“Türkiyəyə
5 milyard dollar investisiya
yatırmışıq”
Azərbaycan-Türkiyə biznes forumu keçirildi
Türkiyə nümayəndə heyətinin
ölkəmizə səfəri
çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı
ilə Bakıda “Qarşılıqlı İxracatın
təşkili və üçüncü bazarlara
birgə ixracat imkanları” adlı Azərbaycan-Türkiyə Biznes
Forumu keçirildi. İqtisadiyyat
və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondu (Azpromo) və digər müvafiq dövlət qurumlarının dəstəyi
ilə həyata keçirilən tədbirdə
iqtisadiyyatın müxtəlif
sahələrinə - proqram
təminatı, avadanlıq,
elektronika, kilid, təhlükəsizlik sistemləri,
kabel, ölçü
cihazları, TV reklam kimi sahələrə aid Türkiyə şirkətləri
iştirak ediblər. Biznes forumda iqtisadi əməkdaşlıq və
əlaqələrin genişləndirilməsi
perspektivləri müzakirə
edildi. Tədbirdə Azərbaycan və
Türkiyə tərəfdən
müvafiq dövlət
qurumlarının nümayəndələri
ilə yanaşı, iqtisadiyyatın müxtəlif
sahələrində fəaliyyət
göstərən 125 nəfərdən
çox sahibkarlar iştirak edirdilər.
Türkiyə Elektrik Texnologiyaları İdarə
Heyətinin sədri Fatih Kamal Ebiçlioğlu
bu gün təşkil olunan forumun iki ölkənin
iş adamları arasında mövcud əlaqələrin inkişafına
töhfə verəcəyini
dedi: “Azərbaycanda və xarici ölkələrdə təşkil
edilən konfrans, sərgi və biznes forumlar ikitərəfli əlaqələrin
inkişafında əhəmiyyətli
rol oynayır”. İqtisadiyyat və Sənaye Nazirinin müavini Sahib Məmmədov
dedi ki, iş adamları arasında keçirilən
ikitərəfli görüşlər
ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələrinin
inkişafına, sahibkarlar
işgüzar əlaqələrin
yeni sahələr üzrə genişlənməsinə
təkan verəcək.
S.Məmmədov diqqətə çatdırdı
ki, 1995-ci ildən
2013-cü ilə qədər
Türkiyə Azərbaycana
1,9 milyard dollar investisiya yatırıb:
“2013-cü ilə qədər
Azərbaycan Türkiyəyə
5 milyard dollar investisiya
yatırıb. Bu gün qardaş ölkədə 1500-dək Azərbaycan
şirkəti fəaliyyət
göstərir”. S.Məmmədov Türkiyə şirkətlərinin
Azərbaycanda daha da sıx işləmələrini
və ixrac potensiallarını artırılmalı
olduqlarını diqqətə
çatdırdı.
Türkiyənin Azərbaycandakı səfiri
Alper Coşkun biznes forumun Azərbaycan-Türkiyə dostluğunun
və əməkdaşlığının
daha bir nümunəsi olduğunu qeyd edib: “Regionun
inkişafında Azərbaycanın
rolu yüksəkdir. Azərbaycanda sürətli iqtisadi
inkişaf böyük
maraqla izlənilir”.
O, Türkiyə iqtisadiyyatı,
Azərbaycanla mövcud
iqtisadi əlaqələrin
daha da genişlənməsi
imkanları barədə
məlumat verib. Biznes forumda çıxış edən
ASK prezidenti Məmməd
Musayev Azərbaycan-Türkiyə
əlaqələrinin uğurla
inkişaf etdiyini bildirdi. M.Musayev Türkiyənin müxtəlif
dövlət qurumları
ilə iqtisadi,
regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın
həyata keçirildiyini
qeyd etdi. O bildirdi ki, hazırda
Azərbaycanda bir çox sahələrdə
türk şirkətləri,
eləcə də Türkiyədə Azərbaycan
şirkətləri uğurla
fəaliyyət göstərirlər.
Azərbaycanın xarici ölkələrə
yatırdığı investisiyaların
həcminə görə
Türkiyə birinci yeri tutur. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə
davam etdi.
“Azərbaycanla illik ticarət dövriyyəsi
15-20 milyard dollara çatmalıdır”
Türkiyə səfiri A.Coşkun
Azərbaycanla Türkiyə
arasındakı iqtisadi
əlaqələr barəsində
jurnalistlərə açıqlama
verdi. O dedi
ki, Azərbaycan və Türkiyə arasında illik ticarət dövriyyəsi
15-20 mlrd. dollar səviyyəsinə qədər
qalxa bilər. Səfir qeyd etdi ki, hər
il təşkil edilən biznes-forumlarda bir sıra mühüm
qərarlar qəbul edilir: “Bu qərarlarda, iki ölkə arasında həm qarşılıqlı investisiyaların
həyata keçirilməsi,
həm də ticarət əlaqələrinin
hazırkı 4-5 milyard
dollarlıq səviyyədən
daha yüksək səviyyəyə, yəni
illik 15-20 milyard dollar səviyyəsinə çıxarılması
kimi hədəflər
müəyyənləşdirilib. Eyni zamanda, Azərbaycan
və Türkiyə iş adamlarının həyata keçirəcəkləri
qarşılıqlı investisiya
layihələrindən həm
də üçüncü
ölkələrin bu
layihələrə cəlb
edilməsi məsələsi
gündəmdədir”. Səfir
bildirdi ki, biznes forumda Türkiyədən gələn
iş adamları müəyyən sektorlar üzrə azərbaycanlı
tərəfdaşları ilə
bir çox sahələrdə ikitərəfli
danışıqlar aparacaqlar:
“Onlar həm də birlikdə, həm də üçüncü dövlətlər
üçün hansı
sahələrdə əməkdaşlıq
edə biləcəklərini
müəyyənləşdirəcəklər.
Bunlar çox mühüm təşəbbüslərdir. Çünki, iş adamlarının
ehtiyac duyduqları bəzi mühüm amillər var. Bunlar siyasi sabitlik, iqtisadi inkişaf üçün mühitin
yaradılması və
dövlət nümayəndələrinin
bunlar üçün
siyasi iradə göstərmək bacarıqlarıdır.
Həm Türkiyədə,
həm də Azərbaycanda iş adamlarını bu məsələdə dəstəkləmək
üçün münbit
şərait yaranıb.
Dünyada iqtisadi böhrana
və yaxın bölgələrdə baş
verən proseslərə
baxmayaraq, Azərbaycan
güclü inkişaf
yolunda yeni hədəflər müəyyənləşdirərək
uğurla addımlayır”.
İ.AĞAYEV
Palitra.-2014.-31 oktyabr.-S.5.