Mübariz Qurbanlı: “Azərbaycanda bütün konfessiyaların ibadət evləri azaddözümlülük şəraitində fəaliyyət göstərir”

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-2 sentyabr 2014-cü il tarixində, Bakı şəhərində “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü keçirilir. 2014-cü il mübadilə görüşünün açılışında ilk olaraq Prezident İlham Əliyevin mübadilə görüşünün iştirkçılarına müraciəti Millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev tərəfindən təqdim edilib.

Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin nümayəndəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu gün(dünən – red.) Bakıda öz işinə başlayan mübadilə görüşü bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə və Prezident İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına ünvanlanmış müraciətində deyildiyi kimiÜmumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcək”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənmiş, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla həyata keçirən Prezident İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır. Bu gün Azərbaycanda bütün konfessiyaların ibadət evləri – məscid, kilsə, sinaqoqs. – azaddözümlülük şəraitində fəaliyyət göstərir. Ìilli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bir sıra məscid və ziyarətgahların təmir və bərpasına dəstək verməklə yanaşı, xristian və yəhudi abidələrinin də restavrasiyasına xüsusi diqqət göstərir.

Bu gün Azərbaycanın əməkdaşlıq üçün böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri heç şübhəsiz Avropa Şurasıdır. İqtisadisiyasi sahədə həyata keçirilmiş uğurlu islahatlar Azərbaycanın regionun lider dövləti kimi mövqeyinin möhkəmlənməsini təmin etməklə yanaşı, ölkəmizi böyük Avropa ailəsinin də layiqli üzvünə çevirmişdir. Unikal dini tolerantlıq modelinə malik olan dövlət kimi biz mədəniyyətlərarası dialoqla bağlı məsələlərə xüsusi qayğı və maraqla yanaşır, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik çərçivəsində bir çox təşəbbüslər vasitəsilə Avropada diskriminasiya və dözümsüzlüyə qarşı mübarizə istiqamətində fəaliyyətimizi davam etdiririk.”

Sonda DQİDK sədri ümidvar olduğunu vurğulayıb ki, Avropa Şurası mübadilə görüşündə dini zəmində ekstremizmradikalizmin gücləndiyi dünyamızda fərqli din və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar olması ətrafında konstruktiv fikir mübadiləsi aparılacaq və dəyərli tövsiyələr səsləndiriləcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Avropa Şurası Baş Katibinin müavini Gabriella Battaini-Dragoni, Avropa Şurası Parlament Assambleyası nın Mədəniyyət, elm, təhsil və media komitəsinin “Din azadlığı və dini təcrübələr” üzrə məruzəçisi Rəfael Hüseynov, Avropa Şurası YerliRegional Hakimiyyətlər Konqresi prezidentinin nümayəndəsi Jean-Claude Frecon açılış nitqləri ilə çıxış ediblər.

Daha sonra 2014-cü il mübadilə görüşünün həmsədrlərinin çıxışları dinlənilib. Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə Məruzəçi Qrupunun sədri Səfir Luis Filipe Castro Mendes, Slovakiya Respublikasının Avropa Şurasındakı daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin İnsan hüquqları üzrə Məruzəçi Qrupunun sədri Səfir Drahoslav Stefanek çıxış edərək mübadilə görüşünün Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə müxtəlif dini konfessiyaların nümayəndələri - Roma Papası yanında Mədəniyyət Şurası, “Court of the Gentiles”ın icraçı direktoru Jean Laurent Mazas, Fransanın iudaizmprotestant federasiyaları ilə əlaqə komissiyasının prezidenti Roland Poupin, Moskva Patriarxlığının Avropa Şurası yanındakı nümayəndəsi, Filip Ryabıx, Strasburq şəhərinin və Aşağı Reyn əyalətinin baş ravvini, Avropa Ravvinlər Konfransının Avropa Şurasındakı daimi nümayəndəsi Rene Gutman, Avropa Buddist Birliyinin prezidenti Jamie Cresswellin məruzələri dinlənilib.

Plenar iclaslarla davam edən tədbirdə “Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə diniqeyri-dini təşkilatların tolerantlığı: sosial kapital”, “Dinlərin və qeyri-dini inancların diskriminasiya, dözümsüzlük və zorakılığın bütün növləri ilə mübarizəyə töhfəsi ”, “Dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqaAvropa Şurasının dəstəklədiyi universal dəyərlərə töhfəsi”, “Mübadilə görüşlərinin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfəsi: perspektivlər” və s mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

 

İlkin AĞAYEV

 

Palitra. - 2014.- 2 sentyabr.- S. 6.