“Ukraynanın Azərbaycana ehtiyacı ikiqat artıb”

 

Orxan Həsənli: “Təhsil aldığım xarici ölkənin ali məktəbində Heydər Əliyev adına Sosiologiya İnstitutu fəaliyyət göstərir”

 

“SOCAR Ukraynada məni müsbət mənada təəccübləndirən işlər görür

 

Müsahibimiz Gürcüstanda ali təhsil almış və hazırda Ukraynada təhsilini davam etdirən Orxan Həsənlidir. Xatırladaq ki, Orxan Gürcüstanda təhsil alarkən onunla müsahibə hazırlamışdıq. İndi başqa bir ölkədə təhsil uğurlarını davam etdirməyə qərar verən bu aktiv gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.

-Orxan, sizdən ilk müsahibəmiz Gürcüstanda ali təhsil alarkən olmuşdu. Hazırda Ukraynada ali təhsilinizi davam etdirirsiniz. Necə oldu ki, bu ölkədə oxumaq qərarı verdiniz?

- Əvvəlki müsahibəmdə özüm barədə ətraflı məlumat verdiyim üçün bu dəfə bu haqda danışmağa lüzum olmaz. Ona görə də, birbaşa olaraq sualınıza cavab olaraq deyərdim ki, mən bizə qonşu olan Gürcüstanda ali təhsil almağı seçərkən bir sıra amilləri nəzərə almışdım. Məsələn, bu ölkənin bizə yaxın və dost olması. Ukrayna da eynilə Gürcüstan kimi Azərbaycana yaxın bir ölkədir və burada ali təhsil almaq biz azərbaycanlılar üçün o qədər də çətin olmaz, deyə düşündüm. Təhsilimi Ukraynada davam etdirmək qərarına gələndə bu qərar mənim üçün heçasan olmadı. Çünki yeni bir ölkəyə, yeni bir mühitə və təhsil sisteminə, təbiətə hazır olmaq gərəkdi. Hazırda Ukraynada Regional İdarəetmə Akademiyasının Maliyyə və kredit fakültəsinin dördüncü kursunda təhsilimi davam etdirirəm.

-Yeni mühitə, fərqli xalq, adət və təbiətə necə, alışa bilmisinizmi?

-Bu ölkədə hələ ki yeniyəm. Amma buna baxmayaraq, bəzi məsələlərə aydınlıq gətirə bilmişəm. Ukrayna Rusiya kimi soyuq bir ölkədir. İnsanları, adətləri və s. isə normaldır. Ukrayna hələ sovet dönəmindən Azərbaycanla isti münasibətlər qurub. Hər iki xalqın bir-birinə simpatiyası olub. Bu gün isə Ukraynada arzuolunmaz olaylar cərəyan edir, deyə, bir qədər bu müharibə psixologiyası insanların həyat tərzinə təsir edib. Ukrayna hazırda ən çətin anlarını yaşayır. Bu baxımdan da Azərbaycan kimi sürətli inkişafda olan ölkəyə ikiqat ehtiyacı artıb və bizi özünə daha yaxın, dost ölkə kimi tanıtmağa başlayıblar. Dəfələrlə SOCAR-ın Gürcüstandakı müsbət addımları, layihələri barədə yazmışam, amma Ukraynada SOCAR-ın fəaliyyətini də görəndə müsbət mənada təəccübləndim və burada qərara gəldim ki, artıq Azərbaycan nəyinki regionda, hətta dünyada öz gücünü göstərir. Təbii ki, bunların hamısı cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticələridir.

-Təhsil aldığınız akademiya barədə də söz açardınız.

-Ümumiyyətlə, Ukraynada təhsilə önəm verirlər. Akademiyaya daxil olduğum anda məni təəccübləndirən bir məqam oldu. Bu da Azərbaycanın fəxri və Ukraynada böyük simpatiya ilə qəbul edilən ümummilli lider Heydər Əliyevlə bağlıdır. Bizim akademiyamızda ulu öndər Heydər Əliyevin adına Sosiologiya İnstitutu fəaliyyət göstərir. Bu, bizim fəxrimizdir, bizim gücümüzdur. Bura gələn kimi akademiyada təhsil alan azərbaycanlılarla tanış oldum. Onlar arasında mənim qrup yoldaşım, əslən Ağdərə rayonunun Umudlu kəndindən olan Qasımzadə Elvin məndə fəxr hissi oyatdı. O, akademiyada bu il təhsil alan xarici tələbələr içində yeganə tələbədir ki, “Qırmızı diplomla akademiyanı bitirəcək. Bizə Elvin kimi istedadlı, savadlı gənclər lazımdır ki, Azərbaycanı, bizim adımızı yüksəklərə qaldırsın. Biz burada ölkəmizi, xalqımızı hər zaman tərbiyəmiz və təhsilimizlə tanıtmalıyıq.

-Bu gün başı siyasi çaxnaşmalara qarışan Ukraynada iqtisadiyyatın zəifləməsi sadə ukraynalıların həyat tərzinə necə təsir edib?

-Ukraynanın hazırkı iqtisadisiyasi vəziyyəti çox gərgin durumdadır. Bunu nəinki bura səfər etməklə hiss etməklə, burada yaşamaqya oxumaqla daha yaxından görmək olar. Ölkədə yüksək yaşayış tərzi aşağı düşüb. Müharibənin bu ölkəyə vurduğu zərbələr göz önündədir. Hər şeyə rəğmən ölkənin ayaqda qalması üçün çırpınması insanda qəribə hisslər oyadır. Sanki Ukrayna bu gün Azərbaycanın 90-cı illərin əvvəllərində düşdüyü çətin durumu yaşayır.

- Ukraynadkı azərbaycanlıların təşkilatlanma işləri necədir?

-Burada hələ ki, yeniyəm. Amma hiss etdiyim qədərilə, bu ölkədə böyük üstünlüklərimiz var. Oktyabrın 23-də bütün azərbaycanlıların həyəcanla izlədiyi “Qarabağ” və “Dneprfutbol oyununun canlı şahidi oldum. Burada xeyli sayda gəncimiz toplaşdı, komandamıza dəstək olduq. Bu oyunda məndə həqiqətən böyük fəxr hissi oyandı. Stadionda hər kəsin bir sözübir arzusu var idi- “Qarabağ” və onun qalibiyyəti. Belə də oldu. Qarabagklubu bizi, Azərbaycanımızı başıaşağı etmədi. İndi hər kəs bu oyun haqda danışır, hətta tələbələrimiz deyir ki UEFA kimi ali futbol qurumun saytı komandamızın oyununu manşet edib. Ən önəmlisi də oyuna marağın çox olması idi. Səfirlik oyundan öncə çox işlər gördü. Səfirliyimizin ümumilikdə müsbət fəaliyyəti göz onündədir. “Qarabağklubu bu zəhməti, orada iştirak edən azəbaycanlıları xar etmədi.

 

Tural Tağıyev

Palitra.-2014.-25 oktyabr.-S.6.