“Azərbaycan
regionda hasilatçı və tranzit ölkə kimi çox mühüm rol oynayır”
“Trans-Anadolu və “Trans-Adriatik” boru kəmərləri Avropanın
enerji təhlükəsizliyinin
təmin olunmasında
mühüm rol oynayacaq”
Dünən Energetika Nazirliyində Avropa İttifaqının
(Aİ) “Şərq Tərəfdaşlığı”
ölkələrinin energetika
nazirlərinin dördüncü
qeyri-rəsmi görüşü
keçirilib. Energetika naziri Natiq Əliyev ölkədə
həyata keçirilən
iqtisadi layihələr
və enerji sektorunda aparılan islahatlar barədə məlumat verib. Nazir daha sonra Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasındakı rolundan
və ölkəmizin
Avropa İttifaqı ilə əlaqələrinin
inkişaf perspektivlərindən
söhbət açıb.
Avropa İttifaqının enerji
məsələləri üzrə
komissarı Günter Ottinger
çıxış edərək
səmimi qonaqpərvərliyə
görə minnətdarlığını
bildirib və Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin
mövcud vəziyyətindən
danışıb. O, bu görüşün həm
Avropa, həm də region üçün
əhəmiyyətli enerji
resurslarına malik bir ölkədə - Azərbaycanda keçirilməsinin
əhəmiyyətini vurğulayıb.
Qeyd edib ki, Avropa
İttifaqı üçün
enerji təchizatının
şaxələndirilməsi olduqca vacibdir. Azərbaycan regionda həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır: “Hesab edirəm ki, Cənub dəhlizi ilə Azərbaycanın Avropaya çox etibarlı bir çıxışı
yaranacaq. Bu da
bizim əlaqələrimizin
inkişafı üçün
uzunmüddətli perspektivlər
açır”.
Sonra çıxış
edən Aİ-nin genişlənmə və
Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan
Füle təmsil etdiyi qurumun siyasi və iqtisadi islahatlar aparılmasında Azərbaycana
dəstək vermək
əzmində olduğunu
diqqətə çatdırıb.
O qeyd edib ki, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı
kimi çıxış
edir və geniş regional əməkdaşlığa
öz töhfəsini
verməkdədir. Ş.Füle
enerji sektorundakı tərəfdaşlar arasında
uğurlu əməkdaşlığın
təhlükəsizliyin və
sabitliyin təmin olunması üzrə hədəflərə nail olmağa
kömək edəcəyini
deyib.
Görüş “Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrində enerji
təchizatı marşrutlarının
diversifikasiyası və
enerji təhlükəsizliyi”
mövzusunda müzakirələrlə
davam etdirilib.
Energetika naziri N.Əliyev Azərbaycanın
enerji təminatı üzrə tam müstəqil
ölkə olduğunu
diqqətə çatdıraraq
bildirib ki, ildə 41 milyon ton neft, 20 milyard kilovatdan çox elektrik enerjisi istehsal edən ölkəmizdə enerjinin
diversifikasiyası məsələləri
də tam həllini tapıb. Azərbaycan mövcud neft
və qaz kəmərləri vasitəsi
ilə enerji resurslarının nəqli
marşrutlarının şaxələndirilməsini
təmin edir. Gələcəkdə isə Trans-Anadolu
(TANAP) və “Trans-Adriatik”
(TAP) boru kəmərləri
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm
rol oynayacaq. Bunun üçün Avropa İttifaqı və xüsusilə də “Şərq Tərəfdaşlığı” ölkələri ilə enerji təhlükəsizliyinin
gücləndirilməsi istiqamətində
əməkdaşlığı genişləndirmək və
enerji daşıyıcıları
marşrutlarının şaxələndirilməsi
sahəsində davamlı
iş aparmaq zəruridir.
Müzakirələrdə Azərbaycan
Respublikası Dövlət
Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Avropa İttifaqının enerji
məsələləri üzrə
komissarı Günter Ottinger,
Gürcüstanın energetika
naziri Kaxa Kaladze, Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan, Moldova Respublikasının iqtisadiyyat
naziri Adrian Kandu, Belarusun energetika nazirinin müavini Vadim Zakreviski və digər rəsmi şəxslər
iştirak ediblər.
Görüşün
yekunlarına həsr olunmuş mətbuat
konfransında bildirilib ki,
nazirlər energetika sahəsində əməkdaşlığın
daha da genişləndirilməsi,
“Şərq Tərəfdaşlığı” ölkələrinin
enerji təhlükəsizliyinin təmin
olunması, mövcud vəziyyət və
gələcəkdə yarana biləcək
problemlərin həlli istiqamətində müzakirələr
aparıblar. Həmçinin ölkələr arasında əlaqələrin
genişləndirilməsinə və beynəlxalq qurumlarda əməkdaşlığa dair razılıq əldə olunub.
Məlumat verilib ki,
görüşdə enerji sahəsindəki
qlobal problemlər, həmçinin Şimali Afrikada baş verən hadisələr, Ukrayna və Rusiya
arasındakı münasibətlərdə yaranan
gərginlik barədə də fikir
mübadiləsi aparılıb.
Palitra. -
2014.- 9 sentyabr.- S. 5.