə ifadə edir. Əməliyyata hazırlaşan həkimin
görkəmi olduqca sakit və səbirli
görünür ki, bu da onun
öz peşəsinin
professional olduğunu göstərən
amil hesab etmək olar.
Ümumiyyətlə, Nadir Qasımovun portretlərindəki
xüsusi əhval-ruhiyyə,
özünəməxsusluq hər zaman tamaşaçıların diqqət
mərkəzində olub.
Elnarə
Misirli
rəssam
Xalq rəssamı
Nadir Qasımov 1953-cü ildə
Leninqradda təhsilini bitirdikdən sonra Bakıya gəlir. Bu zaman müasirlərinin obrazlarının yaradılması
onun əsas diqqət mərkəzində
olur. Artıq 1953-54-cü illərin beynəlxalq və respublika sərgilərində
onun mənzərə
əsərləri ilə
yanaşı portretləri
də uğurla nümayiş etdirilib.
Onların sırasında
SSRİ Xalq artisti Bülbülün, SSRİ Xalq
artisti Mərziyə Davudovanın, qocaman neft ustası Gülbala Əliyevin, Xalq şairi Süleyman Rüstəmin,
professor Mirqasımovun, Adil
Məmmədovun və
digər görkəmli
şəxslərin portretləri
var.
Rəssam Nadir Qasımovun portretlərində
insanın daxili psixologiyasını ustalıqla,
dəqiqliklə vermək
üçün çox
zaman “qəhrəmanı”
ilə canlı görüşlər təşkil
edib, onunla münasibət yaradırdı. Məsələn, neftçi Gülbala Əliyevin portreti Abşeron neft mədənlərinin mənzərəsi
fonunda təsvir edilib. Portret üzərində çalışarkən
rəssam tez-tez neft mədənlərinə
gedir, ustanın işi ilə tanış olur, onun maraqlı
söhbətlərini dinləyirdi.
O, neft daşlarında
olarkən üç
neftçinin obrazını
yaradıb: qocaman usta Gülbala Əliyevin, orta nəslin təmsilçisi
Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasovun (Neftçi Qurban) və gənc neftçi Dövlət Mükafatı
laureatı İsrafil Məmmədovun.
Göründüyü kimi rəssam eyni məsləyin 3 fərqli nəslinin, yaşın nümayəndəsini
təsvir etməklə
onların hər birinin həm fərdi, həm də oxşar xüsusiyyətlərini yaradıb.
Portret Azərbaycan
rəngkarlığında həmişə əsas yerlərdən birini tutur. Rəngkarlığın peşəkar məktəbi
yarandığı vaxtdan
portret Azərbaycan rəssamlarının yaradıcılığında
diqqəti cəlb edir. Təbii ki, portret janrının əsas obyekti insandır, buna görə də onun mənəvi
aləmi və cəmiyyətdəki mövqeyinin
təsviri sənətin
əsas mövzusunu təşkil edir.
Bu mənada rəssamın
Xalq artisti Mərziyə Davudovaya həsr etdiyi portret xüsusi əhval-ruhiyyə yaradır. Burada Mərziyyə
xanımı sadə,
adi görünüşü
diqqəti cəlb edir. Onun üz cizgilərinin
ifadəliyi, sadə görkəmi portretə ciddi, təvazökar bir sima bəxş
edib. Obrazın əllərini bir-birinin
üzərində sakit
formada çarpazlaması
bu təəssüratı
daha da artırır.
1960-cı
illərdən başlayaraq
Azərbaycan rəngkarlığında
portret konsepsiyası dəyişir: məşhur
mədəniyyət xadimlərinin
obrazı ümumiləşdirilmiş
formada görünür.
Rəssamlar bu və ya digər şəxsiyyətin
müəyyən xüsusiyyətlərini
qabartmağı üstün
tuturdular. Təbii ki,
bu tendensiya o dövrdə sovet incəsənətində baş
verən ümumi dəyişikliklərlə əlaqədar
idi.
N. Qasımovun belə portretləri sırasında
çox nümunələri
misal gətirə bilərik. Məsələn,
Xalq artisti Bülbülün portreti,
professor Mirqasımovun portreti,
şair Süleyman Rüstəmovun portreti, Qurban Abbasovun portreti və s.
Bülbülün portreti çox əzəmətli, vüqarlı
təsvir olunub. Şux qara kostyumu, ağ köynəyi,
qalstuk, yaxaya taxılmış medallar,
əyləşərək ayaqlarını bir-birinin üzərinə keçirməsi
bu möhtəşəmliyi
artıran nüanslardır.
Opera müğənnisi əlində not tutaraq sanki yeni əsər
üzərində çalışır.
Onu tamaşaçılara necə
təqdim edəcəyini
götür-qoy edir.
Əsərdə möhtəşəmlik və təvazökarlıq
elə bil ki, eyni anda
birləşib.
Şair Süleyman Rüstəmin portretini də bu qəbil əsərlərdən
hesab etmək olar. Şairin təbiətindəki
romantikliyi, şairin ruhi psixoloji əhval-ruhiyyəsindən irəli
gələrək arxa
fonda dəniz
təsviri verilib. Öndə isə sənətkarın
düşüncəli, əlində
siqaret tutan formada xəyala dalmış görkəmi
təsvir olunub. Əsərə tamaşa edərkən
sanki biz onun həyatı, dünyanı
düşünən daxili
dünyasını, mənəviyyatını
görürük.
N. Qurbanovun bu qəbildən
olan digər bir maraqlı portreti Adil Qurbanova
həsr etdiyi əsəridir. Burada obraz olduqca xoş əhval-ruhiyyədə,
təmiz aurada təsvir olunub. Plaşını çiyninə
ataraq dənizin küləkli, xoş havasından obrazın ümumilikdə həyatdan,
yaşamaqdan zövq aldığı anları
ilə tanış
oluruq.
1970-80-ci illərin növbəti mərhələsində bir tərəfdən obrazların ümumiləşməsində, digər tərəfdən isə modellərin seçilməsində daha demokratik yanaşma özünü göstərir. Zaman keçdikcə portretlərin personajları rəssamların yaxın adamları, dostları, qohumları, yaxud sadəcə zahiri görkəmi ilə cəlb edən tanınmayan insanlar olur. Getdikcə portret özünün «portret özünəməxsusluğunu» itirir, yəni konkret «kiçik» insanın mənəvi aləmi, onun psixi vəziyyəti, nəhayət, xarici görünüşü başqa formada görünür.
Bu baxımdan rəssam N. Qasımovun həyat yoldaşına həsr etdiyi portreti xüsusilə diqqəti cəlb edir. Rəssam əsəri xüsusilə məhəbbətlə kətana köçürüb. Biz burada təbii olaraq yaradılmış obrazın nəcib, səmimi cizgilərlə təsvir olunduğunun şahidi oluruq.
Burada rəssam obrazın zahiri görünüşünə, xarakterinə, üz cizgilərinin son dərəcə formal ifadəsinə, rəng və fakturaya daha da diqqət yönəlirdi. Azərbaycan rəngkarlığında uşaq portretləri (bir qayda olaraq rəssamların övladlarının) əsas mövzulardan biridir. Bu əsərlər reallıqdan kənara çıxaraq daha geniş təsvir olunub. Uşaq dünyası - parlaq rənglər, təmizlik, saflıq, sadəlik, təbiilik dünyasıdır. “Teymurun porterti” bu silsilədən olan maraqlı əsərlərdəndir. Uşaq maşınında oturaraq saf baxışlarla baxan obraz uzaq aləminin saflığını bizə təqdim edir. Dümağ rəngli geyim sanki, bu ləklənməmiş saf aləmə bir işarə edərək əsərin təsir qüvvəsini daha da artırır.
Professor Mirqasımovun portreti də diqqətəlayiqdir. Peşə səviyyəsini tərənnüm
etdirmək məqsədilə
rəssam onu iş başında həkim geyimində əllərinə əlcək
geyinərkən əməliyyat
otağında təsvir
edib. Əsərdə maraqlı bir
dinamika var. Arxada təsvir olunmuş obrazlar - tibb bacıları, əməliyyat
stoluna uzadılmış
xəstə - əsərdəki
ruhi vəziyyəti daha dəqiqliklə ifadə edir. Əməliyyata hazırlaşan həkimin
görkəmi olduqca sakit və səbirli
görünür ki, bu da onun
öz peşəsinin
professional olduğunu göstərən
amil hesab etmək olar.
Ümumiyyətlə, Nadir Qasımovun portretlərindəki
xüsusi əhval-ruhiyyə,
özünəməxsusluq hər zaman tamaşaçıların diqqət
mərkəzində olub.
Elnarə Misirli
rəssam
Palitra.-2014.-22 oktyabr.-S.13.