“Doing Business-2015“ hesabatında Azərbaycan
8 pillə irəliləyib”
Vüqar Bayramov: “Azərbaycanda
biznesə başlamaq inkişaf etmiş ölkələrlə müqayisədə
yaxşı qiymətləndirilir”
Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə hazırladığı məşhur
“Bizneslə Məşğul
Olmaq” (Doing Business-2015) hesabatını
açıqladı. Hesabatda 80-ci yerdə
olan ölkəmiz Dünya Bankının qiymətləndirməsinə əsasən
2014-cü ildə dünyanın
10 ən çox islahat aparan ölkələr sırasına
daxil edilib. Azərbaycanın hesabatdakı
yeri eyni zamanda əvvəlki il ilə
müqayisədə 8 pillə
irəlləyib. Bu barədə
bizə fikirlərini bildirən iqtisadçı
ekspert Vüqar Bayramov qeyd etdi
ki, bəzi mətbu qurumlarda Azərbaycanın hesabatdakı
yerinin geriləməsi
ilə bağlı yazılanlar doğru deyil: “Bu, Dünya Bankının hesabatın
hazrılanması ilə
tətbiq etdiyi metodologiyaya edilən dəyişikliklər barədə
məlumatsızlıqdan doğub.
Belə ki, bu ildən
başlyaraq Dünya Bankı hesabatda ölkələr üzrə
balların hesablanması
üçün yeni metodologiyadan istifadə etməyə başlayıb.
Buna uyğun olaraq,
ölkələrin əvvəlki
illər üzrə yerləri də məhz yeni metodologiyaya uyğun olaraq hesablanmağa başlanılıb. Ötən
il Azərbaycanın
hesabatda yeri yeni metodologiyaya əsasən 88 olub. Bu baxımdan, yenidən
metodolgiyaya əsasən
qiymətləndirmə göstərir
ki, Azərbaycanın əvvəlki ilə nisbətən 2014-cü ildə
mövqelərini 8 pillə
gücləndirə bilib”.
Hesabata görə, Azərbaycan daşınmaz əmlakın
qeydiyyatının sadəliyinə
görə, dünyada
10-cu yeri tutur: “Hesabata əsasən, ölkəmiz biznesə başlamağın asanlığı
üzrə 12-ci, müqavilələrə
riayət olunması üzrə 31-ci, vergilərin
ödənilməsinin sadəliyinə
görə 33-cü, Kiçik
investorların müdafiəsi
imkanlarına görə
51-ci, müflisləşmə proseduralarının sadəliyinə
görə 94-cü, kreditlərə
çıxış imkanlarına
görə 104-cü, tikinti
üçün icazələrin
alınmasına görə
150-ci, elektrik şəbəkəsinə
qoşulmağın asanlığına
görə 159-cu, nəhayət
sərhədyanı ticarət,
yəni gömrük prosedurlarının mürəkkəbliyinə
görə, dünyada
166-cı yeri tutur”.
Ekspertə görə, "Doing
Business-2015" hesabatında Azərbayanın 8 pillə
irəliləməsinə səbəb,
əmlakın qeydiyyatının
daha da yaxşılaşdırılması
(11-ci yerdən 10-cu yerə),
vergilərin ödəniş
səviyyəsinin yüksəldilməsi
(65-ci yerdən 33-cü yerə),
tikintiyə icazə ilə bağlı prosedurların nisbətən
sadələşdirilməsi (167-ci yerdən 150-ci yerə), elektrik şəbəkəsinə
çıxış imkanlarının
artırılması (161-ci yerdən 169-cu yerə) olub: “Biznesə başlama”da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi,
“Əmlakın qeydiyyatı”nda
notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimində inteqrasiyası, “Vergilərin
ödənişi”ndə hesabat
və ödənişlərin
elektron qaydada aparılmasının geniş
tətbiqi müsbət
nümunə kimi ayrıca vurğulanıb”.
Ekspert qeyd edir ki,
Azərbaycan 2014-ci ildə
ən çox islahat aparan ölkələr sırasında
olmasında sənaye ili daxilində həyata keçirilməsi,
xüsusən də Prezident İlham Əliyevin martın 3-də
“Sahibkarlığın inkişafı
ilə bağlı əlavə tədbirlər
haqqında” fərman imzalayaraq hökumət qarşısında islahatların
sürətləndirilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirməsi
ilə bağlıdır:
“Qeyd edək ki, sözügedən sənədə əsasən,
sahibkarlıq fəaliyyəti
ilə bağlı olan bir sıra
proseduraların sayının
və eləcə də müddətinin kəskin azaldılması
nəzərdə tutulub.
Əsas məqsədi sahibkarlıq
fəaliyyətinə yersiz
müdaxilələrinin minimumlaşdırılması
olan bu fərman
biznes mühitinin yaxşılaşdırılması ilə bağlı konkret vəzifələr müəyyənləşdirib. Eyni zamanda, bu
il Prezidentin
digər fərmani ilə bir sıra
dövlət qurumlarında
xidmətlərin elektronlaşdırılması
həyata keçirilib.
“ASAN” xidmətin səlahiyyətlərinin genişləndirilməsi
də məhz bu islahatlardan hesab edilir. Eyni zamanda, ölkə
Prezidentinin imzaladığı
digər sənədlər
ilə sahibkarlıq subyektlərində yoxlamaların
tənzimlənməsi, iş
adamlarının fəaliyyətinə
geniş imkanların yaradılması ilə bağlı hüquqi mühit təkmilləşdirilib.
Bu isə təbii
ki, Azərbaycanda bizneslə məşğul
olmaq mühitinin yaxşılaşdırılmasına və bu istiqamətdə
yeni imkanların acılmasına gətirib
çıxarıb.
Qeyd edək
ki, Dünya Bankının sonuncu hesabatına əsasən ölkəmizdə biznesə
başlamaq bu sahədə vəziyyət
kifayət qədər
yaxşı hesab edilir. Belə ki, biznesə
başlamaq indikatoruna görə, Azərbaycan dünyada 11-cidir. Biznesi
qeydiyyatdan keçirmək
üçün tələb
edilən proseduların
sayı 3, günlərin
sayı isə 5-dir.
Bu göstəriciyə görə,
Azərbaycan İqtisadi
Əməkdaşlıq və
İnkişaf Təşkilatı
(OECD) üzrə orta göstəricidən daha yaxşı vəziyyətə
malikdir. İnkişaf etmiş ölkələrinin
birləşdiyi bu qurumda sözügedən göstəricilər uyğun
olaraq 5 və 9-dur.
Region ölkələrində
isə sözügedən
göstəricilər uyğun
olaraq 5 və 12-dir. Deməli, biznes fəaliyyətinə başlamaq
Azərbaycanda hətta
inkişaf etmiş ölkələr ilə müqayisədə belə
yaxşı qiymətləndirilir”.
Hesabatda
tikintidə icazənin
alınması ilə
bağlı istiqamətdə
Azərbaycanın mövqeyinin
17 pillə yaxşılaşdırılması
bu məqsədlə tələb edilən günlərin sayının
azaldılması ilə
bağlıdır: “Belə
ki, hesabata əsasən bu məqsədlə ölkəmizdə
151 gün tələb
edilir və bu da OECD ölkələri
üzrə orta göstərici ilə, demək olar, eynidir. Avropa və Orta Asiyanın daxil olduğu regionda isə tələb edilən günlərin sayı 177-dir. Bu isə onu göstərir ki, bu sahədə
də Azərbaycan
region üzrə orta göstəricidən daha yaxşı vəziyyətə
malikdir. Ölkə Prezidentinin
son fərmanında tikintidə
icazə sisteminin daha yaxşılaşdırılmasının
nəzərdə tutulduğunu
nəzərə alsaq
bu sahədə islahatların davam etdiriləcəyini söyləmək
çətin deyil”.
Əmlakın qeydiyyatına görə,
dünyada ən yaxşı onluğa daxil olan Azərbaycan
bu istiqamət üzrə bütün göstəricilərdə OECD və
region ölkələrini geridə
qoyur: “Belə ki, əmlakın qeydiyyatı üzrə ölkəmizdə cəmi
3 prosedura tələb
olunursa, bu göstərici region dövlətlərind
5.4, OECD ölkələrində 4.7-dir. Tələb edilən günlərin sayı isə ölkəmizdə
cəmi 8.5-dir. Bu göstəriciyə
görə region və
OECD ölkələrini kəskin
üstələyirik. Region ölkələrində bu
göstərici 23.1, OECD dövlətlərində
isə 24-dir. Praktik olaraq, hesabat təsdiq edir ki, Azərbaycanda çox az
sayda proseduralardan keçərək elektron
formada əmlakın qeydiyyatının aparılması
mümkündür.
Müqavilələrin qüvvəyə minməsi
istiqaməti üzrə
də Azərbaycanın
yerni qənaətbəxş
hesab etmək olar. Azərbaycan bu göstəriciyə
dünya ölkələri
arasında 31-cidir. Tələb edilən
günlərin sayına
görə Azərbaycan
region və OECD ölkələrini
qabaqlayır. Belə ki,
Azərbaycanda tələb
edilən günlərin
sayı 227 olduğu halda bu göstərici
regionda 448, OECD ölkələrində
isə 540-a bərabərdir.
Göründuyü kimi, ölkəmiz
bu göstərici qonşu ölkələri
kəskin qabaqlayır.
Eyni zamanda tələb edilən xərcə görə də Azərbaycanın mövqeyi
daha yaxşıdır.
Ölkəmiz tələb edilən
xərc ümumi iddianın 18.5 faizinə bərabər olduğu halda, bu göstərici
regionda 25.2, OECD ölkələrində
21.4 faizdir”.
Qeyd olunduğu kimi, vergilərin ödənilməsi
istiqaməti üzrə
Azərbaycan bu il ciddi
irəlləyişlər əldə
edə bilib: “Belə ki, ölkəmizin
mövqeyi əvvəlki
ilə nisbətən
32 pillə yaxşılaşıb.
Əgər il
ərzində ödənişlərin
sayı ölkəmizdə
cəmi 7-dirsə, bu göstərici regionda
20.5, OECD ölkələrində isə 11.8-ə bərabərdir.
Azərbaycan bu istiqamət
üzrə birmənalı
şəkildə bütün
qonşuları qabaqlayır.
Tələb edilən zamana
görə də, ölkəmizdə vəziyyət
region dövlətləri ilə
müqayisədə daha
azdır. Azərbaycanda bu məqsədlə ildə 195 saat tələb edildiyi halda, Avropa və
Orta Asiya dövlətlərində bu
göstərici 234.3-ə bərabərdir”.
Hesabata əsasən,
elektrikin alınması
üzrə Azərbaycanın
yerinin 2 pillə irəliləməsinə baxmayaraq
bu istiqamət ölkəmizin ümumi mövqeyinə mənfi təsir göstərir. Belə
ki, ölkəmiz bu istiqamət üzrə 159-cudur və tələb edilən proseduraların və günlərin sayına görə region ölkələrindən
hələlik geri qalır: “Ölkə Prezidentinin son fərmanı
ilə məhz bu istiqamətdə dəyişikliklərin aparılması
tapşırılıb ki,
bu da gələn
il Azərbaycanın
bu istiqamət üzrə də mövqeyinin yaxşılaşacağından
xəbər verir.
Müflis elan olunma üzrə
Azərbaycan bir sıra istiqamətlərdə
region və OECD ölkələrini
qabaqlayır. Ölkəmizdə
bu məqsədlə
1.5 il tələb
olunduğu halda Avropa və Orta Asiya dövlətlərində
2.3, OECD ölkələrində isə 1.7 il lazımdır. Tələb edilən xərcə
görə də Azərbaycan region ölkələrini
qabaqlayır. Belə ki,
bizdə əmlakın
12, region ölkələrində isə 13.3 faizi həcmində xərc tələb edilir”.
Göründüyü kimi, Azərbaycan dünyanın aparıcı
hesabatlarının birində
yerini daha da möhkəmləndirə
bilib. Bu ölkədə
aparılan islahatların
səmərəliliyini göstərən
əsas faktorlardan hesab edilə bilər. Ölkəmizdə aparılan bir
sıra islahatlar başqa ölkələrdə
mütərəqqi model kimi
tətbiq edilməsi üçün öyrənilir
və istifadə edilir. Bu məhz
son illər aparılan
islahatların nəticəsi
kimi qiymətləndirilə
bilər.
İlkin AĞAYEV
Palitra.-2014.-31 oktyabr.-S.10.