“Bakı beynəlxalq
teatr konfransı dünyada
tanınan sənət adamlarının diqqət mərkəzindədir”
“Yarandığı gündən xalqımızın milli-mədəni dəyərlərini qoruyan, təbliğ edən, mütərəqqi ideyalar aşılayan Azərbaycan teatrı son on ildə özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatrlarımızın inkişafı yolunda atılmış mühüm bir addımdır. Sözügedən proqrama uyğun olaraq, paytaxtımızda üçüncü dəfədir ki, müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfransa hazırlaşır”. Bu sözləri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov bildirib. O, bildirib ki, Bakı beynəlxalq teatr konfransı bütün dünyada tanınan sənət adamlarının diqqət mərkəzindədir. İndiyədək keçirilmiş birinci və ikinci konfransa dünyanın müxtəlif ölkələrindən sənətkarlar gəlib. Bu il keçiriləcək Üçüncü Bakı Beynəlxalq Teatr Konfransının iştirakçıları isə ölkələrin və nümayəndələrin sayı baxımından əvvəlkilərdən daha çoxdur.
Qeyd edib
ki, builki konfransın
iştirakçılarından bəziləri ölkəmizlə
artıq tanışdırlar, digərləri isə Bakıda
ilk dəfə olacaqlar.
Şübhəsiz ki, onlar
paytaxtımızı gəzəcək, teatrlara
gedəcək, tamaşalara baxacaqlar. Konfransda təkcə
bugünkü dünya
teatrının taleyi deyil,
onun gələcək inkişaf
yolları da alimlər, böyük
rejissorlar, prodüserlər, teatr mütəxəssisləri tərəfindən
müzakirə ediləcək. Onların sırasında bu möhtəşəm tədbirə ev sahibliyi edəcək Azərbaycanın
nümayəndələri də olacaq. Hesab edirəm ki, konfransda müzakirə ediləcək məsələlər
dünya, eləcə də Azərbaycan
teatrı üçün çox
əhəmiyyətli olacaq.
Palitra.-2014.-29 oktyabr.-S.13.