Bölgələrdə uşaq və yeniyetmələrin idman məktəblərinə cəlb edilməsi çox vacibdir

 

Gənc nəslin müxtəlif səpkili uşaq-gənclər idman məktəblərinə yazılması, orada idmanın sirlərinə yiyələnməsi onların fiziki-mənəvi inkişafı ilə yanaşı, mənfi vərdişlərdən uzaqlaşmasına da imkan yaradır

 

Bu gün ölkədə uşaqların və gənclərin tərbiyəsi, fiziki-mənəvi inkişafı xüsusi yer tutur. Qloballaşan dünya prosesləri bizdən həyati bacarıqlara yiyələnən insanın tərbiyə olunmasını tələb edir. Təhsil alan uşaq və gənclərin dövlətçilik ruhunda tərbiyəsi prioritet sahələrdəndir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi, məhəbbət hissinin, məsuliyyət hissinin, hər an öz Vətəninin, öz xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşmasıdır. Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsi daha böyük aktuallıq tələb edir. Layihə çərçivəsində təqdim etdiyimiz yazı məktəblərdə bu istiqamətdə görülən işlərlə bağlıdır.

Əvvəlcə onu qeyd edək ki, ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu inkişafnüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edirlər. Məhz buna görə də ölkəmizdə çoxlu sayda Avropa, dünya birincilikləri, Olimpiya təsnifat turnirləri keçirilməkdədir. Bu gün təhsil sistemində 158 Uşaq Gənclər İdmanŞahmat Məktəbləri fəaliyyət göstərir. Onlardan 83-ü uşaq gənclər idman məktəbi, 9-u ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman məktəbi, 63-ü uşaq gənclər şahmat məktəbi, 3-ü ixisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər şahmat məktəbidir. Bu məktəblərdə idmanın sirlərinə yiyələnən gənc nəsil fiziki-mənəvi baxımdan sağlam yetişirlər. Xüsusilə, bölgələrdə uşaq və yeniyetmələrin bu tipli məktəblərə cəlb edilməsi çox vacibdir. Gənc nəslin müxtəlif səpgili uşaq-gənclər idman məktəblərinə yazılması, orada idmanın sirlərinə yiyələnməsi onların fiziki-mənəvi inkişafı ilə yanaşı mənfi vərdişlərdən uzaqlaşmasına imkan yaradır. Eyni zamanda gənclərin narkomaniyadan, QİÇS-dən və digər zərərli vərdişlərdən qorunması istiqamətində praktik işlər aparmaqla yanaşı, həm də təhsil müəssisələrinə metodik tövsiyə və kitabçalar, əyani təşviqat vasitələri paylanılmalıdır. Uşaq-gənclər idmanşahmat məktəbləri üçün metodik tövsiyələr və tədris proqramların hazırlanması istiqamətində aparılan işlər davam etdirilir. Belə ki, şahmat, voleybol, basketbol, badminton və həndbol idman növləri üzrə tədris proqramları, şahmat məktəbləri üçünŞahmat oyunu” dərsliyi çap edilib. İstedadlı gənc idmançıları, məşqçi müəllimləri aşkar etmək məqsədilə uşaq gənclər idmanşahmat məktəblərinin respublika müsabiqələri keçirilir. Təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə tələbə və şagirdlər arasında universiadalar, spartakiadalar, birinciliklər, dövlət əhəmiyyətli bayramlara həsr olunmuş tədbirlər və xatirə turnirləri keçirilir. Bu tədbirlərdə ali, orta ixtisas, peşə məktəbləri, peşə liseyləri və ümumtəhsil məktəblərində təhsil alan tələbə və şagirdlər iştirak edirlər. Bu yarışların tələbə və şagirdlərin idmana marağının artırılmasında, fiziki-mənəvi inkişafında böyük rolu var. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” qanununa müvafiq olaraq məktəblərin ekoloji təhsili və maarifləndirilməsi işini təkmilləşdirmək, onların ekoloji biliklərə yiyələnməsi üçün lazımi şərait yaratmaq məqsədilə bir çox tədbirlər həyata keçirilib. Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planına uyğun olaraq gənc nəslin fasiləsiz ekoloji biliklərə yiyələnməsi, onların ekoloji maarifləndirilməsi və tərbiyəsi işini təkmilləşdirilməsi davam etdirilir. Məktəblilər və gənclər arasında ekoloji maarifləndirmə və təbliğat işlərini gücləndirmək məqsədilə keçirilən konfranslar, seminarlar, dəyirmi masalar, olimpiadalar, breyn-rinqlər, baxış-müsabiqələr, yaradıcılıq sərgiləri, viktorinalars. bu kimi kütləvi tədbirlər gənc nəslin maarifləndirilməsində böyük rol oynayır. Məktəblilərin ekoloji maarifləndirilməsini yaxşılaşdırmaq məqsədilə Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin nəşr etdirdiyi «Ekoloji dərnək, klub və digər birləşmələrin nümunəvi tədris proqramları və metodik tövsiyələr» adlı tədris metodik vəsaiti üzrə "Quşların ekologiyası", "Ekoloji təhlükəsizlik", "Ekoloji hüquq", "İnsan ekologiyası" və s. mövzularda ekoloji dərnəklər təşkil olunub. "Məktəblərdə bitkiçiliyin əsasları üzrə dərnək məşğələlərinin keçirilməsi metodikası", "Məktəb və məktəbdənkənar müəssisələrdə ağac, koldekorativ bəzək bitkilərinə qulluq edilməsi qaydaları", "Məktəblilərdə ekoloji mədəniyyətin formalaşması" və s. mövzularda metodiki tövsiyələr hazırlanıb. Məktəblilərin biomüxtəlif və ətraf mühitin qorunması sahəsində biliklərini artırmaq məqsədilə gənc nəslin ekoloji maarifləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində bilik və bacarıqların aşılanmasında ekoloji tədbirlərin böyük əhəmiyyəti var. Bu məqsədlə məktəblilər arasında “Biomüxtəlifliyi qoruyaqmövzusunda yarışlar keçirilib, şagirdlərin yaradıcılıq işlərindən ibarət sərgilər təşkil olunub. Ekoloji maariflənmənin daha da təkmilləşdirilməsi məqsədilə Xəzər dənizi ekosistemlərinin və biomüxtəlifliyinin qorunması məqsədilə Respublika Ekoloji Tərbiyə və Təjrübə Mərkəzində Xəzəryanı rayonların ümumtəhsil məktəblərinin müəllimlərininin iştirakı ilə Xəzərin bioloji müxtəlifliyinə aid «Xəzərin quşları» adlı tədris posteri-təyinedici açarın təqdimatına həsr edilmiş seminar-treninq keçirilb. Xəzər ətrafı 5 ölkənin: Azərbayjan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın ümumtəhsil məktəbləri şagirdlərinin Xəzərin bioloji müxtəlifliyinə dair biliklərini artırmaq və ekoloji maarifləndirmək məqsədilə Xəzər Ekoloji Proqramı, Böyük Britaniyanın FSJ və «Darvin təşəbbüsləri» fondunun dəstəyi ilə nəşr edilmiş poster vasitəsi ilə məktəblilər quşlar üzərində müşahidələr və qeydlər aparıblar. Məktəblilər üçün Səngəçal terminalında yerləşən Xəzər Enerji Mərkəzinə, dəniz sahilinə ekskursiyalar təşkil edilib. Şirin su mənbələrinin mühafizəsinin təmin edilməsi məqsədilə "Su həyatdır" devizi altında məktəblilərin içməli suya qənaət aylığı həyata keçirilib. Məktəblilər Dünya Su Gününə həsr edilmiş kütləvi ekoloji tədbirlərdə, yerli ərazilərdə içməli su mənbələrinin qorunmasında, məktəb ekoloji monitorinqinin keçirilməsində, su hövzələrinin çirklənmə səbəblərini aşkar edib aradan qaldırılmasında, əhali arasında, məktəblərdə ekoloji təbliğatın aparılmasında yaxından iştirak ediblər. Bakı, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərinin, Cəlilabad, Hacıqabul, Quba, Qusar, Saatlı, Tərtər, Ağsu rayonlarının məktəbliləri ölkənin su ehtiyatlarının qorunmasında xüsusi ilə fəal iştirak ediblər. Çirklənmiş ərazilərin təmizlənməsi sahəsində Bakı şəhəri Suraxanı, Qaradağ, Xəzər, Xətai rayonlarının gənc ekoloqları xüsusi fəallıq göstəriblər. Məktəblilərdən ibarət "Ekoloji patrul", "Yaşıl patrul", "Məktəb meşəçiliyi" dəstələri, dərnək üzvləri əhali arasında təbii sərvətlərin davamlı istifadəsi, alternativ enerji mənbələrinin istifadəsi, ekoloji vəziyyətin sağlamlaşdırılması barədə müntəzəm maarifləndirmə və təbliğat işləri aparıb, yaşıllıqların artırılmasına nail olublar. Yerli ərazilərdə məktəb ekoloji monitorinqi keçirilib, qiymətli bitkiheyvan növlərinin mühafizəsi üçün əməli tədbirlər həyata keçirilib. Görülən işlərlə yanaşı, uşaq və gənclər arasında idmanı daha da inkişaf etdirmək üçün müəyyən problemləri aradan qaldırmaq vacibdir. Bir çox rayon idman məktəblərinin özünün müstəqil binaları yoxdur. Stadionlar, hovuzlar yox dərəcəsindədir. Sadə idman meydançaları azlıq təşkil edir. İnventar və avadanlıqla təchizat yaxşılaşdırılmalıdır. Bu problemlərin həlli gənc nəslin fiziki-mənəvi inkişafında mühüm rol oynayacaq.

 

Anar Miriyev

 

Palitra. - 2014.- 9 sentyabr.- S. 11.