Nabi Avcı: “Azərbaycanla əməkdaşlığın yeni perspektivləri müəyyənləşəcək”

 

 

Prezidentimizin səfərindən sonra Azərbaycanla əməkdaşlığımızın yeni perspektivləri müəyyənləşəcək”. Bu sözləri Türkiyənin təhsil naziri Nabi Avcı deyib: “Qardaş Azərbaycanla əməkdaşlığımızın yeni mərhələsinin strateji planları hörmətli prezidentimiz Ərdoğanın 3 sentyabrda Bakıya səfəri zamanı hörmətli prezident Əliyevlə görüşündən sonra müəyyənləşəcək. Böyük ehtimalla, Bakıya mən də gedəcəyəm. Oradakı görüş və müzakirələrin nəticəsində əməkdaşlığımızın yeni mərhələsinin kodları da ortaya çıxacaq. Strategiyamızı və konkret planlarımızı o görüşdən sonra sizinlə paylaşacağam”.

Qeyd edək ki, 28 avqustda Türkiyə Böyük Millət Məclisində and içən Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə, sentyabrın 3-də isə Azərbaycana səfər edəcək.

 

Nigar

 

Palitra. - 2014.- 2 sentyabr.- S. 2.