Gimnastika uşaq və yeniyetmələr arasında təbliğ edilir

 

Bakı Gimnastika Məktəbində əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət olan 700 uşaq məşq edir

Bakı Gimnastika Məktəbində (BGM) gimnastika axşamı keçirilib. Tədbirdə fəxri qonaqlar, dövlət və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, bədii gimnastika üzrə milli komandaların məşqçiləri iştirak ediblər. Gimnastika axşamında 4 idman növü - bədii gimnastika, kişi və qadın idman gimnastikası və akrobatika üzrə qala-çıxışlar təqdim olunub. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda gimnastikanın yeniyetmələrin fiziki-mənəvi inkişafında oynadığı rola toxunacağıq. Qeyd edək ki, tədbirdə çıxış edən BGM-nin direktoru, batuttamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadə bildirib ki, Bakıda gimnastikaya böyük maraq göstərilir. Hazırda gimnastika məktəbində 700 uşaq məşq edir. Əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət olan gənc idmançılar gimnastikanın sirlərinə yiyələnir, fiziki-mənəvi baxımdan sağlam formalaşırlar. Məktəbdə beş gimnastika idman bölməsi - idman və bədii gimnastika, akrobatika, tamblinq və Azərbaycanda yeni açılan gimnastika növü - batut fəaliyyət göstərir.

 

A.Hüseynzadə bildirib ki, buyaxınlarda bizim gimnastlarımız bir neçə beynəlxalq yarışlarda iştirak ediblər. İyun ayında idmançılarımız Ramil Dəmirov və Elmir Rüstəmov Rusiyanın Voronej şəhərindən bürünc medalla Bakıya qayıdıblar. Sentyabr ayında akrobatlarımız Nurcan Cabbarlı və Ağasif Rəhimov Almaniyada çox uğurla çıxış ediblər və qızıl medal qazanıblar. İdman gimnastımız Əli Xəlilov da sentyabr ayında beynəlxalq yarışda iştirak edib. O, Novosibirsk şəhərində qızıl medal qazanıb. Bu ilin iyununda Bakıda bədii gimnastika üzrə Avropa çempionatının keçirildiyini xatırladan A.Hüseynzadə, məktəbin idmançısı Aliyə Paşayevanın bu yarışda iştirak etdiyiniqrup hərəkətlərində gümüş medal qazandığını söyləyib. Direktor məktəbin yetirmələrinin Avropa, dünyaOlimpiya oyunlarında daha yüksək nəticələr əldə edəcəklərinə inandıqlarını deyib. Daha sonra qala-konsertə start verilib və Bakı Gimnastika Məktəbinin yetirmələri və Azərbaycan milli komandalarının üzvləri öz məharətlərini nümayiş etdiriblər.

Qala-konsertin sonunda Bakı Gimnastika Məktəbi ilin nəticələrinə görə fərqlənən bir neçə yetirməsini xüsusi mükafatlarla təltif edib. Azərbaycanın qrup hərəkətləri yığma komandasının üzvü, 2014-cü ildə Avropanın vitse-çempionu Aliyə Paşayeva “Ən yaxşı qadın gimnast”, bu yaxınlarda Rusiyada keçirilən beynəlxalq turnirin mütləq qalibi Əli Xəlilov “Ən yaxşı ümidverici gimnast”, akrobatika üzrə Azərbaycan milli komandasının baş məşqçisi İradə Qurbanova “Ən yaxşı məşqçi”, həm qadın, həm də kişilər arasında dünyada yeganə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Ən yaxşı hakim” mükafatlarına layiq görülüblər. Çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sistemində də böyük inkişafa nail olunduğunu diqqətə çatdırıb. Bildirib ki, son 11 ildə 3 minə yaxın ümumtəhsil müəssisəsi tikilib və yenidən qurulub. M.Cabbarov Bakı Gimnastika Məktəbinin yenilənmiş simasının şahidi olduqlarını vurğulayaraq bu münasibətlə kollektivi təbrik edib. Bildirib ki, bütün bu uğurlar Azərbaycan dövlətinin başçısının ölkədə idmanın inkişafına diqqət və qayğısının əyani təzahürüdür. Nazir, həmçinin qeyd edib ki, gimnastikanın bütün növlərinin inkişaf etdirilməsində ölkənin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rolu xüsusi vurğulanmalıdır.

BGM-nin çox zəngin ənənələri və fəxr ediləsi nailiyyətlərinin olduğunu söyləyən nazir qeyd edib ki, məktəbin məzunları arasında OlimpiyaAvropa çempionları, qitə və dünya yarışlarının mükafatçıları vardır. M.Cabbarov bugünkü çıxışları izlədikdən, məktəbin rəhbərliyi, burada çalışan müəllimlərlə yaranan ünsiyyətdən sonra məktəbin ən böyük uğurlarının hələ qabaqda olmasına əminliyini ifadə edib. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib ki, Bakı Gimnastika Məktəbi Azərbaycanda yeganə məktəbdir: “Zəngin ənənələrə malik olan bu məktəbin potensialı çox güclüdür. Məktəbin məzunları qitə, dünya, hətta Olimpiya çempionları da olublar”. O, Bakıda keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın uğurlu çıxışını xüsusi vurğulayıb. “Bakı-2015” birinci Avropa Oyunlarında idmançılarımızın yaxşı nəticələr əldə edəcəklərinə ümidvar olduğunu söyləyib. Milli Gimnastika Arenasının istifadəyə verildiyini xatırladan Altay Həsənov əsas yığmanın bu arenada məşq etdiyini söyləyib. O, paytaxtla yanaşı, bölgələrimizdə də idman komplekslərinin yaradıldığını, bu sahədə inkişafın getdiyini diqqətə çatdırıb. Gənc gimnastlarımız Bakıda ilk dəfə olaraq gimnastikanın altı növünü - kişi və qadın idman gimnastikası, tamblinq, batut, akrobatikaaerobika gimnastikasını özündə birləşdirən iki günlük yarışda qüvvələrini sınayıblar. Bu yarış yeni istedadların üzə çıxarılması, uşaq-yeniyetmə idmançılar arasında gimnastikanın təbliği və özlərini göstərmək baxımından əla imkan olub. Dayaqla tullanmada qitə birinciliyinin gümüş mükafatçısı Anna Pavlova, öz sevimli alətində çıxış edərək tamaşaçıları sevindirib. O, mövsümün ikinci yarısında forma yığmağa çalışdığı üçün, məşqçinin onun qarşısında bütün alətlərdən keçmək tapşırığı qoymadığını qeyd edib: Biz Avropa Oyunlarının keçiriləcəyi zalın ab-havasını hiss etdik. Çempionatda iştirak etməklə yanaşı, arenada podium məşqləri də etmək üçün imkanımızın olması bizim üçün çox vacibdir”. Çempionatda idman gimnastikası ilə yanaşı, akrobatikatamblinq də təmsil olunub. Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynovadan ibarət qrup öz parlaq çıxışları sayəsində tamaşaçıların yaddaşlarında iz buraxıblar. Aygün Əhmədova və Ruhidil Qurbanlıdan ibarət cütlük isə gənc istedadlar arasında yeganə qalib olublar. Tamblinqçilərin də çıxışları olduqca valehedici idi - bu idmançılar sanki, yerə toxunmadan havada pərvazlanıblar. İstedadlı Azərbaycan tamblinqçisi Mixail Malkin, rəqibləri Hafiz Rzayev və Səid Səlimovu geridə qoyaraq qızıl medal qazanıb.Tanınmış Rusiyalı gimnast, Atlantada keçirilən Olimpiya Oyunlarının-1996 çempionu, Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının-2000 bürünc mükafatçısı Yevgeniy Podqorniy öz iştirakı ilə çempionatı şərəfləndirib. Tədbirin təşkilatçığını yüksək qiymətləndirən Podqornıy, paytaxtımıza olan heyranlığını ifadə edib: “Şəhərin bu qədər gözəl və müasir olduğunu təsəvvür belə etmirdim. Demək olar ki, dostlarımla şəhərin hər yerində olmuşam və hər dəfə bura mənim üçün fərqli şəkildə aşkarlanır - daha maraqlı və gözəl, bu çox möhtəşəmdir”. Qeyd edək ki, gimnastika növlərinin gənclər arasında populyarlaşması istiqamətində bu, federasiya tərəfindən keçirilmiş ilk yarış deyil. Bundan əlavə, bir neçə gimnastika növlərinin birgə yarışı tamaşaçılar üçündaha cəlbedicidir. Belə ki, onlar növbə ilə idman gimnastikası, akrobatikatamblinq üzrə çıxışların bir-birini əvəz etməsi ilə yarışların gedişatını əyani surətdə izləmək imkanına malik olublar. Azərbaycan Gimnastika Federasiyası bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimləri dəvət edib. Belə ki, Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü, Latviyalı Arturs Mitskevitçs, Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin iki üzvü - xorvatiyalı Mario Vukoya və rusiyalı Dmitriy Andreyev, həmçinin Gürcüstan Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Belarus Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov və Qazaxıstanın Astana Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim Azərbaycan gimnastlarının çıxışlarını qiymətləndiririb.

Bu yarışlarda dörd idman cəmiyyəti - Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Litseyi, Nizami rayonu İdman Məktəbi və “Neftçi” cəmiyyətini təmsil edən ümumi 80 idmançı iştirak edib.

 

Anar Miriyev

Palitra.-2014.-29 oktyabr.-s.11.