“Yeniyetmələrin mənəvi inkişafında muzeylər güclü təsirə malikdir

 

 

Gənclərin mənəvi inkişafında təhsilin rolu böyükdür. Onlar tədris zamanı dövlətçilik tariximiz, mənəvi dəyərlərimiz, Milli qəhrəmanlarımız, görkəmli şəxsiyyətlər, ədiblərimiz barədə məlumat alırlar ki, bu da onların mənəvi inkişafında böyük rol oynayır. Bu gün gənclərə ali təhsil müəssisələrində bu istiqamətdə müvafiq dərslər tədris olunmaqla yanaşı, onlar əyani vəsaitlərlə tanış olmaq üçün müxtəlif abidələrimizi, muzeyləri ziyarət edirlər. Təbii ki, bu ziyarət zamanı müşahidələr onlarda böyük təəssürat doğurur ki, bu da nəticədə gənclərin mənəvi inkişafına böyük təsir göstərir. Onu da qeyd edək ki, bu sahədə uğurlar əldə olunmasında təhsilin və müəllimlərin böyük rolu var.

Prezident İlham Əliyev də vurğulayıb ki, indi əsas məqsəd məhz təhsilin keyfiyyətini yüksəltməkdir: “Müəllimlərin cəmiyyətdə rolu çox böyükdürvacibdir. Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin rolu birincidir. Biz elə etməliyik ki, bütün uşaqlarımız yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar. Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş üçün, həm də ölkələr üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların uğurları təhsilin səviyyəsi ilə bağlıdır. təbii ehtiyatlar, mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad bilik əsasdır. Çünki dünyanın inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə atırlar. Biz elə etməliyik ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin olunsun”.

Azərbaycan Turizm İnstitutunun baş müəllimi Vüsalə Məmmədzadə bildirdi ki, təhsil gənclərin mənəvi inkişafında mühüm amildir:

- Dünyada mövcud olan müxtəlif xalqların mədəniyyətlərinin ən layiqlisini dünya mədəniyyəti fənnində tələbələrə çatdırıram. Çalışırıq ki, tələbələrimizi maksimum dərəcədə müxtəlif dəyərli məlumatlarla bilgiləndirək. İstər keçmişin bizə gəlib çatan qiymətli tarixi mədəniyyət abidələri, istərsə müasir dövrdə yaradılmış gözəl sənət nümunələrini gələcək nəsillər üçün mühafizə etmək bu gün olduqca vacibdir. Bu baxımdan tədris etdiyimiz fənlərin gənclərin mənəvi inkişafında rolu böyükdür. Hər bir gəncin milli mənsubiyyətini dərk etməsi, soykökünə dərindən bələd olması, keçmişin ibrət dərslərindən nəticə çıxarmaq, tariximizi böyüməkdə olan nəsillərə hərtərəfli düzgün öyrətmək, habelə başqa- başqa xalqların mədəniyyətinə adət - ənənələrinə hörmət məhəbbət hissi ilə yanaşmaq s.məsələlərlə səciyyələnir. Bir mədəniyyətşünas kimi bunları tələbələrimə çatdırmağı özümə borc bilirəm. Milli şüur-milli tarixi yaddaşı, milli mənəvi-əxlaqi dəyərləri,Vətən əxlaqı,Vətənə məhəbbət, milli həmrəylik, milli ümumbəşəri qürur hissləri kimi mühüm keyfiyyətləri özündə əks etdirir.

Bu baxımdan dünya muzeylərinin, tarixi mədəniyyət abidələrinin təbliği öyrənilməsi hazırda Azərbaycanda yaşayan hər bir gəncin, vətəndaşın, tarix Vətən qarşısında duran vətəpərvərlik, beynəlmiləlçilik borcu sayılır. Bu işin səmərəli təşkili isə bugünkü müstəqil daima inkişafda olan Azərbaycanımız üçün böyük əhəmiyyətə malikdir.

- Ötən il ölkədə muzeylərə baş çəkənlərin sayı 2 milyondan artıq olub. Muzeyşünaslıq fənninin tədrisi gənclərin bu sahəyə marağının artmasında dərəcədə rol oynayır?

- Azərbaycan muzeyləri fənninin tədrisinə gəldikdə, bu dərslərimiz nəzəri olaraq auditoriyada, eyni olaraq muzeylərdə tədris olunur. İnstitutumuzda muzeyşünaslıq, diyarşünaslıq ixtisası var ki, onlar da praktikalarını 8 həftəlik biz müəllimlərin muzey əməkdaşlarının nəzarəti altında muzeylərdə keçirirlər.

Yeniyetmələrin mənəvi inkişafında, gənclərin təşəkkülü və formalaşmasının tədqiqində muzeylər bu gün öz aktuallığı ilə mədəniyyət aləmində güclü inkişaf edici təsirə malikdir. Muzeylər ora gələn insan kollektivinin təşəkkülü, onların özünü dərk etməsi, dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayır. Muzeylər tərbiyə etmək, təhsilləndirmək, zənginləşdirmək, inkişaf etdirmək, yaradıcılığa meyil oyatmaq, ümumiyyətlə məqsədyönlü təsir yolu seçmək üçün mühüm fəaliyyət xətti sayılır. Bu proseslərin muzey kollektivi tərəfindən məqsədyönlü, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün əvvəlcə tamaşaçı üzərində müşahidələr aparmaq vacibdir. Müşahidələr iki tərəfli aparılmalıdır. Birincisi, muzey kollektivi tərəfindən həyata keçirilən tədbirlərin tələbələrə uyğun, yüksək keyfiyyətini müşahidə etmək kollektivin yeniliyə münasibətini təhlil etmək, ikincisi, tamaşaçının tədbir zamanı zənginləşmə, dəyərlənmə dərəcəsini müşahidə etmək və müəyyən nəticələr əldə etməkdir. Müşahidənin birincisi də əslində ikinciyə xidmət etmək üçündür. Hər iki müşahidə sonrakı fəaliyyət perspektivini təyin etmək üçün mənbə rolunu oynayır, perspektiv fəaliyyət modelinin dəqiqləşməsinə xidmət edir. Bütün bunlar bir tərəfdən muzeyin yaradıcı kollektivinin mühiti mənən zənginləşdirmək istiqamətindəki elmi-yaradıcılıq motivlərini, digər tərəfdən isə müxtəlif yaş qrupu və dünyagörüşünə malik tamaşaçı kütləsinin davranışında hökm sürən motivləri açıb göstərir.Təbii yaranan muzey eksponatları, müxtəlif tədbirlər vasitəsilə xüsusi təşkil edilən tərbiyəvi, təhsilləndirici, zənginləşdirici, inkişaf etdirici, formalaşdırıcı situasiyaları, məqamları qavramağa kömək edir, imkan, şərait yaradır, eyni zamanda sonrakı məqamların yaranmasında zəminə çevrilir. Bu prosesdə hər bir sahə üzrə fəaliyyət məsuliyyət tələb edir. Sərgi və yaxud tədbirin movzusunun aktuallığına ciddi fikir verilməsi,ekspozisiyanın bədii memarlıq həllinin yüksək keyfiyyətlə işlənməsi, tədbirin, həm də sərginin elmi əsaslarda hazırlanması, eksponat haqqında məlumatın maraqlı faktlar əsasında verilməsi, bələdçilərin keyfiyyətlə hazırlanması, müasir texniki vəsaitdən istifadə və digər sahələrə məsul şəxslər elmi-nəzəri,elmi-əməli cəhətdən hazırlıqlı olmalıdırlar. Çünki onlar müxtəlif şəxslərlə mədəni mübadilədə olduqları zaman bədii mədəniyyətin bir sahəsi olan muzey aləminin tərbiyəvi, inkişafedici, zənginləşdirici motivlərini düzgün çatdırmalıdırlar.

- Dünya mədəniyyəti və incəsənətinin tədrisində tələbələrə daha çox hansı amilləri çatdırmaq istəyirsiniz? Onlarda daha çox maraq doğuran məqamlar hansıdır?

- İndiki gənclərin formalaşmasında incəsənətin tərbiyəvi rolu əvəzedilməzdir. Gənclərin vətənpərvər kimi formalaşmasında mədəniyyətin, incəsənətin əhəmiyyətinə gəldikdə, incəsənət mədəniyyətin mühüm sahələrindən biridir. İncəsənət gerçəkliyin bədii, obrazlı şəkildə dərk edilməsi vasitəsidir. Gənclərin vətənpərvər kimi formalaşmasında kinonun da böyük tərbiyəvi əhəmiyyəti var. Bu gün filmlərin bir çox növü mövcuddur: bədii, sənədli, tarixi xronoloji, sterio, slayds. Bu filmlər öz-özlüyündə özünün fəlsəfi, psixoloji, ictimai-siyasi əhəmiyyətinə görə xüsusi dəyərə malik olub, cəmiyyət həyatında xüsusi yer tutur.

Bugünkü Azərbaycan kinosunun qarşısında duran başlıca funksiyalardan biri gənclərin hərbi vətənpərvərlik tərbiyəsidir. Xalqın qəhrəmanlıq tarixini əks etdirmək, Vətənimizi və müqəddəs ata- baba torpaqlarımızı erməni təcavüzündən azad etmək hər bir kino işçisinin vətənpərvərlik və vətəndaşlıq borcudur.

Maraqlı və tarixi qəhrəmanlıq mövzusunda kino-film nümayiş etdirmək indi hər birimizdən şəxsi məsuliyyət tələb edir, çünki Vətənimizin qorunması, onun bədii formalarda gənclərə çatdırılmasını kino işçisi üçün şərəfli bir hesab edərdim. Məsələn, “Uzaq sahillərdə”, “Dədə Qorqud”, “Fəryad”, “Haray”, “Xocalı”, “Qalakimi bu silsilədən olan filmlər gənclərin vətənpərvər kimi formalaşmasında böyük tərbiyəvi rol oynayıb.

Çox təəssüf hissi ilə qeyd edərdim ki, son illərdə milli kinomuzda boşluq görürəm. İstərdim ki, bu boşluğu adını sadaladığım vətənpərvər filmlər doldursun.

 

Nigar Abdullayeva

 

Palitra. - 2014.- 16 sentyabr.- S. 11.